Məhkəmə qərarları › İş №e-2(004)-2042/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2042/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2042/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, Cavabdeh üzərinə onun mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən mənzilin boşaltmaq vəzifəsinin qoyulması və Cavabdeh həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh tərəfindən mənzilin başaldaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilini İddiaçı 60.000 manata satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10.000 manat vəsaiti ilkin olaraq xx.xx.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı Cavabdeh müqavilənin şərtinə əsasən xx.xx.2019-cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzindən Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi xx.xx.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 imzalamışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərini tam şəkildə Cavabdeh ödəsə də, Cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi İddiaçı təhvil verməmişdir. Bu səbəbdən mənzilin boşaldılmasını tələb edir. Qarşılıqlı iddia ərizəsində götərilənlərlə razı deyildir. Çünki, iddiaçı mənzili borc əvəzi olaraq əldə etməmiş, mənzilin dəyərini 60.000 manatı tam şəkildə notariusun depozit hesabına ödəmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı bacıqardaşdırlar. Cavabdeh İddiaçı 15.000 ABŞ dolları borcu vardır. Cavabdeh borcunu ödəyə bilmədiyinə görə borcun əvəzində mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinin Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmasına məcbur edilib. Cavabdeh müqavilədə göstərilən 60.000 manat vəsaiti almayıb. Bu səbəbdən hesab edir ki, mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Olur ki, qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri və notariat işini nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bakı şəhəri 11 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli XK-413 nömrəli məktubu ilə məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 4Ə-437 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilini 60.000 manata İddiaçı satmışdır. Müqavilənin şərtinə əsasən İddiaçı 10.000 manat vəsaiti ilkin olaraq xx.xx.2019-cu il tarixdə, qalan 50.000 manatı isə müqavilə bağlanan gün, yəni xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına ödəmişdir. Satıcı Cavabdeh müqavilənin şərtinə əsasən xx.xx.2019-cu tarixədək mənzili boşaldaraq alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini Cavabdeh əvəzində, onun Bakı şəhəri 11 saylı notariat ofisində verdiyi xx.xx.2019-cu il tarixli 9286 reyestr nömrəli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 imzalamışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin müəyyən edilmiş 60.000 manat dəyərini tam şəkildə satıcı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödəsə də, Cavabdeh öhdəliyini yerinə yetirməmiş mənzili hazırkı vaxta kimi borşaldaraq İddiaçı təhvil verməmişdir. Bu isə alıcının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı olan 15.000 ABŞ dolları borcunun əvəzində, alqı-satqı müqaviləsi bağlamağa məcbur edildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə tənqdim edə bilməmişdir. Əksinə, notariat işinə əlavə edilmiş qəbzlərlə təsdiq edilir ki, X3 depozit hesabına alıcı İddiaçı xx.xx.2019-cu il tarixli qəbzə əsasən 10.000 manat, xx.xx.2019-cu il tarixli qəbzə əsasən 50.000 manat olmaqla, cəmi 60.000 manat vəsaiti, yəni mənzilin tam dəyərini satıcı Cavabdeh ödənilməsi üçün ödəmişdir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətçi kimi keçmiş mülkiyyətçi olan Cavabdeh onun mülkiyyətindəki mənzilə olun istifadə hüququna xitam verilməsini və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia ərizəsində götərilənlər cavabdehin şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. X6 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X7rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzili başaldaraq İddiaçı təhvil verilsin. Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi 6 nömrəli evin 98 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-437 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu isə Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar