Məhkəmə qərarları › İş №e-2(004)-2011/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2011/2023

01.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2011/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2rşı "işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasinin Ekologiyavə Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2rşı "işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyinin 08 İyun 2022-ci il tarixli 526/Ü saylı əmri ilə yaradılmış ləğvetmə komissiyasının 497/k saylı 28 Dekabr 2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, qanunsuz işdən azad olunmağa görə almadığı müddət üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək İddiaçı tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xudiyev X14 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 622/K nömrəli 15 iyul 2019-ci ol tarixli Əmri ilə Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Axtarış şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli 289s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmri ilə ləğv olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Müvafiq əmrə əsasən ləğvetmə Komissiyası yaradılmış, ləğvetmə komissiyası işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ləğvetmə ilə əlaqədar Milli Geoloji Kəşfiyyat Xidmətinin işçiləri ilə münasibətlər əmək qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilmişdir. İddiaçı işləmiş olduğu Milli Geoloji Kəşfiyyat Xidməti Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli, 289s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmri ilə ləğv olunduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə 29 dekabr 2022-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə (müəssisənin ləğvi) xitam verilərək son haqq-hesabı və kompensasiyası ödənilmişdir. Ləğv edilmiş Geoloji Kəşfiyyat Xidmətinin vaxtilə baş mühasibi vəzifəsində çalışmış X3 2022-ci ilin 08 dekabr tarixində işə qəbul ilə əlaqədar Yeni yaradılmış X4 peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)ixtisaslı imtahan mərkəzində imtahan təşkil olunaraq imtahan prosesi 360° müşahidə aparmağa imkan verən xüsusi kameralar vasitəsi ilə nəzarət altında saxlanılmış, imtahanların keçirilməsi üçün nəticələrə müdaxilə imkanı mövcud olmayan beynəlxalq proqram təminatından istifadə olunmuşdu. Sözügedən imtahanda İddiaçı iştirak etməkdən imtina etmemişdir. İmtahanın keçirilməsinə əsas olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 4.1 bəndinə əsasən işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil edilmişdir. Bundan başqa, işə qəbulla bağlı Agentliyin 2023-cü il 15 fevral tarixli 007/Ü nömrəli Əmri ilə Komissiya yaradılaraq müsahibə keçirilmişdir. Komissiyanın tərkibində Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Azərbaycan Respublikası Təbii Sərvətlər və X8 İttifaqı Komitəsinin sədri Telman Quliyev, Geologiya, Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov, X15 X1 İdarə Heyətinin sədr müavini Azər Şükürov, "xxxx" QSC-də Geoloji şöbənin müdiri Şahbəddin Musayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Texniki təminat şöbəsinin satınalmalar üzrə məsləhətçisi ilqar Aslanov və Elvin Cəbrayılov iştirak etmişlər. Müsahibədə İddiaçı iştiraki təmin edilmişdir. Müsahibədə İddiaçı 7 keçid baldan 4.73 bal toplayaraq sınaq qiymətləndirilməsində uğur qazanmamışlar. iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələrə münasibət olaraq bildirmək istəyirik ki, İşə götürən tərəfindən əmək müqaviləsinə ləğv edilməsinin əsasları əmək məcəlləsinin 70-ci maddəsində göstərilmişdir.İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən işçinin əmək müqaviləsinin ləğv əsası olaraq əmək məcəlləsini 70-ci maddəsinin “b” bəndini əsas gətirmişdir.Həmcinin iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin maddə 78 “İşçilərin ixtisarı zamanı işdə saxlanmağı üstünlüyü olan şəxslər” istinad edərək iddiaçın əmək hüquqlarınının pozulduğunu qeyd etmişdir.Bu baxımdan işçilərin ixtisarı zamanı işdə saxlanması üstünlüyü işə götürən tərəfində işçinin əməmk müqaviləsinə Əmək Məcəlləsinin 70 b maddəsiylə ləğv edildikdə tətbiq olunur. Lakin iddiaçının əmək müqaviləsinə 29 dekabr 2022-ci il Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o 39 il fasiləsiz olaraq dağ mədən işləri üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini idi. 12 Aprel 2019-cu il cavabdehin əmri ilə ləğvetmə komissiyası yaradılıb və o həmin komissiyanın sədri təyin olunmuş, öz vəzifəsi ilə yanaşı həmin komissiyanın sədri da işlərini görmüşdür. 12 İyun 2019-cu il tarixdə ləğvetmə məsələlərinə görə getdiyi ezamiyyətdən qayıdarkən yeni rəis təyin olunduğunun şahidi oldu. Həmin rəis onu dəvət edərək bildirdi ki, ərizə yaz öz vəzifəndən azad ol və yeni yaradılan X5 müavin vəzifəsinə təyin olunacaqsan. Nə qədər ki, həmin Ağentlik hələ fortmalaşma ərəfəsindədir, Milli Geoloji Kəşfiyyat Xidmətinin X12 rəisi vəzifəsinə təyin olunmağın barədə ərizə yaz. O da inanaraq Texniki məsələlər üzrə rəis müavini vəzifəsindən azad olunmağı və daha aşağı vəzifə hesab olunan X13 rəis təyin olunmağı barədə ərizə yazıb təqdim etdi. Bundan sonra o cavabdehin əmri ilə işdən azad olunsa da 2 ay ərzində yeni vəzifəyə təyin olunmadı. Lakin ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdi. 2019-cu il iyul ayının sonunda nazirə müraciət edərək rəhbərliyin göstərişi ilə yeni işə keçmək üçün ərizə yazdığını, işdən azad olunduğunu, yeni işə təyin olunmadığını, lakin ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdiyini, əmək haqqı isə almadığını bildirdi. Rəis isə cavabında bildirdi ki, o artıq rəis deyil, Milli Geoloji Kəşfiyyat Xidmətinin X13 baş mühəndis vəzifəsinə təyin olunmağı barədə ərizə versin. O da məcbur olub İyul ayının sonunda X13 baş mühəndis təyin olunmağım barədə ərizə verdi. Bundan sonra o 15 İyul 2019-cu il tarixdən X12 baş mühəndisi vəzifəsində təyin edildi. Nəticədə bir ay yarım əmək haqqı almaqdan məhrum oldu. 2019-cu ilin payız aylarında X5 işçilər yığılarkən o həmin Ağentliyə işə təyin olunmadı, aldadıldığını bildi və cavabdehə müraciət edərək əvvəlki işinə bərpa olunmağını və ya əvvəlki vəzifəsinə uyğun başqa işlə təmin olunmağını xahiş etdi. 27 Aprel 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə X10 Publik Hüquq şəxs yaradılıb 26 May 2022-ci il tarixdə işlədiyi Xidmətdə ixtisar olunacaq 176 nəfər işçidən biri kimi ona da bildiriş verilib və xəbərdarlıq edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad oluna bilər. Cavabdehin 526/Ü saylı 8 İyun 2022-ci il tarixli əmrilə işlədiyi Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilib. Həmin əmrin 3.6-cı bəndində göstərilib ki, Xidmətin işçiləri ilə münasibətlər əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilsin. Əmrin 4-cü bəndində hüquq və insan resursları şöbəsinə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra X4 kardlarla komplektləşdirilməsi ilə bağlı təkliflər versin, işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil etsin. Ləğv edilən qurumun işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri ilə bağlı məsələlərin həllini təmin etsin. Avqust 2022-ci il tarixdə rəhbərliyin qəbulunda oldum və başqa agentlikdə yüksək maaşlı işlə təmin olunmağımı xahiş etdim. Bildirdilər ki. gözlə Ağentliklər üzrə test imtahanları olacaq, imtahan verərsən. Dedi bu gec olacaq və onun ixtisasına uyğun olmayan suallarla bağlı test imtahanı da verməyə məcbur edilməyi qanunsuzdur. Yeni agentliyin də əsasnaməsi Milli Geoloji Kəşfiyyat Xidmətinin Nizamnaməsi ilə demək olar ki, eynidir. X11 təsdiq olunandan sonra cavabdeh 24 Noyabr 2022-ci il tarixdə qanunsuz olaraq test imtahanı keçirib. Onun ixtisası dağ qazmaları işləri üzrə (karxanalar və yeraltı işlər) mütəxəssisdir. O həmin işlər üzrə uzun müddət baş mühəndis, idarə rəisi, rəis müavini işləmişdir. Heç vaxt da işdə qüsuru olmayıb. Dəfələrlə də attestasiyadan keçmişdir. 24 Noyabr 2022-ci ildə keçirilən test imtahanının suallarında onun ixtisası olan dağ mədən və dağ qazma işləri üzrə imtahan sualları olmayıb. Ondan tələb olunub ki, ixtisası olmayan buruq qazma işləri üzrə test suallarına cavab verməyi üçün test imtahanından keçsin. O ixtisası üzrə suallar olmadığı üçün test imtahanı verməkdən imtina etmişdir. Bundan sonra 497/k saylı 28 Dekabr 2022-ci il tarixdə əsassız və qanunsuz olaraq işdən azad olunduğu barədə əmr verildi. Həmin əmr ona 24 Yanvar 2023-cü il tarixdə verilib. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 nümayəndəsi Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin ştatın ixtisar edilməsi haqqında İddiaçı göndərilmiş 120 nömrəli bildirişdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin fəaliyyətini optimallaşdırmaq, strukturunu ve idarə edilməsini daha da tekmilləşdirmək məqsədi ilə struktur dəyişiklikərinin aparılacaq. Milli Geoloji Kəşfiyyat Xidmətinin yeni ştat cədvəlinə əsasən tutduğu vəzifə ixtisara düşə bilər. Bu sebebden bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bendina əsasən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində her iş həftəsində əmək haqqı saxlanılmaqla iş yeri axtarmaq üçün bir iş günü təqdim edile biler. Bildirmişlər ki, xəbərdarlıq müddıti ərzində ixtisasa uyğun olan başqa iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda, xəbərdarliq müddəti əvəzinə bu müddətə uyğun orta aylıg əmək haqqı müvafiq misli məbləğ birdəfəyə ödəməklə müvafiq əsasla bağalnmış əmək müqaviləsinə xitam verilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diger qurumlarında mövcud olan müvafiq vakant yerlər təklif olunacaqdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Axtarış İdarəsinin baş mühəndisi İddiaçı göndərilmiş 5/X-216-12 nömrəli ərizədən görünür ki, daxil olmuş işlə təmin olunmasına dair ərizəyə baxılmışdır. Nazirliyin X15 X1 kadrlarla komplektləşdirilməsi zamanı sənədlərə baxılacaqdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli ləğvetmə komissiyasının yaradılması haqqında əmrdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrindən görünür ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 29 dekabr 2022-ci il tarixdən ləğv edilmişdir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi vəzifəsinə təyin edilmiş və uzun müddət müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti İddiaçı ştatın ixtisar edilməsi haqqında 120 nömrəli bildiriş göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrinə əsasən Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 29 dekabr 2022-ci il tarixdən ləğv edilmişdir. Hazırda İddiaçı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 497/K saylı 28 dekabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, qanunsuz işdən azad olunmağına görə ala bilmədiyi müddət üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra –Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində X9 publik hüquqi şəxs yaradılması qərara alınmışdır. Həmin Fərmanın 2.3-cü maddəsinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir. Fərmanın 2.4-cü maddəsinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilərək tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində X9 publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanla da publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləri olaraq Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilərək hüquq və öhdəlikləri hüquqi varisi olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasına keçdiyindən bağlanmış müqavilələr üzrə öhdəliklər yeni yaradılmış ləğvetmə komissiyası ilə davam etdirilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmri ləğv edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 İddiaçı “Baş Mühəndis” vəzifəsinə uyğun vəzifəyə xx.xx.2022-ci il tarixdən bərpa olunmalı, İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 arasında müddətsiz əmək müqaviləsi bağlanılmalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə kimi İddiaçı “Baş Mühəndis” vəzifəsinə uyğun vəzifənin əmək haqqı ödənilməldir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış ləğvetmə komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmri ləğv edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 İddiaçı “Baş Mühəndis” vəzifəsinə uyğun vəzifəyə xx.xx.2022-ci il tarixdən bərpa olunsun. İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 arasında müddətsiz əmək müqaviləsi bağlanılsın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə kimi İddiaçı “Baş Mühəndis” vəzifəsinə uyğun vəzifənin əmək haqqı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar