Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2104/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Yəyha oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X2 Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri baş mühasib vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olıunacağı günə kimi əmək haqqının hesablanaraq İddiaçı Yəyha oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Yahya oğlu 01 iyun 1979-cu il tarixdən etibarən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. O, sonuncu dəfə 23 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri baş mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı bütün əmək fəailiyyətində qüsursuz və nöqsansız işləmiş, daima dövlətə xidmət etmişdir. Həmçinin sonuncu iş yerində də qabaqcıl işçilərdən olmuşdur. Fəaliyyəti dövründə keçirilmiş imtahanlardan daima yüksən nəticələr əldə etmişdir. Azərbaycan Respbulikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin həmin Nazirliyin tabeliyində X5 publik hüquqi şəxs yaradılmışdır. Bunudan sonra 30 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən iddiaçı ilə işəgötürən arasında olan əmək müqaviləsi nazirlik tərəfindən ləğv edilmiş və hal – hazıra kimi iddiaçı öz vəzifəsinə təyin edilməmişdir. Hesab edir ki, iddiaçının hal – hazıra kimi yenidən öz vəzifəsinə təyin edilməməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respbulikasının Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı fərmanının 2.4-cü bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Həmin fərmanın 2.5-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır. Həmin fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Cəmiyyətin və Xidmətin balansındakı əmlakın müvafiq olaraq həmin publik hüquqi şəxslərin balansına verilməsinin təmin edilməsi də qeyd edilmişdir. Beləliklə müəyyən edilir ki, ölkə başçısının verdiyi fərmanla müəyyən edilir ki, nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir. Belə olduğu halda iddiaçının hal – hazıra kimi öz vəzifəsinə təyin edilməməsi fərmanın müvafiq bəndlərinin cavabdeh tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Bun dan əlavə İddiaçı mühaibə veteranı, Ağdam rayonundan məcburi köçkündür. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı işləmiş olduğu Milli Geoloji Kəşfiyyat Xidməti Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 27 aprel 2022-ci il tarixli, 1670 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli, 289s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmri ilə ləğv olunduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə 30 dekabr 2022-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə (müəssisənin ləğvi) xitam verilərək son haqq-hesabları və kompensasiyası ödənilmişdir. Ləğv edilmiş Geoloji Kəşfiyyat Xidmətinin vaxtilə baş mühasibi vəzifəsində çalışmış İddiaçı 2022-ci ilin 08 dekabr tarixində işə qəbul ilə əlaqədar Yeni yaradılmış X3 peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ixtisaslı imtahan mərkəzində imtahan təşkil olunaraq imtahan prosesi 360° müşahidə aparmağa imkan verən xüsusi kameralar vasitəsi ilə nəzarət altında saxlanılmış, imtahanların keçirilməsi üçün nəticələrə müdaxilə imkanı mövcud olmayan beynəlxalq proqram təminatından istifadə olunmuşdur. Sözügedən imtahanda İddiaçı 52.5% (keçid 60%) bal toplayaraq uğur əldə etməmişdir. İmtahanın keçirilməsinə əsas olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 4.1 bəndinə əsasən işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil edilmişdir. Bundan başqa, işə qəbulla bağlı Agentliyin 2023-cü il 15 fevral tarixli 007/Ü nömrəli Əmri ilə Komissiya yaradılaraq müsahibə keçirilmişdir. Komissiyanın tərkibində Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Azərbaycan Respublikası Təbii Sərvətlər və X4 İttifaqı Komitəsinin sədri Telman Quliyev, Geologiya, Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov, X9 X1 İdarə Heyətinin sədr müavini Azər Şükürov, "xxxx" QSC-də Geoloji şöbənin müdiri Şahbəddin Musayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Texniki təminat şöbəsinin satınalmalar üzrə məsləhətçisi İlqar Aslanov və Elvin Cəbrayılov iştirak etmişlər. Müsahibədə İddiaçı iştiraki təmin edilmişdir. Müsahibədə İddiaçı 7 keçid baldan 6.24 bal toplayaraq sınaq qiymətləndirilməsində uğur qazanmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı 1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. 2019-cu ildə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə və əmək fəaliyyətinə başlamışdır. İddiaçının fəaliyyət göstərdiyi qurumun publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 27 aprel 2022-ci il tarixli fərman imzalamışdır. Fərmanda açıq şəkildə qeyd olunmuşdur ki, ləğv olunmuş strukturun bazasında ştat cədvəlinə uyğun olaraq əmlakı ilə birlikdə yeni publik hüquqi şəxs yaradılsın. Lakin cavabdeh bunu əsas gətirərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Belə hesab edirik ki, bu qanunsuz və əsassızdır. Ona görə də məhkəmədən iddialarının təmin olunmasını xahiş edirlər. İddiaçı müsabiqədə iştirak edib və yüksək nəticə göstərib. Prezidentin fərmanında işçilərin kənarlaşdırılması nəzərdə tutulmayıb. Sadəcə X11n yaradılması qeyd olunub. Əmrin qanunsuzluğu ondan ibarətdir ki, Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı fərmanının 2.4-cü bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Həmin fərmanın 2.5-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları və əməyin ödənilməsi sistemi saxlanılır. Həmin fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Cəmiyyətin və Xidmətin balansındakı əmlakın müvafiq olaraq həmin publik hüquqi şəxslərin balansına verilməsinin təmin edilməsi də qeyd edilmişdir. Beləliklə müəyyən edilir ki, ölkə başçısının verdiyi fərmanla müəyyən edilir ki, nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir. Bütün işçilər, əmlakla birlikdə publik hüquqi şəxs yaranıb. Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndindəki ləğv olunma məsələsini götürərək işçini kənarlaşdırmaq qanunsuzdur. Yəni müəssisə ləğv olunsa belə, yenidən əmək müqaviləsi imzalanıb işə götürülməli idi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 1670-ci il tarixli fərmanı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526U nömrəli qərarının bir nömrəli bəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir və işçilərlə bütün əmək münasibətləri qanunvericiliyə uyğun şəkildə ləğv edilmişdir. Ləğv edildikdən sonra yenidən imtahan keçirilmişdir, imtahan əsasında işçilər seçilmişdir. Qanunvericiliyin, həmçinin Mülki Məcəllənin 61-ci maddəsinin tələblərinə uyğun olaraq ləğv prosesi həyata keçirilmişdir. Onlar da məhkəmədən xahiş edirlər ki, iddia təmin edilməsin. Prezidentin fərmanına əsasən müəssisə tamamilə ləğv olunub və yeni müəssisələr yaranıb. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526U nömrəli qərarı var. Qərarın icrası məqsədilə ləğvetmə komissiyası ləğv prosesini həyata keçirmişdir. Bura işçilərin əmək müqaviləsinə xitam verilməsi məsələsi də daxildir. Daha sonra yenidən publik hüquqi şəxs yaradılır, imtahan təşkil olunur, yeni ştat yaradılır. İddiaçı da imtahanda iştirak edib, sadəcə olaraq imtahanı keçə bilməyib. İddiaçı Cavabdehnə işə düzəlmək üçün imtahan verib. Yığdığı bal da qeyd olunub. Həmçinin iddiaçının şikayətindən sonra yenidən komissiya yaradılıb, komissiyanın üzvləri qeyd olunub. Yenə də iddiaçı imtahandan keçə bilməyib. Prezidentin fərmanında imtahanın təşkil olunması məsələsi qeyd olunmalı deyildi. Dövlət qulluğu olmayıb, nazirliyinin yanında təşkil olunan xidmət olub. Publik hüquqi şəxs imtahan keçirməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526U nömrəli qərarının 4-cü bəndində yeni ştatın yaradılması və kadrların seçilməsinin qaydası müəyyənləşdirilib. Onun əsasında imtahan keçirilib. Komissiya yaradılıb və komissiya tərəfindən imtahan keçirilib. Həmin ştatda hal-hazırda kimin olması ilə bağlı məlumat yoxdur. Həmçinin onlar iddia ərizələrində Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad ediblər. Lakin bildirmək istəyir ki, iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, “a” bəndi ilə xitam verilmişdir. Prezidentin fərmanında digər müəssisəyə münasibətdə onun yenidən təşkil olunması qeyd olunub, lakin Milli Geoloji Kəşfiyyat Xidmətinə qarşı münasibətdə isə bu qeyd olunmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli 289s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli 526/ü nömrəli əmri ilə Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Ləğvetmə ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin a bəndinə əsasən 2022-ci il 30 dekabr tarixində xitam verilmişdir. Həmin əmrin 4.1-ci maddəsində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alındıqdan sonra X3 kadrlarla komplektləşdirilməsi ilə bağlı təkliflər verilsin, işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirməsi yolu ilə təşkil etsin. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/ü saylı Əmrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1368/k saylı Əmrinə əsasən Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri-baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1670 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində X5 X11n yaradılması qərara alınmışdır. Həmin Fərmanın 2.4-cü və 2.5-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır. İş materiallarında olan “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2022-ci il tarixli 289s saylı Sərəncamına əsasən "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə: 1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, .Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanına (bundan sonra - Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, .Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələri ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. İş materiallarında olan xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ağdam Rayon Hərbi Komissarlığından verilmiş vəsiqədən görünür ki, İddiaçı müharizə veteranıdır və vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan AA 065584 saylı Məcburi Köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan ******* saylı Əmək Kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 622/k saylı Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri-baş mühasib vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1368/k saylı Əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1368/k saylı Əmrinə əsasən Milli Geoloji Kəşfiyyat Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiribaş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Yəyha oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X2 Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri baş mühasib vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olıunacağı günə kimi əmək haqqının hesablanaraq İddiaçı Yəyha oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli 289s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli 526/ü nömrəli əmri ilə Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Ləğvetmə ilə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin a bəndinə əsasən 2022-ci il 30 dekabr tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1670 nömrəli Fərmanının 1.2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində X5 X11n yaradılması qərara alınmışdır. Həmin Fərmanın 2.4-cü və 2.5-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Cəmiyyət və Xidmət öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır. Buradan da görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən 2022-ci il 30 dekabr tarixində xitam verilmiş, lakin iddiaçı bundan sonra yeni yaradılan X10 işə qəbul olunmamışdır. Bununla da həm AR ƏM-nin müddəaları, həm də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1670 nömrəli Fərmanının müddəaları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən Fərmandan da görünür ki, X5 X11 ləğv edilmiş Milli Geoloji Kəşfiyyat Xidmətinin hüquqi varisidir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh X8rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, ləğv edilmiş Geoloji Kəşfiyyat Xidmətinin vaxtilə baş mühasibi vəzifəsində çalışmış İddiaçı 2022-ci ilin 08 dekabr tarixində işə qəbul ilə əlaqədar Yeni yaradılmış X3 peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ixtisaslı imtahan mərkəzində imtahan təşkil olunaraq imtahan prosesi 360° müşahidə aparmağa imkan verən xüsusi kameralar vasitəsi ilə nəzarət altında saxlanılmış, imtahanların keçirilməsi üçün nəticələrə müdaxilə imkanı mövcud olmayan beynəlxalq proqram təminatından istifadə olunmuşdur. Sözügedən imtahanda İddiaçı 52.5% (keçid 60%) bal toplayaraq uğur əldə etməmişdir. İmtahanın keçirilməsinə əsas olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 4.1 bəndinə əsasən işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil edilmişdir. Bu məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 4.1 bəndi Azərbaycan Respublikası Prezidentinin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanının 2.5-ci bəndi ilə ziddiyyət təşkil edir. Belə ki cavabdeh tərəfin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 526/ü nömrəli 8 iyun 2022-ci il tarixli Əmrinin 4.1 bəndinin hansı normativ akta əsaslanaraq müəyyən edildiyini əsaslandıra bilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməli İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehndə əvvəlki vəzifəsinə (Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri – baş mühasib) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də əsaslı olduğundan, təmin olunmalı və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdehndə əvvəlki vəzifəsinə (Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri – baş mühasib) bərpa olunsun, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2104/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2104/2023
24.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver