Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1821/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, onların nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən həyət evi mülkiyyət hüquqları ilə iddiaçının mərhum atası X5 məxsus olmuşdur. X6 2018-ci ilin noyabr ayında vəfat etmişdir. X4 vəfatından sonra onun mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən həyət evi vərəsəlik şəhadətnaməsi əsasında bərabər paylar üzrə övladları Cavabdeh1, X8, X7 və onun arasıda bölünərək onların hər birinə həmin əmlak üzrə 25 faiz pay düşməklə, yəni 1/4 hissədə pay hüququ üzrə miras payları müəyyən edilmişdir. Müvafiq bölgü əsasında həmin əmlak üzrə bərabər bölgüyə uyğun olaraq hər bir miras üzrə payçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən payına düşən əmlak üzrə hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Həmin çıxarışlarda Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən əmlak üzrə mülkiyyətçilərin hər birinin əmlaklarının yerləşmə yeri, ünvanı olaraq Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A, 252B, 252C və 252D olaraq qeyd edilmişdir.Yəni onun payına düşən əmlak Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov kiiçəsi, ev 252A ünvanı kimi qeyd edilmiş, onun qardaşı Cavabdeh1 Məmmədağı oğluna düşən əmlak Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252B olaraq qeyd edilmişdir. X1 qalan həmin miras əmlakı üzrə paylrına düşən əmlakların bölgüsü üzrə miras payçıları olaraq hər hansı narazıçılıq və mübahisə yoxdur. Miras üzrə payçıların hər biri mirasdan özünə düşən pay üzrə əmlakına qanunauyğun şəkildə sahiblik edir.Lakin Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən qeyd edilən əmlak tərəflər arasında bölünərək hər bir payçıya əmlakı üzrə yeni ünvan nömrəsi qeyd edilərkən Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onun oğlu Cavabdeh3 vəona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252B ünvanına deyil, yanlışlıq nəticəsində ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A ünvanına qeydiyyata düşmüşlər. Bu da əsassız olaraq Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onun oğlu Cavabdeh3 ona məxsus olan xüsusi mülkiyyətdə qeydiyyatda qalmalarına səbəb olmuşdur.Bildirir ki, cavabdehlərin ona xüsusi mülkiyyətdə olan mənzildə pasport qeydiyyatında qalmalarına görə o, maddi zərərə məruz qalır. Belə ki, cavabdehlər ona məxsus mənzildə qeydiyyatda olduqlarından o,cavabdehlərin də əvəzinə əlavə kommunal xərcləri və sair ödənişləri ödəmək məcburiyyyətində qalır. Nəzərə alınsa ki, bu ödənişlər bir dəfə ödənən ödəniş deyil aylarla-illərlə davam edən ödənişlərdir, cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları ilə ona dəyən maddi zərərin həcminin elə də kiçik olmadığı bariz şəkildə özünü göstərməkdədir. Bundan başqa, cavabdhehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən onun öz əmlakına, yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.Beləliklə cavabdehlərin özlərinin istifadəsində və sahibliklərində əmlaklarının olduğunu nəzərə alaraq, onların onun əmlakında qeydiyyatda qalmaları həm qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etdiyindən, həm də onun öz əmlakından maneəsiz istifadə hüquqlarının məhdudlaşdırılmasına əsas olduğundan bu qanunazidd halın davam etməsi məqsədə müvafiq deyildir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 , onun həyat yoldaşı Cavabdeh2 və onun oğlu Cavabdeh3 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A, yeni qaydalarla AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 522 ünvanında yerləşən evdən (əmlakdan) istifadə hüquqlarına xitam verilməsibarədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı onun əmisidir. Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən həyət evi mülkiyyət hüquqları ilə onun babası X5 məxsus olmuşdur. X6 2018-ci ilin noyabr ayında vəfat etmiş və X4 vəfatından sonra onun mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252 ünvanda yerləşən həyət evi vərəsəlik şəhadətnaməsi əsasında bərabər paylar üzər övladları Cavabdeh1, X8, X7 və İddiaçı arasında bölünərək onların hər birinə həmin əmlak üzrə 25 faiz pay düşməklə, yəni 1/4 hissədə pay hüququ üzrə miras payları müəyyən edilmişdir. O və digər cavabdehlər özlərinə məxsus evdə yaşayırlar və həmin ev əmisinin evi ilə eyni ev deyildir. Bundan başqa iddiaçın hazırda belə bir iddia qaldırmasına subyektiv hüququ yoxdur. Çenki o, mənzilini başqa bir şəxsə satmış və hazırda mənzilin mülkiyyətçisi başqa bir qadındır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da, digər Cavabdeh3 ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiqlədi. Məhkəmə iclsında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək bildirdi ki, iddiaçının cavabdehlərə qarşı qaldırdığı iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı eyni zamanda iddiaçının hazırda belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, sözü gedən fərdi yaşayış evinin mülkiyyətçisi X9r. İddiaçı isə evin əvvəlki mülkiyyətçisidir. Onun belə bir iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A (Yeni qaydalarla AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 522) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudur. DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, sahə 252B xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsudur. X2 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A ünvanında qeydiyyatdadırlar. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı səhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, 252A ünvanında yerləşən 0,0177 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.Daha sonra sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və vahid əmlak olaraq torpaq sahəsi ilə birlikdə İddiaçı adına xx.xx.2019-cu il tarixdə dövlət reyestrində rəsmiləşdirilmişdir (ünvan-Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A). İddiaçı xx.xx.2019-cu il tarixli müraciətinə əsasən sözü gedən fərdi yaşayış evinə yeni poçt ünvan təyin edilmişdir və bəhs edilən əmlak Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 252A: Yeni qaydalarla: Az 1012, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 522 kimi onun adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İddiaçı ilə X13 arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə sonuncunun mülkiyyətinə xx.xx.2020-ci il tarixdə verilmişdir və hazırda kiyyətindədir. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil, əmlakın keçmiş mülkiyyətçisi olmuş, hazırki tələb üzrə İddiaçı ilə X13 arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən, yerləşdiyi torpaq sahəsi ilə birlikdə özgəninkiləşdirilərək xx.xx.2020ci il tarixdə sonuncunun yəni, L.Əbilovanın mülkiyyətinə verilmiş və hazırda da, mülkiyyətindədir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1821/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1821/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver