Məhkəmə qərarları › İş №e-2(004)-2085/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2085/2022

21.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2085/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, onun vəzifədən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş 10 yanvar 2022-ci il tarixli, **********9 nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və 10 yanvar 2022-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənə qədər olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-ci ildə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondun Balakən rayon şöbəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış və 2020-ci ilin sentyabr ayınadək Fondun Balakən rayon şöbəsində sosial sığorta sektorunda baş məsləhətçi kimi, həmin müddətin 8 ilini isə sektor müdiri vəzifəsini icra etmişdir. 2020-ci ilin dekabr ayının 4-dək şöbənin pensiya təyinatı sektoruna mütəxəsis təyin olunmuşdur. İşlədiyi dövr ərzində həmişə savadlı və bacarıqlı işçi kimi öndə olmuşdur. 04 dekabr 2020-ci ildə Fondun 16 saylı Zaqatala Regional Ərazi X22 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. 2020-ci il dekabr ayının 30-da DSMF-nin 30 dekabr 2020-ci il tarixli **********7 nömrəli əmri ilə Fondun 7 saylı Regional Ərazi Filialına ÜDSY təminatlarının yoxlanılması üçün ezam olunmuşdur. Həmin günədək ÜDSY haqqında ancaq nəzəri bilgiləri olmuş, heç bir praktiki yoxlamaya cəlb olunmamışdır. 05.01.2021-ci il tarixdən Lənkəran rayonunda ÜDSY-nın Təminatı şöbəsinə daxil olan müraciətlərin yoxlanılmasına başlamışdır. Həmin tarixdən təxminən 13-15 gün müddətində Fondun 16 saylı X37 rayon şöbəsinin əməkdaşı ilə birlikdə özünün şəxsi minik vasitəsilə müxtəlif ünvanlarda yoxlamalarda iştirak etmiş və yoxlamanın aparılma qaydalarını təcrübə edərək, əməkdaşdan yoxlamanın aparılma qaydalarını öyrənmişdir. 05.01.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək yoxlamalarda olan müddətdə şəhər mərkəzində yerləşən “Səda” otelində qalmışlar. Gecə saat 12:00-a və 01:00-dək yoxlamaların nəticələrinin elektron sistem üzərindən araşdırılmasını aparmışlar. Fevral ayının sonu, mart ayında Lənkəran sakinlərindən biri ÜDSY-ın təyin olunmasına xitam verildiyi üçün adına şər böhtan ataraq guya ona rüşvət verib, guya “bütün fondun işçiləri rüşvətxordu, həmin kənddən 4-5 min manat rüşvət yığıblar” məzmununda nazirliyə məktub ünvanlamışdı. Nazirliyin daxili auditi və Fond tərəfindən araşdırma aparılmış və həqiqətən həmin şəxsin ÜDSY sənədlərində saxtakarlıq olduğu aşkarlanmış və ona atdığı böhtana görə məhkəməyə müraciət etsə də aralarında barışıq elan olduğundan ərizəsini geri götürmüşdür. 07 sentyabr 2021-ci ildə onu təkrar Lənkəran rayonuna ezam etmişlər və 07 oktyabradək Astara, Lerik, Lənkəran rayonlarında yoxlamalar aparmışdır. 01.11.2021-ci ildə məzuniyyətə çıxmış, 08.12.2021-ci ildə işə başlamışdır. 09.12.2021-ci ildə Fondun Daxili nəzarət şöbəsinə çağırılmış və ona daxili audit tərəfindən Lənkəran şəhərində apardığı yoxlamaları araşdırdıqlarını söyləmişlər və bir sıra nöqsanların olduğunu bildirmişlər. Lakin həmin vaxt həmin nöqsanların ona aid olmadığını və bəzi şübhələrinin əsassız olduğunu sübuta yetirmişdir. Onun izahatı alınmışdır. “Audit yoxlamanın aşkarladığı nöqsanlarla razıyam” cümləsini yazdırarkən o, öz etirazını bildirmişdir ki, “axı həmin aktlar mənə aid deyil, mən şöbə müdirinin evində qalmamışam, heç kimdən pul tələb etməmişəm” desədə auditin əməkdaşı sanki onu yola gətirərək “burada heç bir narahatlıq iş yoxdur, siz yazın ən uzağı töhmət verəcəklər deyərək” onu razı salmışdır. O, izahatı yazmış və imza çəkərək təqdim etmişdir. 11.01.2022-ci il tarixdə işə gələrkən Fondun Şəki-Zaqatala regional filialının müdiri zəng edərək onun işdən azad olunduğunu bildirmişdir. Beləliklə, İddiaçı ƏƏSMN tabeliyində DSMF-nun 10 yanvar 2022-ci il tarixli, **********9 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 14 avqust tarixində bağlanmış Əmək müqaviləsinə 2022-ci il 10 yanvar tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Hesab edir ki, onun əmək hüquqları kobud şəkildə pozulmuş, o, Əmək Məcəlləsinin qeyd edilən normasının hər hansı pozuntusuna yol vermədiyi halda, Məcəllənin 10-cu maddəsinin a) bəndində göstərildiyi kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirdiyi halda əsassız olaraq cavabdeh onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırki iş üzrə iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X42 İttifaqqı Komitəsinin Heyətinin 27 dekabr 2021-ci il tarixli protokoluna əsasən 16 saylı regional ərazi X22 sosial yardımın təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə məsələ səsə qoyulmuş və İddiaçı tutduğu vəzifədən azad edilməsinə etiraz edilməmişdir. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı Urzrbavcan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Şəhəri üzrə X13 Komitəsinin 03 nömrəli 10 yanvar 2022-ci il tarixli X13 Təşkilatının razılığının təqdim edilməsi haqqında sənədə asasən 3 saylı Şəki-Zaqatala regional X22 sosial yardımın təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş və etiraz edilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi tamamilə əsassızdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 10.12.2021-ci il tarixdə DSMF-də verdiyi izahatında da qeyd etdiyi kimi 04.12.2020-ci ildə ÜDSY təminatı şöbəsinə aparicı mütəxəsis vəzifəsinə təyin olunmuşdur. 05.01.2021-ci ildə əmr əsasında 7 saylı Lənkəran RƏF-nə ezam olunmuşdur. Bu vəzifəyə keçdiyi bir ay müddətində ancaq özünün ÜDSY haqqında sosial şəbəkədə oxuduğu qanun və təlimatdan başqa heç bir kurs, yaxud praktiki təcrübə keçməmişdir. O, ÜDSY-ın yoxlanılmasının üsulu və formasını qayda və təlimatdan başqa heç yerdə görməmişdir. Buna baxmayaraq, 04 yanvar 2021-ci ildə ezamiyyətə gedəndə onunla birlikdə 16 saylı RƏF-in Qax rayon şöbəsinin Mustafa adlı əməkdaşı da onunla Lənkərana getmişdir. İlk dəfə cənub bölgəsində olmuş və ilk dəfə ÜDSY yoxlamasına getmişdir. ÜDSY-nin yoxlanma qaydasını bilmədiyindən 06.01.2021-ci il tarixdə yoxlama işinə başlayarkən onunla birlikdə 16-saylı RƏF-dən ezam olunan Mustafadan bu işin gedişatı barədə onu öyrətməsini xahiş etmişdir. Onlar 6 yanvar 2021-ci il tarixdə Sütəmərdov kəndində yoxlamalara başlamışlar. Mustafa yoxlamanı aparmış və ona aktda yazılacaq qeydləri demiş, o isə aktı yazmışdır. 15 gün ərzində müxtəlif ailə tərkibləri və müxtəlif yaşayış formalarına uyğun olaraq bu formada Mustafa demiş və o, yazmışdır. Sonradan sərbəst şəkildə Lənkəran şöbəsinin bir əməkdaşı Vüqarla birgə onlara verilən siyahılar üzrə ünvanlara yoxlamağa getmişlər. O, Lənkəran rayonunun heç yerini tanımırdı. Ona bütün yoxlama dövrü ərzində bələdçilik edən Vüqar vasitəsilə kəndlərin yerini, yolunu tanımış, onlara verilən siyahı üzrə kəndə getmişlər. Həmin kəndin icra nümayəndəsi və ya bələdiyyə sədrinin onlara ayırdığı bələdçi adam vasitəsilə ƏB-də (ərizə bəyənnamə) göstərilən ünvan üzrə AMMŞ yoxlanılmasına getmişlər.. İşçilərin maddi və texniki vəsaitlər ilə ümumiyyətlə təmin edilməmişlər. Foto, video çəkiliş üçün avadanlıqla təmin edilməmişlər. Nəqliyyat vasitəsi də verilməyib, öz avtomobilindən istifadə etmişdir. Xidməti məruzədə sadalanan işlər barədə qeyd edilənlərlə razı deyildir. X1 yoxlaması ilə bağlı bəzi hallarla razılaşır. Balakən rayonu üzrə aparılmış AMMŞ yoxlanmasına dair qeyd edir ki, X40 və X2 təyinatı barədə məlumatı yoxdur. 04.12.2019- cu ildən 10.01.2022-ci il tarixədək ümumiyyətlə onun elektron imzasında Balakənin ÜDSY alt proqramı heç 1 saatlıq belə aktiv olmayıb. Bu təyinatları həmişə 16 saylı RƏF-in ÜDSY şöbəsinin müdiri aparıb. Onun bundan heç vaxt xəbəri olmayıb. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 14.08.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 17.08.2020-ci ildən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu X54n Balakən rayon Filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 04.12.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin surətindən görünür ki, İddiaçı 04.12.2020-ci ildən Fondun 16 saylı Regional ərazi X22 sosial yardımın təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27 dekabr 2021-ci ildə Fondun 3 saylı Şəki-Zaqatala Regional Ərazi X22 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 13.12.2018-ci il tarixdə əmək vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə tutuğu vəzifədən azad edilmiş və onunla 14.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2022-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 sədri Himalay Məmişov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanlanmış xidməti məruzədən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 və 8 saylı Regional ərazi filiallarında Daxili nəzarət departamenti və Fondun X3 üzrə Mərkəzi Filialının birgə iştirakı ilə ÜDSY işlərinin seçmə üsulla monitorinqi aparılmışdır. Məlum olmuşdur ki, 16 saylı RƏF-in Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı 4 yanvar 2021-ci ildən 14 fevral 2021-ci tarixədək və 6 avqust 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək 7 saylı RƏF-ə ( Lənkəran, Lerik, Astara) ezam edilmişdir. Monitorinq zamanı İddiaçı barəsindəki şikayətin əsaslılığının araşdırılması üçün onun tərəfindən müayinəsi aparılan ÜDSY təyinatlarının yenidən X3 aparılmışdır. İddiaçı tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarında monitorinq nəticəsində aşkarlanmış nöqsanlar aşağıdakılardır: 1.X36 (ƏB- **********80601)- 19 yanvar 2021-ci i tarixdə Lənkəran rayonu Separadi kəndində ailənin X3 aparılaraq ÜDSY təyin edilmişdir. Monitorinq zamanı isə təmsilçinin bibisinin də bu ünvanda yaşadığı aşkar olunmuş, ancaq VEMTAS-da qeyd edilməmişdir; 2.X18 (ƏB- **********57501)- Monitorinq zamanı təmsilçinin ata və anasının da bu ünvanda (Lənkəran rayonu, Sütəmuradov kəndi) yaşadığı aşkar olunmuş, ancaq VEMTAS-da qeyd edilməmişdir. Həmçinin sistemdəki 07 yanvar 2021-ci il tarixli ilkin müayinə aktının əlavə məlumat hissəsində heç bir qeyd aparılmadan boş formada təmsilçiyə imzalandırıldığı məlum olmuşdur; 3. X26(ƏB- **********89102)- Monitorinq zamanı təmsilçinin qaynanasının (X19 şəhid ailəsidir) da bu ünvanda yaşadığı aşkar olundu, ancaq VEMTAS-da qeyd edilməmişdir. Həmçinin, qaynanası monitorinq zamanı bu ünvanda yaşamadığını qonaq gəldiyini bildirmişdir. Lakin məlum olmuşdur ki, həmin şəxs bu ünvanda qeydiyyatdadır (Lənkəran rayonu, Cil kəndi) və kommunal xidmətlər üzrə işıq qaz abonent kodları da ona məxsusdur. Əlavə olaraq qonşular da şifahi söhbət əsnasında T.Ş.İbadovanın bu ünvanda yaşadığını təsdiqləmişdirlər. Bu fakt Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1162 nömrəli 19 oktyabr 2021-ci il tarixli arayışı ilə rəsmiləşdirilmişdir; 4. X14 (ƏB- **********48601) -Monitorinq zamanı ünvandakı ev telefonu nömrəsinin qeyd edilmədiyi aşkarlanmışdır. Digər tərəfdən 12 sentyabr 2021-ci il tarixli müayinə zamanı da ev telefon nömrəsinin aktda qeyd olunduğu lakin, həmin uyğunsuzluq nəzərə alınmadan təyinat verildiyi aşkarlanmışdır; 5.X20 (ƏB-**********71201) 12 sentyabr 2021-ci il tarixdə Astara rayonu Kakalos kəndində ailənin X3 aparılaraq ÜDSY təyin edilmişdir. Monitorinq zamanı ünvandakı işıq sayğac nömrəsinin vətəndaşın ƏB-də qeyd olunan işıq abonent kodununun (**********00655) bildirişindəki sayğac nömrəsi ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Əlavə araşdırma zamanı həmin sayğac nömrəsi üzrə abonent kodunun (**********00654) təmsilçinin qaynatası X5 məxsus olduğu aşkarlanmışdır. Qeyd olunanlar müayinəni aparan İddiaçı tərəfindən abonent kodlarının sayğac nömrəsilə uyğunluğunu yoxlamadığını göstərir; 6.X45 (ƏB-**********80301) 17 yanvar 2021-ci il tarixli müayinə aktında ailənin başqa evdə yaşadığı, elektrik və qaz sayğacından birgə istifadə edildiyi aktlaşdırılıb, lakin təyinat verilib. Monitorinq zamanı təmsilçi təyinatdan sonra Bakı şəhəri Sabunçu rayonuna köçdüyünü, Lənkəran rayonu Xaraxatan kəndinə övladının məktəbi ilə əlaqədar 15 gündür qayıtdığını bildirdi. Əlavə olaraq monitorinq zamanı təmsilçi özünü şübhəli aparmış, işıq sayğacının yerini tapmaqda çətinlik çəkmişdir; 7. X6 (ӨВ-**********86102)- 13 yanvar 2021-ci il tarixli ilkin müayinə zamanı şəxsi yardımçı təsərrüfatda olan mal-qara ilə bağılı məlumat qeyd edilməyib. Monitorinq zamanı təmsilçi həmin vaxt bir inəyinin olduğunu bildirdi. İlkin müayinə zamanı sistemdə yerləşdirilən video çəkilişdə həyətdə mal-qara saxlanılması üçün tövlə və yem olduğu görünür. Lakin müayinə aktında bu barədə qeyd yoxdur; 8.X15 (ƏB-**********99602)- 25 yanvar 2021-ci il tarixdə ailənin X3 keçirilərək ÜDSY təyinatı aparılmışdır. Monitorinq nəticəsində aşkarlanmışdır ki, sistemdə yerləşdirilən foto ailəyə aid deyil və video çəkiliş yoxdur; 9. X27 (ƏB-**********06601)- Monitorinq zamanı təmsilçinin nəvəsi X9 da bu ünvanda yaşadığı məlum olmuşdur. Təmsilçinin nəvəsi ünvan 7də təhsil alır. Təmsilçi ilkin müayinə zamanı da nəvəsinin burada olduğunu bildirdi. Lakin, 13 yanvar 2021-ci il tarixli ilkin müayinə aktında bu barədə heç bir qeyd yoxdur; 10. X21 (ƏB-**********02802)- Monitorinq zamanı ailənin 01.11.2019-cu il tarixdən 01.11.2020-ci il tarixədək internet istifadəçisi olduğu müəyyən edilmişdir. Lakin, ilkin müayinə zamanı ev telefonunun internet xərcinin araşdırılmadığı müəyyən olunmuşdur; 11. X28 (ӨВ-**********89802)- 17 yanvar 2021-ci il tarixli ailənin X3 zamanı şəxsi yardımçı təsərrüfatda olan mal-qara ilə bağılı məlumat qeyd edilməyib. Monitorinq zamanı təmsilçi həmin vaxt bir inəyinin olduğunu və 5-6 ay əvvəl satıldığını bildirdi. Müayinə aktında və video çəkilişdə bu barədə qeyd yoxdur; 12. X10 (ƏB-**********49502) Ailənin faktiki yaşayış ünvanı monitorinq zamanı ünvan 8 ünvan Lənkəran rayonu Şağlaser kəndi qeyd olunmuş və 14 yanvar 2021-ci il tarixdə X3 əsasında təyinat aparılmışdır. İddiaçı iştirak etdiyi digər 4 ÜDSY işində X11 (ƏB-**********04501), X12 (ƏB-**********09601) X7 (ӨВ-**********56401) və X8 (ӨВ-**********63201) ilkin müayiə aktlarının əlavə məlumat hissəsində heç bir qeyd aparılmadan boş formada təmsilçiyə imzalandırıldığı məlum olmuşdur. Əlavə olaraq İddiaçı ilkin müyinəsində iştirak etdiyi Balakən rayonu üzrə də X40 (ƏB-**********770) və X2 (ƏB-**********375) təmsilçisi olduqları ailələlərin maddi-məişət şəraitinin təkrar müayinəsi zamanı ÜDSY təyinatından imtina üçün əsaslar (ailənin ƏB-də qeyd edilən ünvanda yaşamaması və ailə tərkibinin düzgün göstərilməməsi) aşkar edilmişdir. Araşdırmanın yekunu olaraq İddiaçı izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvanlı dövlət sosial yardım şöbəsinə 2020-ci ilin dekabr ayında təyin edilmiş və bu sahədə təcrübəsi azdır. Bu səbəbdən, o, yoxlama zamanı müəyyən nöqsanlara yol vermişdir. İzahatın davamı olaraq, İddiaçı onun tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarının monitorinq nəticələri ilə tanış olduğunu və orada olan nöqsanları qəbul etdiyini bildirmişdir. İddiaçı ÜDSY təyinatlarının ilkin müayinəsi lazımı diqqət göstərərək qabaqcadan gördüyü yaxud görə biləcəyi halda nöqsanlara yol verərək qanunauyğun müayinə aparmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç" bəndinə əsasən Fondun 16 saylı regional ərazi X22 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X13 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 sədri Himalay Məmişova ünvanladığı 10.01.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki - Zaqatala regional X22 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X13 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən məruzəyə əsasən 3 saylı Şəki - Zaqatala regional X22 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X30 sədri Himalay Məmişova ünvanlanmış izahatında bildirmişdir ki, 7 saylı Regional Ərazi Filialında Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) təyinatı ilə bağlı ailənin maddi məişət şəraitinin yoxlanılması üçün müxtəlif dövrlərdə 2 dəfə ezam olunmuşdur. İlk dəfə ezam olunan zaman Sosial Sığorta sektorundan ÜDSY sektoruna yeni təyin edilmiş və bu sahədə təcrübəsinin olmadığına görə müəyyən nöqsanlara yol vermişdir. Onun təyinat apardığı ÜDSY işləri ilə bağlı yenidən audit yoxlaması həyata keçirilmiş və o, bu yoxlamanın nəticələri ilə tanış olmuşdur. Orada olan nöqsanları qəbul edir və bildirir ki, bu onun ÜDSY sektorunda yeni olmağı və praktikasının az olmasından irəli gəlir. Əlavə olaraq bildirmişdir ki, 7 saylı RƏF-də ezamda olduğu müddətdə onun heç kimdən maddi və digər şəkildə tələbi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 17.08.2020-ci ildən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu X54n Balakən rayon Filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, 04.12.2020-ci ildən Fondun 16 saylı Regional ərazi X22 sosial yardımın təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə, 27 dekabr 20221-ci ildə Fondun 3 saylı Şəki-Zaqatala Regional Ərazi X22 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İddiaçı 13.12.2018-ci il tarixdə əmək vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə tutuğu vəzifədən azad edilmiş və onunla 14.08.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2022-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 və 8 saylı Regional ərazi filiallarında Daxili nəzarət departamenti və Fondun X3 üzrə Mərkəzi Filialının birgə iştirakı ilə ÜDSY işlərinin seçmə üsulla monitorinqi aparılan zaman İddiaçı barəsindəki şikayətin əsaslılığının araşdırılması üçün onun tərəfindən müayinəsi aparılan ÜDSY təyinatlarının yenidən X3 aparılmış və İddiaçı tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarında nöqsanlar aşkarlanmışdır. İddiaçı izahatında bu yoxlamanın nəticələri ilə tanış olduğunu, orada olan nöqsanları qəbul etdiyini və bu halın onun ÜDSY sektorunda yeni olmağı və praktikasının az olmasından irəli gəldiyini qeyd etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin iddia üzrə "əmrin ləğv edilməsi və işə bərpa" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi və işə bərpa" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar