Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1843/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında olan sözügedən yaşayış sahəsinin (mənzilin) verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması; iddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə çəkilmiş xərcin əvəzi olaraq 800,00 (səkkiz yüz manat 00 qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi; iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,00 (bir yüz manat 00 qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “Podratçı” Cavabdeh X2 (VÖEN:**********) ilə “Sifarişçi” İddiaçı (bundan sonra – İddiaçı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli 06 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 4/1 blokunun, 10cu mərtəbəsində, 3 otaqlı 6 №-li mənzilin tikintisini öz öhdəsinə götürmüş, sifarişçi isə mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X3 (bundan sonra – Cavabdeh MMM və ya Cavabdeh MTK) tərəfindən verilmiş 08/Beh/01 nömrəli xx.xx.2011ci il tarixli arayışdan görünür ki, “Sifarişçi” İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsindəki, 3 otaqlı 6 №-li mənzilin dəyərinin, yəni 65.230 (altmış beş min iki yüz otuz) manatın 1.54 %-ni, yəni 1.000 (bir min) manatını beh olaraq ödəmişdir. Cavabdeh MMM tərəfindən verilmiş 13/06/02 nömrəli xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, “Sifarişçi” İddiaçı 64.230 (altmış dörd min iki yüz otuz) manat ödəmiş və bununla da Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsindəki, 3 otaqlı 6 №-li mənzilin dəyərinin 100 %-i sifarişçi tərəfindən ödənilmişdir. Göründüyü kimi, sifarişçi İddiaçı həmin müqavilədə nəzərdə tutulmuş qiyməti, yəni 65.230 (altmış beş min iki yüz otuz) manatı tam olaraq podratçıya ödəmişdir. Sözügedən mənzilin tikintisi başa çatmış və sifarişçiyə təhvil verilərək onun istifadəsinə verilmişdir, lakin həmin yaşayış sahəsinin (mənzilin) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb edilən sənədlər İddiaçı təqdim edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh MTK-ya xx.xx.2024-cü il tarixli 3839/24-01 nömrəli pretenziya məktubu göndərilərək, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında olan sözügedən yaşayış sahəsinin (mənzilin) verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (və ya protokoldan çıxarışın) və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın 3 (üç) gün ərzində təqdim edilməsi xahiş olunmuş və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Cavabdeh MTK-ya qarşı həmin sənədlərin verilməsi vəzifəsinin üzərinə qoyulması, İddiaçı tərəfindən vəkilə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş haqqın əvəzi olaraq 800 (səkkiz yüz) manat və məhkəməyə müraciət etmək üçün ödəniləcək dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğlərində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Pretenziya məktubunda göstərilən müddət bitmiş və Cavabdeh MTK tərəfindən pretenziya məktubunda göstərilən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh MTK tərəfindən tərəflər arasında bağlanmış müqavilə ilə öz üzərinə götürülən öhdəliklər tam yerinə yetirilməmişdir. İddiaçı tərəfindən yaşayış sahəsinin (mənzilin) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında olan sözügedən yaşayış sahəsinin (mənzilin) verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Həmçinin, hesab edir ki, iddiaçı tərəfindən hazırki iş ilə əlaqədar olaraq vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə 800 (səkkiz yüz) manat məbləğində xərc çəkildiyi üçün həmin xərcin əvəzi Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliyin tələbinə əsasən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,00 (bir yüz manat 00 qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu hüquqi ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə iclasları barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 06 nömrəli müqaviləyə əsasən İddiaçı dəyəri 65.230 (altmış beş min iki yüz otuz) manat olan Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində, 3 otaqlı 6 №-li mənzili Cavabdeh Mənzil Tikinti Kooperativindən almışdır. xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində, 3 otaqlı 6 №-li mənzilin 100% pay dəyərini - 65.230 (altmış beş min iki yüz otuz) manatı Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh MTK öhdəliyini müqavilədə göstərilən və İddiaçı 100% pay dəyəri tam ödədiyi Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində, 3 otaqlı 6 №-li mənzili İddiaçı təhvil vermişdir. Lakin Cavabdeh MTK iddiaçıya sahibliyində olan mənzilə olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə tələb olunan sənədləri verməkdən yayınır. Nəticədə iddiaçının hüquqları pozulur. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3839/24-01 nömrəli pretenziya məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında olan sözügedən yaşayış sahəsinin (mənzilin) verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (və ya protokoldan çıxarışın) və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın 3 (üç) gün ərzində təqdim edilməsi xahiş olunmuş və tələb edilən sənədlər təqdim edilmədiyi təqdirdə Cavabdeh MTK-ya qarşı həmin sənədlərin verilməsi vəzifəsinin üzərinə qoyulması, İddiaçı tərəfindən vəkilə hüquqi yardımın göstərilməsinə görə ödənilmiş haqqın əvəzi olaraq 800 (səkkiz yüz) manat və məhkəməyə müraciət etmək üçün ödəniləcək dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğlərində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.1997-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda VÖEN ********** nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, sonuncu dəfə xx.xx.2004-cü il tarixdə reyestrdən çıxarış verilmişdir. MTK-nın qanuni təmsilçisi X1r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113- cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədi ilə pay haqqının tam olaraq ödənilməsini təsdiq edən borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi binasında olan sözügedən yaşayış sahəsinin (mənzilin) verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqlarının müdafiə olunması məqsədi ilə çəkilmiş xərcin əvəzi olaraq 800,00 (səkkiz yüz manat 00 qəpik) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “LCG” vəkil bürosunun 3839/24 saylı, 22 yanvar 2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkil Nümayəndə ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə görə vəkil birinci instansiya məhkəməsində mülki iş üzrə İddiaçı hüquqi yardım göstərəcəyini, o, isə hüquqi yardıma görə vəkilə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 780 manat və order marka pulu 20 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 3839/24 saylı müqavilə üzrə hüquqi xidmətə görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli vəkil orderinə əsasən “LCG” vəkil bürosu tərəfindən 3839/24 saylı müqaviləyə əsasən vəkil Nümayəndə hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə 500 manat məbləğində pul vəsaitini ağlabatan hesab edərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hüquqi xidmətə görə 500 (beş yüz) manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilinə dair borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plan-cizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, hüquqi xidmətə görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manatı iddiaçıya aid edilməli, 500 (beş yüz) manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə yerləşən 19 mərtəbəli yaşayış binasının 4/1 blokunun, 10-cu mərtəbəsində olan 3 otaqlı 6 №-li mənzilinə dair borcun olmaması barədə maliyyə arayışının, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin yaşayış sahəsinin (mənzilin) plancizgisinin, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Hüquqi xidmətə görə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manatı iddiaçıya aid edilsin, 500 (beş yüz) manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1843/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1843/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver