Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2122/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə hesablanmış 3510 manat əsas borcun, 1053 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 195 manat pulun, qətnamə icra olunan günə kimi hər ay 130 manat saxlama haqqının və ödənilmiş 70 manat mediasiya haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda qalan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-421/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixdə şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, mübahisənin məhkəmədə həll edilməsi zərurəti aradan qalxdığından iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.9, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış borcun tutulması, borcun tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2122/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2122/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver