Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2043/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağan qoyulması və boşaldılması” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağan qoyulması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı MMC-yə qarşı “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iş yekunlaşanadək hazırki iş üzrə icraat dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2024saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilərək, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı MMC-yə qarşı “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5219/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Hazırda İddiaçı MMC məhkəməyə ərizə verərək, 2(004)-2043/2024 saylı mülki işin icraatını təzələnməsini və iddiaçı olaraq tərəflərindən verilən iddiadan imtinanı qəbul edərək, iş icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan mülki işin icraatı dayandırılmışdır. Dayandırmanın səbəbi isə, iş üzrə cavabdeh tərəfin iddiaçının adına verilmiş Çıxarışın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində qaldırdığı iddiaya baxılması ilə əlaqəli idi. İş üzrə tərəflər arasında razılıq əldə olunmuş və Cavabdeh Bakı inzibati məhkəməsinə verdiyi iddiadan imtina etmiş və bununla bağlı məhkəmə qərardadı qəbul edilmişdir. Halhazırda icraatda olan mülki iş üzrə tərəflər arasında hər hansı bir mülki mübahisə qalmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2043/2024saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə icraat təzələnərək, məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 09:10-a təyin edilmişdir. Hazırda İddiaçı MMC məhkəməyə ərizə verərək, nümayəndələrinin iştirakı olmadan baxılaraq, iddiadan imtinanı qəbul edib iş icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5219/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağan qoyulması və boşaldılması” tələbinə dair mülki iş üzrə iddia tələbindən imtina etməsi qəbul olunsun. İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağan qoyulması və boşaldılması” tələbinə dair mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2043/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2043/2024
26.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver