Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1831/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “ipoteka müqaviləsinin Kredit Razılaşması və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ipoteka müqaviləsinin kredit razılaşması və ona əlavə bağlanılmış sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi ” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə borcalan Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış kredit xəttinin açılması haqqında xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi” üzrə təminat qismində Əkbərov Rauf Musaqət oğlu ilə bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka Müqaviləsi”, ondan 7 (yeddi) gün sonra bağlanmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”nin mühüm şərtlərini əks etdirtmədiyi, habelə mühüm şərtlər barədə tələblərin İpoteka Müqaviləsi bağlanarkən dэ Bank tərəfindən pozulduğu səbəbindən, həmin İpoteka Müqaviləsinin ondan 7 (yeddi) gün sonra bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndə və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi”nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır, həmçinin, həmin Müqavilə çərçivəsində əlavə kredit razılaşmaları (müqavilələri) bağlanıдmaqla kredit verilməsi arzu edilmişdir. Həmin “Kredit Xətti Müqavilə”sinin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi, deklarativ, yalnız oğlu üçün, həmçinin onun oğluna görə zamin qalan və ipoteka qoyanlar üçün birtərəfli öhdəlikli, sürüşkən, qeyri-müəyyən xarakter daşıdığı, onun əsas aldadıcı mahiyyətinin açıqlaması Müqavilənin 1.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: “Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) Kredit alana 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xəttini (bundan sonra “kredit xətti” adlandırılacaq) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.” Həmin Müqavilənin 1.2-ci bəndində göstərilir: “Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay 16 sentyabr 2024-cü il tarixdən gec olmayaraq verilməlidir.” Həmin Müqavilənin 1.3-cü bəndində göstərilir: “Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. Həmin Müqavilənin 1.5-ci bəndində göstərilir: “ Kredit Alan hər bir kredit üzrə kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür.” Göründüyü kimi, həmin “sənəd” “Kredit Xətti Müqaviləsi” adlandırılsa da, faktiki olaraq qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, cavabdeh "xxxx" QSC üçün hər hansı hüquqi nəticələr və öhdəliklər yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını onun mərhum oğlu Əkbərov Rauf Musaqət oğlunu inandırmaqdır ki, guya ona 300000 (üç yüz min) manat məbləğində kredit (yəni, növbətçi xarakterli) verilməsi görünüşü yaratmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də, cavabdeh həmin “müqaviləni” “bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını (R.M.Əkbərovu) məsuliyyətsizcəsinə aldadaraq, istehlakçıya məxsus mümkün qədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fəndləri vasitəsilə həmin əmlakını özününküləşdirsin. Həmin gün cavabdeh "xxxx" QSC ilə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli Kredit xətti müqaviləsi üzrə R.M.Əkbərovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə cavabdeh Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka müqaviləsi” bağlanılmışdır və həmin müqaviləyə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan sonra, yəni - yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka müqaviləsi” bağlanılandan 7 (yeddi) gün keçdikdən sonra cavabdeh "xxxx" QSC ilə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması” bağlanılmışdır və həmin Kredit razılaşması əsasında R.M.Əkbərova 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit verilmişdir. Daha 6 (altı) ay sonra isə, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S nömrəli və xx.xx.2016-cı il tarixli 08R000019676SA nömrəli Sazişlər bağlanılmışdır və həmin sazişlərə əsasən “Kredit razılaşması”na və ödəniş planına dəyişiklik edilmişdir. Göründüyü kimi, yalnız xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit xətti müqaviləsi”nin icrasının təminatı kimi bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka müqaviləsi”nin bağlanılmasından 7 (yeddi) gün keçdikdən sonra, İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə razılaşdırılmadan, habelə ipoteka müqaviləsinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin 7 (yeddi) gün əvvəlki təminat əsasında cavabdeh Bank ilə Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli Krеdit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit verilmiş, həmçinin, daha 6 (altı) ay sonra isə kredit razılaşmalarına 2 (iki) dəfə ayrı-ayrı dəyişikliklər edilmişdir. Bu halda isə, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə əsasən xx.xx.2014- cü il tarixli 08M000001238 nömrəli İpoteka müqaviləsi ondan 7 (yeddi) gün sonra bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli Krеdit razılaşmasına münasibətdə öhdəliklərin təminatı kimi bağlanılmış hesab edilmir. Ona görə də, hazırki iddia tələbi üzrə cavabdeh "xxxx" QSC tərəfindən məhkəmələrdə xx.xx.2014cü il tarixli 08R000019676 nömrəli Krеdit razılaşmasına münasibətdə öhdəliklərin təminatı kimi ondan 7 (yeddi) gün sonra bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli İpoteka müqaviləsinə istinad etməsi qanunsuz və əsassızdır. xx.xx.2017-ci il tarixdə, iddiaçı Cavabdeh QSC Əkbərov Rauf Musaqət oğluna və X3 qarşı “Kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsinə dair” iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinin icraatına götürüldükdən sonra 2(049)-2903/2017 saylı mülki işin icraatı dayandırılmış və sonradan təzələnmiş və 2(049)- 76/2018 saylı iş kimi hakim Məhəmmədəli Rzayevin icraatında, daha sonra isə məhkəmə icraatı yenidən dayandırıldıqdan və təzələndikdən sonra 2(049)-32/2019 saylı iş bir müddət yenidən dayandırıldıqdan sonra iş üzrə 01 aprel 2021-ci il tarixli, 2(049)-05/2021 saylı qətnamə çıxarılmış və aşağıdakılar qət edilmişdir: “İddia qismən təmin edilsin. İddia "xxxx" ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlamış xx.xx.2014-cü il tarixli “Kredit razılaşması”na əsasən əsas kredit borcu üzrə 29283.87ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ Dolları, cərimə borcu üzrə 2000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablamaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pul cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) İddiaçı, X9, X8, X10, X13, X11 və X1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh QSC-yə ödənilsin. Tutma cavabdeh məhrum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracdan satılsın. İpoteka predmeti olan cavabdeh mərhum Əkbərov Rauf Musaqət oğluna məxsus 0,06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin.” Qətnamədən narazı qalan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2618/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri İddiaçı, X9, X8, X10, X13, X4 müştərək qaydada tutularaq Cavabdeh QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından narazı qalan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər Əkbərov Rauf Musaqət oğlu və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə isə, iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi iddiaçı Cavabdeh ASC və cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit razılaşması»na əsasən əsas kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat məbləğində pulun cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri (mirası qəbul etdiyi təqdirdə) İddiaçı, X9, X8, X10, X13 və X11 və X1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh mərhum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməklə, həmin əmlak açıq hərracdan satılması, ipoteka predmeti olan cavabdeh mərhum Əkbərov Rauf Musaqət oğluna məxsus 0.06 ha torpaq sahəsi ilə birlikdə Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldığı halda, həmin fərdi yaşayış evinin boşaldılması və həmin ünvandan yaşayan şəxslərin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi kredit borcu üzrə 29.283,87 ABŞ dolları, faiz borcu üzrə 13.771,63 ABŞ dolları, cərimə borcu üzrə 2.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmaqla) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 10 manat, xidmət haqqının əvəzi – 21 manat və ekspertiza xərci olaraq 50 manat məbləğində pulun cavabdeh X1 Cavabdeh ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərardadından narazı qalan iddiaçı onlardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş sənədlərdən (sübutlardan) müəyyən edilir ki, hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka müqaviləsi” ilə bağlı hazırki iddia tələbi üzrə Cavabdeh QSC ilə hələ 13 mart 2017-ci il tarixindən etibarən onun Lənkəran Rayon Məhkəməsinə həmin ipoteka müqaviləsi ilə bağlı müraciəti əsasında mövcuddur, bu günə kimi davam etməkdədir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, hazırki iddia tələbi üzrə Cavabdeh QSC ilə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında xx.xx.2014-cü il tarixində bağlanılmış “Kredit Xətti Müqaviləsi”ndə ipoteka müqaviləsinin bağlanması üçün zəruri olan şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməmişdir. Bundan əlavə, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməli idi. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır, yəni, həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Lakin, məhkəməyə təqdim edilən “Kredit xətti müqaviləsi”ndən və ondan 7 (yeddi) gün sonra xx.xx.2014-cü il tarixində bağlanılmış “Kredit Razılaşması”ndan görünür ki, Cavabdeh QSC tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərini və nəticədə, ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun hüquqlarını kobud şəkildə pozmaqla bağlanılmışlar və hüquqi varisi olduğu ipoteka qoyan mərhum oğlu - Əkbərov Rauf Musaqət oğlu ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli “İpoteka Müqaviləsi”nin müddəalarına əsasən ipoteka qoyulmuş əmlak Cavabdeh QSC ilə borcalan Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış kredit xəttinin açılması haqqında “Kredit Xətti Müqaviləsi” və həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissələri kimi göstərilən ayrıca “Kredit Razılaşma”ları üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtləri müəyyən edilmədiyindən, qüvvədə olan qanunvericiliyin tələbləri baxımından onların sonradan da müəyyən edilməsi qeyrimümkündür. Qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda (yəni - ipotekanın əlavə dövlət qeydiyyatı aparılmadıqda), ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə Bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh Əkbərov Rauf Musaqət oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən Cavabdeh QSC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına Cavabdeh QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283.87 ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ Dolları, cərimə borcu üzrə 2000 ABŞ Dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri İddiaçı, X9, X8, X10, X13, X11 və X1 müştərək qaydada tutularaq iddiaçı AccessBank QSC-yə ödənilməsi, tutmanın cavabdeh mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh QSC apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri İddiaçı, X9, X8, X10, X13, X4 müştərək qaydada tutularaq Cavabdeh QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Həmin qərardaddan iddiaçı Cavabdeh QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)- 2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)- 725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X7 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 3389/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh Əkbərov Rauf Musaqət oğlunun vəfat etdiyi məlum olmuş və Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə cavabdehin vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Keçən müddət ərzində onun vərəsələri mirasın qəbulu barədə şəhadətnamə almamış, həmçinin mirasın qəbulundan imtina barədə notariat kontoruna ərizə verməmişlər. İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində faktiki yaşayaraq həmin əmlaka sahiblik edən və ondan istifadə edən, həmçinin həmin evə dair kommunal xərclərin kimin tərəfindən ödənilməsinin müəyyən edilməsi üçün Cavabdeh QSC tərəfindən müxtəlif dövlət orqanlarına sorğular ünvanlanmışdır. Sorğulara cavab olaraq Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 saylı fərdi yaşayış evində xx.xx.1947-ci il təvəllüdlü anası İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü qardaşı X9, xx.xx.1977-ci il təvəllüdlü arvadı X8, xx.xx.1996-cı il təvəllüdlü oğlu X10 və xx.xx.2000-ci il təvəllüdlü digər oğlu X13 qeydiyyatda olduğu, həmçinin həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal xidmətlərdən mərhum cavabdehin ailə üzvlərinin istifadə etdiyi və kommunal xərclərin onlar tərəfindən ödənildiyi müəyyən edilmişdir. Mərhum cavabdehin ailə üzvlərinin əmlaka sahiblik etmələri və əmlakı faktiki olaraq idarə etmələri, bununla da həmin şəxslərin mirası faktiki olaraq qəbul etmələri müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verərkən iddia ərizəsinin cavabdeh R.Əkbərovun öldüyü xx.xx.2017-ci il tarixdən sonra, yəni xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olduğunu və xx.xx.2017-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyini, başqa sözlə iddianın qaldırıldığı və icraata qəbul edildiyi tarixdə həmin cavabdeh sağ olmadığı üçün hüquq münasiblərinin subyekti olmadığını, iddiaçı bank tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün ona qarşı tələbin yönəldilməsi və bu tələbə baxılmasının mümkün olmadığını qeyd etmişdir. Qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən borc məbləği yekunda yalnız zamin Xoşbəxt Tağıyevdən tutulmuş, iddia tələbinin digər hissələri məhz əsas borclu Rauf Əkbərovun vəfatından sonra məhkəmə müraciət edilməsi səbəbindən təmin edilməmişdir. Qanunvericiliyin tələblərinə görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Qanuni qüvvəsini almış məhkəmə qərarlarında iddiaçı bankın vəfat etmiş cavabdehin vərəsələrinə qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olduğu qeyd edilmişdir. İddiaçı, X9, X8, X10, X13, X5 mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olmuş Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evini (0.06 ha torpaq sahəsi ilə birlikdə) miras əmlak kimi faktiki olaraq qəbul etmələri faktı artıq müəyyən olunmuşdur. Ona görə də iddiaçı bank tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 (qırx beş min əlli beş) ABŞ Dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan və mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla İddiaçı, X9, X8, X10, X13, X5 faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və hazırda iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Məhkəmə iclası xx.xx.2024cü il tarixinə təxirə salınmışdır. Göründüyü kimi ipoteka müqaviləsi üzrə əmlaka tutma yönəldilməsi məsələsinə Lənkəran Rayon Məhkəməsində baxılaraq hüquqi qiymət verilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin icraatında araşdırılmaqdadır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Habelə məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Odur ki , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi AZ-İ seriyalı 27 mart 2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, Əkbərov Rauf Musaqət oğlu xx.xx.2017-ci il tarixdə miokard infarktı səbəbindən ölmüşdür. AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1967-ci il təvəllüdlü Əkbərov Rauf Musaqət oğlunun anası Süleymanova (Əkbərova) Bəyzadə Nüsrət qızı, atası Musaqət Əkbərovdur. Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, Əkbərov Rauf Musaqət oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşmasından müəyyən edilir ki, Əkbərov Rauf Musaqət oğlu "xxxx" QSC-dən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərdən müəyyən edilir ki, tərəflər arasında olan razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. X6 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08S000020057 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, kredit xətti müqaviləsi üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə X6 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, Əkbərov Rauf Musaqət oğlu mülkiyyətində olan Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışdan müəyyən edilir ki, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. AccessBank QSC xx.xx.2017-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsindən müəyyən edilir ki, cavabdehlər Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun tutulması, tələbin Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 51633 ABŞ Dolları məbləğində bоrcun və məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına Cavabdeh QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Əkbərov Rauf Musaqət oğlundan və X1 müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-05/2021 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas kredit borcu üzrə 29283.87 ABŞ Dolları, faiz borcu üzrə 13771.63 ABŞ Dolları, cərimə borcu üzrə 2000 ABŞ Dolları, məhkəmə xərclərinin əvəzi olaraq 61 manatın cavabdeh Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri İddiaçı, X9, X8, X10, X13, X11 və X1 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh QSC-yə ödənilməsi, tutmanın cavabdeh mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsində 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra evin boşaldılması və ünvanda yaşayan şəxslərin evdən çıxarılmaları qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə, həmçinin pulu cavabdehlər Əkbərov Rauf Musaqət oğlunun hüquqi varisləri İddiaçı, X9, X8, X10, X13, X4 müştərək qaydada tutularaq AccessBank QSC-yə ödənilməsi hissəsində ləğv edilmiş, mülki iş üzrə icraata cavabdeh Əkbərov Rauf Musaqət oğluna münasibətdə xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-732/2022 saylı qərarından müəyyən edilir ki, iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmuş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2618/2021 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı ilə Əkbərov Rauf Musaqət oğluna münasibətdə iş üzrə icraata xitam verilmişdir. X7 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi kredit borcunun Əkbərov Rauf Musaqət oğlunun vərəsələrindən tutularaq banka ödənilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi hissələrində ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmçinin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-3389/2022 saylı qərarı ilə iddiaçı AccessBank QSC-nin kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 974/2023 saylı qətnaməsindən müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-725/2022 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 45055 (qırx beş min əlli beş) ABŞ Dolları 50 sent məbləğində borcun öhdəliyin icrasının təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş mərhum Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətində olan və mirasın qəbulu faktının müəyyən edilməsi nəzərə alınmaqla İddiaçı, X9, X8, X10, X13, X5 faktiki sahibliyində olan Lənkəran rayonu Liman şəhəri Rəsul Rza küçəsi 11 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, əmlakın hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-427/2024 saylı, 07 may 2024cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayətlərinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(049)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Mülki Məcəllənin 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Habelə məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. İşin mübahisəsiz halıdır ki, Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu səbəbdən, Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Daha sonra tərəflər arasında xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürülmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Hazırkı mübahisə edilən ipoteka müqaviləsinin xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsinə əsas yoxdur. Belə ki, sözügedən ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq bağlanılmışdır. Həmin müqavilədən fərqli qaydalar müəyyən edilməmiş, şəxsin vəziyyətini çətinləşdirən hər hansı dəyişiklik edilməmiş, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində krеdit götürülmüş, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, kredit götürən və ipoteka qoyan eyni şəxs, mərhum Əkbərov Rauf Musaqət oğludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin Həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhz ipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəəti əldə etmək üçün şərait yaranmış olur. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı cavabdeh "xxxx" QSC ilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdeh Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli ipoteka müqaviləsinin cavabdehlə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli kredit razılaşmasına və ona əlavə bağlanılmış sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı cavabdeh "xxxx" QSC ilə xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 nömrəli İpoteka müqaviləsinin cavabdehlə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli Krеdit razılaşmasına və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1831/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1831/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver