Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1946/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1558,58 manat borcun (abonent kodu: **********000) və 35,58 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 1558,58 (bir min beş yüz əlli altı manat, əlli səkkiz) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 19006123 nömrəli sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, dövlət rüsumunun ödənilməsi haqqında məlumat nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1 Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə İddiaçı ASC ilə müqavilə bağlamış, altı nəfər ilə onlarda sistemə düşmüş və 2004-cü il tarixdən etibarən hesabat getmiş, 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə cavabdehin məbləğindən 567 manat borc silinmiş, 2011-ci il tarixdən 2019-cu il tarixədək nəfər sayı ilə ona hesabat aparılmış, yəni su pulu adam başına yazılmış, 2019-cu il tarixdə ünvana sayğac quraşdırılmışdır. 2011-ci il tarixdə Tarif Şurasının qərarı ilə su pulu bir nəfərə 1,80 manat, altı nəfərə isə 10,80 manat. 2016-cı il tarixdə Tarif Şurasının qərarı ilə bir nəfərə su pulu 2,50 manat, altı nəfərə isə 15 manat hesablanmışdır. Bu dövr ərzində nəfər sayı ilə hesabat getmiş və nəfər sayı ilə ödənişlər olmamış, yəni cavabdeh heç bir su ödənişi etməmişdir. 2019-cu il tarixdə cavabdehə su sayğacı quraşdırıldıqdan sonra az-az ödənişlər başlamışdır. Halhazırda isə cavabdehin 1558,58 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, onun çoxlu problemləri olmuş, 17 il xəstə həyat yoldaşına baxmış, oğlu hamam otağında partlayış vaxtı yandığından başı həkimlərə qarışmış və borcu yığılmışdır, ödəyə bilməmişdir. Özü xadimə işləyir, kənardan gəlirinin olmadığını bildirmişdir. Bir neçə dəfə İddiaçı ASC-nin əməkdaşları borc yığıldığına görə suyu kəsmək istəmişlər, lakin onun vəzyyyətini görüb yola vermişdirlər. Sonra xırda-xırda 5-10 manat ödənişlər etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********000 saylı abonent kartına əsasən Cavabdeh ilə (abonent kodu **********000) İddiaçı ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 10790995 nömrəli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 2, 3A saylı ev su təchizatı və çirkab sularının axıdılması xidmətləri ilə təmin edilmişdir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 2011-ci ildən başlayaraq 2022-ci ilin sonuna 1558,58 manat borcu yaranmışdır. İş materiallarında olan Azərsu ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi su ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Cavabdeh, eyni zamanda, iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, kommunal xidmətərə görə yığılmış borcun ödənilməsi tələbinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. Məhkəmə iş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı 2011-ci ildən 2022-ci ilin sonuna qədər yaranmış 1558,58 manat məbləğində borcun tutulmasını tələb etsə də, cavabdehin 2020-ci ilə qədər olan borcun ödənilməsini tələb hüququ müddətin keçməsinə görə qüvvəsini itirmişdir. Belə olan halda cavabdehdən yalnız 2020-ci ilin üçüncü ayından etibarən həmin illər üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla, 2020-ci il üçün 111 manat, 2021-ci il üçün 84,04 manat, 2022-ci il üçün 96 manat, 2023-cü ilin iddia ərizəsi verildiyi günə kimi 17 manat, cəmi 308,04 manat istifadə etdiyi sərfiyyata görə pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, qanunvericiliklə vaxtaşırı ödənişlər üzrə öhdəliklərin icrası üçün (xitam olunması) beş illik müddət müəyyən edilsə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə (tələb etmək hüququ) iddia müddəti üç il müəyyən edilmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 308,04 (üç yüz səkkiz manat 04 qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 35,58 (otuz beş manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun 07,03 (yeddi manat 3 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, 28,55 (iyirmi səkkiz manat 55 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə 308,04 (üç yüz səkkiz manat 04 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 35,58 (otuz beş manat 58 qəpik) manat dövlət rüsumunun 07,03 (yeddi manat 3 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, 28,55 (iyirmi səkkiz manat 55 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1946/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1946/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver