Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1978/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, mənzil 27 (Yeni qaydalarla: AZ 1065, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verərək bildirir ki, onunla Cavabdeh arasında xx.xx.1983-cü il tarixində Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsində 842 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Tərəflər arasında münasibətlər pozulduğuna və tərəflər ayrı yaşadıqlarına görə onların nikahları formal xarakter daşıyırdı. Bu səbəbdən sözügedən nikahın pozulması ilə barədə qətnamə qəbul edilməsi xahişi ilə onun tərəfindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Daha sonra o, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə olan nikahın pozulması və nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, mənzil 27-ə (Yeni qaydalarla: AZ 1065, ünvan 1 dair əmlakın ½ hissəsinə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2(004)-1198/2024 nömrəli qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 10 noyabr 1983-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 842 nömrəliakt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikah dövründə Cavabdeh adına alınmış, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, 27 (Yeni qaydalarla:AZ 1065, ünvan 1 saylımənzilCavabdeh və İddiaçı arasında payları bərabər olmaqla bölünmüş və mənzil üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilmişdir. Bu xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəliçıxarışdan da aydın görünür. Hazırda cavabdeh iddiaçının mənzildən istifadəsinə, mənzilə olan hüquqlarını həyata keçirməsinə, mənzildə yaşamasına məhdudiyyət qoymuşdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1198/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 10 noyabr 1983-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 842 nömrəliakt qeydi ilə bağlanmış nikah pozulması, birgə nikah dövründə Cavabdeh adına alınmış, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, 27 (Yeni qaydalarla: AZ 1065, ünvan 1 saylı mənzilin Cavabdeh və İddiaçı arasında payları bərabər olmaqla bölünməsi və mənzil üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, 27 (Yeni qaydalarla: AZ 1065, ünvan 1 ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024cü il tarixdən İddiaçı adına ½ hissədə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1198/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, 27 (Yeni qaydalarla: AZ 1065, ünvan 1 Cavabdeh ½ (ikidə bir) hissədə, İddiaçı – ½ (ikidə bir) hissədə payları müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi qət edilmişdir. Hazırda isə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251 (Yeni qaydalarla: AZ 1065, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil ½ hissədə iddiaçıya məxsus olduğundan, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 251 (yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1978/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1978/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver