Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1917/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X63rşı “işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X63rşı “işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, “V.Y.Axundov adına X15 İnstitutu” X69 xx.xx.2024-cü il tarixli 1 nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, işə bərpa olunduğu günədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq olaraq bakalavr və magistratura pilləsi üzrə təhsil almış, 2016-cı ildən etibarən bakalavr təhsilimi aldığı Universitetdə “mühasib köməkçisi” vəzifəsində işləməyə başlamış, 2021-ci il yanvar ayından sentyabr ayına kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” İş Mərkəzinin “insan resursları üzrə mütəxəssis”i vəzifəsini icra etmişdir. 2022-ci ilin oktyabr ayından etibarən cavabdeh “V.Y.Axundov adına X15 İnstitutu” X69 “kadrlar üzrə müfəttiş”i vəzifəsində işləməyə başlamış, işləri keyfiyyətli və lazımi qaydada yerinə yetirməklə qısa müddət ərzində cavabdehin ona olan inamını doğrultmuş və nəticədə 2022-ci ilin dekabr ayından etibarən “V.Y.Axundov adına X15 İnstitutu” X69 “X79si” bölməsində “şöbə müdiri” vəzifəsini icra etməyə başlamışdır. Qeyd olunan tarixdən xx.xx.2024-cü il tarixinə kimi, yəni əmək müqaviləmə xitam verilməsi barədə əmr çıxarılana kimi bu vəzifədə çalışmışdır. Barəsində xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında 1 nömrəli əmr çıxarılmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, barəsində əmr çıxarılmamışdan əvvəl və əmr çıxarılıb əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri institut tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına yazılı təqdimat təqdim olunsa belə İttifaqın üzvlərinin razılığı əldə olunmayıb. Həmkarlar İttifaqı tərəfindən qəbul edilmiş qərarda sadəcə olaraq “İnstitutun X50 müdiri İddiaçı barəsində qanun çərçivəsində obyektiv qərar qəbul edilməsinə etiraz edilmir” qeyd edilib. Bu qeydin olması həmkarlar İttifaqı üzvlərinin bağlanmış əmək müqaviləmə xitam verilməsinə razılığını göstərmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə razılıq olmadan əmək müqaviləmə xitam verilməsi AR Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasıdır. Onu da qeyd etmək lazımdır ki, Həmkarlar İttifaqının iclasında məsələnin müzakirə olunacağı barədə ona əvvəlcədən bildiriş göndərilməmiş və onun iştirakı olmadan məsələ müzakirə edilərək qərar qəbul edilmişdir. Əmək müqaviləmə xitam verilməsi barədə əmr çıxarılmamışdan öncə yol verilmiş pozuntu hal isə barəsində İnstitutun işçilərinin noyabr ayı üçün ödənilmiş əmək haqqının hesablanmasında kobud pozuntuya yol verilməsi əsası ilə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndini rəhbər tutaraq çıxarılmış xx.xx.2023-ci il tarixli əmrə əsasən əmrin mətni ilə tanış edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirmişdir ki, o, inzibati işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərir. Aygüllə heç bir ədavəti olmayıb. Məlumatına əsasən, Aygül xanım əməkhaqqını düzgün paylamadığı üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılıb. Kadrlar şöbəsi, maliyyə, müsahibat, mühafizə təsərrüfat kurasiyasına daxildir. Bu işlə əlaqədar heç kimə tədbir görülməyib. İddiaçı 2022-ci oktyabr ayında işə başlamışdır. Adil müəllim onları Aygüllə tanış etmişdir. Onu işində düzgün biri kimi tanıyırdı. Öz öhdəliyində olan işləri gecikmədən vaxtı-vaxtında yerinə yetirirdi. Proses belədir ki, tabel hazır olduqdan sonra həmin şöbə müdirləri kadrlara gətirirlər. Kadrlar da isə onu yoxlayır. İddiaçı tabeli yoxlamamalı idi. Həmin tabellər daha sonra maliyə şöbəsinə yönləndirilir. Bununla əlaqədar onlarda olan məlumat barmaq izləri aparatına əsasən yoxlanış aparılır. Hesablamanı maliyyə şöbəsi aparır. Maliyyə işini görən şəxs İddiaçı ilə təxmini olaraq eyni vaxtda ərizəsini yazaraq işdən çıxmışdır. Komissiya İddiaçı gedişindən sonra sədrin göstərişi ilə yaradılıb. Komissiya öz araşdırmasını aparmışdır. Rəhbəri isə Xəlilova Sevda idi. Komissiyalara işçilərin davamiyyəti ilə sənədlər təqdim olunmuşdur. Daha sonra həmin komissiya onu daxili nəzarət şöbəsinə, Səhiyyə Nazirliyinə təqdim etmişdir. Həmin zaman onu və bir çox işçiləri çağırıblar, onlar da gedərək izahat yazmışdılar. Nöqsanlarla da həmin vaxtlarda xəstə olduğu üçün orada tanış olmuşdur. Əməkhaqqının ödənilməsi Maliyyənin vəzifəsi idi. Tabellər də günlərin yazılmasında kiçik səhvlərə yol verilirdi. Həmin zamanda o işçinin pulundan maliyyə tərəfindən tutulurdu. Maliyyə şöbəsinə bu haqda məlumat verirmiş. Səhiyyə Nazirliyindəki izahtında da bildirmişdir ki, İddiaçı işdən azad olunması əsassızdır. Çünki,Aygül tutduğu vəzifəyə bir qrup işçilər can atırdır. Allahverən müəllim də bu məsələrlər də ona kömək etdi. İddiaçı özü də Adil müəllimlə yaxşı münasibətdə idi. Məhz buna görə də düşünür ki, İddiaçı bu ittihamlarla qaralayırlar. İnstitutda vəziyyətin gərginləşməsi noyabr ayına təsadüf edir. İddiaçı vəzifəsinə Şərəf xanım təyin edilmişdir. Təxmini olaraq, İddiaçı getməyindən 2 ay sonra təyin edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, tabeli İlahə xanım verir. Sənədi o imzalayıb. Direktor imzalamamış, möhürləməmiş tabel göndərilə bilməz. O, komissiyanın yaradılmasını tələb etmişdir. Ancaq, bu nəzərə alınmamışdır. Hal-hazıra kimi barmaq izindən istfadə etməyib əməkhaqqı alan işçilər də var. Aygülün səhhəti pisləşmişdir və həmin Komissiya İddiaçı otağının qapısını sındırıb və içərib girmişdi. Əldə etdiyi məlumatlar əsasında araşdırılma aparılıb. O, Adil müəllimə də, Aygül xanıma da barışıq təklif etmişdir. Əizə yazaraq işdən çıxması özünə təklif edilmişdir. İddiaçı da iş tapması üçün 1 ay vaxt istəmişdir. Şöbə müdiri Adil müəllimə məlumat verilməli idi ki, işçilər iş yerində yoxdur. Ancaq Adil müəllimə məlumat verilməmişdi. Oqtay müəllimin qərarı ilə razıdır. Həmin kitabça daxili nəzarət şöbəsində Sahib müəllimdə imiş. Bu məsələ ilə bağlı üst quruma məlumat məktubu mövcuddur. Əməkhaqqı ilə bağlı problemlər çox olmuşdur. İşə bərpa olunması ilə bağlı məktub gəlmişdir. Əvvəlcə tabel yazılır,tabel bölmə rəisinə, şöbə rəisinə,daxili nəzarət şöbəsinə gedir. Daha sonra müfəttişlər tərəfindən yoxlanılır. Bu işlərlə İlahə xanım məşğul olurdu.Onu da izahat verməsi üçün çağırmışdılar. Çünki, sənədlərdə onun da imzası var idi. Bir məsələni də qeyd edir ki, barmaq izi direktorun nəzarətindədir. Bu iş Araz və Leyla adlı əməkdaşların məsuliyyətindədir. Onlar nəzarət edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X29 ifadəsində bildirmişdir ki, İddiaçı kadrların rəisi idi. O, 2023-cü ilin avqustun 18-dən 44 gün müddətində məzuniyyətdə olmuşdur.Daha sonra əməliyyat olmuşdur. 2 dəfə bülletendə olmuşdur. Onu ittiham edirdilər ki, Aygül ilə əlbir olub, ona pul vermişdir. Aygüllə yaxın deyildilər. Başqa işçilərə əlavə əmək haqqı ödəməsi barədə məlumatı yoxdur. Artıq ödənilmiş əmək haqqı müəssisənin adına xələl gətirməyib. Əməkhaqqını mühasibatlıq yazır. Öz hesabına məzuniyyət ərizəsini vermişdir, lakin müdiriyyət ərizəni gec müddətə imzalayır. Ona artıq əməkhaqqının yazılmasını bilməmişdir. Təqdim etdiyi bülletenlərin pulunu hələ də verməyiblər. Ona təzyiqlər olunub. Ona əlavə əməkhaqqını Aygülün yazdığını bildiriblər. O, bülleteni ümumi şöbəyə vermək istəyib,ona deyiblər ki, kadrlarda İlahə xanıma təqdim etsin. O, da ona təqdim etmişdir. Aygüllə heç bir dostluq əlaqəsi yoxdur. Rəsmi şəkildə 6 ay bülleten götürə bilər. Amma işdən icazə vermirlər. O, da bülleteni əvvəlcədən yazır. İddiaçı bütün ərizələri Adil müəllimə imzaladırmış. İddiaçı ona “tabeli qaralayıb, sənə gün yazacam” deməmişdi. 434 manat məbləğində pulun ona yazıldığından heç bir xəbəri, marağı olmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X45 ifadəsində bildirmişdir ki, o, institutun peşə xəstəlikləri şöbəsinin müdiri, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. İddiaçı tanıyır. Aralarında ədavət olmamışdır. İşçi heyətinin də, rəhbərliyin də ona qarşı münasibəti müsbət olmuşdur. Rəhbərlik tərəfindən gətirilmiş işçi olmuşdur. Bu hadisələr olarkən o da həmkarlar ittifaqının üzvü idi. Həmin vaxt həmkarlar ittifaqının sədri Şəfəq Mustafayeva idi. Hal-hazırda instutda işləmir. Ərizəsini yazaraq işdən çıxmışdır. İttifaqa daxil olan məlumatlar araşdırılmış, üzvlər İddiaçıyla söhbət aparmışdır. İttifaqın iclasına İddiaçı dəvət edilmiş və o da iştirak etmişdir. İttifaq olaraq təsir gücləri azdır. Onlara təqdim olunan təqdimata qanunvericilik əsasında həll olunması barədə rəy vermişlər. İttifaqları İddiaçı iştirakı olmadan heç bir qərar qəbul etməmişdir və etmək səlahiyyəti də yoxdur. Təqdimatda qeyd edilən qanun pozuntuları ilə də rəhbərlik razıdır. Təqdimata əsasən qanun pozuntuları işçi iş yerində olmadığı halda iş yerində olduğu kimi qeydə alınmasıdır, əməkhaqqının düzgün bölünməməsidir. Həmin vaxtlada həmin şəxslərlə danışıq aparılmışdır. Danışıqlarda işçilərin həqiqətən iş yerində olmadığı, hətta işə gəlməməkləri barədə ərizənin olduğu öz əksini tapmışdır. Onlar iş yerində olduğu kimi qeydə alındığı üçün onlara ödəniş edilmişdir. Daha sonra ,deyilənə görə, həmin pullar geri qaytarılmışdır. Aygün Quliyeva izahat vermişdir. İzahatında da təqdimatda qeyd olunan pozuntuları ciddi bir pozuntu hesab etmədiyini, əmr və digər sənədlərin verilməsində özündə heç bir xəta olmadığını qeyd etmişdir. İzahatlar onlardan əvvəl alınmışdır. Həmkarlar ittifaqı olaraq onlar sadəcə verilən təqdimat əsasında araşdırma aparıblar. Adil müəllim Aygül xanımın işindən sonra hər kəsi araşdırmaq məqsədilə komissiya yaratmışdır. Komissiyanın rəhbəri o olmuşdu. Adil müəllim məsələni yetərincə araşdırmamış Aygül xanımı Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən azad etmək istəmirdi. Komissiya araşdırma aparan zaman İddiaçı 2 dəfə dəvət ediblər. Aparılan bütün araşdırmalar onun iştirakı ilə olmuşdur. İttifaq olaraq onların işi qanun pozuntularını araşdırmaq deyildir. Onlar verilən təqdimat əsasında rəy verirlər. Başqa bir təsiredici rolları mövcud deyildir. Həmkarlar ittifaqı araşdırma apardığı zaman özü də orada iştirak edirmiş. O, sədr deyil, üzv olmuşdur. İttifaqın əsas vəzifəsi işçilərin hüquqlarını müdafiə etməkdir. Təqdimatda qeyd olunmuş hallar işçinin işdə olmadığına dair ərizə olduğu halda iş yerində kimi göstərilməsi,onlara əmək haqqının verilməsi kimi hallardır. Bu məsələdə iki nəfər var ki, onların müraciətinin olub-olmadığı haqda məlumat yoxdur. Təkcə əmək haqqında danışılmırmış. İşçilərə iş yerində olmadığı halda iş günü yazılması, şöbələr tərəfindən verilmiş tabelə müdaxilə edilməsi kimi hallar da var imiş. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlara bu işə münasibət bildirmələri üçün verilmişdir. Təqdimatda qeyd olunan pozuntuları araşdırmaq onların səlahiyyətində deyil. İşçinin hüquqlarını qorumaq, işlərin gedişatının qanunvericiliyə aid olub-olmadığını yoxlamaq onların vəzifələridir. Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinin tətbiq olunub-olunmaması rəhbərliyin səlahiyyətindədir. Əmək Məcəlləsində qeyd olunan normalara əsasən yekun qərar çıxarılmasını ədalətli hesab edir. Bu hadisə zamanı İddiaçı məsələnin həll yolunu çıxılmaz olmadığı qeyd etmişdir. Barmaq izi sistemi işçinin davamiyyətini yoxlamaq məqsədilə quraşdırılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X53 izahatında bildirmişdir ki, İnstitutda dezenfektor vəzifəsində işləyirdi. Ona sənədlərin olmamağı barədə ərizə yazmağını, ərizə yazdıqdan sonra işdən çıxmağını deyiblər. 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayına kimi X59 Nizami metrosu yaxınlığındakı fialında işləyirdi. 14 yanvar tarixində isə Badamdar fialına gəlmiş və ərizəsi ilə onu işdən çıxarmışdılar. Verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçıyla yaxın olmasalar da, ünsiyyətiləri var idi. Allahverən müəlim ona ərizə yazdırmışdır. Onun dediklərini ərizədə qeyd etmişdir. Bundan əlava Aygülün əleyhinə izahat da yazdırmışdır. Ondan işə qəbul edilərkən pul alınmayıb. İnstitutun digər idarəsi (Nizami metrostansiyası yaxınlığındakı) hal-hazırda işləyir. Mühafizə xidməti də fəaliyyət göstərməkdədir. Orada təmizlik işlərinə baxırdı. Onunla əmək müqaviləsi bağlanmışdı. Hal-hazırda isə müqaviləsi yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X36 izahatında bildirmişdir ki, İddiaçı onun otağına gələrək, Ruhiyyə xanıma gün yazacağını ona bildirmişdir. O, isə razılaşmamış, direktora bildirməsini qeyd eləmişdir. Onun yazdığı sənədi silib və gün yazmışdır. Ruhiyyə Qəhrəmanova 2017-ci ildən bəri onlarla işləyir. Lətafət Cəfərovanı tanımır. İnstitutun digər idarəsi fəaliyyət göstərmir.1 nəfər gözətçi var. Bəzən təmizlik üçün ora xadimə də aparırlar. Onlar, barmaq olduğu halda belə qeydiyyat aparırlar. Tabel mühasibatlığa və kadrlar şöbəsinə verilir. Sonda isə direktor tərəfindən təsdiqlənir. Ruhiyyə Qəhrəmanova özü ərizə yazaraq işdən çıxmışdır. Onun işdə olmamağı barədə direktora məruzə etməmişdi. Ruhiyyə Qəhrəmanova özü məzuniyyətdə olduğunu və bülleten verəcəyini bildirmişdi. O da razılaşmışdır. Sonra isə sənədi İddiaçı vermiş, Aygül isə qeydiyyata almamışdır. Kadrlar şöbəsinin nə maraqda olduğu haqda məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X69 474 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən AR Əmək Məcəlləsinin 10-cu maddəsinin b bəndinə əsasən əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirlyinin xx.xx.2023-cü il tarixli, 3-28/2- 7121/2023 saylı məktubundan görünür ki, müraciətin müraciətin araşdırılması nəticəsində X79sində Sevinc Məmmədovanın əmək kitabçasının itirilməsi müəyyən olunmuşdur. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması ve onun tərtibi qaydaları" pozulmuş, əməkdaşların şəxsi işləri və əmək kitabçalarının qorunması lazımı səviyyədə təmin olunmamış, X50 müdiri İddiaçı funksional vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki,V.Y.Axundov adına X15 İnstitutun əməkdaşlarının işədavamiyyəti nizam-intizamı müəyyənləşdirmək üçün Oktyabr və Noyabr aylarında barmaq izi əsas götürülməklə iş vaxtının Uçot tabeli ilə Maaş cədvəlləri İşçilərinin ərizlərini və əmrlərin olub-olmaması əsas götürülərək yoxlanma aparılmışdır. Yoxlama nəticəsində əsasız olaraq tabeldə qaralamalar və aşağıdakılar təsbit edilmişdir. 1. Parazitar və Tropik xəstəliklər şöbəsinin X16 avqustun 7- si tarixindən bu günə kimi hər hansı bir ərizəsi və bülleteni olmadan işdə olmadığı aşkar olunmuşdur. Buna baxmayaraq X20 ayı tam əməkhaqqı ödənilmişdir. 2. İmmunologiya şöbəsinin elmi işçisi Rzayeva Nəzrin 13 noyabr 2023-cü il tarixində 1899 D.O özhesabına məzuniyyət ərizəsi ilə müraciət etməsinə və icazə verilməsinə baxmayaraq maaş cədvəlində tam əməkhaqqı yazılmışdır 3. Poliklinika şöbəsinin həkim-infeksionisti X60 ayında üzrsüz səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir. 4. Poliklinika şöbəsinin xadiməsi X26 ayının 1-2-3-ü tarixlərinə üzrsüz səbəblərə görə işdə olmamasına baxmayaraq tam əməkhaqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixdə Hüseynova Fatma tərəfindən yazılmış izahatdan görünür ki, X11, avqust ayının 7-dən 16-dək məzuniyyətdə olub, 17-dən də öz hesabına götürmüşdür, oktyabrın 18-dək öz hesabına olduğu üçün işdə olmayıb, bülletendə olub (əməliyyatla əlaqəli) – xəstəlik vərəqəsini kadrlar şöbəsinə təqdim etmişdir. Noyabr ayında da, özünün dediyinə görə Hüseynova Fatma iclasda olduğu üçün, yenə ərizəsini kadrlara təqdim edib. Hal-hazırda yenidən əməliyyat keçirdiyi üçün ona telefon vasitəsi ilə bildimişdir ki, dekabr ayının büllütenini gətirib təqdim edəcəkdir. O – Hüseynova Fatma bölmə müdiri kimi, ona noyabr ayında 3 günlük konfransla əlaqədar olaraq tabeli (maaş cədvəlini) Eyvazlı Sevinc yazmışdır, həmin cədvəldə öz hesabına yazılmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, X71 İntizamının pozulması haqqında xx.xx.2023-cü il tarixli, 74 nömrəli akt ona yönləndirilmişdir. Akta cavab olaraq bildirir ki, qeyd olunan məsələlərdə heç bir qanun pozuntusu yoxdur, işçilərin işə davamiyyəti qaydasındadır, iş vaxtı işdə olmayan işçilərin üzrlü səbəbləri mövcuddur. İş vaxtı işdə olmayan cəmi 2 işçi var: Kimyəvi terapevtik preparatların tədqiqat bölməsinin müdiri Babayev Elxan və laborant Nəsirov Əsrəf. Onlarında verdiyi məlumata görə Adil Allahverdiyevin məlumatı daxilindədir. “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X69 xx.xx.2023-cü il tarixli, 475 nömrəli əmrinə əsasən V.Y.Axundov adına X15 İnstitutunda Noyabr ayı üçün İşçilərin əməkhaqqı hesablanmasında kobud qanun pozuntusuna yol verməklə X50 müdiri İddiaçı əmək funksyasını keyfiyyətsiz yerinə yetirdiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə 2-ci hissəsinin "a" bəndinə rəhbər tutalaraq, İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. 23 dekabr 2023-cü il tarixli aktdan görünür ki,xx.xx.2023 tarixində X78 ayı 2023-cü il üçün tabeli tərtib etdi, və X61 Rəsulov Rəşada imza üçün təqdim edərkən, Rəşad Rəsulov tərəfindən X23 xx.xx.2023- xx.xx.2023 tarixləri arasında öz hesabına məzuniyyətdə olduğu, lakin tabeldə işdə olduğunun qeyd edildiyi aşkarlanmışdır. Səbəbi soruşulduqda, X79 Müdiri İddiaçı tapşırığı əsasında belə qeyd edildiyi bilinib. Bunun üzərinə Rəşad Rəsulovun göstərişi ilə tabel dəyişdirildi və Məmmədova Sevilin dekabr ayı boyu (xx.xx.2023-xx.xx.2023) öz hesabına məzuniyyətdə olduğu oraya qeyd edildi. Daha sonra dəyişdirilmiş tabel X61 Rəşad Rəsulov və Baş Həkim Şəfəq Mustafayeva tərəfindən imzalanaraq X50 Müdiri İddiaçı təqdim edilib. xx.xx.2023-cü il tarixdə Muradova Səidə tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixində X28 şöbəsinin tabelini X79 müdiri İddiaçı otağında iş günlərini yazdıqdan sonra X61 Rəsulov Rəşada imza üçün təqdim olunarkən məlum olub ki, Məmmədova Sevilə xx.xx.2023 – xx.xx.2023-cü il iş günü yazıldığı halda öz hesabına ərizə ümumi şöbəyə təqdim olunmuşdur. Ona görə də bu tabelə X61 Rəsulov Rəşad imzalanmayıb və onun tələbi ilə tabelə düzəliş olunmuşdur. Məmmədova Sevilə iş günü yerinə öz hesabına məzuniyyət qeyd olunmuşdur. X61 Rəsulov Rəşada və klinikanın baş həkimi Mustafayeva Şəfəqə imza çəkildikdən sonra tabel yenidən X79 müdiri İddiaçı təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə Məmmədhəsənova Ruhiyyə tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2023-cü il tarixindən öz hesabına məzuniyyət ərziəsini X50 müdiri İddiaçı təqdim etmişdir. Ərizəsinin müdriyyət tərəfindən təsdiq olunmaması barədə ona heç bir məlumat verilməyib. xx.xx.2023-cü il tarixli aktdan görünür ki,Xəlilova Sevda - Peşə xəstəliklər Şöbəsinin müdiri, Bağırov Elşən - Dəstək Xidmətləri Şöbəsinin müdiri, Rəsulov Rəşad - Laboratoriya şöbəsinin müdiri, Abbasova Jalə- Ümumi şöbənin müdiri, Əkbərova Afət- Parazitologiya şöbəsinin müdiri, Heydərova Fəridə- Bakteriologiya bölməsinin müdiri, İsayev Agasəmid - X51 müdiri, X9 bölməsinin müdiri, Suleymanova Sevinc - Yoluxucu olmayan xəstəliklər bölməsinin müdiri, İmanova Nərgiz- Gen tədqiqatları və gen mühəndisliyi mühəndisliyi bölməsinin müdiri, Qüdrətli İlahə - Kadrlar üzrə mütəxəssis, Əbilov Fariz -Satınalma üzrə mütəxəssisi bu aktı yaradılan komissiyanın fəaliyyətinə başlamaq üçün X50 müdiri İddiaçı tələb olunan sənədləri (əmrləri) verməkdən imtina etdiyi üçün tərtib etmişlər. Azərbaycan Respublikasının Səhiyyə nazirlyinin xx.xx.2023-cü il tarixli, 3-28/2- 9097/2023 saylı məktubundan görünür ki, mailto:parishirinova44@gmail.comElektron ünvan elektron poçt ünvanından “X12 İnstutu” publik hüquqi şəxsin direktoru Adil Allahverdiyevə ümvanlanmış məktub Səhiyyə Nazirliyi tərəfindən göndərilməmişdir və qeyd edilmiş elektron poçt ünvanı P.Şirinovaya məxsus deyil. 09 fevral 2024-cü il tarixli aktdan görünür ki, Komissiyanın işə başlaması üçün X50 müdiri İddiaçı, komissiyanın fəaliyyət planı ilə tanışlıq məqsədilə, İnstitutun direktoru, professor Adil Allahverdiyev tərəfindən akt zalına dəvət olunmuşdur, lakin o, bu təklifi qəbul etmədən zala gəlməkdən imtina etmişdir. İşində yol verdiyi nöqsanlara görə X50 müdiri İddiaçı 08 yanvar 2024-cü ilin 01K saylı əmri ilə işdən azad edilmişdir (ƏM 70ç maddəsi). Bundan öncə də, X50 müdiri İddiaçı işində yol verdiyi nöqsanlara görə cəzalandırılmışdır. X50 müdiri İddiaçı yoxlama üçün lazım olan sənədləri təqdim etmədən binanı tərk etmiş və bir daha geri dönməmişdir, başqa sözlə işdən uzaqlaşdırılan İddiaçı hətta, təhvil-təslimlə də bağlı proseduru həyata keçirməmişdir. Aktı imza edənlər: komissiyanın sədri Peşə xəstəlikləri şöbəsinin müdiri X45, komissiya üzvləri Ümumi şöbənin müdiri X46, Dəstək xidmətləri şöbəsinin müdiri X64, Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin rəhbəri X55, X79si Kadrlar üzrə mütəxəssis X22 iştirakı ilə xx.xx.2024-cü il tarixdə V.Y.Axundov adına X15 İnstitutunun Daxili əmək intizamının pozulması haqqında 91 № aktla möhürlənmiş 231 nömrəli otaq (X79 müdirinin kabineti) tərəflərindən xx.xx.2024-cü il tarixdə açılmış, aşağıdakı adları göstərilən sənədlər X79sinını müdiri vəzifələri həvalə edilən X47 təhvil verildikdə və sonralar komissiyanın araşdırması dövründə aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Müəssisənin "Əmrlər kitabları" aşkar edilmədi. 2. 2023-cü il əmrlərinin sıralanması (əmrlərin tarixi sıra nömrəsi ilə düzülməyib) düzgün aparılmayıb, 600-ə yaxın əmrdən yalnız 182 əmr X54 Sistemi proqramına işlənsə də, bu əmrlərin sıra nömrələrinin uyğusuzluğu təsbit edilmişdir, 15, 17, 27, 364, 391, 392, 397, 398, 399, 400, 401, 406, 409, 410, 411, 412, 516, 517, 521, 528, 557, 558, 579 nömrəli əmrlər aşkar edilməmiş və verilən bir sıra əmrlərdə qeydlər düzgün aparılmamışdır (fakt kimi xx.xx.2023-cü il tarixli 585 saylı əmr işə əlavə edilir). Hətta, qeydiyyatda olmayan nömrə ilə 2 müxtəlif şəxsə verilmiş eyni əmrlər aşkar edilmişdir. Həmçinin, Elmi hissədə olan 2 işçiyə səbəbsiz (ərizələrində dərkənar yoxdur) Mamalıq işi ixtisası üzrə ixtisaslaşdırma kursuna əmr verilmişdir.2. İşçilərin şəxsi işləri düzgün tərtib olunmayıb, şəxsi işlərdə müvafiq əmrlərin surəti, ərizələr, imzalanmış əmək müqavilələri yoxdur. 3. 2023-cü il üçün illik "Statistika hesabatları" (dekabr ayında) hazırlanmamış, təqdim edilməmişdir. 4. Hərbi uçot vərəqələri tərtib edilməyib, Səhiyyə Nazirliyinə dekabr ayında təqdim edilməli "İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında qeydiyyatı" 6ºli hesabat təqdim edilməmişdi. 5. Gigiyena şöbəsi Əmək sağlamlığı bölməsi üzrə X3 əmək kitabçası (1 ədəd), Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi üzrə X10 əmək kitabçası (1 ədəd) aşkar edilmədi 6. X53 adlı şəxsin əmək kitabçası aşkar edildi, kitabçada əmr nömrəsi və qeydiyyat aparılıb, lakin müvafiq əmr yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) müqavilə daxil edilib, işçi faktiki olaraq işə gəlmir. Bu əməkdaşla bağlı araşdırma aparılmışdır. X30 adı Səhiyyə xidmətlərinin təşkili şöbəsində dezinfektor vəzifəsində çalışan işçi kimi tabeldə iş günü yazilmiş, noyabr, dekabr ayları üçün əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. Bununla bağlı işçidən və tabelə cavabdeh şəxsdən izahatlar alınmışdır (tabelə cavabdeh şəxs, belə bir işçi ilə bağlı aparılan qeydlərin onun tərəfindən aparılmadığını və tabelin təqdim edildiyindən sonra əlavə olunduğunu bildirmişdir). İşçi öz izahatında xx.xx.2024-cü il tarixindən işə çıxdığını, işə daxil olmaq üçünərizə verdiyini, lakin ərizənin sənədlər toplusunda görmədiyini və əmək müqaviləsini imzalamadığını bildirmişdir. 7. Suvarlı Aytən adlı şəxsin şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, laboratoriya şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü yazılmış və əmək haqqı ödənilmişdır. Laboratoriya şöbəsinin müdirindən izahat alınmışdır (Laboratoriya şöbəsinin müdiri izahatında şöbəsində belə işçinin olmadığını və ona tabeldə iş günü yazmadığını bildirmişdir). İşçinin ünvanına bildiriş göndərilmiş, lakin işçi ilə əlaqə yaratmaq mümkün olmamışdır. xx.xx.2023- cü il tarixində ƏMAS-a əmək müqaviləsi bildirişi daxil edilmiş, xx.xx.2023- cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir (əmr 41). 8. X31in şəxsi işində dərkənarsız ərizə aşkar olundu, əmr və əmək kitabçası yoxdur, Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) xx.xx.2023-cü il tarixində daxil edilib, xx.xx.2023-cü il tarixində saxta nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Səhiyyə xidmətlərinin təşkili şöbəsinin aylıq noyabr və dekabr ayları üçün tabellərində xadimə kimi iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi yoxdur. Şəxsə bildiriş göndərilmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır. 9. X37 Səhiyyə xidmətlərinin təşkili şöbəsində laborant kimi noyabr və dekabr ayları üçün tabellərdə iş günü yazılmış və əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. İşçiyə bildiriş göndərilmişdəfələrlə telefon zəngləri edilmişdir, xx.xx.2024-cü il tarixində nəhayət ki, institutun X50 müdirinin yanında izahat yazdırmaq mümkün oldu. Abışova Günei öz izahatında institutun X50 sabiq müdiri İddiaçı yalnız şəxsiyyət vəsiqəsinin surətini verdiyini bildirmişdir. O, ərizə yazmadığını, işə qəbul edilməsindən, əmək haqqı ödənilməsindən və maaş kartının sifarışınin kimin tərəfindən verilməsi və mənimsənilməsindən xəbərsiz olduğunu bildirmişdir. İşçinin şəxsi işi, əmri, əmək kitabçası aşkar edilməmiş, lakin xx.xx.2023-cü il tarixində müqavilə Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilmişdir. Tabelə cavabdeh şəxsdən izahat alınmışdır. 10. X7 şöbəsi Əmək sağlamlığı bölməsi üzrə böyük laboranta noyabr və dekabr aylarında barmaq izi olmağıdı halda iş günü yazılmış, əmək haqqı ödənilmişdir. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və ona iş günü yazmadığını, tabeldə aparılan düzəlişdən onun xəbərinin olmadığını bildirmişdir. 11. X2 şöbəsi Yoluxucu və yoluxucu olmayan xəstəliklərin klinik immunologiya bölməsi üzrə böyük laborantın ödənişsiz məzuniyyət ərizəsi olduğu halda əmr yazılmamış, İşçinin dekabr ayı üçün tabeldə iş günü yazılmış və əmək haqqı tam ödənilmişdir, İşçinin barmaq izi də həmin dövr üçün yoxdur. Şöbə müdiri izahatında işçinin həqiqətən işdə olmadığını və tabeldə aparılan düzəlişdən xəbərsiz olduğunu təsdiq etdi.X4 xidmətlərinin təşkili şöbəsi üzrə xadimənin əməkdaşlar tərəfindən işdə olmadığı təsdiqlənmiş, aylıq noyabr və dekabr ayları üçün tabellərində iş günü yazılmış və əmək haqqı ödənilmişdir, işçinin barmaq izi də aşkar edilməmişdir. İşçiyə dəfələrlə telefonla zəng vurulmasına baxmayaraq işçini işə gətirtmək mümkün olmamışdır. 2024-cü ilin yanvar ayı üçün işçiyə işdə olmadığı ilə bağlı akt hazırlanmış, tabelə iş günü yazılmamışdır. İşçinin oğlu Hacəlıyev Elvin müraciət etmiş, izahat yazmış və izahatında anasının maaş kartının onun tərəfindən institutun maliyyə şöbəsində əməkdaşa təqdim etməsini təsdiq etmişdir. 13. X1 və Tropik xəstəliklər şöbəsinin Protozoloji bölməsinin laborantının noyabr ayı üçün ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabeldə dəyişiklik edilmiş və iş günü yazılmış, əmək haqqı ödənilmişdir, işçinin barmaq izi qeydə alınmamışdır. Şöbə müdiri və işçidən izahat alınmışdır. Hər iki izahatda nöqsanlar təsdiq edilmişdir. 14. X5 şöbəsi İmmunoterapiya bölməsi üzrə elmi işçi - şəxsi işi aşkar edilməmişdir. 15. X32 Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsi Mülki müdafiə qərargahının rəisi vəzifəsinə işə qəbul olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə 565 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və Məşğulluq Altsistemində (ƏMAS) müqavilə bağlanılmamışdır. 16. Analoji olaraq X49 Epidemiologiya şöbəsi Yoluxucu xəstəliklərin epidemiologiyası bölməsi üzrə Böyük laborant vəzifəsinə keçirilməsi haqqında xx.xx.2023cü il 564 saylı əmr verilməsinə baxmayaraq, işçi ilə Əmək və X62 (ƏMAS) müqavilə dəyişdirilməmişdir. 17. İmmunologiya şöbəsinin işçisi X39 noyabr ayında ödənişsiz məzuniyyət ərizəsi olduğu halda, tabelə müdaxilə edilməklə ona iş günü yazılmış, əmək haqqı ödənilmişdir, barmaq izi yoxdur. 18. İnsan Resurslarının sabiq müdiri İddiaçı iş masasında naməlum səbəbdən 767997 nömrəli boş əmək qabiliyyətinin olmamaq vərəqəsinin və yazılıb pozulan qələmin olduğu da aşkar edilmişdir. Bildirmək istəyirik ki, yuxarıdakı araşdırmanın nəticəsi olaraq, 8 əməkdaşa izahatlarda göstərildiyi kimi, naməlum səbəblərdən tabellərə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. Ümumilikdə 292 gün tabellərə əsassız iş günü yazılmaqla əmək qanunvericiliyi pozulmuş, əməkdaşlara əmək haqqı və həvəsləndirici artımlar ödənilməsi ilə isə institutun maddi-texniki bazasına xeyli sayda ziyan vurulmuşdur. Bir əməkdaşın oğlundan, institutun əməkdaşı olan anasının işə gəlmədiyi halda, ona kömək etməyinin qarşılığında maaş kartının maliyyə şöbəsi işçisinə verildiyini təsdiq edən İzahat alınmışdır. Bildirirlər ki, həmin əməkdaşa tabelə müdaxilə edilməklə iş günü yazılmış və əmək haqqı ödənilmişdir. 4 əməkdaşın isə işə qəbul edilməsi ilə bağlı institutun rəhbərliyinin və aidiyyatı şöbə rəhbərlərinin məlumatı olmadığı halda, bu əməkdaşlar naməlum şəraitdə işə qəbul edilmiş, tabellər doldurulduqdan sonra cavabdeh şəxslərin məlumatı olmadan işçilərin adı tabellərə əlavə edilmiş, onlara əmək haqqı ödənilmışdır. Məhz buna görə də, maaş kartlarının məxsus olduğu əməkdaşlar tərəfindən istifadəsinin mümkünlüyü şübhə doğurur. Cavabdeh şəxslər izahatlarında bu faktı təsdiq etmişlər. 5 əməkdaş işdə olmadığı halda tabellərə müdaxilə edilməklə iş günü yazılmış, əmək haqqı ödənilmişdır. Həmin işçilərin işdə olmaması ilə bağlı məlumatlar cavabdeh rəhbər işçilər tərəfindən təsdiq edilmişdir. 1 əməkdaşa işdə olmadığı dövlərdə iş günləri yazılmış və xəstəlik vərəqəsinin verilməsi ilə bağlı qeydlər aparılmaqla tabelə müdaxilə edilmiş, əmək haqqı ödənilmişdir, lakin xəstəlik vərəqəsi aşkar edilməmişdir. İmmunologiya və Mikrobiologiya bölümlərinin laborantları (2) nəfər) əsassız olaraq "Mamalıq işi üzrə ixtisaslaşdırma kurslarına göndərilməsi üçün əmrləşdirilmişdir. X54 Sistemi proqramına kadr əmrlərinin böyük əksəriyyəti işlənməmişdir. İşçilərin əmək müqavilələrinin Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) daxil edilməsi və çıxarılmasında bir sıra nöqsanlar aşkar edilmişdir. Hətta bu faktla bağlı institutun rəhbərliyi xəbərsiz olduğu halda belə, qurum tərəfindən cərimələndirilmişdir. Bu nöqsanlar yalnız 2023-cü ilin noyabr, dekabr ayları üzrə aşkar edilmiş, 2024-cü ilin yanvar ayında isə aşkar edilən nöqsanlar qismən aradan qaldırılmışdır. Yuxarıda göstərilən əmrin tələblərinə uyğun olaraq, araşdırılmaların, 2023cü ilin qalan 10 ayı üçün də davam etdirilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-866/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-1091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, X6 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X69 Həmkarlar Komitəsi iclasının 08 yanvar 2024-cü il tarixli, 01 saylı protokolundan çıxarışın surətindən görünür ki, İnstitutun X50 müdiri X57 barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə Həmkarlar Komitəsi tərəfindən etiraz edilmir. “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X69 direktoru Adil Allahverdiyevin 08 yanvar 2024-cü il tarixli, 01 saylı əmri ilə İnstitutun an resursları şöbəsinin müdiri X57 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, Quliyeva X40 X50 müdiri vəzifəsində işləyən zaman bir sıra nöqsanlara yol vermiş, İnstitutun direktorunun xx.xx.2023-cü il tarixli əmrinə əsasən əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ona yazılı xəbərdarlıq edilmişdir. O, işçilərin davamiyyət tabellərinə müdaxilə etməklə müvafiq dəyişikliklər etmiş, işdə olmadıqları halda onlara iş günü yazılmış və əmək haqqı ödənilmişdır. İddiaçının bu hərəkətləri işəgötürənin qanuni mənafeyinə xələl gətirmiş hərəkətlər kimi qiymətləndirilmişdir. Bununla bağlı İnstitutun Həmkarlar Komitəsinə müraciət edilmiş və Həmkarlar Komitəsi X57 barəsində qanun çərçivəsində obyektiv qərar verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı, İddiaçı İnstitutun X50 müdiri vəzifəsində işləyən zaman əmək funksiyalarını kobud şəkildə pozması və bununla əlaqədar işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğu iş materialları ilə öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə cavabdeh təşkilat onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçının işdən azad olunması barədə əmrin ləğv edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi, o cümlədən məcburi işburaxmaya görə əmək haqqının tutulması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “V.Y.Axundov adına Elmi Tədqiqat və X41” X63rşı “işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1917/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1917/2024
05.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver