Məhkəmə qərarları › İş №e-2(004)-2060/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2060/2021

06.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2060/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********3 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 2002-ci ildən Cavabdeh Masallı rayon şöbəsində çalışır. İşlədiyi müddətdə DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliynə verilmiş, daha sonra publik hüquqi şəxsə çevrilmişdir. İşlədiyi 18 il müddətində heç vaxt əmək intizam qaydalarını pozmamış, töhmət və xəbərdarlıq kimi intizam tənbehi almamışdır. Həmişə işinə vicdanla və məsuliyyətlə yanaşmışdır. xx.xx.2019-cu ildən isə Masallı “Asan” Xidmət Mərkəzində “əmək pensiyalarının təmin edilməsi sektorunda məsləhətçi olaraq ehtiyat kadr kimi xidmətə başlamışdır. xx.xx.2020-ci ildə DMSF PHŞ ilə əmək müqaviləsi bağlayaraq fondun 8 saylı (Masallı filialı) regional ərazi filialına mütəxəsis təyin edilmiş, həmin müqavilə 3 aylıq müddətə bağlanılmışdır. Daha sonra xx.xx.2020-ci ildə əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin də xx.xx.2021-ci ildə müddəti başa çataçaqdı. Lakin işə götürən heç bir əsas olmadan xx.xx.2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Əmək müaviləsinə xitam verilməsi barədə həmin əmr, əmək kitabçası ona təqdim edilməmişdir. İşə getdikdə şifahi olaraq işdən çıxarıldığı bildirilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini və əmək kitabçasını istəyəndə verməmişdirlər. 2020-ci ilin avqust ayında tanımadığı bir nəfərin ondan xahişi ilə həmin şəxsə plastik kartında olan pulunu bankomatdan çıxartdığına görə ondan izahat alınmışdı. Həmin şəxs sonradan onun DSFM-də diyini öyrənmiş və ondan müəyyən qanunsuz işlərə görə istifadə etmək istədiyindən, öyrədilmiş formada ondan müxtəlif orqanlara şikayət etmişdir. Bu hal avqust-sentyabr aylarında olmuşdur. Vətəndaşın şikayətindən sonra işə götürən tərəfindən izahatı alınmış, şikayətlər araşdırılmış, heç bir nöqsan olmadığına görə ona hər hansı töhmət verilməmişdir. Həmin şəxsə qarşı “yalan məlumatların təkzib olunması və mənəvi ziyan tələbi” barədə Masallı rayon məhkəməsində iddia qaldırmışdır. İntizam məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq işə götürənin onu Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işdən çıxarması əsassız və qanunsuzdur. 20 ilə yaxındır ki, bu idarədə işləyir, vicdanla işləyib dövlətə qulluq etmişdir. İşlədiyi idarədə həmkarlar təşkilatı olmaqla hər ay gəlirindən üzvlük haqqı tutulmuşdur. İşə götürən onu heç bir xəbərdarlıq etmədən, həmkarların rəyini almadan qanunsuz olaraq işdən çıxarmışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə müqaviləyə xitam verdiyi halda həmkarlar təşkilatının rəyi öyrənilməli, hər bir halda xitam verməmişdən 1 ay əvvəl ona məlumat verilməli olduğu halda bunu etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Fondun Daxili nəzarət və audit şöbəsinin müdirinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanladığı xidməti məruzəyə əsasən ünvan 1 X3 ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödəniş kartının 6 ya ərzində Nazirliyin tabeliyində DSMF-nin 8 saylı Regional Ərazi filialının (Masallı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi, Masallı Regional “Asan” xidmət mərkəzinə Əmək pensiyalarının təyin edilməsi sektoruna ezam olunmuş İddiaçı olması barədə Azərbaycan Respublikasının Baş prokurorluğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciəti Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Məlum olmuşdur ki, N.Abaslının arvadı X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə xx.xx.2020-ci il tarixli elektron müraciətinə əsasən Pandemiya dövründə xüsusi karantin rejimi ilə əlaqədar ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan 01,04.2020-ci il tarixdən 207,12 manat məbləğində yardım təyin edilmişdir. Lakin nəzarət tədbirləri zamanı “Ərizə-bəyannamə”yə daxil edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən yardımın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Araşdırma dövründə yaradılmış telefon əlaqəsi zamanı N.Abaslı daxil olmuş məlumatında qeyd etdiyi xüsusatları bir daha təsdiqləyərək, ailəsinə yardım təyin edildikdən sonra arvadı S.Dadaşovaya məxsus plastik kartının 6 ay ərzində filialın əməkdaşı İddiaçı olduğunu bildirmişdir. “xxxx” ASC-nin Masallı rayon filialının xx.xx.2020-ci il tarixli 4674 nömrəli məktubunda S.Dadaşovanın ona məxsus ÜDSY kartını xx.xx.2020-ci il tarixdə təhvil aldığı qeyd olunmuşdur. Araşdırma ilə əlaqədar İddiaçı təqdim etdiyi izahatında S.Dadaşovaya məxsus ÜDSY kartından onun əri N.Abaslının xahişi ilə bir neçə dəfə hesabdan pulu çıxararaq vətəndaşa verdiyini və ondan pul tələbinin olmadığını, xidməti borcunun məsuliyyətini dərindən dərk etmədiyini, ondan gözlənilən davranış barədə vətəndaşı məlumatlandırmaq yerinə xidməti vəzifəsini qeyri peşəkarcasına icra etdiyini bildirmiş, bununla da vəzifələri ilə nəzərdə tutulmayan səlahiyyətlərin həyata keçirilməsi görüntüsünü formalaşdırdığını təsdiqləmişdir. Qeyd olunanlar nəzərə alınaraq işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi, həmçinin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etdiyi üçün, eləcə də, öz fəaliyyətini peşəkarcasına yetirmək borcuna etinasız yanaşaraq əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə onun barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən intizam tənbeh tədbirinin görülməsi məqsədilə Nazirliyin tabeliyində Cavabdehna müvafiq göstəriş verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin 8 saylı regional ərazi filialının Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi İddiaçı korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verərək Fondun qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair razılığı alınmış və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin **********3 saylı, xx.xx.2021-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarınıını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, “Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin **********3 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Nazirliyinin tabeliyində Cavabdeh 8 saylı regional ərazi filialının Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin mütəxəssisi İddiaçı korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verərək Fondun qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Müvafiq əmr qəbul edilməzdən əvvəl əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X1 Komitəsinin razılığı alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar