Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1851/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi və zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manatın cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC və mərhum X7 arasında 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit xəttimüqaviləsinə 27 dekabr 2013-cü il tarixində dəyişiklik və əlavələr edilməsi barədə 392 saylı sazış imzalanmışdır. Qeyd olunan saziş əsasında kredit xəttə 60000 (altmış min) ABŞ dolları məbləğində müəyyən edilmişdir, müddəti isə 106 (bir yüz altı) ay müəyyən olunmuşdur. Qeyd edir ki, qeyd olunan müqavilənin dəyişiklik olunandan sonra kredit üzrə İddiaçı ilə 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixlizaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə əsasən kredit xətti üzrə məbləğ 60000 (altmış min) ABŞ dollarıməbləğində müəyyən edilmişdir, müddəti isə 106 (bir yüzaltı) ay müəyyən olunmuşdur. Qeyd olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə sazışin bir il tamamında mərhum X7 və bank arasında 30 dekabr 2014-cü il tarixində qeyd olunan 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit xətti müqaviləsinə yenidən 15L000000392S saylı kredit müqviləsinə dəyişiklik və əlavələr edilməsi barədə saziş imzalanmışdır. Qeyd olunan sazişə əsasən əsasən kredit xətti üzrə məbləğ 60000 (altmış min) ABŞ dolları məbləğində müəyyən edilmişdir, müddəti isə kəskin şəkildə artırılaraq 190 (bir yüz doqsan) ay müəyyən olunmuşdur. Əvvələr kredit xətti üzrə zaminlər X8, X5 qeyd olunan dəyişiklikərə və əlavələrə razılıq verərək zaminlik müqaviləsinə dəyişiklik etməsi barədə saziş imzalamışdılar, lakin əvvəl 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin İddiaçı qeyd olunan dəyişiklikərə və əlavələrə razılıq verməmişdir və zaminlik müqaviləsinə dəyişiklik və əlavlər edilməsi haqqında sazişi bankla imzalamamışdır. Yuxarıda qeyd olunan X7 və bank arasında 30 dekabr 2014-cü il tarixində qeyd olunan 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit xətti müqaviləsinə yenidən 15L000000392S saylı kredit müqviləsinə dəyişiklik və əlavələr edilməsi barədə sazişdən görünür ki, faktiki olaraq əvvəl müəyyən edilmiş kredit xəttdin müddəti kəskin şəkildə artırılır və İddiaçı qeyd olunan artırılmaya zamin olaraq razılıq verməmişdir. Bundan əlavə olaraq, bank və X7 ilə həmən tarixdə xx.xx.2014-cü il tarixində 026R********** saylı kredit razılaşması imzalanmışdır və 25000 (iyirmi beş min) ABŞ dolları aylıq 1.8 % faiz dərəcəsi olmaqla kredit verilmişdir. Bundan əlavə olaraq, X7 və bank arasında xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 026R**********S saylı saziş imzalanmışdır. Qeyd olunan saziş üzrə faiz dərəcəsinə və ödəniş planına mühüm dəyişikliklər edilmişdir və bu barədə zamin İddiaçın razılığı alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alınsa, görünür ki, Cavabdeh QSC və mərhum X7 arasında 17 fevral 2009-cu il tarixində bağlanmış 15L000000392 saylı kredit xətti müqaviləsinə 27 dekabr 2013-cü il tarixində dəyişiklik və əlavələr edilməsi barədə 392 saylı sazışə əsasən İddiaçı tərəfindən imzalanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsindən sonra qeyd olunan dəyişikliklər və əlavələr kəskin şəkildə zaminin vəziyətini pisləşdirirdi və ağırlaşdırırdı, lakin buna baxmayaraq bank tərəfindən zaminə heç bir bildiriş göndərməmişdir və razılığını almamışdır. Hörmətli məhkəmə yuxarıda qeyd olunanları əks etdirən təklif ərizəsi ilə cavabdehə rəsmi qaydada xx.xx.2024-cü il tarixində müraciət edərək Cavabdeh QSC və İddiaçı arasında bağlanmış 26S000004526 saylı, 27 dekabr 2013-cü il tarixlizaminlik müqaviləsini ləğv edilməsi və zaminlik öhdəliklərinə xitam verilməsini xahiş etmişdim və cavab məktubunu xx.xx.2024-cü il tarixinədək verilməsini xahiş etmişdir. Lakin cavabeh tərəfindən bu günə kimi heç bir hərəkət edilməmişdir. Qeyd olunan təklif ərizəsində bildirilmişdir ki, xx.xx.2024-cü il tarixinədək rədd cavabı gəldikdə və cavab gəlmədikdə məhkəməyə müraciət olunacaqdır və hüquqi yardımın göstərilməsi ilə bağlı haqqın cavabdehdən tutulması ilə bağlı tələb irəli sürüləcəkdir. Cavabdeh QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Cavabdeh öz ərizəsində bildirmişdir ki, Eyni tərəflər və eyni kredit müqaviləsi üzrə Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)- 6343/2016 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1454/2017 saylı qətnaməsi ila Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)-6343/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Son olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)- 6748/2017 saylı qərarı ilə cavabdehlar X7 və İddiaçı birlikdə verdikləri kassasiya şikayeti tamin olunmamış. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1454/2017 saylı qətnaməsi dayişdirilmədən saxlanılmışdır. Qeyd olunnan qətnamələrlə hazırki mübahisə preyudisial xarakter daşıdığından hazırkı mübahisəsi üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə etiraz edərək aşağıdakilari qeyd olunmasını zəruri hesab edir. Etirazın əsasları: 1) Cavabdeh və iddiaçı arasında həqiqətən məhkəmə prosesi olmuşdur, lakin cavabdeh tərəfindən 2016-cı il tarixində verildiyi iddia tələbinin predmeti və əsası fərqli idi. Belə ki, cavabdeh 2016-cı il tarixində Ağdam Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X7, İddiaçı, X5 və X3 müştərək qaydada iddiaçı "AccesBank QSC xeyrinə xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşması üzrə 24.054.44 ABŞ dolları məbləğində kredit borcu, 7231.18 ABŞ dolları məbləğində faiz borcu va 22996.16 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 54281,78 ABŞ dolları borcun tutulmasını, ipoteka predmeti olan evin açıq hərracdan satılaraq əldə olunan vəsaiti borca yönəldilməsini, və ipoteka predmeti ilə bağlı digər tələblərlə məhkəməyə müraciət etmişdilər. Hal-hazırda İddiaçı isə məhkəməyə müraciət edərək "xxxx" QSC və İddiaçı arasında bağlanmış **********26 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini ləğv edilməsi və zaminlik öhdəliklərinə xitam verilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1200 (bir min iki yüz) manatı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunandan görünür ki, iddiaçının hal-hazırda iddia tələbin əsasları və predmeti əvvəl Ağdam Rayon Məhkəməsi tərəfindən baxılan iddia tələbindən fərqlidir. Hal-hazırda iddiaçı "xxxx" QSC və İddiaçı arasında bağlanmış **********26 saylı, 27 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsini mübahisələndirir, əvvəl Ağdam Rayon Məhkəməsində iddia predmeti olan xx.xx.2014-cü tarixli 026R********** saylı kredit razılaşmasını mübahisələndirmir və halhazırda iddiaçı iddianın tələblərinin əsasları olaraq zaminlik öhdəliklərinə xitam verilməsi üçün mühüm maddi və prosessual normaların pozulmasını qeyd edir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin əsasları va predmeti farqlidir və tərəflər arasında əvvəl olan məhkəmə mübahisəsində qeyd olunan iddia tələbi və predmeti yox idi. Qeyd etmək istəyir ki, Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən "eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa" iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Prosessual normamın dispozisiyasından görünür ki, hər üç şərt birlkidə olmalıdır, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia yenidən verilə və məhkəmə tərəfindən baxıla bilməz. Hörmətli məhkəmə yuxarıda qeyd olunandan görünür ki, hal-hazırda iddiaçının verdiyi iddia tələbinin predmeti və əsasları fərqlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur. Qeyd olunan qətnamələrlə hazırki mübahisə preyudisial xarakter daşıdığından hazırkı mübahisəsi üzrə icraata xitam verilməsini xahiş edirəm." Hörmətli məhkəmə görünür ki, cavabdeh preyudisialığı qeyd edarək işə xitam verilməsini xahiş edir, halbuki, əvvəl tərətlər arasında olan məhkəmə prosessinda müəyyən edilmiş hallar preyudisial xarakteri daşısa belə, iş üzrə xitam verilməsi üçün əsas ola bilməz. Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd edilmişdir və preyudisial hallar asas kimi qeyd olunan maddədə qeyd edilməmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, "Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi. qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və fakılan araşdıra və qətnamədə bunlara hüquqi qiymət vera bilməzlər. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş. yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Macallanın 233. 3cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə məndikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər. habelə onların hüquq varislan məhkəmədə eyni iddia tələblərinin, eyni asas üzrə yenidən irəli sürə bilməzlər." Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plemamunun Qararında görünür ki, yalnız eyni iddia talabi, eyni əsas və eyni predmeti olan tələblər üzrə preyudisialığın mövcud olmasını qeyd edir. Yuxarıda qeyd olunanlardan görünür ki, əvvəl tərəflər arasında olan mülki iş üzrə tələb və hal- hazrıda olan tələb fərqlidir və bu baxımdan Ağdam Rayon Məhkəməsinin qətnamsi hal-hazırda verildiyi iddia tələbi üçün prediyusial xarakteri daşımır. Həmçinin, əvvəl tərətlər arasında mülki iş cavabdehin müraciəti, əsasında Ağdam Rayon Məhkəməsinda baxılmışdır. Qeyd etmək istəyir ki, həmin iş üzrə hal-hazırda iddiaçı qismində çıxış edən İddiaçın hüquqları kobud surətdə pozularaq məhkəmədə iştirakı təmin edilməmşdir. Hal-hazırda mdiki işin materiallarına əlavə edilən Ağdam Rayon Məhkəməsinin 2(13)-6343 2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür nəyin ki, İddiaçı, həttə digər cavabdehlərin iştirakı məhkəmədə təmin olunmamışdır. İşin materiallarına əlavə ediən Ağdam Rayon Məhkəməsinin 2(13)-6343\2016 saylı xx.xx.2017-c il tarixli qətnamədəki yanlışlığın düzəldilməsi barədə qərardadından görünür ki, heç bir cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bildirmək istəyirəm ki, Ağdam Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslan barədə İddiaçı məlumatsız olmuşdur, ona məhkəmə bildirişləri gəlməmişdir. Süleymanov X4 Rayon Məhkəməsində keçirilən məhkəmə iclaslar barədə məlumatsız olduğuna görə qarşılıqlı iddia tələbi ilə çıxış edə bilməmişdir və öz tələblərini məhkəmədə irəli sürə bilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarından görünür ki, məhkəmə yalnız iddia tələbi üzrə təqdim edilən sübutlara və faktlara qiymət verməlidir və iddia tələbindən kənara çıxa bilməz. Qeyd olunanı nəzərə alaraq, müəyyən olunur ki, İddiaçı qarşılıqlı iddia tələbi ilə Ağdam Rayon Məhkəməsində baxılan mülki iş üzrə çıxış etmədiyinə görə, onun zaminlik müqaviləsinin əsaslı olub-olmaddığını və ümiyyətlə zaminlik müqaviləsi ilə bağlı hal-hazırda irəli sürülən tələblərə baxılmamışdır və baxıda bilməz. Məhkəmə iclasında iştirak İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(13)-6343/2016 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər X7, X5, X6, İddiaçı və X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 30 dekabr 2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə 24054.44 ABŞ dolları məbləğində kredit borcu, 7231.18 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 31305.62 (otuz bir min üç yüz beş ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 54281,78 (əlli dörd min iki yüz səksən bir ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədikdə qalan məbləğin cavabdehlər X7, X5, X6, İddiaçı və X3 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən X1 mülkiyyətindəki 2 otaqlı, 36,7 kv.m yaşayış, 17,3 kv.m yardımçı, 54 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra X5 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(13)-6343/2017 saylı qərardadı ilə cavabdeh X2 adı cavabdehlərdən kredit pulu tutulması hissəsindən çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməyərək, Ağdam Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi cavabdeh Nəsirov Vaqif oğluna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktaybr 2017-ci il tarixli, 2(102)-6748/2017 saylı qərarından görünür ki, cavabdehlər X7 və İddiaçı birlikdə verdikləri kassasiya şikatəti təmin olunmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2(104)-1454/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki mübahisə ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları yenidən mübahisələndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 oktaybr 2017-ci il tarixli, 2(102)-6748/2017 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə hazırki iddia ərizəsinin dəlilləri eynilik təşkil edir və məhkəmə qeyd edilən məsələyə hüquqi qiymət vermişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1851/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1851/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver