Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1967/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi məsuliyyət üzrə öhdəliklərinin pozulmasına görə CavabdehŞahmir oğlundan 5790.00 (Beş min yeddi yüz doxsan manat) manat dəyərində zərər məbləğinin, 8835 manat məbləğində əldən çıxmış faydanının, 84 (səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, mediasiya üçün ödənilmiş 10 manat poçt xərcinin, ümumi olaraq 14769 (on dörd min yeddi yüz altmış doqquz) manat məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “12” iyul 2024-cü il tarixində Əmək Müqaviləsi və “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilələr əsasında Cavabdeh İddiaçının “Nəqliyyat Xidmətlərinin Təşkili” şöbəsində “sürücü” vəzifəsini icra etməyə başlamışdır. “20” iyul 2024-cü il tarixində öz vəzifələrini icra edərkən sürücü Cavabdeh qəza törətmişdir. Belə ki, qəza hadisəsi zamanı cavabdeh İddiaçı MMC- nin mülkiyyətində olan **-PB-*** X7, Mercedes Benz S350D markalı avtomobilin sükanı arxasında olmuşdur və İ.Səfərov küçəsi ilə M.Aslanov küçəsi kəsişməsində qəza hadisəsi törətmişdir. Nəticədə 99-PB413 X7, Mercedes Benz S350D markalı avtomobilə xx.xx.2024-cü il tarixli keçirilmiş texniki müayinəninəsasında tərtib edilmiş təmir aktına əsasən 5790.00 (Beş min yeddi yüz doxsan manat) manat məbləğində zərər dəymişdir. Bundan əlavə baş vermiş qəza nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşmüş, bu səbəbdən həmin gün və sonrakı günlər həmin avtomobil ilə sifariş icrası mümkün olmamış və **-PB- *** nömrəli avtomobilin xx.xx.2024 - xx.xx.2024 tarixlərində təmirdə olduğu müddətdə şirkətə dəyən zərərin təqribi məbləğini müəyyən etmək məqsədilə xx.xx.2024 - xx.xx.2024 tarixləri üzrə “1C” sistemindən dövriyyə məlumatlarına əsasən hesablama aparılmış və müəyyən edilmişdir ki, təyin olunmuş tarifə əsasən avtomobildən 1 gün üçün şirkətin əldə etdiyi gəlir 285 manat təşkil edir. Bu məbləği günlərə vuraraq lazım olan ziyan üzrə hesablama apardıq və avtomobilin istehsalat təqvimi ilə 31 gün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, şirkətə dəymiş ziyanın məbləği 8835 manat olaraq müəyyən etmişlər. Hal-hazırda ödənilməli olan borc məbləği cəmi 14625 (on dörd min altı yüz iyirmi beş) manatdır (5790 + 8835=14625). Əlavə olaraq bildirmək istəyir ki, yetirilmiş xəsarət ilə əlaqədar avtomobilin bazar qiyməti düşmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixində yazılı izahat verərək qəzada təqsirkar olduğunu boynuna almışdır. Həmçinin, cavabdeh iddiaçı ilə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlamışdır. Həmin müqavilə göstərilmişdir ki, maddi məsul şəxsin təqsiri üzündən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. Bundan əlavə olaraq məsələnin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə öhdəliyinin könüllü ödənilməsi barədə təklif irəli sürülmüş və ona xeyli müddət verilmişdir. Nəticə olaraq cavabdeh borcunu ödəməmiş, ödəyəcəyinə dair vəd verməmişdir və bununla əlaqədar izahat verməkdən boyun qaçırmışdır. Tərəflərindən cavabdehin ünvanına xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Nəticə olaraq müəssisəyə 14625 (on dörd min altı yüz iyirmi beş) manat maddi ziyan vurulmuşdur və cavabdeh tərəfindən ödənilməsi üçün heç bir hərəkət edilməmişdir. Daha sonra, Cavabdeh xx.xx.2025-ci il tarixli iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində "xxxx" MMC-də sürücü kimi əmək müqaviəsi əsasında işə qəbul olunmuşdur. Əmək funksiyam sifariş əsasında müştəri və ya müştəriləri qeyd olunan ünvanlara aparmaq və ya ünvandan götürmək olmuşdur.xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində iş vaxtı bitdikdən sonra şirkət tərəfindən ona bildirilmişdir ki müştərini qeyd olunan ünvandan götürməlidir. Şəhərdə həmin saatlarda nəqliyyat sıxlığı olduğuna görə idarə etdiyi nəqliyyat vasitəsi ilə qəza törətmişdir. Həmin qəza sıxlıq nəticəsində olmuşdur.Narkoloji və alkoqol testindən keçmişdir.DYP əməkdaşları hadisə yerinə çağrılmış və hadisənin təfərrüatları dəqiqləşmişdir.DYP rəyinə əsasən günahın onda olduğu müəyyənləşmişdir. İşlədiyi şirkətə bildirmişdir ki,maşına dəymiş maddi zərəri ödəyəcək. Şirkət rəhbərinə bildirmişdir ki, ona şərait yaradın əmək haqqından hər-ay hissə-hissə ödəsin. Lakin, "xxxx" MMC-nin rəhbərliyi onu işdən kənar etmiş və nəticə etibarı ilə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə əmək müqaviləmə xitam verilmişdir. Bildirir ki, iddiaçı "xxxx" MMC onu işdən çıxararkən onlara özü və etibarnamə üzrə nümayəndəmsi bildirdimişdir ki,dəymiş ziyanın ödənilməsindən boyun qaçırmır. Lakin,həmin maddi zərərin hissə-hissə əmək haqqından tutulmasını işəgötürəndən xahiş etmişdir. İşəgötürən aqressiv şəkildə pulun hamısının birdəfəyə ödənilməsini tələb edib.Bu da onun maddi vəziyyətiylə uyğun gəlmir.İddiaçıya o və etibarnamə üzrə nümayəndəsi bildirmişlər ki, təmir xərci ilə bağlı müvafiq qəbzi təqdim etsinlər və bu pulu qarşılıqlı razılıq əsasında hissələrlə ödəyər.iddiaçı isə avtomobilə dəymiş real zərərdən başqa əlavə də pul tələb etdiyini bildirmişdir.Hesab edir ki,hazırki mübahisəli məsələ ilə bağlı iddia tələbi real (texniki müayinə aktına əsasən təmir üçün xərc 5790 azn) zərərin məbləğindən başqa qalan hissədə tamamilə əsassızdır. İddiaçı ərizəsində qeyd edir ki,texniki müayinə aktına əsasən təmir üçün xərc 5790 azn təşkil edir. Əlavə olaraq avtomobilin təmirdə olduğu dövr üçün də gündəlik maddi zərərin hesablanıb ondan tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən, 5790 manat maddi ziyanın ödənilməsi hissəsində qəbul edir. Həmin məbləği hissə-hissə ödəyə bilər. İddianı qalan hissədə qəbul etmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Air Transfer MMC (işəgötürən) ilə Cavabdeh(işçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli maddi məsuliyyət haqqında müqavilədən müəyyən edilir ki, isşi ona işəgötürən tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür . Həmçinin işçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa çarşı mübariz olmalı müəssisənin, idarənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Bu müqavilə üzrə "İşçi"nin "İşəgötürənə” vurduğu ziyanın məbləği faktiki işlər üzrə müəyyən edilir. Ziyan vurulduqdan sonra "İşçi"nin əmək münasibətlərina xitam verilmasi onu maddi məsuliyyatdan azad etmir. Bu müqavilə üzrə "İşçi" vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati va digər məsuliyyatə calb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur. Air Transfer MMC-nin direktor müavini X1, Keyfiyyətə Nəzarət üzrə böyük mütəxəssis X4 və Nəqliyyat Xidmətlərinin təşkili Şöbəsinin sürücüsü X6 tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, Air Transfer MMC-nin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixində saat 18.30 radələrində sifarişdə olduğu zaman yol hərəkəti qaydalarını pozaraq qəza hadisəsi törətmişdir. Nəticədə şirkətə məxsus Mercedes Bens S-klass markalı ** PB *** X7 avtomobilə ziyan dəymişdir. Avtomobil istismara yararsız vəziyyətə düşmüş, texniki hissəsində köməkçi su pompası, kuza hissəsində isə kapot və kapotun qoruyucu pistonları, sağ təkər qanad qoruyucusu, alt qoruyucu plastiklər, bufer, radiator barmaqlıqları, park radar sistemi, qabaq görnüş kamerası, sağ fara və fara tutacaqları yarasız vəziyyətə düşmüşdür. İş materiallarında olan: Air Transfer MMC-nin xx.xx.2024-cü il tarixli 02 nömrəli əmrindən müəyyən edilir ki, müəsissənin sürücüsü olan Cavabdeh xx.xx.2024-cü il tarixindən araşdırma müddəti bitənədək işdən kənar edilmişdir. Cavabdeh Əmri xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli təmir aktına əsasən Mercedes Bens S-klass markalı ** PB *** X7 avtomobilə 600 manat dəmirçi işi, armaturçu işi, 600 manat rəngsaz işi, 20 manat rəzval işi olmaqla 1220 manat, həmçinin 1700 manat olan ön kapot , 2 ədəd biri 100 manat olmaqla kapot petləsi üçün cəmi 200 manat, 2 ədəd biri 100 manat olmaqla piston üçün cəmi 200 manat, sağ fara 300 manat, ön panel ön şveller və qollar 1200 manat, ön buferin penası 100 manat, radiatorun sancaqları 20 manat, ablisovka (nikkel qarışıq) 350 manat, ön bufer 500 manat olmaqla, cəmi 5790 manat xərc çəkilmişdir. Air Transfer MMC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrindən müəyyən edilir ki, müəsissənin sürücüsü olan Cavabdeh əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi və vurulmuş maddi ziyanla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edilməsi əmr edilmişdir. Cavabdeh Əmri xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Air Transfer MMC-nin xx.xx.2024-cü il tarixli 05 nömrəli əmrindən müəyyən edilir ki, Cavabdeh əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Air Transfer MMC xx.xx.2024-cü il tarixli K-38 nömrəli işçinin işdən azad edilməsi barədə əmrinə əsasən nəqliyyat xidmətlərinin təşkili şöbəsinin sürücüsü Cavabdeh ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən ( ƏM-nin 72-ci maddəsinni c bəndinə əsaslanaraq) xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, istifadə etmədiyi 1 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin əsası işçinin izahatı, avtomobilin zədələnməsi barədə DYP-nın təqdim etdiyi akt. DYP-nın avtomobilin zədələnməsi barədə arayışına əsasən xx.xx.2024-cü il tarixdə İ.Səfərli küçəsi ilə M.Aslanov küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Bens Sklass markalı ** PB *** X7 avtomobilə ziyan dəymişdir. Cavabdeh Şhamir oğlu yol nəqliyyat hadisəsinin iştirakçısıdır. Cavabdeh tərəfindən Air Transfer MMC-nin direktoru Azər Xələfova ünvanlanmış izahatından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində ** PB *** X7 avtomobilinə saat 17.00 radələrində yol vərəqəsi açılmış, şəhərdən hava limanına doğru hərəkət etmiş, müştərini götürüb üzü şəhər istiqamətində ünvana aparmışdır. İ.Səfərli küçəsi ilə M.Aslanov küçəsinin kəsişməsində sağ istiqamətdə gələn avtomobil sürətlə gəlmiş, ani bir anlaşılmazlıqdan iki avtomobil bir-birinə dəymişdir. Yol nəqliyyat hadisəsi DYP tərəfindən araşdırılmışdır. Günahkar odur. Air Transfer MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, “20” iyul 2024-cü il tarixində öz vəzifələrini icra edərkən sürücü Cavabdeh qəza törətmişdir. Belə ki, qəza hadisəsi zamanı cavabdeh İddiaçı MMC- nin mülkiyyətində olan **-PB-*** X7, Mercedes Benz S350D markalı avtomobilin sükanı arxasında olmuşdur və İ.Səfərov küçəsi ilə M.Aslanov küçəsi kəsişməsində qəza hadisəsi törətmişdir. Nəticədə 99-PB413 X7, Mercedes Benz S350D markalı avtomobilə xx.xx.2024-cü il tarixli keçirilmiş texniki müayinəninəsasında tərtib edilmiş təmir aktına əsasən 5790.00 (Beş min yeddi yüz doxsan manat) manat məbləğində zərər dəymişdir. Bundan əlavə baş vermiş qəza nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşmüş, bu səbəbdən həmin gün və sonrakı günlər həmin avtomobil ilə sifariş icrası mümkün olmamış və **-PB- *** nömrəli avtomobilin xx.xx.2024 - xx.xx.2024 tarixlərində təmirdə olduğu müddətdə şirkətə dəyən zərərin təqribi məbləğini müəyyən etmək məqsədilə xx.xx.2024 - xx.xx.2024 tarixləri üzrə “1C” sistemindən dövriyyə məlumatlarına əsasən hesablama aparılmış və müəyyən edilmişdir ki, təyin olunmuş tarifə əsasən avtomobildən 1 gün üçün şirkətin əldə etdiyi gəlir 285 manat təşkil edir. Bu məbləği günlərə vuraraq lazım olan ziyan üzrə hesablama apardıq və avtomobilin istehsalat təqvimi ilə 31 gün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, şirkətə dəymiş ziyanın məbləği 8835 manat olaraq müəyyən etmişlər. Hal-hazırda ödənilməli olan borc məbləği cəmi 14625 (on dörd min altı yüz iyirmi beş) manatdır (5790 + 8835=14625). Məktub çatdığı gündən 3 gün ərzində ödənilməsi xahiş edilir. Ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında “12” iyul 2024-cü il tarixində Əmək Müqaviləsi və “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilələr əsasında Cavabdeh İddiaçının “Nəqliyyat Xidmətlərinin Təşkili” şöbəsində “sürücü” vəzifəsini icra etməyə başlamışdır. “20” iyul 2024-cü il tarixində öz vəzifələrini icra edərkən sürücü Cavabdeh qəza törətmişdir. Belə ki, qəza hadisəsi zamanı cavabdeh İddiaçı MMC- nin mülkiyyətində olan **-PB-*** X7, Mercedes Benz S350D markalı avtomobilin sükanı arxasında olmuşdur və İ.Səfərov küçəsi ilə M.Aslanov küçəsi kəsişməsində qəza hadisəsi törətmişdir. Nəticədə 99-PB413 X7, Mercedes Benz S350D markalı avtomobilə xx.xx.2024-cü il tarixli keçirilmiş texniki müayinəninəsasında tərtib edilmiş təmir aktına əsasən 5790.00 (Beş min yeddi yüz doxsan manat) manat məbləğində zərər dəymişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində yazılı izahat verərək qəzada təqsirkar olduğunu boynuna almışdır. Həmçinin, cavabdeh iddiaçı ilə “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlamışdır. Bundan əlavə baş vermiş qəza nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşmüş, bu səbəbdən həmin gün və sonrakı günlər həmin avtomobil ilə sifariş icrası mümkün olmamış və **-PB-*** nömrəli avtomobilin xx.xx.2024 - xx.xx.2024 tarixlərində təmirdə olduğu müddətdə şirkətə dəyən zərərin təqribi məbləğini müəyyən etmək məqsədilə xx.xx.2024 - xx.xx.2024 tarixləri üzrə “1C” sistemindən dövriyyə məlumatlarına əsasən hesablama aparılmış və müəyyən edilmişdir ki, təyin olunmuş tarifə əsasən avtomobildən 1 gün üçün şirkətin əldə etdiyi gəlir 285 manat təşkil edir. Bu məbləği günlərə vuraraq lazım olan ziyan üzrə hesablama apardıq və avtomobilin istehsalat təqvimi ilə 31 gün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, şirkətə dəymiş ziyanın məbləği 8835 manat olaraq müəyyən etmişlər. Hal-hazırda ödənilməli olan borc məbləği cəmi 14625 (on dörd min altı yüz iyirmi beş) manatdır (5790 + 8835=14625). İddiaçı maddi məsuliyyət üzrə öhdəliklərinin pozulmasına görə CavabdehŞahmir oğlundan 5790.00 (Beş min yeddi yüz doxsan manat) manat dəyərində zərər məbləğinin, 8835 manat məbləğində əldən çıxmış faydanının 84 (səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 50 manat mediasiya xərcinin, mediasiya üçün ödənilmiş 10 manat poçt xərcinin, ümumi olaraq 14769 (on dörd min yeddi yüz altmış doqquz) manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Avtomobilə dəymiş zərər görə 5790 manatı ödəməyə razıdır. Lakin digər hissələrdə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Məhkəmə iddiaçının avtomobilin təmir aktına əsasən çəkilmiş xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbini əsaslı hesab edir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin avtomobilə çəkilmiş xərclər cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmin hissədə iddia tələbini qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Bundan başqa, iddiaçı iddia tələbində avtomobilin sonradan digər şəxslərə satılarakən daha aşağı qiymətə satılmasına, avtomobilin dəyərdən düşməsinə görə yaranmış fərqin və həmin avtomobildən istifadə edilə bilmədiyi müddətdə istifadə edilməklə gəlir əldə ediləcəyinə istinad edərək əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmadığından iddiaçının cavabdehdən avtomobilin dəyərdən düşməsinə və həmin avtomobildən istifadə edilə bilmədiyi müddətdə istifadə edilməklə gəlir əldə ediləcəyinə istinad edərək əldə çıxmış faydanın cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə tələbini əsaslı edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5790 (beş min yeddi yüz doxsan) manat m’bl’]ind’ pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53 (əlli üç) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53 manat pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 81 manat (134-53=81) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5790 (beş min yeddi yüz doxsan) manat m’bl’]ind’ pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53 (əlli üç) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 81 (səksən bir) manat (134-53=81) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1967/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1967/2025
03.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver