Məhkəmə qərarları › İş №e-2(004)-2072/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-2072/2021

16.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2072/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə 16.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə İddiaçı arasında 10.02.2012-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 m2 olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı ilə “xxxx” MMC arasında 10 fevral 2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, X1 küçəsində inşa edilən 1 saylı Yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən ümumi sahəsi 102,3 kv.m dən ibarət 3 otaqlı 147 nömrəli mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri tam olaraq ödənilmiş və 10 fevral 2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Müavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işləri müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlanır, alıcıya təhvil verilir. “xxxx” MMC müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyinə, yəni mənzili tikərək təhvil vermədiyinə görə, bu günə qədər cavabdeh “xxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, mənzili iddiaçıya təhvil verməmişdir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq, bugünə qədər cavabdehin məsuliyyətsizliyi ucbatından mənzil iddiaçıya təhvil verilməmiş və digər öhdəliklər də icra edilməmişdir. Dəfələrlə edilmiş müraciətlərə isə cavabdeh şirkət tərəfindən heç bir əhəmiyyət verilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qəraran alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 10.02.2012-ci il tarixli, 147 nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 m2 olan, 3 otaqlı mənzil 35000 manat müqabilində İddiaçı mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 24 ay müddətinə tamamlayır alıcıya təhvil verilir. İş materiallarında olan 10.02.2012-ci il tarixli, 133141 nömrəli kassa mədaxil orederinə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə ev almaq üçün 35000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 10.02.2012-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı “xxxx” MMC ilə bağlanmış 10.02.2012-ci il tarixli, 147 nömrəli alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yeni Yasamal, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102,3 m2 olan, 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə mənzilin alğısatqısına dair müqavilə bağlamış, müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə 35000 manat məbləğində ödəniş etmişdir. Buna baxmayaraq cavabdeh “xxxx” MMC öhdəliklərini pozaraq 24 ay ərzində müqavilə ilə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin 15.12.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, “xxxx” MMC ilə İddiaçı arasında 10.02.2012-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 m2 olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulmalı və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” MMC ilə İddiaçı arasında 10.02.2012-ci ildə bağlanmış müqavilə üzrə İddiaçı məxsus Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən “xxxx” MMC tərəfindən inşa edilən 1 saylı yaşayış binasının 20-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 102,3 m2 olan, 3 otaqlı, 147 nömrəli mənzilin təhvil verilməsi öhdəliyi “xxxx” MMC-nin üzərinə qoyulsun və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar