Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1856/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 1 saylı Bakı Ərazi idarəsi, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Asan Xidmətinin notariat ofisinə qarşı “miras əmlakı üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 1 saylı Bakı Ərazi idarəsi, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Asan Xidmətinin notariat ofisinə qarşı “miras əmlakı üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X20 etibarsız sayılmaqla, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/9 hissəsi Cavabdeh2, 4/9 hissəsi X6 varislərinə və 1/9 hissəsi X28 varisi olaraq iddiaçıya payların yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızının vərəsəlik işi üzrə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə - Soltan Nurulla qızına verilmiş 30/105 qeydə alma nömrəsi ilə 144h/e nömrəli kitabın 4738-ci səhifəsində qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 65.1 kv/m. yardımçı sahəsi 34.7 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət xidməti Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi idarəsi tərəfindən sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubdan da göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissəsi Cavabdeh2, ½ hissəsi Soltan Nurula qızının mülkiyyətindədir. Hesab edir ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V- 58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X27 aşağıda göstərilən faktları nəzərə almadan qərar vermişdir. Miras qoyan mərhum X29 və onun oğlu Əliyev Ağabalanın üç vərəsəsi olmuşdur. Həyat yoldaşı X15 (İlkin familyası Həşimova) qızı, 1903cü ildə anadan olmuş, xx.xx.1996-cı ildə rəhmətə getmişdir. X3 xx.xx.2010-cu ildə rəhmətə gedib (notar.işi.22-ci səhifə 1.3 X4 (notariat işində məlumat qeyd edilməmişdir.) Ona münasibətdə pay müəyyən edilmişdir. Reyestr xidmətində Soltan Nurula qızının mülkiyyətindədir. X13 oğlu Əliyev Ağabalanın həyat yoldaşı X1 əvvəlki həyat yoldaşından qızı 1925-ci il anadan olmuş X32 (iddiaçının anası) xx.xx.1994-cü ildə rəhmətə getmişdir. Azərbaycan Respublikası Milli arxiv idarəsi tərəfindən verilmiş arayışdan da göründüyü kimi X18 anası Həşimova (Əliyeva) Balacaxanım Əli qızıdır. Göründüyü kimi notariat orqanı tərəfindən X10 münasibətdə miras payı digər iki miras payına hesablanmaqla onun qızı X23 (onun övladlarına) pay bölgüsü nəzərə alınmamaqla aparıldığından məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda ərizəsində qeyd etmişdir ki, məhkəmə hazırlıq iclasında, sorğuya cavab olaraq 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təqdim edilmiş tam vərəsəlik işi ilə tanış olarkən məlum olmuşdur ki vərəsəlik işi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. və MM-in 1145-ci maddəsinin tələbərinin pozulması ilə aparılmışdır. İş materiallarından da göründüyü kimi miras qoyan mərhum X11 oğlu X49 Murad barəsində vərəsəlik işində qeydlərin aparılmaması hesab edir ki, notariat orqanının maraqlı subyekt kimi çıxış etməsi kimi qiymətləndirilməlidir. İş materiallarında Yasamal Rayon Məhkəməsinin 2(004)-4803\2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 X11 oğlu olması faktı müəyyən edilmişdir. X2 ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədlərin olmaması MM-in 1145ci Maddəsinin tələblərinin kobud pozulmasıdır. Hesab edir ki, şəxsin ölüm faktı təsdiq edilmədən vərəsəlik işinin aparılması 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X22 barədə xüsusi qərardad çıxarılması üçün əsasdır. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 392154 nömrəli İİ-ИE seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 1942-ci il tarixdə Bakıda ölmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-4803/2022 saylı qətnaməsinə əsasən Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 543267 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X32 04 sentyabr 1994-cü il tarixdə ölmüşdür. 3 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş arayışından görünür ki, xx xxx 1948-ci il tarixdə anadan olmuş İddiaçı atası X26 və anası X19r. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə Vətəndaşlıq vəziyyəti aktları AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1905-ci il təvəllüdlü Balaxanım Əli qızı xx.xx.1996-cı il tarixdə ölmüşdür. X14 **********043 nömrəli ərizədən görünür ki, xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızından miras qalmış əmlaka dair vərəsəlik işinin açılmasını və X45 hüququ barədə şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 **********044 nömrəli ərizədən görünür ki, xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızından miras qalmış əmlaka dair vərəsəlik işinin açılmasını və X45 hüququ barədə şəhadətnamə verilməsini xahiş etmişdir. X30, X31 və Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2023-cü il tarixli müqavilədən görünür ki, X30 və X31 xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızından qalmış bütün əsaslarla onlara çatan miras paylarını Cavabdeh2 bağışlamışlar. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X8 görünür ki, xx.xx.1942-ci il tarixdə vəfat etmiş Soltan Nurulla qızının vərəsəsi Cavabdeh2dır və miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 55 saylı fərdi yaşayış evindən ½ hissədə irs almalıdır. Azərbayan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab olaraq göndərilmiş məktubdan görünür ki, 3 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-58 reyestr nömrəli xx.xx.2023-cü il tarixli X45 X20yə əsasən Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 55 saylı fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Əliyeva Soltan (Sultan) Nurulla qızı xx.xx.1942-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qətnaməsi ilə Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun Əliyeva Soltan (Sultan) Nurulla qızının övladı (oğlu) olması faktı müəyyən edilmişdir. Əliyev Ağabala (Ağababa) Mirzə Murad oğlunun arvadı X15, övladları X16 və X12r. X7 Ağabala Əliyeva ilə nikahından olmayan övladı X32 04 sentyabr 1994-cü il tarixdə ölmüşdür. Notariat işindən eyni zamanda görünür ki, Ağasiyeva Zivərin anası X15 isə ondan iki il sonra, 1996-cı il tarixdə, yəni İddiaçı anası Ağasiyeva Zivər öldükdən sonra ölmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, akt qeydlərində (ölüm şəhadətnaməsində Zivər Ağasiyeva), iddiaçının doğum şəhadətnaməsində isə ana qrafasında Zeyvər Ağasiyeva) müəyyən edilmişdir. Hazırda isə İddiaçı cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V- 58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X20 etibarsız sayılmaqla, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/9 hissəsi Cavabdeh2, 4/9 hissəsi X6 varislərinə və 1/9 hissəsi X28 varisi olaraq iddiaçıya payların yenidən müəyyən edilməsini xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı anası Ağasiyeva Zivər 1994-cü ildə, yəni anası, X5 (1996-cı il tarixdə) əvvəl öldüyündən, Ağasiyeva Zivər həmin miras üzrə vərəsə kimi müəyyən edilməmişdir. Belə olan halda iddiaçı da hazırki halda vərəsə kimi tanına bilməz. Belə ki, mübahisəli mənzil üzrə İddiaçı anası Ağasiyeva Zivər mənzil üzrə vərəsə kimi müəyyən edilmədiyindən, eyni zamanda Zivər vərəsə olmuş olsa idi belə, onun ölümündən uzun müddət, hətta xx.xx.2023-cü il tarixli X45 X9 verilməsindən 6 aylıq müddət keçdiyindən məhkəmə hesab edir ki, sözügedən şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə görə Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Məhkəmə bildirir ki, vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından əvvələ aid edildiyindən və həmin müddətdə iş məhkəmənin icraatında olmadığından, sözügedən qərar hazırki işə şamil edilməməlidir. Belə olan halda MM-nin 1246-cı maddəsi hazırki iş üzrə tətbiq edilməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 1 saylı Bakı Ərazi idarəsi, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Asan Xidmətinin notariat ofisinə qarşı cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X20 etibarsız sayılmaqla, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/9 hissəsi Cavabdeh2, 4/9 hissəsi X6 varislərinə və 1/9 hissəsi X28 varisi olaraq iddiaçıya payların yenidən müəyyən edilməsi tələbinə dair iddiası əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə əlavə olaraq bildirir ki, cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 barəsində xüsusi qərar çıxarılmasına əsas olmadığından cavabdeh iddiaçının nümayəndəsi və vəkilinin bu barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 1 saylı Bakı Ərazi idarəsi, Cavabdeh2 və Bakı şəhəri 3 saylı Asan Xidmətinin notariat ofisinə qarşı cavabdeh 3 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş reyestrdə 2V-58 qeydi ilə müəyyən olunan xx.xx.2023-cü il tarixli X45 X20 etibarsız sayılmaqla, 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakı olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/9 hissəsi Cavabdeh2, 4/9 hissəsi X6 varislərinə və 1/9 hissəsi X28 varisi olaraq iddiaçıya payların yenidən müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1856/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1856/2024
27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver