Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1844/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “giriş-çıxışı məhdudlaşdıran pilləkənin sökülməsi, maneənin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən sahəsi 22 kv.m olan fərdi yaşayış evinə giriş-çıxışını məhdudlaşdıran pilləkənin sökülməsi, maneənin aradan qaldırılması və onun özünə məxsus olan həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri 19 saylı Notariat X4 (Cavabdeh anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən sahibliyinə verilmiş və yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən sahəsi 22 kv.m olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh mərhum anası X9 arasında Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli arayışa əsasən X9 qeydiyyatda olduğu və istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə evin alınması üçün razılaşdıqları 30.000 manat vəsaiti notariusun depozit hesabı vasitəsilə X7 ödəmişdir. X3 evi İddiaçı təhvil vermişdir. X6 qızı - Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evinin satılmasına etiraz etmədiyini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində yazılı ərizə verməklə bəyan etmişdir. İddiaçı ailəsi ilə birlikdə aldığı evə köçmüş və qeydiyyata alınmış, bir müddət həmin evdə yaşamışlar. Sonradan həmin evə yaxın ərazidə başqa bir ev də almış və oraya köçmüşdür. İddiaçı ailəsi ilə birlikdə başqa ünvana köçsə də, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evində onun və ailəsinin məişət əşyaları qalmışdır. X5 və Cavabdeh ilə İddiaçı və ailəsi arasında əvvəllər də qonşuluq münasibətləri olmuşdur. Bir-birini uzun müddətdir ki, tanıyırlar və qonşu kimi münasibətləri normal olmuşdur. Aralarında hər-hansı bir düşmənçilik ədavəti və qərəzli münasibətlər mövcud olmamışdır. Qeyd olunan ünvan, yəni Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid ev 14 ümumi həyətdən ibarətdir. X2, iddiaçıya satdığı evin qonşuluğunda, yəni eyni həyətdə qızı Cavabdeh ilə birlikdə başqa otaqlarda yaşayırdı. X9 öldükdən sonra da Cavabdeh anasına məxsus evdə yaşamağa davam etmişdir və hal-hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı ailəsi ilə birlikdə başqa ünvana köçdükdən sonra tez-tez evinə baş çəkmiş və evində olan məişət əşyalarından lazım olduqca istifadə etmişdir. İddiaçı başqa ünvana köçdükdən sonra X5 öz evinə giriş-çıxışı rahatlaşdırmaq üçün iddiaçıya satdığı evin giriş-çıxış qapısının qarşısında taxta pilləkən qoymuş, iddiaçının evə giriş-çıxışını məhdudlaşdırmışdır. İddiaçı mərhum X1 ona dəfələrlə evin giriş-çıxışının məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı xəbərdarlıqlar etmiş, bu barədə söhbətlər aparmış və qonşuluq münasibətlərini nəzərə almağını xahiş etmişdir. Mərhum X.Abdullayeva hal-hazırda pilləkəni söküb yenidən tikdirmək üçün maddi imkanının olmağını bəhanə gətirmiş, ona müəyyən vaxt verməsini xahiş etmişdir. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq mərhuma pilləkənin sökülməsi üçün müəyyən vaxt vermişdir. Buna baxmayaraq mərhum X.Abdullayeva pilləkəni sökməmiş, yaranmış məhdudiyyəti aradan qaldırmamışdır. Olunan xəbərdarlıqların və aparılmış söhbətlərin heç bir nəticəsi olmamışdır. X9 öldükdən sonra onun evində qızı Cavabdeh yaşamağa davam etmişdir. Hazırda da Cavabdeh həmin evdə yaşayır. Cavabdeh ilə İddiaçı evinin giriş qapısındakı pilləkən maneənin aradan qaldırılması ilə bağlı danışıqlar aparmağa çalışsa da, bu mümkün olmamışdır. X5 öldükdən sonra qızı Cavabdeh iddiaçıya və onun ailəsinə qarşı münasibəti pisləşmişdir. Cavabdeh iddiaçıya öz evindən istifadəyə maneələr yaradır, iddiaçını və onun ailəsini öz evlərinə buraxmır və nalayiq ifadələrlə iddiaçını və onun ailəsini təhqir və təhdid edərək onları həmin ünvandan qovur. İddiaçı və ailəsi ümumi istifadədə olan həyətə və aldığı evə daxil ola bilmir. Qeyd olunanlarla bağlı iddiaçının həyat yoldaşı X13 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Şikayət üzrə araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işisinin başlanması rədd edilmiş, şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmələri izah edilmişdir. Bu səbəbdən iddiaçı məcbur qalıb məhkəməyə müraciət edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, cavabdeh qeyd olunan ünvanda yerləşən başqa otaqları da anası və atası satmasına baxmayaraq, onların vəfatından sonra evləri alan şəxsləri öz evlərinə buraxmamışdır. Bununla bağlı analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(103)-1093/ 2024 nömrəli qətnaməsi də mövcuddur. Cavabdehə elektron kabinetinə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş yerləşdirilməklə və və SMS bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, Cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8İ-2059 reyestr nömrəsi ilə qeydə alınmış ərizəsindən müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmir. Bakı şəhəri 19 saylı Notariat X4 (Cavabdeh mərhum anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli arayışa əsasən X9 qeydiyyatda olduğu və istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin İddiaçı satılmasını, alqısatqı müqaviləsinin bağlanmasını, evin İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə evin alınması üçün razılaşdıqları 30.000 manat vəsaiti notariusun depozit hesabı vasitəsilə X7 ödəmişdir. X3 evi İddiaçı sahibliyinə təhvil vermişdir. ünvan 4 ünvanlanmış xx.xx.2020-ci il tarixli 189 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı tərəfindən müqavilə üzrə ödəniləcək 30.000 manatı müqavilə təsdiq edildikdən sonra notariusun məktubuna əsasən ünvan 1 ünvanda qeydiyytada olan X8 verilməsi üçün bankda olan Notaiusun AZ82MUGA**********041AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il il tarixli qəbzə əsasən İddiaçı tərəfindən Bakı şəhəri 19 saylı Notariat Ofisinin depozit hesabına 30.000 manat ödənilmişdir. xx.xx.2020-ci il il tarixli 168 reyestr nömrəli kassa məxaric çekindən müəyyən edilir ki, 30.000 manat Bakı şəhəri 19 saylı Notariat Ofisinin "xxxx" ASC-də olan AZ82MUGA**********041AZM28 nömrəli depozit hesabından X8 ödənilmişdir. Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Pünhan Əbilovun xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, X13 tərəfindən xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nə ünvanlanmış ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işisinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh şəxsiyyətinin müəyyən edilərək izahatının alınması mümkün olmamış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanda daimi qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Mülki Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X12rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X10 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mərhum anası X9 qeydiyyatda olduğu və istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 22.0 kv.m olan fərdi yaşayış evini 30.000 manat pul müqabilində İddiaçı sahibliyini vermişdir. İddiaçı həmin evə ailəsi ilə birlikdə daimi qeydiyyata düşərək, bir müddət yaşamış, sonra başqa ünvana köçmüş və aldığı evdə daimi yaşamamışdır. Bundan istifadə edən Cavabdeh İddiaçı öz evinə buraxmamış və orada yaşamasına maneə yaratmışdır. Cavabdeh tərəfindən bunu təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı özünə məxsus olan evə köçürülməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisəli evin sahibi olduğundan və onun tələbi sahibliyin pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan, iddia tələbi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri 19 saylı Notariat X4 (Cavabdeh anası) ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-619 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinə əsasən sahibliyinə verilmiş və yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən sahəsi 22 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1844/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1844/2024
23.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver