Məhkəmə qərarları › İş №e-2(004)-1997/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1997/2023

11.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1997/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracda satılması və satış pulunun paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üzrə paylarının naturada ayrılması, bu mümkün olmadıqa onun payının dəyərinin cavabdeh tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüququna xitam verilməsi, bu da mümkün olmadıqda mənzilin hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsaitin paylara müvafiq olaraq mülkiyyətçilər arasında bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3610/2022 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzilin paylı mülkiyyətçilərinin payları İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissədə olmaqla müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 585/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda mübahisə edilən mənzildə cavabdeh anası ilə bərabər yaşayır. Tərəflər arasında bağlanmış nikah pozulduğuna görə iddiaçının həmin mənzildə cavabdehlə birgə yaşaması mümkün deyildir. Dəfələrlə cavabdehlə həmin mənzilin satılaraq əldə edilən vəsaitin bərabər bölüşdürülməsi barədə söhbətlər aparılsa da, cavabdeh mənzilin satılmasından imtina edir. Son zamanlar isə artıq tərəflər arasında münaqişə və mübahisələr yaranmağa başlanmışdır. Məhz bu münaqişə və mübahisələrə görə paylı mülkiyyətdə olan həmin mənzilə sahiblik, istifadə və sərəncam barədə cavabdehlə razılığa gəlinməsi qeyrimümkündür. Ona görə də , hesab edir ki, həmin mənzil paylarına uyğun olaraq naturada bölünməli, bölünmə mümkün olmadıqda onun payının dəyəri cavabdeh tərəfindən ödənilməsi şərtilə mülkiyyət hüququna xitam verilməli, bu da mümkün olmadıqda həmin mənzil hərrac vasitəsilə satılmalı və satışdan əldə edilə vəsait paylarına müvafiq olaraq bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbi ilə razı olmayaraq izahatında bildirmişdir ki, cavabdehin atası Babayev Vaqif tərəfindən mübahisə edilən mənzilə dair iddia qaldırılacaqdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3610/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ələskər Ələkbərov küçəsi, ev 5, 37 saylı mənzil üzərində İddiaçı 1/2, Cavabdeh 1/2 hissədə pay hüququ müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 559-cu məhəllə, ev 5, 37 saylı mənzilin ½ (ikidə bir) hissəsi İddiaçı, ½ (ikidə bir) hissəsi Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. Yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1997/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici “X2 Mərkəzi” MMC-yə həvalə edilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Müstəqil qiymətləndirici “X2 Mərkəzi” MMC-nin 16 iyun 2023-cü il tarixli YDQM №004-031/2023 nömrəli rəyindən görünür ki, ünvan 1 mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 169.920 (bir yüz altmış doqquz manat doqquz yüz iyirmi) manat, likvif dəyəri 152.900 (bir yüz əlli iki min diqquz yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli, 10/3479 nömrəli rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnmişdir. Həmin rəyin nəticə hissəsindən aydın olur ki, mübahisəli mənzilin tərəflərin hər birinin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, ünvan 1 mənzil tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər təklif olunan kompensasiya məbləğində ortaq razılığa gələ bilməmişdirlər. Bundan sonra iddiaçı mübahisəli mənzilin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmiş, cavabdeh isə mənzilin satılmasından imtina etmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 mənzil paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1 mənzil ilkin satış qiyməti 169.920 (bir yüz altmış doqquz min doqquz yüz iyirmi) manat müəyyən edilməklə açıq hərracda satılmalı, mənzilin satışından əldə olunacaq vəsait paylara mütənasib olaraq paylı mülkiyyətçilər arasında bölünməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat vəsaitin İddiaçı və cavavbdeh Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilsin. ünvan 1 mənzilin ilkin satış qiyməti 169.920 (bir yüz altmış doqquz min doqquz yüz iyirmi) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar