Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2071/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayon , Masazır qəsəbəsində yerləşən daşınmaz əmlaka dair birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdehin iddiası təmin edilməmişdir Həmin vaxt X6 2-ci dərəcəli əlil idi.Vasif Mürsəlov kəskin kəskin ağ ciyə və ürək çatızmamaqlığından əziyyət çəkirdi..Daha sonra Vasif Mürsəlov xəstəlikdən əziyyət çəkdiyi üçün onun oğlu İddiaçı qəyyumu təyin olunmuş və iddia ərizəsi ilə cavabehə qarşı nikahın pozulması tələbinə dair Yasamal rayon Məhkəməsinə müraciət etmişdir.Məhkəmə gedişatı zamanı xx.xx.2024-cü il tarixdə X6 vəfat etdiyi üçün mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh heç bir zaman Vasif Mürsəlova hörmət göstərməmiş, heç bir maddi və mənəvi dəstək göstərməmiş, ortamdan və məkanından asılı olmayaraq hər vəchlə Vasif Mürsəlova xəsarətlər yetirmiş və təhqiramiz ifadələr işlətmişdir. Buna səbəb isə cavabdehin iddiaçını özünü öldürmək həddinə çatdırmaq və sonuncuya məxsus əmlakı ələ keçirmək olmuşdur. Belə ki, cavabdeh ailə həyata qurmuş və sonrandan ayrılmışdır. Vasif Mürsəlovun keçmiş həyat yoldaşından 3 övladı var. Ayrıldıqdan sonra cavabdehlə ailə həyatı qurmuşdur. Görünür ki, cavabdehin məqsədləri bundan sonra daha qabarıq şəkildə formalaşmış və gələcəkdə də məskunlaşdığı mənzildə davamlı olaraq yaşaması üçün iddiaçıya qarşı belə mövqe seçmişdir. Hazırda iddiaçı özünə məxsus olan və mülkiyyətində olan mənzildə təhlükəsiz və rahat yaşaması üçün öz övladının ləyaqətsiz vərəsə elan olunmasına və mirasdan məhrum edilməsinə çalışmasına məcburdur.Cavabdeh tərəfindən ona məxsus ə.yalarda sözü gedən mənzildən özü tərəfindən götürülmüşdür. Mülki qanunvericiliyin tələblərinə əsasən şəxs vəsiyyətnamədə istədiyi şəxsi öz mirasından məhrum edə bilər. Qanunvericilikdə vərəsəlik hüququndan məhrum edilmənin anlayışı verilsə də, əsasları birbaşa olaraq göstərilməmiş və ləyaqətsiz vərəsə ilə bağlı müddəlar əsasında həyata keçirilməsi ehtiva olunmuşdur. Daha sonra, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tamamilə əsassızdır, ancaq şər və böhtandan ibarətdir. İk öncə o əgər belə bir adam idisə niyə görə Murad və onun vəkili xx.xx.2025-ci ilə qədər bu kimi iddia qaldırılmammışdır? Mürsəlov Vasif xx.xx.2024- cü il tarixində vəfat edib, niyə 1 il gözləmisinmiz ?? kimi suallara cavab verilməlidir. Artıq iddianın qaldırılması müddətindəndə məlum olur ki, iddia bilavasitə qərəzlidir, və onun pay almağına süni maneələrin yaradılmasıdır. Bundan başqa mən əgər iddiada dedikləri kimi bir adam olmuşasa onda olan toy kasetləri (Muradın toyu), ad günləri şəkilləri (Muradın bacısı tərəfindən dəfələrlə vhotsap şəkillərinə qoyulmuşdur) sübut edir ki, daim mehriban olmuşlar, bütün bunlar onda vardır. Xəsarət yetirən adam belə Pərvanə kimi olmur.Bundan başqa o Mürsəlov Vasif ilə məqsədli şəkildə ailə həyatı qurmamış, o, onunla həqiqi mənadə həyat qurmuş, uzun illər birlikdə xoşbəxt yaşamışlar. Bu xoşbəxtlikdən övladıda dünyaya gəlmişdir.Mürsəlov Vasif ağır xəstəlik tapdığında artıq ona, 2022-ci ilin əvvəllərindən Vasifin övladları bildirdilərki, bu evdə yaşaya bilməz artıq sona ehtiyacları yoxdur və buradan çıxmalıdır, bundan sonra mübahisələr başlamışdır və onun az yaşlı qızı X3 incitməyə başlamışdırlar, onda işdə olduğundan narahatlıqlar keçirməyə başlamışdır. Ona qarşı təzyiqlər edilmişdir, onun üzərinə hücumlar çəkilmiş, onda az yaşlı qızını götürüb evi tərk etmək məcburiyyətində qalmışdır.Yaşamağa yeri yoxdur, qohumlarının himayəsində yaşamağa məcbur olmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixli X7 dünyaya gəlmişdir. Artıq həyat yoldaşında beyin quruması gedirdi, danışığını itirmişdi, artıq nitq qabiliyyətsiz idi, ev şəraitindən başqa bir addım ata bilmirdi. Oda övladıyla birga Vasifin daim qayğılarını çəkmiş, ona xidmət göstərmişdir. Murad və onun bacıları və digərlərinə Vasifin həkimi bildirmişdir ki, Vasif artıq uzun müddət yaşamayacaqdır və bu müddət 1 ilə yaxın olacaqdır. Ona görədə Vasifin uşaqları onu başlamışlar hədələməyə qovmağa, öz bacıları olan qızı Gülayı incitməyə, onları evə buraxmamağa başlamışlar, artıq Vasifdə fiziki baxımdan bunlara güc gələ bilmədiyindən onu təkləyərək evdən çıxmağa nail olmuşlar, ona görə o məcburiyyət qarşısında qalaraq iddia qaldırmışdır ki, evdə olan payı tanınarsa o evə artıq girişimrahatlaşacaq Vasifin yanında olacaq ona yenidən həyat yoldaşı kimi qulluq edəcək.Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir ki, birgə nigah dövründə əldə etdiykləri ünvan 1 ünvanında yerləşən əmlakda payın müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə onun iddiasını təmin etməmişdir. Sonradan iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdirki, ünvan 1 ünvanına köçürülmə barədə qətnamə qəbul edilmiş, həmin qətnamə təmin edilmişdir, adiyyatı üzrə icra şöbəsinə verilmişdir. Qətnamənin icrasınada hazırki iddiaçı maneələr yaratmışdır və bu müddətlərdə Vasif artıq vəfat etdiyindən qətnamənin icraasıda yarımçıq qalmışdır. Xüsusilə bildirir ki, yuxarıda adı çəkilən mübahisəli evi o və Vasif birgə nigahda əldə etmişlər. O evləndikdən sonrada və əvvəllərdə dövlət müəssisəsində baş tibb bacısı kimi işləmişdir. Onun qazancı və Vasifin əmək pensiyası və yığdıqları pul vəsaiti hesabına və Vasifin satdığı iki otaqlı evin pulunu cəmləyərək mübahisəli 2 mərtəbəli fərdi yaşayış evini əldə etmişlər. Həmin evdə təmir işləri aparılmışdır. Onun qardaşından borc pul alınaraq əlavə tikinti quraşdırma işləri həmin mübahisəli evdə etmişlər. Burada Muradın və digərlərinin məqsədi ondan ibarətdir ki, notariat ofisi Murada bildirmişdir ki, ½ hissə Pərvanənindir, yerdə qalan ½ hissə isə 4 uşaq arasında və Pərvanədə daxil olmaqla bölünəcəkdir. Ona görədə bu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həqiqətəndə mən Muradın və vəkilinin dediyi kimi bir adam olmuş olsa idi, onda Vasif vəfat etməmiş bu iddianı qaldırardılar və ya vəfat edən kimi bu kimi iddia qaldırılardı, Murad görüb ki artıq evdən payı azalır tez-tələsik belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZ-İ, 627431 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1560 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Mürsəlov”, arvada “Mürsəlova” soyadı verilmişdir. iş materiallarında olan AZ-İİ seriyalı 180409 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası Cavabdehdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə, ********** qeydiyyat, **********98-10301 reyestr nömrə ilə tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3197/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı cavabdeh X6 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə onun, digər ½ hissəsinə isə cavabdehin pay hüququnun tanınması barədə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 146 nömrəli sərəncamından müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü atası X5 qəyyum təyin edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu Məcəllənin 1142-ci maddəsinə əsasən, əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göstərilən Məcəllənin 1203.3-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxsin izahatından müəyyən edilmişdir ki, cavabdehi ləyaqətsiz vərəsə hesab olunmasına səbəb olan hallar aşkar olunmamışdır. Belə ki, İddiaçı atasının arvadı olmuş Cavabdeh miras qoyan əri X4 qarşı nə cinayət əməli törətmiş, nə də bu və ya digər şəkildə əxlaqsız hərəkətlər törətmişdir. İddiaçı iddia ərizəsində cavabdehin miras qoyan X2 qayğısına qalmamasını, onunla maraqlanmamasını, ona qulluq etməməsini əsas gətirərək onun ləyaqətsiz vərəsə hesab olunmasını xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdeh o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Bu hal cavabdehin əxlaqsız hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə də, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbi barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunma” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2071/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2071/2025
01.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver