Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1922/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki uşağı doğulmuşdur. Tərəflər ünvan 1 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 2 ünvanda yaşayırlar. İddiaçı 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzilini əldə etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2381/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar iddiaçının yanında qalmışlar. Nikahıları pozulsa da, cavabdeh ididaçı ilə bir yerdə yaşamağa davam edir. İddiaçı cavabdehə mülkiyyətində olan mənzildən çıxması və başqa yerdə yaşaması təklif olunsa da, cavabdeh bundan imtina etmişdir. Tərəflərin arasında tez-tez münaqişə baş verir və bəzən bu kəskin xarakter alır. Tərəflərin artıq bir mənzildə yaşaması mümkün deyildir. Bu baxımdan iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, o, İddiaçı ilə nikaha daxil olmamışdın öncə 2009-cu ildə Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi 47 nömrəli evin 3 otaqlı 104 nömrəli mənzilini tam təmirli vəziyyətdə satın almışdır. 2011-ci ildə iddiaçı ilə evlənən zaman iddiaçıya ailəsi cehiz verməmişdir. Həmin ərəfədə qaynatası Qusar rayonunda bina inşa edirdi, lakin onu başa çatdıra bilməmişdi. Həmin binanın təmiri, həyətyanı sahənin abadlaşdırılması və əşyalarla təmin edilməsi onun vəsaiti hesabına olmuşdur. Onların ilk övladı doğulduqdan sonra qaynatası həmin evi onlara bağışlamışdır. 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsi 47 nömrəli evin 3 otaqlı 104 nömrəli mənzilini satmış, 4 otaqlı 2 mərtəbəli ev almışdır. 2022-ci ildə isə həmin evi satıb hazırkı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzilini arvadı İddiaçı adına almışdır. Qeyd edir ki, iddiaçı evlənəndən bəri heç vaxt işləməmişdir. İddiaçı 2023-cü ildə boşanmaq qərarına gəlmiş, evi tərk etmiş və 7 ay ayrı yaşamışdır. Daha sonra isə anası ilə birlikdə yenə hazırda yaşadıqları evə gələrək, orda yaşayır. İddiaçı onu polis çağırmaqla hədələyərək, evdən çıxartmağa çalışır. O, iddiaçıya təklif etmişdir ki, Qusardakı atasının onlara bağışladığı evi satsın və üzərinə 100.000 manat da qoyaraq, iddiaçıya ev alsın, ya da ona 3 otaqlı ev alıb versin. O, da hazırda yaşadığı evdən çıxsın. Qusardakı ev hazırda boşdur, təxminən 400.000 manat qiyməti var, mübahisə olunan mənzil isə 500.000 manat dəyərindədir. İddiaçı ona 400.000 manat verərsə, mübahisəni sülhlə həll etməyə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərlə mübahisəsiz qaydada təsdiq edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki uşağı doğulmuşdur. Tərəflər ünvan 1 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq ünvan 2 ünvanda yaşayırlar. Tərəflər birgə nikah dövründə birgə vəsait hesabına Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzilini alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. ƏMDX yanında DƏDK və Reyestri Publik hüquqi şəxsin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********74-05301-093093 reyestr nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2381/2023 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 1154 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmışlar. Uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh aylıq əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd edir ki, İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzili tərəflərin birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakıdır, həmin mənzil üzərində İddiaçı və Cavabdeh payları bərabərdir. Tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulsa da, cavabdehin mənzil üzərində yalnız istifadə hüququ deyil, sahiblik və sərəncam hüququnu özündə birləşdirən mülkiyyət hüququ vardır. Bu hüquqdan cavabdehin məhrum edilməsi yolverilməzdir. Bu səbəbdən iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb etməsi əsassızdır. Yəni, iddia tələbi özü özlüyündə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin B girişi 11 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1922/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1922/2024
11.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver