Məhkəmə qərarları › İş №e-2(004)-2129/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2129/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2129/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 MTK və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 MTK və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə2-xx-xx-2017- ME-AS saylı, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 112215.34 AZN, faiz borcu üzrə 8442.31 AZN olmaqla, cəmi 120657.65 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 411.06 AZN dövlət rüsumu və 0.62 AZN xidmət haqqının tutulması; tələbin 2-xx-xx-2017-ME-AS nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169,M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136.3 kv/molan mənzilin(Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2017-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********58-05301-093350) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh4 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; Cavabdeh4na məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169,M19, m.6)ünvanında yerləşən ümumi sahəsi 136.3 kv/m olan mənzildən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə borcalanCavabdeh4 arasında bağlanmış 2-xx-xx-2017-ME-AS nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana illik 10 faiz olmaqla, 229 (iki yüz iyirmi) ay müddətinə 135000 (yüz otuz beş min) manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 2-xx-xx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh4 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169,M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136.3 kv/molan mənzil (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2017- ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********58-05301-093350) ipoteka ilə yüklü edilmişdir. 2-xx-xx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində2-xx-xx-2017-ME-AS saylı zaminlik müqaviləsi imzalanmışdır. 2xx-xx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi eyni zamanda, "xxxx" ASC ilə Cavabdeh3 MTK arasında xx.xx.2017-ci il tarixində 2-xx-xx- 2017-ME-AS saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfimizdən ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borc üzrə 112215.34 AZN, faiz borcu üzrə 8442.31 AZN olmaqla, cəmi 120657.65 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh4, X1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 2505/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 411.06 AZN dövlət rüsumu və 0.62 AZN bank xidmət haqqı ödənilmişdir. İşə baxılan zaman "xxxx" ASC xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 Gülmməd oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 14 aprel 2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 112215,34 manat, faiz borcu (pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş) üzrə 8598,16 AZN, 3.553,49 AZN faiz borcu (pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilmiş) olmaqla, cəmi 124366,98 manat borc məbləğinin, ipoteka predmetinə tutmanın yönəldiməsinə barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 414,42 AZN dövlət rüsumu və 1.02 AZN xidmət haqqının tutulması; tələbin 2-xx-xx-2017-ME-AS nömrəli, 14 aprel 2017ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,30 kv.m. olan mənzilin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********58-05301-093350) ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh4 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi: Cavabdeh4 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,3 kv.m. olan mənzildən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi; satışdan əldə olunmuş vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, müqavilənin müddəti bitməyib. Pretenziya göndərdikləri tarixdən 5% tələb edirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, pandemiya vaxtı bank tərəfindən onlara güzəşt edilmişdir. Mənzil həyat yoldaşının adınadır. Bank tərəfindən evinin dəyərləndirdiyi məbləğ çox aşağıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları və hüquqi ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 14 aprel 2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin “Abşeron” filialı tərəfindən Cavabdeh4 229 ay müddətinə illik 10% dərəcəsi ilə 135000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh4 ilə “Bank” arasında xx.xx.2017ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6 ünvanında yerləşən mənzil) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən mənzil olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. - Cavabdeh2 tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, əri Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına və ya ödəniş olmadıqda satılmasına etiraz etmədiyi qeyd olunmuşdur. - "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi bank qarşısında Cavabdeh4nun 14 aprel 2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüş və müqavilə öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 411.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 2443/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2113-9/2108 saylı məktubu məhkəməyə daxil olmuş, məlumata əsasən göstərilən tarixdə ekspertlər iddiaçı ilə birlikdə sözügedən ünvanda olmuş, lakin iş üzrə cavabdeh iştirak etmədiyindən və tədqiqat obyektinin qapısı bağlı olduğundan baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, qərardadda qoyulmuş sualar üzrə tədqiqat aparılması mümkün olmamışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(004)- 2129/2025 saylı qərardadına əsasən mülki iş üzrə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş. Əmlakın qiymətləndirilməsi üçün “X4 Mərkəzi” MMC-yə və məhkəmə-mühasibatlıq ekspertizası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəylər alınanadək dayandırılmışdır. - “X4 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-066/2025 saylı hesabatın nəticə hissəsindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən mənzilin likvid dəyəri 276400 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2226 saylı ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, 2-xx-xx- 2024-ME-AS saylı müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2025-ci il tarixə banka olan faiz borcu 8826,11 manat, əsas borcu 112036,82 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 229 ay müddətinə illik 10 faiz olmaqla 135000 manat məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6 ünvanında yerləşən mənzil) mənzil banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh4 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. X4 Mərkəzi MMC-nin YDQ 004- 066/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh4nun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən mənzilin likvid qiyməti 276400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 Gülmməd oğlundan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 14 aprel 2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 112215,34 manat, faiz borcu (pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş) üzrə 8598,16 AZN, 3.553,49 AZN faiz borcu (pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilmiş) olmaqla, cəmi 124366,98 manat borc məbləğinin, ipoteka predmetinə tutmanın yönəldiməsinə barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 414,42 AZN dövlət rüsumu və 1.02 AZN xidmət haqqının tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada 2-xxxx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 112036,82 (yüz on iki min otuz altı manat otuz dörd qəpik) manat əsas borc, 8598,16 (səkkiz min beş yüz doxsan səkkiz manat on altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 3553,49 (üç min beş yüz əlli üç manat qırx doqquz qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum, 1,02 (bir manat iki qəpik) manat xidmət haqqı olmaqla, cəmi 124241,97 (yüz iyirmi dörd min iki yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. - "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh4 xx.xx.2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 112215,34 manat əsas borcu və ona hesablanmış fazi borcunu ödəməmişdir. Yaranmış öhdəliyin üç gün mddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışına əsasən, Cavabdeh4 xx.xx.2023-cü il tarixinə 112215,34 manat əsas, 8442,31 manat faiz borcu vardır. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2017-ci il tarixli, 2-xx-xx-2017-ME- AS saylı kredit müqaviləsinə əsasən hesablanmış əsas borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan, (iradə ifadəsinin təsdiqindən) yəni həmin dövrə ekpert rəyi ilə müəyyən edilmiş 112036,82 manat, faiz borcu üzrə iddia tələbi həcmində 8598,16 manat müəyyən edilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh4 Bəbək qızı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borc məbləğini iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh4 tərəfindən kredit müqavilələrinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli, 2-xx-xx-2017-ME-AS kredit müqaviləsi üzrə 3553,49 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsumun və xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 52,48 AZN (əlli iki manat qırx səkkiz qəpik) xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan evin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “X4 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 276400 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6 ünvanında yerləşən mənzil) ünvanında yerləşən mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada 2-xx-xx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 112036,82 (yüz on iki min otuz altı manat otuz dörd qəpik) manat əsas borc, 8598,16 (səkkiz min beş yüz doxsan səkkiz manat on altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 3553,49 (üç min beş yüz əlli üç manat qırx doqquz qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum, 1,02 (bir manat iki qəpik) manat xidmət haqqı olmaqla, cəmi 124241,97 (yüz iyirmi dörd min iki yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 276400 AZN (iki yüz yetmiş altı min dörd yüz manat) manat müəyyən edilməklə Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,3 kv.m olan mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169,M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,3 kv.m olan mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 həmin mənzildən çıxmalı, mənzil boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 414,42 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada 2-xx-xx-2017-ME-AS saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 112036,82 (yüz on iki min otuz altı manat otuz dörd qəpik) manat əsas borc, 8598,16 (səkkiz min beş yüz doxsan səkkiz manat on altı qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış 3553,49 (üç min beş yüz əlli üç manat qırx doqquz qəpik) manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 (əlli iki manat qırx səkkiz qəpik) manat rüsum, 1,02 (bir manat iki qəpik) manat xidmət haqqı olmaqla, cəmi 124241,97 (yüz iyirmi dörd min iki yüz qırx bir manat doxsan yeddi qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş likvid qiyməti 276400 (iki yüz yetmiş altı min dörd yüz) manat müəyyən edilməklə Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169, M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,3 kv.m olan mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 169,M19, m.6) ünvanında yerləşən ümumi sahəsi 136,3 kv.m olan mənzilə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 414,42 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh3 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İş üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri – 250 manat məbləğində pul iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar