Məhkəmə qərarları › İş №e-2(004)-188/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-188/2025

15.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-188/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı Sevda Süleimanovanın nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Sevda Süleimanovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna qarşı “ünvan 1, 28 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik payları barədə Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X7 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və iddiaçı Süleimanova Sevdanın adına ünvan 1, 28 saylı mənzilə vərəsəlik hüququnun tanınması və həmin mənzilə dair iddiaçı Süleimanova Sevdanın vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Sevda Süleimanovaya qarşı avonamyelüS“ Sevdanın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sevda Süleimanova cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna qarşı “ünvan 1, 28 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik payları barədə Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X7 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və iddiaçı Süleimanova Sevdanın adına ünvan 1, 28 saylı mənzilə vərəsəlik hüququnun tanınması və həmin mənzilə dair iddiaçı Süleimanova Sevdanın vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Süleymanova Sevda ilə Axundov Fuad Böyük Ağa oğlu arasında xx.xx.1999-cu il tarixində Rusiya, Moskva şəhəri, Xoms VVAQ şöbəsində nikah bağlanmışdır. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 miras əmlak olaraq ünvan 1 ünvanda 28 saylı mənzil qalmışdır. Hazırda iddiaçı Sevda Süleymanovaya məlum olmuşdur ki, Axundov Fuad Böyük Ağa oğlundan qalmış miras əmlakına dair Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X11 oğlu tərəfindən vərəsəlik işi açılmış və xx.xx.2024-cü il tarixində Cavabdeh2 və Cavabdeh1 adlarına vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçı Süleymanova Sevda hesab edir ki, Axundov Fuad Böyük Ağa oğlundan miras qalmış əmlakda ½ hissəyə mülkiyyəti hüququ ona məxsusdur. Miras əmlakın digər ½ hissəsi isə birinci növbədə bərabər pay hüquqlu qanun üzrə vərəsələr (əgər varsa) arasında bölünə bilər. Buna görə də, Axundov Fuad Böyük Ağa oğlundan miras qalmış Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, ev 148 ünvanda 28 saylı mənzilə dair Bakı şəhəri 5 saylı notariat o;isinin notariusu X11 oğlu tərəfindən Cavabdeh2 və Cavabdeh1 oğlunun adlarına xx.xx.2024-cü il tarixində verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Sevda Süleimanovaya qarşı avonamyelüS“ Sevdanın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli ərizə ilə qarşılıqlı iddia ərizəsinin formasına düzəliş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin məhkəməyə ünvanladığı iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş nikah haqqında sənədlər arasında ziddiyət mövcuddur. Belə ki, həm xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş iddia ərizəsində, həm də həmin tarixdə ərizəyə əlavə edilmiş nikah haqqında sənəddən görünür ki, guya tərəflər arasında nikah Rusiya, Moskva vilayəti, Xoms Vvaq şöbəsində qeydiyyata alınmışdır. Lakin, iddiaçının vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi nikah haqqında sənəddə tərəflər arasında nikahın Moskva vilayəti, Ximki Vvaq şöbəsində qeydiyyata alındığı qeyd olunmuşdur. Bundan başqa, mərhum X4 qonşuları onunla ünvan 2 ünvanında yerləşən eyni binada yaşamış sakinlər də X4 bu binadakı mənzildə yaşadığı müddətdə subay olduğunu, heç zaman evlənmədiyini və hər zaman tək yaşadığını bildirmişlər. Bu barədə 10 sentyabr 2024-cü tarixli akt qarşılıqlı iddia ərizəsinə əlavə edilir. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X4 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan təxminən 3-5 gün əvvəl baş vermişdir. Mərhum yaşadığı və mülkiyyətçisi olduğu mənzildə vəfat etmiş və barədə 3-5 gün heç kimin xəbəri olmamışdır. Onun ölümü barədə mərhumun xalası qızı bu iş üzrə Cavabdeh2 oğlu “Paşa Həyat” sığorta şirkətində departament müdiri vəzifəsində çalışan Nümayəndə tabeçiliyində çalışan Günel Vəliyeva tərəfindən cavabdehin oğluna məlumat verilmişdir. Mərhum cavabdehlər və onları ailə üzvləri tərəfindən dəfn edilmişdir. Buradan görünür ki, mərhum faktiki olaraq tək yaşamışdır. Həmçinin qeyd edək ki, ümumiyyətlə mərhumun heç bir qohumu iddiaçını nə əyani, nə də qiyabi olaraq tanımırlar. Ümumiyyətlə, belə şəxsin mövcudluğundan xəbərləri yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, hal-hazırda qarşılıqlı iddia qaldırmaq zərurəti vardır. Belə ki, əvvəla işin halları, sənədlər arasındakı ziddiyətlər onu deməyə əsas verir ki, iddiaçının məhkəməyə təqdim etdiyi tərəflər arasında nikahın olduğunu təsdiq edən sənədlərin saxta olmaq ehtimalı böyükdür. Şərti olaraq hesab etsək ki, tərəflər arasında rəsmi nikah həqiqətən bağlanmışdır, belə olduğu təqdirdə isə tərəflər arasında faktiki nikah münasibətləri olmamış və ayrı yaşamışlar. İlkin iddia üzrə iddiaçı Sevda Süleimanovanın nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasınında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (oğlu) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X4 anası 1987-ci ildə, atası 2005-ci ildə vəfat etmişdir. Yaxın qohumları yoxdur. Qohum olaraq X6 ilə ünsiyyətdə ən çox o, özü olmuşdur. Belə ki, o, ildə 2, 3 və ya 4 dəfə Fuad Axundova baş çəkir, bir sıra ərzaq məhsulları alaraq Fuadın evinə qalxıb evin girişində ona vermiş, lakin, ev təmiz olmadığından evə heç vaxt daxil olmamışdır. Digər qohumların isə Fuadla ümumiyyətlə əlaqəsi olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə məhkəmə iclasınında iştirak edərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, miras qoyan X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölüm akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə qeydə alınmış, şəhadətnamənin verildiyi tarix isə xx.xx.2024-cü ildir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü miras qoyan X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Miras əmlakı ünvan 1, 28 saylı mənzildir. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.1968-ci il təvəllüdlü Sevda Süleimanovanın 2010-2024-cü illər üzrə ölkədən giriş-çıxışı barədə məlumatlar təqdim edilmişdir. İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışına, həmçinin təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, xx.xx.1968-ci il təvəllüdlü Sevda Süleimanova ilə xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmuşlar. Nikah aktivdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, həmin akt mərhum X4 qonşuları tərəfindən təsdiq edilmiş və qeyd edilmişdir ki, o, heç vaxt evlənməmiş, hər zaman tək yaşamışdır. İş materiallarına mərhum X4 ölməsi faktı ilə əlaqədar aparılmış araşdırma üzrə Nəsimi rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı əlavə edilmişdir. Mərhum X4 qonşusu olmuş X2 mülki iş üzrə şahid qismində dindirilmiş və o, bildirmişdir ki, X8 ilə o, qapı qonşudur. Uzun illərdir ki, onlar qonşu olmuşlar. Ona məlumdur ki, Fuad Axundov atası və anası vəfat etdikdən sonra hər zaman tək yaşamış, ailəli olmamış, plastik əşyalar toplayaraq satmaqla qazanc əldə etmişdir. İş materiallarında olan Beton MTK tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilir ki, X6 ünvan 1, 28 saylı mənzildə tək yaşamışdır, özünün deməsinə və daim tək yaşamasına görə ailə vəziyyəti subaydır, övladı yoxdur. Həmin mənzildə vəfat etdikdən sonra qohumu Toğrul adlı şəxs tərəfindən meyiti qəbul edilmiş və dəfn edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir, qarşılıqlı iddia tələbi isə əsassızdır və təmin edilməməlidir Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları, üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası, dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 1 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: - tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; - ər-arvadın ayrı yaşamaları; - qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümümi prinsiplərinə uyğun olmazdı.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X6 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Ölüm akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə qeydə alınmış, şəhadətnamənin verildiyi tarix xx.xx.2024-cü ildir. “Elektron notariat” X1 çıxarışa əsasən xx.xx.1963-cü il təvəllüdlü miras qoyan X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Miras əmlakı ünvan 1, 28 saylı mənzildən ibarətdir. Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1968-ci il təvəllüdlü Sevda Süleimanovanın 2010-2024-cü illər üzrə ölkədən giriş-çıxışı barədə məlumatlara əsasən o, Azərbaycan Respublikası ərazisində daimi yaşayır. Gürcüstan Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli arayışına, həmçinin təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1968-ci il təvəllüdlü Sevda Süleimanova ilə xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.1999-cu il tarixdə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmuşlar və sonuncu vəfat edənə qədər rəsmi nikah münasibətlərində olmuşlar. Ər-arvad münasibətləri həm şəxsi, həm də hüquqi münasibət (hüquqi nəticə yaradan) olmaqla şahid ifadələrindən asılı edilə bilməz. Ailə, ər-arvad münasibətləri qanunla qorunur. Nikah institutu ciddi hüquqi nəticə yaratmaqla həmin nəticələrin tətbiq edilməsi və nəticələrə hörmət edilməsi subyektlərin və məhkəmənin vəzifəsidir. “Hüquqi müəyyənlik” prinsipinin tələbləri nöqteyi-nəzərdən ər-arvad rəsmi nikaha daxil olduqdan nikah pozulana qədər qarşılıqlı hüquq və vəzifələri yaranmaqla birbirinin 1-ci dərəcə vərəsəsi qismində çıxış etməlidirlər. Sözügedən imperativ şərti əsassız dəyişkənliyə məruz qoymaq hüquq normasının təsir gücünün zəifləməsinə səbəb ola bilər. Nikahın pozulmasını arzu edən tərəf bununla bağlı məhkəməyə müraciət etməkdə və ya yeni nikaha daxil olmaqla sərbəstdir. Miras qoyanın iradəsi məlum olmadan onun arvadının hüquqi baxımdan arvad kimi dəyərləndirilməməsi və mirasdan məhrum edilməsi qanunun və “hüquqi müəyyənlik” prinsipinin tələblərinə ziddir. MM-in 1164-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər hazırki mübahisə üzrə sübuta yetirilmir. Bundan əlavə, həmin norma imperativ deyil, dispozitiv normadır. Müəyyən edilən hallar isə arvadın vərəsəlik hüququnundan məhrum edilməsi üçün yetərli deyildir. Qanunun imperativ tələbi və subyektlərin qanuna uyğun davranışı, həmin davranışların nəticələrinin proqnozlaşdırılması riski subyektlərin öz üzərinə düşür. Qanunun konkret tələbini situasiyaya uyğun dəyişmək qanunçuluq prinsipinin tələblərinə ziddir. Ər-arvadın birgə nikah dövründə ən azı son 3 il ərzində qədər ayrı yaşamaları mötəbər sübutlarla təsdiqini tapmır. Həmin şəxslərin ər-arvad kimi bir-biri ilə əlaqəsinin olmaması sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçı nikahda olduğu şəxsin ölümündən qısa müddət ərzində məlumatlı olmaqla məhkəməyə müraciət etmişdir. Deməli, şəxslər arasında əlaqələr, bağlar mövcud olmuş, bir-birindən məlumat almaq iqtidarında olmuşlar. Nəzərə alınmalıdır ki, ilkin iddia üzrə cavabdehlər miras qoyanın xalası uşaqları olmaqla 5-ci dərəcə vərəsədirlər. Hüquqi kateqoriya olaraq 1-ci dərəcə vərəsənin hüquqları ən sonuncu dərəcə olan 5-ci dərəcəli vərəsələrin hüquqlarından önə çəkilməli, xüsusən hüquqi bağlar (ər-arvad) diqqətə alınmalıdır. İlkin iddia üzrə cavabdehlərin 5-ci dərəcə vərəsə olmaları, onların həm mənəvi, həm ailə bağlarının xarakteri və dərəcəsi, həm də hüquqi baxımdan 1-ci dərəcə vərəsələrdən xeyli geri saxlanılması vərəsəlik huquq normaları ilə də tənzimlənmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akt üzrə qonşuların və ya şahid qismində digər qonşunun miras qoyanın şəxsi həyatı barədə müfəssəl məlumata malik olmaması anlaşılan və mümkündür. Miras qoyanın valideynlərinin uzun illər öncə vəfat etməsi və onun tək yaşaması səbəbindən şəxsi həyatı barədə informasiyanın olmamasına və ya minimum informasiyanın olmasına əsas ola bilər. Əgər miras qoyanın öz yaxın ailə üzvləri (övladları, bacı-qardaşı və ya onların övladları) olsa idi, miras qoyanın şəxsi həyatı barədə irəli sürülən arqumentlər qəbul edilə bilərdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi (oğlu) Nümayəndə izahatı ilə də məlum olur ki, miras qoyanla qohumlarının əlaqəsi olmamışdır. İlkin iddia tələbi üzrə Cavabdeh2 və Cavabdeh1 vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi mahiyyəti üzrə eyni nəticələrə səbəb olmaqla həmin şəhadətnamələri qüvvədən salır. Bu hal isə özü-özlüyündə hüquqi nəticədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ünvan 1, 28 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik payları barədə Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X7 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və iddiaçı Süleimanova Sevdanın ünvan 1, 28 saylı mənzilə vərəsəlik hüququ tanınmalı və həmin mənzilə dair iddiaçı Süleimanova Sevdanın vərəsəlik payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sevda Süleimanovanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna qarşı “ünvan 1, 28 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik payları barədə Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X7 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və iddiaçı Süleimanova Sevdanın adına ünvan 1, 28 saylı mənzilə vərəsəlik hüququnun tanınması və həmin mənzilə dair iddiaçı Süleimanova Sevdanın vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1, 28 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik payları barədə Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu X7 tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilsin və iddiaçı Süleimanova Sevdanın ünvan 1, 28 saylı mənzilə vərəsəlik hüququ tanınsın. Həmin mənzilə dair iddiaçı Sevda Süleimanovanın vərəsəlik payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh Sevda Süleimanovaya qarşı avonamyelüS“ Sevdanın qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar