Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1863/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (BTB LEASİNG” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (BTB LEASİNG” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 1930 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 172,29 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın ödənilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 26090 manat məbləğində cari hesaba ödənilmiş vəsait, habelə vəkilə ödənilmiş xidmət haqqı məbləğinin əvəzi olaraq 210 manat və dövlət rüsumu kimi ödənilmiş 172,29 məbləğində pul vəsaiti olmaqla ümumilikdə 26 472,29 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 25660 manat məbləğində cari hesaba ödənilmiş vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 məbləğində pul vəsaitinin, ümumilikdə 26 472,29 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Maraqlı şəxs ASC-nin mülkiyyətində olan, 2013-cü il buraxılışlı BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair razılıq əldə edilmiş, buna uyğun olaraq İddiaçı ilə Cavabdeh arasında yazılı sənədin tərtibi yolu ilə razılaşma əldə edilmişdir. Həmin Razılaşmaya əsasən Cavabdeh özünün əl yazması və imzası ilə BMW markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı məqliyyat vasitəsinin İddiaçı satmaq məqsədi ilə 15 000 ABŞ dolları məbləği aldığını etiraf etmişdir. Razılaşmanın icrası məqsədi ilə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 17 360 manat, xx.xx.2022-ci il tarixində isə 6 800 manat olmaqla ümumilikdə 24 160 manat məbləğində vəsait Cavabdeh "xxxx" ASC-dəki AZ06BBTB******************** saylı hesab nömrəsinə mədaxil edilmişdir. Bu hal mövcud xəzinə mədaxil orderləri ilə təsdiq olunmaqla bərabər, mədaxilin təyinatı kimi cari hesaba mədaxil qeyd edimişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində 17 360 manat vəsait Cavabdeh "xxxx" ASC-dəki AZ06BBTB******************** saylı hesabına mədaxil edildikdən sonra Maraqlı şəxs ASC-nin baş direktorunun müavini S.T.Əliyevin imzası ilə İddiaçı xx.xx.2022-ci il tarixində Maraqlı şəxs ASC-ə məxsus 2013-cü il buraxılışlı, BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AC 984106 №-li qeydiyyat şəhadətnaməsindən bəlli olur ki, 2013-cü il buraxılışlı, BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Maraqlı şəxs ASC-nin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş sənədlərdən də bəlli olur ki, iddiaçı tərəfindən əvvəlcə xx.xx.2022-ci il tarixində 1 500 manat məbləğində vəsait Cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-dəki hesabına, xx.xx.2022-ci il tarixində 17360 manat məbləğində vəsait və xx.xx.2022-ci il tarixində isə 6 800 manat məbləğindəki vəsait isə Cavabdeh "xxxx" ASC-dəki cari hesabına mədaxil edilmişdir. Pul vəsaitinin Cavabdeh “Bank BTB" ASC-dəki AZ06BBTB******************** saylı hesab nömrəsinə daxil edildikdən sonra alqı-satqı müqaviləsinin tam şəkildə yekunlaşması məqsədi ilə pul vəsaitinin hesaba mədaxil etməsini həyata keçirən bankın əməkdaşından qalıq borcun olmamasına dair arayışın təqdim edilməsi və buna uyğun olaraq sənədləşmə işlərinin lazımı qaydada aparılması üçün müvafiq sənədlərin təqdim edilməsi xahiş edilsə də, bankın əməliyyatçısı tərəfindən sistemin işləməməsi bəhanəsi gətirilərək müvafiq arayışın və sənədlərin sonrakı tarixlərdə təqdim ediləcəyi bildirilmişdir. Lakin bütün bunlar baş verməmiş, etibarnamənin qüvvədə olma müddəti bitdikdən sonra isə Maraqlı şəxs ASC-ə məxsus 2013-cü il buraxılışlı, BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı geri tələb edilmişdir. Hazırki mərhələyə kimi tərəflər arasında əldə edilmiş Razılaşma yekunlaşmamış, 2013-cü il buraxılışlı, BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya təqdim edilməmiş, İddiaçı tərəfindən ümumilikdə 25660 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmamışdır. Mövcud məsələnin araşdırılması və cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsini tərkib əlamətlərinin olub-olmamasının öyrənilməsi məqsədi ilə iddiaçı tərəfindən Xətai rayon Polis İdarəsinə müraciət edilsə də, ilkin mərhələdə xx.xx.2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, sonradan isə iddiaçı tərəfindən verilmiş şikayət əsasında xx.xx.2022-ci il tarixli qərar Xətai rayon Prokurorluğu tərəfindən ləğv edilərək baxılması üçün aidiyyəti üzrə göndərilmişdir. Lakin hazırki mərhələyə kimi cinayət işinin başlanılıbbaşlanılmaması barədə iddiaçıya məlumat verilməmiş, təhqiqatın hansı mərhələdə olması və cavabdehin əməlinə hüquqi qiymət verilməsi həyata keçirilməmişdir. Cavabdeh faktiki olaraq İddiaçı etibarından sui-istifadə etmiş, ona məxsus olan əmlakı ələ keçirməklə ona iqtisadi zərə vurmuş, əmlakından məhrum olmasına səbəbiyyət vermişdir. Belə ki, iddiaçının etibarından faktiki olaraq sui-istifadə edilmiş, həmin vəsaitin özünün mövcud lizinq müqaviləsi üzrə qalıq borcun ödənilməsinə yönəltmiş, lakin həmin vəsaitin ödənilməsindən sonraki mərhələdə pul vəsaitinin qaytarılmasını təmin etməməklə bərabər tərəflər razılaşdığı predmetin verilməsi öhdəliyim icra etməmişdir. Əlavə olaraq cavabdeh tərəfindən iddiaçıdan cavadehin tanışı olan Elnar adlı tanışı vasitəsilə 1930 manat məbləğində pul vəsaiti alınmışdır ki, həmin pul vəsaiti də cavabdeh tərəfindən ələ keçirilmiş və geri qaytarılmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Million” elektron ödəmə sistemi vasitəsilə Cavabdehnnun "xxxx" ASC-dəki hesabı üzrə 1500 manat məbləğində pul vəsaiti Elnar adlı şəxs tərəfindən köçürülmüş, digər 430 manat məbləğində vəsait isə Elnar adlı şəxsin özünə çatmışdır. Mövcud vəziyyətdə Maraqlı şəxs ASC tərəfindən də iddiaçıya düzgün məlumat verilməmiş və həmin pul vəsaitinin cavabdeh tərəfindən özünün mənafeyi üçün istifadə edilməsinə şərait yaradılmış və qalıq borc məbləğinin mövcud olmasına baxmayaraq cavabdehin müqavilədən irəli gələn öhdəliyin üçüncü şəxs tərəfindən icrasına şərait yaratmış və nəticədə cavabdehin iddiaçıya zərər vurmasına şərait yaratmışdır. Belə ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı arasında müqavilə münasibətlərinin olmamasına baxmayaraq hansı səbəblərdən 20İ3-cü il buraxılışlı, BMW 5351 minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinin səlahiyyətinin İddiaçı həvalə etməsi qeyrimüəyyəndir. İddiaçı müqavilə münasibətlərinin tərəfi olmasa da Maraqlı şəxs ASC tərəfindən nəqliyyat vasitəsinin idarəedilməsi ilə bağlı ona etibarnamə vermişdir. Əslində etibarnamənin verilməsi və pul vəsaitlərinin hesaba mədaxil edilməsinə imkan yaradılması faktiki olaraq iddiaçının müqavilə münasibətlərinin iştirakçısı kimi tərəf qismində çıxış etməsinə və nəqliyyat vasitəsinin ona satılmasına şərait yaratsa da, lizinq şirkətinin məhz sonradan bu müqavilənin imzalanmasından təktərəfli boyun qaçırmasına imkan yaratmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs BTB LEASİNG” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alınaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 17360 manat pul Cavabdeh "xxxx" ASC-də olan cari hesabına mədaxil edilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 6800 manat pul Cavabdeh "xxxx" ASC-də olan cari hesabına mədaxil edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ASC ilə X1 arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli 018 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən Maraqlı şəxs ASC BMW 5351 minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanını xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində qanunvericiliyə və müqavilənin müddəalarına uyğun lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli M-018-3/22 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, Cavabdeh Vaqif oğlu 05 oktyabr 2017-ci il tarixli M-018/17 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən Maraqlı şəxs ASC-yə 27 Aprel 2022ci il tarixinə borcu 69966,19 manat təşkil edir. Qeyd edilən məbləğ M-018-2/21 müqaviləsinə əlavə olunmuş 36 ayliq qrafik üzrə illik 10 % faizi hesablanmaqla hər ay 2257,62 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ Maraqlı şəxs ASC-yə məxsusdur. Cavabdeh Vaqif oğlu lizinq obyekti olan avtomobilə mülkiyyət hüququ lizinq obyektinin dəyəri lizinq verənə tam şəkildə ödənildikdən sonra yaranır. İş materiallarında olan izinq verən ”BTB Leasing” ASC-nin baş direktoru X2 və “Lizinq alan” Cavabdeh tərəfindən tərtib edilmiş 018/17 saylı 05 oktyabr 2017-ci il tarixli “X4” Müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar aktın surətindən görünür ki, “Satıcı”ya məxsus BMW 5351 minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, “Lizinq alan” isə onu təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh ”BTB Leasing” ASC-dən lizinqə götürdüyü BMW 5351 minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı etibarnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, DİN Baş X5 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AC № 984106 nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olaraq Maraqlı şəxs ASC-yə məxsus olan 2013-cü il buraxılışı, BMW 5351 minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasını İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixə qədər verilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına görə Cavabdeh Maraqlı şəxs ASC ilə bağlanmış öhdəliklərin icrası barədə sazişə əsasən, Maraqlı şəxs ASC-nin mülkiyyətində olan və daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş BMW 5351 minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satmaq üçün 25660 manat pul almışdır. Bununla da, Cavabdeh mülkiyyətində olmayan və barəsində sərəncam vermək hüququna malik olmadığı avtomobili satmaq məqsədilə Cavabdeh pul almaqla, onun hesabına əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh İddiaçı 25660 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan almaqla onun hesabına əsassız varlanması təsdiq edildiyindən iddia tələbi təmin edilərək, həmin pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 25660 (iyirmi beş min altı yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25660 (iyirmi beş min altı yüz altmış) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166,98 (bir yüz altmış altı manat doxsan səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1863/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-1863/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver