Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1943/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və X2 cəlb edilməklə Cavabdeh qarşı “əmrin ləğvi və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi və əmək haqqı” tələbi ilə 02.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində işdən azad edilməsi barədə əmrinin ləğv olunması və üç təqvim ayı üzrə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 12.04.2022-ci il tarixdə yazılı müraciət edərək 2(004)-1943/2022 saylı mülki iş üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanda yerləşən Cavabdeh ogluna məxsus “Azgranata” şərab evində 02 fevral 2021-ci il tarixdə magazada satıçı olaraq işə başlamışdır. Həmin magazada Cavabdeh oglunun oglu X5 oglu ilə birlikdə işləmişdir. Cavabdeh qeyd olunan tarixdə onu işə qəbul etmiş, işə qəbulla baglı barəsində xəbəri olmadan əmr vermişdir. Magazanın kassa nəzarətini X5 oglu həyata keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun barəsində Cavabdeh oglu tərəfindən 19 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərədə tutulan halı üzrə əmr verilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Qeyd edir ki, onun işə qəbulla baglı ona hər hansı bir qaydada rəsmi müraciəti olmamışdır. Onun barəsində işə qəbulla baglı və işdən azad olma ilə əlaqədar verilmiş əmrlərdən ümumiyyətlə xəbəri olmamışdır. Həmin magazada işlədiyi müddətdə onun tərəfindən hec bir kodud pozuntuya və ya yeyinti halına yol verilməmişdir. İşlədiyi 5 ay müddətində ona işdə buraxılmış hər hansı bir nöqsana görə hec bir xəbərdarlıq olunmamışdır. Cavabdeh oglu onu qanunsuz olaraq magazada işlətmiş əmək haqqısını verməmiş, əmək hüquqlarını pozmuşdur. O, Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq Cavabdeh oglundan onun barəsində olan 12 iyun 2021-ci il tarixli əmrin surətinin rəsmi qaydada verilməsini 30.07.2021-ci il tarixdə ərizə ilə müraciət edərək xahiş etmişdir. Rəsmi ərizəsi olmasına baxmayaraq cavabdeh tərəfindən ona işdən azad olunma barədə əmrin surəti bu günə kimi verilməmişdir. Cavabdeh oglunun qanunsuz hərəkətləri ilə əlaqədar olaraq onun tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə əmək hüquqlarının müdafiəsi barədə 30.07.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş, müraciətinə baxılaraq X3 Xidməti Bakı şəhər İdarəsi ona 09.09.2021-ci il tarixli, **********9 saylı rəsmi məktubunda qeyd etmişdir ki, Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh onunla yazılı əmək müqaviləsi baglamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Bu səbəbdən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 30.08.2021-ci il tarixli MN1052139 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, Cavabdeh oglu tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli əmr qanunsuz oldugundan ləgv edilməlidir. O, vəzifəsinin icrası zamanı əmək funksiyasını tam yerinə yetirmişdir, onun hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı hüquq pozuntusu yoxdur, cavabdeh ona qarşı qərəzli olmuş, qanunsuz hərəkət etmiş, əmək qanunvericiliyinin tələbini pozmuş, heç bir hüquqi əsas olmadan onu işdən azad edərək barəsində qanunsuz əmr vermişdir, bu səbəbdən də o bu günə kimi heç bir yerdə işlə təmin oluna bilmir. Verilmiş əmrdə onun konkret olaraq hansı əmək funksiyasının və əmək müqaviləsi üzrə hansı öhdəliyinin yerinə yetirməməsi qeyd olunmur, bu aydın deyil. Əmr ümumi formal sözlərlə əsaslandırılmışdır. Qanunvericiliyin tələbinə görə. 26.10.2021-ci il tarixdə cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif olunması göndərilmiş, qəsdən ünvanda olmadıgına görə məktubu almamış, 21.12.2021-ci il tarixdə Royal Express poctla məktub göndərilmiş, şəxsən təqdim edilmişdir. 19.02.2022-ci il tarixdə saat 14:00-a isə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh oglu mediasiya prosesində iştirak etməmiş, bu səbəbdən də barışıq əldə edilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Əlavə olaraq bildirir ki, iş yerini özbaşına tərk etməmişdir. Dəfələrlə cavabdehin oğlu Qədirli Kənan kassadan pul götürmüşdür. O, kassaya cavabdeh olmamışdır. O, malları təhvil-təslim etməmiş, mallarla bağlı heç bir sənəd imzalamamışdır. Elə vaxt olurdu ki, kassada 5 gün o, 2 gün Kənan olurdu. O dəfələrlə Kənana demişdir ki, malları sayıb təhvil-təslim etsinlər, ancaq Kənan razılaşmamışdır. Suala cavab olaraq bildirir ki, o, orada satıcı işləmişdir. Əmək kitabçasını cavabdehə verməmişdir. Polis şöbəsində yazılan izahata edilmiş imza ona məxsusdur. 30 iyul tarixində cavabdehə yazaraq əmrin surətini istəmiş, lakin o verməmişdir. O, 2021-ci ilin avqust ayında başqa iş yerinə müraciət etdikdə ona bildirmişlər ki, adında əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxma var. Bu hal ona həmin vaxt məlum olmuşdur. Bundan başqa Əmək Müfəttişliyinin sentyabr ayında ona göndərdiyi məktubda məhkəməyə vermək hüququ izah edilmişdir. Lakin həmin vaxt imkansızlıq ucbatından məhkəməyə vaxtında müraciət edə bilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, ilk gündən əmrin surəti polisə verilmişdir. Əmrsiz iş olmur. Söhbət müştəridən alıb kassaya vurduğu və təhvil vermədiyi pulların miqdarından gedir. Mallardan getmir. Oğlu Kənan həmin mağazada işləməmişdir. 35 dükandan biri də həmin dükan idi və Kənan iddiaçının işlədiyi dükanada nəzarət edirdi. O, iddiçıya ilk gündən yaxşı şərait yaratmışdır. Hətta əskiyi gəldikdə onu başa düşəcəyini və digər dükanda işləyərək hissə-hissə pulu qaytarmasını bildirmişdir. Lakin, sonradan onu kimsə öyrətmiş, onu məhkəməyə vermişdir. Onun iddiaçını işdən çıxarmaq fikri yox idi. İddiaçı məqsədyönlü şəkildə dükanı qarət etmək üçün gəlibmiş. Əlavə deyəcəyi sözləri yazılı qaydada məhkəməyə təqdim etmişdir. Suala cavab olaraq bildirir ki, əmrin surətini iddiaçıya verməmiş və ünvanına göndərməmişdir, ancaq polisə təqdim edilmişdir, çünki ünvanını bilmirdi. Səbuhi ona əmək kitabçasını verməmişdir. Onlarda möhürdən istifadə olunmur. İddianın təmin olunmamasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahat verərək bildirmişdir ki, İddiaçı onların işçisi olmuşdur. Səbuhinin qaynını tanıyırdı, Səbuhi ilə onu o tanış etmişdir. Onlar ona əmri də aktı da təqdim etmişdir. Lakin o, imzlamaqdan imtina etmişdir. Sonra sənədlər polisə verilmiş və o, 19-cu polis bölməsində sənədlərin hamısı ilə tanış olmuşdur. İddiaçının 7 min manatdan çox əskiyi olmuşdur. O ilk əvvəl əskik gələn məbləğlə bağlı Səbuhiyə bildirdikdə Səbuhi etiraf etmiş, sonradan isə imtina edərək, boynundan atmışdır. O, bu barədə atasına gec məlumat vermişdir. Fikirləşmişdir ki, özü könüllü ödəsin. Lakin o ödəmədi və məsələ polislik oldu. İddiaçı polis şöbəsində də izahatında qeyd etmişdir ki, 5 ay işləmiş və hər ay 400 manat maaş almışdır. Bu adam 7300 manatdan artıq pul mənimsəyərək, cinayətə yol vermişdir. Səbuhi ayın 10-da iş yerini özbaşına tərk etmişdir. Səbuhi onların pulunu ödəsə onlar əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsini götürərlər. Onun Azgranata şirkətində əlindən 2 milyon manat pul keçmiş və şirkət rəhbərliyinin də başı qarışıq olmuşdur. Əgər o, oğurluq edən biri olsaydı elə həmin pullardan götürərdi. Öz mağazalarından nə üçün oğurluq etsin? Suala cavab olaraq bildirir ki, Səbuhiyə istirahət veriləndə həftədə bir dəfə o, kassada dururdu. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan fərdi sahibkar kimi Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03.02.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı “Az-granata” firma mağazasında satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Müqavilə 03.08.2021-ci il tarixədək 1 ay sınaq müddəti müəyyən edilməklə 6 ay müddətinə bağlanmışdır. İşçinin əmək haqqı 250 manat təşkil edir. İş materiallarında olan, 12.06.2021-ci il tarixli, 03/2021 nömrəli əmrə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03.02.2021-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12.06.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 19.06.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03.02.2021-ci il tarixli əmək müqaviləsinə 10.06.2021-ci il tarixli, 03/2021 nömrəli əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 12.06.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli ərizənin surətinə əsasən İddiaçı ərizə ilə Cavabdeh müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin təsdiq edilmiş surətini rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən aparılan araşdırma zamanı alınmış izahata əsasən X1 izahat verərək bildirmişdir ki, o, “Azgranata” mağazasında satıcı işləmişdir. Bir müddət sonra mağaza bağlanmış və onun bu zaman məlumatı olmuşdur ki, mağazada onun adına 7000 manat əskik var. Ancaq həmin pulu o götürməmişdir. Qədirli Kənan ona 6000 manat borcun olduğunu və həmin borcdan 3000 manatın onun payına düşdüyünü bildirmişdir. O əvvəlcə razılaşmış, lakin sonra bu işdə heç bir günahı olmadığını düşünərək imtina etmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı 03.02.2021-ci il tarixdə cavabdehlə əmək müqaviləsi bağlamış, iddiaçıya həmin müqavilədə nəzərdə tutulduğundan artıq , yəni 400 manat əmək haqqı ödənilmiş, cavabdeh əmək müqaviləsini imzalasa da, iddiaçı Səbuhi Allahverdiyev tərəfindən müqavilə imzalanmamışdır. Daha sonra iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin etibarsız hesab edilməsi və üç təqvim ayı üzrə ödənilməmiş əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunmasını və əsassız olduğundan iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 12.06.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilmiş və həmin əmrdə işçinin kassadan 7398 manat məbləğində pulu götürdüyünü etiraf etməsi qeyd olunmuşdur. Lakin cavabdehin kassadan 7398 manat məbləğində pulu götürməsi və ya kassada yaranmış pul çatışmazlığının məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində meydana gəlməsi faktı iş materialları ilə tam sübut olunmur. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarda iddiaçı onun payına düşən 3000 manatı ödəyəcəyini qeyd etsə də, əmrdə qeyd olunmuş 7398 manat məbləğlə bağlı iş materiallarında mötəbər sübut yoxdur. Lakin iddiaçı izahatında bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmrdən 2021-ci ilin avqust ayında məlumatı olmuşdur. Belə ki, o, işə qəbul olunmaq üçün müraciət etdikdə onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmrin olması səbəbindən onu işə götürmədiklərini bildirmişdir. Habelə, iş materiallarında olan 30.07.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsində qeyd edilmiş işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam veriməsindən xəbərdar olmuşdur. Belə olan hada məhkəmə hesab edir ki, hazırki iş üzrə 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı, həmçinin əmək haqqını tələb edir. Lakin iş materiallarında olan 25.06.2021ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, iddiaçı ona hər ay 400 manat əmək haqqı ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı işdən azad edilməsi barədə əmrinin ləğv olunması və üç təqvim ayı üzrə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı işdən azad edilməsi barədə əmrinin ləğv olunması və üç təqvim ayı üzrə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1943/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1943/2022
26.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver