Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1900/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Qanuni nümayəndə nümayəndəsi X2, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qanuni nümayəndə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi ödənc ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilərək iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi ödəncin, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən iddiaçı Qanuni nümayəndə ödənilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşirilməsi barədə ərizə ilə məhkəməyə müraciə edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilərək iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi ödəncin,2024-cü il üçün əmək məzuniyyəti pulunun, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən iddiaçı Qanuni nümayəndə ödənilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında əsl olmayan cavabdeh "xxxx" ASC Birləşmiş Sukanal İdarəsi MMC əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 ilə əvəz edilmişdir. Bundan sonra, iddiaçı Qanuni nümayəndə nümayəndəsi (oğlu) X6 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşirilməsi barədə ərizə ilə məhkəməyə müraciə edərək, "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilərək iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən iddiaçı Qanuni nümayəndə ödənilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında"xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə götürülmüşdür. Xadimə vəzifəsini yerinə yetirərək, istehsalat sahəsini və xidməti otaqları yığışdırmaq fəaliyyəti ilə məşğul olmuşdur. 22 oktyabr, 2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlığa əsasən Azərsu ASC-nin çevrilmə formasında yenidən təşkili ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Və müvafiq qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə xx.xx.2024-cü il tarixində ixtisara düşmüşdür. Xəbərdarlıqda həmçinin 9 təqvim həftəsi sonra əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixində ona işçisi olduğu müvafiq müəssisə tərəfindən ərizə imzaladılmışdır, lakin o həmin ərizənin işdən azad edilmə ilə bağlı olduğundan məlumatlı olmamışdır. Məhz bu səbəbdən elə həmin tarixdə işəgötürən müəssisəyə müraciət edərək xx.xx.2024 tarixində onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onun müraciəti nəzərə alınmamış, əksinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin müəssisədə artıq 13 ildir ki, işləyir və əmək müqaviləsinə xitam verilmə əsası kimi göstərilən maddədə nəzərdə tutulan halların heç biri mövcud olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsinə görə İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin o, qanunla müəyyən edilən qaydada yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxmamış və maddənin dispozisiyasında göstərilən digər hallar da baş verməmişdir. Bu da müvafiq maddə ilə əmək müqaviləsinə xitam verilməsinin əsassız və qanunsuz olduğunu sübut edir. xx.xx.2024 tarixli xəbərdarlıqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı səbəbilə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Daha sonra isə xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ərizə imzaladılmışdır. Hansı ki, o, həmin vaxt ərizənin onun işdən azad edilməyi ilə bağlı olduğunu bilməmişəm və işəgötürən müəssisə də mənim məlumatsızlığım barədə xəbərdar olmuşdur. Bunun nəticəsində isə həmin tarixdə imzaladılmış ərizənin etibarsızlığı barədə olan müraciətim nəticəsiz qalmış və bu dəfə də əmək müqaviləsinə 69.3-cü maddəsi ilə əmək müqaviləmə xitam verilmişdir. Bundan başqa iddiaçı Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad olunsam da, qanunvericiliyin tələblərinə zidd olaraq şəxsin əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsinin zərurəti, iddiaçı tərəfindən qanunvericliyin maddələrinin pozulmasının nədən ibarət olması ilə bağlı heç bir əsaslandırılma aparılmamış, bu hal iddiaçıya naməlum olaraq qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Qanuni nümayəndə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 nümayəndəsi X3 iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli xidmət üçün müraciətlə bağlı bildirişdən müəyyən edilir ki, Qanuni nümayəndə "xxxx" ASC-nin "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onu işdən azad etməyi ilə əlaqədar ərizə ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə müraciət etmişdir. Fəaliyyətini davam etdrimək istəyir və xx.xx.2024-cü il tarixində onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş edir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin Qanuni nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli 13-16-1/2-03/01/1-704/2024 saylı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirləe haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə” “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 sturkturuna daxil olan tabeli qurumların təsdiq edilmiş sturkturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün Qanuni nümayəndə bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Qanuni nümayəndə "xxxx" ASC-nin "xxxx" MMC-nin aparatının təsərrüfat işləri sahəsində onunla bağlanmış xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən istehsalat sahəsini və xidməti otaqları yığışdıran kimi fəaliyyət göstərir. Bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmış, xx.xx.2025-ci ildə çap edilmişdir. Çap edildiyi an əmək müqaviləsi xitam edilmiş olub. İş materiallarında olan təsərrüfat işləri sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran Qanuni nümayəndə tərəfindən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin direktor müavini Saleh Musayeva ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, Qanuni nümayəndə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsini xx.xx.2024-cü ildən ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 217-K nömrəli əmrinə əsasən Qanuni nümayəndə -"xxxx" MMC-nin təsərrüfat işləri sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, xx.xx.2024-cü ul tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 21 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas Qanuni nümayəndə ərizəsi olmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 217-K nömrəli əmri ilə Qanuni nümayəndə ilən bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bildirişin im zalandığı tarix xx.xx.2024-cü il, Çap tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin son haqq-hesab vərəqəsindən görünür ki, Qanuni nümayəndə 641,01 manat məbləğində son haqqhesab müəyyənləşmiş və xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qanuni nümayəndə xx.xx.2011-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında"xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə götürülmüşdür. Xadimə vəzifəsini yerinə yetirərək, istehsalat sahəsini və xidməti otaqları yığışdırmaq fəaliyyəti ilə məşğul olmuşdur. 22 oktyabr, 2024-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmişdir. Həmin xəbərdarlığa əsasən Azərsu ASC-nin çevrilmə formasında yenidən təşkili ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Və müvafiq qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə xx.xx.2024-cü il tarixində ixtisara düşmüşdür. Xəbərdarlıqda həmçinin 9 təqvim həftəsi sonra əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixində ona işçisi olduğu müvafiq müəssisə tərəfindən ərizə imzaladılmışdır, lakin o həmin ərizənin işdən azad edilmə ilə bağlı olduğundan məlumatlı olmamışdır. Məhz bu səbəbdən elə həmin tarixdə işəgötürən müəssisəyə müraciət edərək xx.xx.2024 tarixində onun tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onun müraciəti nəzərə alınmamış, əksinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi üzrə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilsin və iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 69-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 69-ci maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 “Birləşmiş Sukanal “ MMC-nin xx.xx.2024-cü il tarixli, 217-k nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi Qanuni nümayəndə ərizəsi qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Qanuni nümayəndə həmin ərizənin işdən çıxması ilə əlaqədar olduğunu bilməmişdir. Göründyüü kimi həmin ərizədə iddiaçı tərəfindən yazılmamış, hazır blankda olmuşdur. İddiaçı evə gəldikdən sonra oğluna ərizəyə imza atdığını bildirmiş, oğlu dərhal anasının adından həmin ərizənini etibarsız hesab edilməsi barədə "xxxx" MMC- yə ərizə ünvanlamışdır. Göründüyü kimi ərizə xx.xx.2014-cü il tarixdə yazılmış, iddiaçı həmin ərizənin etibarsız hesab edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh orqana ərizə ünvanlamışdır. Lakin iddiaçının ərizəsi nəzərə alınmadan onu xx.xx.2024-cü il tarixdə işdən azad etmişlər. Bununla da, ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. İddiaçı da xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixdən işdən azad edilməyini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixə dək ərizəsinin etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Həmçinin, iddiaçıya xx.xx.2024-cü il tarixli 13-16-1/2-03/01/1-704/2024 saylı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirləe haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə” “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 sturkturuna daxil olan tabeli qurumların təsdiq edilmiş sturkturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin b bəndinə əsasən Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün Qanuni nümayəndə bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. Göründüyü kimi iddiaçı ilə cavabdeh orqan qərəzli olduğunu göstərir. Həmçinin, cavabdeh orqan iddiaçıya onun məlumatı olmayan ərizə imzalatmış, bunun əsasında ou işdən çıxarmışdır. Bundan başqa, həmin ərizə də əsas kimi iddiaçının başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması qeyd edilmişdir. Lakin iddiaçı hal-hazıradək də hər hansı işə qəbul olunmamış, hər hansı işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Bu halda həmin ərizənin cavabdeh tərəfindən tərtib edildiyi iddiaçıya məlumatı olmadan imalatmağını müəyyən etməyə imkan verir . Belə olduğu təqdirdə, cavabdeh iddiaçı X4 işdən çıxarılmağının qanuni olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərkən ƏM-nin 69-cu maddəsinin 4cü hissəsinin tələbləri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilməli və iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 tərəfindən iddiaçı X5 ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217-K nömrəli əmri ləğv edilsin və iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 tərəfindən iddiaçı Qanuni nümayəndə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 217- K nömrəli əmri ləğv edilsin və iddiaçı Qanuni nümayəndə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 tərəfindən iddiaçı Qanuni nümayəndə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1900/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1900/2025
17.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver