Məhkəmə qərarları › İş №e-2(004)-213/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-213/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-213/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə3 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Kanada Respublikası vətəndaşı İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasında olan filialında işə bərpa edilməsi, ödənilməyən əmək haqlarının ödənilməsi – 90 000 (doxsan min) ABŞ dollar, istehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrin ödənilməsi – 30000 (otuz min) ABŞ dolları, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya – 45 000 (qırx beş min) ABŞ dolları, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya – cəmi 67500 ABŞ dolları, biznes bilet xərcləri – 95388 ABŞ dolları, ümumi xərclər üçün kompensasiya – 3920 ABŞ dolları, şəxsi əşyaların daşınması üçün kompensasiya – 8500 ABŞ dolları, birtərəfli bilet xərcləri - 22337 ABŞ dolları, tibbi xərclər – 28039 ABŞ dolları ödənilməsi, məzuniyyət haqqı - 737 ABŞ dolları ödənilməsi öhdəliyinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasında olan filialının üzərinə qoyulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kanada Respublikasının vətəndaşı İddiaçı (Passport nömrəsi: AM******) ana şirkəti X8 yerləşən Cavabdeh-nin Azərbaycan Respublikasında yerləşən filialında direktor vəzifəsinə təyin edilməsi ilə bağlı əmək müqaviləsi bağlamışdır. Müqavilə müddətsiz olaraq bağlanılmış və 1 noyabr 2022-ci il tarixində hüquqi qüvvəyə minmişdir. Daha sonra James Walker əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasına gəlmiş və “BOC LTD” şirkətinin Azərbaycandakı filialı tərəfindən onun üçün yaşayış icazəsi alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. James Walkerə xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinə qədər müvəqqəti yaşayış icazəsi verilmişdir. 2023-cü ilin aprel ayından etibarən James Walker şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya ezam olunmuşdur. Dubaya göndərilməsi ilə bağlı onunla hər hansısa yazılı razılaşma və ya müqaviləyə əlavə imzalanmamış və bu proses tərəflər arasında şifahi razılaşma ilə həyata keçmişdir. Dubayda olduğu dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla şəxsə əmək haqqı ödənilmişdir. Həmçinin 2024-cü ilin yanvar və fevral ayı üzrə Dubayda evin kirayə haqqı da ödənilmişdir. Lakin 2024-cü ilin yanvar ayından etibarən şəxsə əmək haqları ödənilməməyə başlanmışdır. Bununla bağlı James Walker özü dəfələrlə şirkətə müraciət etsə də, onun müraciətləri nəzərə alınmamışdır. Daha sonra may ayından James Walker tərəfindən ona ödənilməyən əmək haqlarının ödənilməsini təmin etməkdə hüquqi xidmət almaq məqsədilə müraciət edilmişdir. Tərəflərindən “BOC LTD” şirkətinin Azərbaycandakı filialına yanvar ayından etibarən ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə bağlı 27 may 2024-cü il tarixində pretenziya məktubu göndərilmişdir. Qarşı tərəf qeyd edilən tələblə bağlı heç bir addım atmadığı üçün mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfə xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş və ödənilməyən əmək haqlarının ödənilməsi tələbi qoyulmuşdur. İlkin mediasiya sessiyası 08 iyul tarixinə təyin edilmiş və qarşı tərəf iştirak etmədiyi üçün 16 iyul tarixinə təxirə salınmışdır. Daha sonra 15 iyul tarixində “BOC LTD” şirkətinin Azərbaycandakı filialının hüquqşünası ilə aralarında olan telefon danışığı zamanı James Walkerlə yerli əmək müqaviləsinin olması və həmin müqaviləyə 01 dekabr 2024-cü il tarixindən etibarən xitam verildiyi məlum olmuşdur. Lakin, qeyd edilən hallarla bağlı işəgötürən tərəfindən James Walkerə heç bir məlumat verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi halı məlum olduqdan sonra 16 iyul 2024-cü il tarixində keçirilmiş mediasiya prosesinin gedişində tərəflərindən yeni təklif irəli sürülmüş, habelə tərəflərindən qarşı tərəfə yeni tələblərlə pretenziya məktubu göndərilmişdir. Yeni təklifdə tələb olaraq James Walkerin işə bərpa edilməsi, ödənilməyən əmək haqlarının ödənilməsi, istehsalartımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrin ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya ödənilməsi, biznes bilet xərcləri üçün kompensasiya ödənilməsi, ümumi xərclər üçün kompensasiya ödənilməsi, tibbi xərclər üçün kompensasiya ödənilməsi, birtərəfli bilet və şəxsiəşyaların daşınması üçün kompensasiya ödənilməsi göstərilmişdir. 26 iyul tarixində keçirilən növbəti mediasiya sessiyasında qarşı tərəf yenidən iştirak etməmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Tərəflər arasında mediasiya zamanı razılıq əldə edilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlk öncə qeyd edirlər ki, şəxsə heç bir məlumat verilmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-cimaddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddəyə əsasən: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda X12 tərəfindən ləğv edilə bilər. Yuxarıda qeyd edilən hallardan hər hansı birinin mövcud olması ilə bağlı işəgötürən tərəfindən James Walkerə hər hansısa məlumat verilməmiş bu istiqamətdə qanunvericiliyə müqaviq addımlar atılmamış, ümumiyyətlə, James Walker əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı olmamışdır. Bütün bunlar əmək qanunvericiliyi normalarının kobud pozuntusudur. Bununla yanaşı yanvar ayından etibarən şəxsə əmək haqları ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. İşəgötürən də öz növbəsində əmək qanunvericiliyinin qaydalarına riayət etməməklə bağlı məsuliyyət daşıyır. Əmək müqaviləsinə əsasən James Walkerin aylıq vəzifə maaşının 15,000 ABŞ dolları olduğunu nəzərə alsaq, yanvar ayından başlayaraq may ayı da daxil olmaqla ödənilməyən əmək haqlarının ümumi məbləği 90,000 ABŞ dolları təşkil edir. Həmçinin, Əmək Məcəlləsinin 172.5-cimaddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu maddəyə əsasən qeyd edirlər ki, ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1%-i məbləğində kompensasiya məbləğinin cəmi 67,500 ABŞ dolları təşkil edir. Belə ki, bu məbləğ: Yanvar ayı üzrə - 22 500 ABŞ dolları; Fevral ayı üzrə - 18 000 ABŞ dolları; Mart ayı üzrə - 13 500 ABŞ dolları; Aprel ayı üzrə - 9 000 ABŞ dolları; May ayı üzrə - 4500 ABŞ dolları təşkil edir. Həmçinin, ana şirkətlə James Walker arasında bağlanılan müqavilədə tərəflərdən birinin müqaviləyə xitam verməzdən 1 ay əvvəl qarşı tərəfi xəbərdar etmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin, müqavilədə göstərilmişdir ki, əgər işəgötürən işçini 1 ay əvvəlcədən xəbərdar etmədən müqaviləyə xitam verərsə belə olan halda işçiyə aylıq əmək haqqının 3 misli məbləğində kompensasiya ödəməlidir. Buna əsasən qeyd edirlər ki, işçinin aylıq əmək haqqının 15,000 ABŞ dolları olduğunu nəzərə alsalar, ona ödənilməli olan kompensasiya miqdarı 45,000 ABŞ dolları təşkil edəcəkdir. Həmçinin, tərəflər arasında olan müqavilədə qeyd edilmişdir ki, neft hasilatının 10% artması halında şəxsin aylıq əmək haqqı 22,000 ABŞ dollarına qaldırılacaqdır. James Walkerə “BOC LTD”-nin Azərbaycandakı filialı tərəfindən verilən məlumata əsasən hasilatın artımı 2023-cü ilin iyun ayında baş vermişdir, bu səbəbdən də ona hasilatın artımı ilə bağlı ödənilməli olan məbləğin miqdarı iyun ayından bu vaxta qədər 30,000 ABŞ dolları təşkil edir. Həmçinin, müqavilənin 4.7-ci bəndində işgüzar səfərlər zamanı səyahət, yaşayış xərclərinin işçiyə işəgötürən tərəfindən ödənilməsi də nəzərdə tutulmuşdur. Bununla yanaşı Müqavilənin 4.9-cu bəndində işçinin özü və ailə üzvləri üçün də bir il ərzində 2 biznes sinif uçuş xərclərinin qarşılanması nəzərdə tutulmuşdur. Qeyd edilən dövr ərzində James Walker və onun ailə üzvlərinin uçuşları olsa da, bütün xərclər James Walkerin özü tərəfindən ödənilmişdir, və qeyd edilən 2 biznes uçuşu ilə bağlı 3 nəfər üçün ümumi xərclər 95,388 ABŞ dolları təşkil edir. Bundan əlavə müqavilənin 8.1-ci bəndinə əsasən müqaviləyə xitam verilən zaman işəgötürən tərəfindən işçiyə birtərəfli bilet xərcləri (hər ailə üzvü üçün) və şəxsi əşyaların daşınması ilə bağlı xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Bu xərclər müvafiq olaraq birtərəfli bilet xərcləri 3 nəfər üçün 22,337 ABŞ dolları və daşınma üçün xərclər 8500 ABŞ dolları təşkil edir. Bununla yanaşı müqaviləyə əsasən işəgötürən tərəfindən işçinin tibbi sığorta xərcləri ilə təmin olunması da nəzərdə tutulmuşdur. Belə ki, işçinin çəkdiyi heç bir sığorta xərcləri işəgötürən tərəfindən qarşılanmamışdır. Bununla bağlı şəxsin çəkdiyi tibbi xərclərin ümumi məbləği 28,039 ABŞ dolları təşkil edir və bu xərclərlə bağlı qəbzləri ərizəyə qoşmada təqdim edirlər. Müqavilənin 4.8-ci bəndinə əsasən işçiyə öz vəzifə öhdəliklərini icra edən zaman xərclədiyi məbləğlərin əvəzinin ödənilməsi, habelə, nəqliyyat, yaşayış xərclərinin ödənilməsi də nəzərdə tutulmuşdur ki, bu kimi ümumi xərclərlə bağlı məbləğ 3920 ABŞ dolları təşkil edir və bu xərclərlə bağlı qəbzlər də ərizəyə əlavə ediləcəkdir. Son olaraq James Walker-ə işəgötürən tərəfindən ödənilməmiş 3 günlük məzuniyyət haqqının məbləği isə 737 ABŞ dolları təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cımaddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həlledən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin hallarından da göründüyü kimi işəgötürən tərəfindən Əmək Qanunvericiliyinin qeyd edilən normalarının tələbləri pozulmuşdur. Digər halı da qeyd edək ki, iş üzrə James Walkerin 18 yaşına çatmamış əlilliyi olan övladı var. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Belə ki, işəgötürən tərəfindən qeyd edilən hal da nəzərə alınmamışdır. Cavabdeh Azərbaycan Respublikasındakı filialı elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, işə bərpaya dair iddia tələbi əsassız olduğundan həmin hissədə iddianın rədd edilməsini, prossesual qənaət prinsipinə əsasən, iddiaçınnı digər tələbləri törəmə tələblər olduğundan və “işə bərpa" hissəsində iddia tələbi əsassız olduğundan digər hissələrdə iddianın əsassız olması səbəbindən iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 1. İşin faktiki halları: İddia ərizəsində qeyd olunan hallara münasibət bildirməmişdən əvvəl, İddiaçı cavabdeh ilə əmək münasibətlərinin yaranması və xitam ilə bağlı faktları məhkəmənin nəzərinə çatıdırırlar: Cavabdeh Şirkətinin Direktorlar Şurasının xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2022-ci il tarixində “X7 LTD" Şirkətinin adından İddiaçı adına Filialın rəhbəri olaraq ümumi etibarnamə verilmişdir; 01.11,2022-ci il tarixində İddiaçı və ana şirkət olan Cavabdeh Şirkəti arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minmişdir. Qeyd olunduğu kimi həmin müqavilə ana şirkətlə İddiaçı arasında bağlanmışdır; İddiaçı Kanada Respublikasının vətəndaşı olduğu üçün, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmiş, xx.xx.2023-cü il tarixindən İddiaçı yaşayış yerini dəyişdirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir; İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023-cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və Tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlmişlər; Tərəflər arasında 16.01,2023-cü il tarixində bağlanmış müqavilə ƏMAS sistemində qeydə alınmış və bildirişdə “Əmək müqaviləsinin növü” bölməsində “Müddətli” qeyd edilmişdir. Əmək müqaviləsinin qüvvədə olma müddəti müqavilədə olduğu kimi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyd edilmişdir; xx.xx.2023-cü il tarixli Cavabdeh Şirkətinin Direktorlar Şurasının Qərarının 1-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən onun adına verilmiş etibarnamə qüvvədən düşmüş hesab edilmişdir; X7 LTD” Şirkətinin Azərbaycan Respublikasının Filialının xx.xx.2023-cü il tarixli K-18/12- 01/26 nömrəli əmrinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının Prezidenti vəzifəsindən azad edilmişdir. 2.1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ana şirkəti X8 təsis edilmiş “X7 LTD" Şirkəti arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı Şirkətin Filial direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd olunan müqavilə imzalandığı tarixindən, yəni xx.xx.2022ci il tarixindən qüvvəyə minmişdir. Eyni zamanda iddia ərizəsində qeyd olunmuşdur ki, əmək müqaviləsi müddətsiz olaraq bağlanmış və ona heç bir məlumat verilmədən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatının olmaması qeyd edilsə də, iş materialarından da görünür ki, James Walkerin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, həmin Məcəllənin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, işçinin əmək müqaviləsi şərtləri 2022-ci il noyabrın 1-dən başlayır və bu müqavilədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xitam verilmədiyi təqdirdə qeyri-müəyyən müddətə davam etdirilir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və qanunvericiliyi ilə tənzimlənir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin və qanunverciliyin şərtlərinə əsasən, əcnəbi şəxs olan X21 arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. James Walker əcnəbi olduğundan Tərəflər yerli qanunvericiliyin tələblərini nəzərə alaraq, yalnız müvəqqəti yaşamaq icazəsinin qüvvədə olduğu müddət ərzində yeni əmək müqaviləsi bağlamış və bu müqavilənin müddəti müvəqqəti yaşamaq icazəsinin müddəti nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olması razılaşdırılmışdır. Məlum olduğu kimi, Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Baxmayaraq ki, Miqrasiya Məcəlləsinin 64.0.13-cü maddəsinə əsasən, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin əcnəbi və vətəndaşlığı olmayan rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur, bununla belə James Walkerə müvəqqəti yaşamaq üçün icazəsinin verilməsinin əsası Miqrasiya Məcəlləsinin 45.1.6-cı maddəsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri vəzifəsini tutması olmuşdur. Miqrasiya Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 50.1.8-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinin müddəti icazə müddətindən artıq ola bilməz, yəni xarici vətəndaşlarla əmək müqaviləsinin bağlanması iş icazəsinin, iş icazəsi tələb olunmadıqda isə müvəqqəti yaşamaq icazəsinin müddəti ilə məhdudlaşdırılır. James Walker əcnəbi vətəndaş olduğundan və əcnəbilərlə əmək müqaviləsinin bağlanması qaydası AR Miqrasiya Məcəlləsinin tələblərinə əsasən tənzimləndiyindən və Miqrasiya qanunvericiliyinə əsasən 1 il müddətinə müvəqqəti yaşamaq icazəsi verilmiş James Walker tərəfindən müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması barədə müraciət edilmədiyindən ona verilmiş müvəqqəti yaşamaq icazəsinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz olması mümkün ola bilməzdi. Odur ki, xx.xx.2023-də müvəqqəti yaşamaq icazəsinin və ona uyğun olaraq əmək müqaviləsinin müddəti başa çatdığından İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. 2.2. Əmək qanunvericiliyinin tələbinə əsasən, müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən işçinin əvvəlcədən məlumatlandırılması nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçı tərəfin iddia ərizəsinin bu hissəsində qeyd etdiklərinin heç bir hüquqi əsası yoxdur. Belə ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla və Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək müqaviləsinə xitam verilə bilməz. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli baxımından mühüm əhəmiyyət daşıyır. Təqdim edilmiş əmək müqaviləsindən də görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının əmək müqavilələrinin müddəti başa çatmış, müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqavilələrinə qanuni əsaslarla xitam verilmişdir. 2.3. İddia ərizəsində James Walkerin 2023-cü ilin aprel ayından etibarən şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya ezam olunması, Dubaya göndərilməsi ilə bağlı onunla hər hansısa yazılı razılaşma və ya müqaviləyə əlavə imzalanmaması və bu prosesin tərəflər arasında şifahi razılaşma ilə həyata keçirilməsi, Dubayda olduğu dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla ona əmək haqqının ödənilməsi, 2024-cü ilin yanvar ayından etibarən əmək haqqının ödənilməməsi, bununla bağlı James Walkerin dəfələrlə şirkətə müraciət etməsi və müraciətlərinin nəzərə alınmaması, yalnız 15 iyul 2024-cü il tarixdə onlara James Walkerin müqaviləsinə 01 dekabr 2023-cü il tarixindən etibarən xitam verildiyinin məlum olması, qeyd edilən hallarla bağlı işəgötürən tərəfindən James Walkerə heç bir məlumat verilməməməsi qeyd edilsə də, iddia tələbini əsaslandırdıqları halları təsdiq edə biləcək heç bir sübut təqdim edilməmişdir. Belə ki, X22 ezam olunması və orada şirkətin əlaqələrini gücləndirilməsi məqsədilə hər hansı işlər görülməsi, danışıqlar aparılması və işgüzar əlaqələrin yaradılmasını sübut edən heç bir fakt mövcud deyildir. James Walkerin iddia ərizəsində qeyd edildiyi kimi həqiqətən də ezamiyyətdə olmasını ehtimal etmiş olsalar belə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 aprel 2001-ci il tarixli il 44 nömrəli əmri ilə təsdiq edilmiş X2 əsasən işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. Odur ki, iddia ərizəsində qeyd edildiyi kimi ezamiyyəyə göndərilmə məsələsinin şifahi qaydada tənzimlənməsi barədə iddialar tamamilə əsassızdır. 2.4. İddia ərizəsidə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatının olmaması və yalnız vəkilin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlanarkən James Walkerin işdən azad edilməsi barədə məlumat əldə etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, James Walker Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının hər hansı işçisi deyil, Filialın rəhbəri, Prezidenti olmuşdur. Filialın maliyyə-təsərrüfat və inzibati idarəçiliyini həyata keçirməli olan və Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşımalı olan bir şəxsin 2023cü ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək heç bir fəaliyyət göstərmədiyi, Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyi, Şirkətlə heç bir fiziki və hüququ bağlılığı olmadığı halda hələ də həmin müəssisədə işləyib-işləmədiyini bilməməsi, işdən azad olunması barədə məlumatının olmaması qətiyyən mümkün, məntiqli və inandırıcı deyildir. Belə olan halda hesab edirlər ki, James Walker “işə bərpa” tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 ay ərzində iddia irəli sürə bilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. 2.5. Bununla yanaşı, iddia ərizəsində şirkətlə James Walker arasında bağlanılan müqavilədə tərəflərdən birinin müqaviləyə xitam verməzdən 1 ay əvvəl qarşı tərəfi xəbərdar etmək vəzifəsinin nəzərdə tutulması, əgər işəgötürən işçini 1 ay əvvəlcədən xəbərdar etmədən müqaviləyə xitam verərsə, belə olan halda işçiyə aylıq əmək haqqının 3 misli məbləğində kompensasiya ödənilməli olması ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Müqavilənin qeyd edilən bəndi müqavilənin qüvvədə olduğu müddətdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi hallarına şamil edilir. Müqavilə müddətinin bitməsi əsası ilə müqaviləyə xitam verilməsi zamanı işəgötürənin işçinin əvvəlcədən xəbərdar etmə vəzifəsi həmin dövrdə qüvvədə olan Əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən James Walkerin iş yeri Bakı şəhəri müəyyən edilmişdir, lakin James Walker qısa müddət sonra Azərbaycan Respublikasını tərk etmiş, uzun müddət geri qayıtmamışdır. Onun əmək müqaviləsinə xitam verilərkən də Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən iddiaçının onun və ailə üzvlərinin bilet xərcləri ilə bağlı iddiası əsassızdır. 2.6. Bundan əlavə, neft hasilatının 10% artması halında şəxsin aylıq əmək haqqının artımı ilə bağlı iddiası üzrə hasilatın artımını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. 2.7. İddia tələbinin müqaviləyə əsasən işəgötürən tərəfindən işçinin tibbi sığorta xərcləri ilə təmin olunması, lakin işçinin çəkdiyi heç bir sığorta xərclərinin işəgötürən tərəfindən qarşılanmaması hissəsi ilə bağlı qeyd etmək istərlər ki, iddiaçının özü tərəfindən təqdim edilmiş sığorta kartının surətindən görünür ki, James Walkerin və həyat yoldaşının adına verilmiş sığorta kartına əsasən 15 000 manat məbləğində könüllü sığorta olunmuşdur. Bildirirlər ki, könüllü tibbi sığorta ilə bağlı münasibətlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Sığortaçı "xxxx" ASC arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqaviləsi ilə tənzimlənir. Məlumat üçün bildirirlər ki, həmin müqavilənin şərtlərinə əsasən sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədə olmuş, həmçinin sığorta olunanın Könüllü Tibbi Sığorta Proqramına uyğun olaraq tibbi xidmət almaq üçün Müqavilədə göstərilən Tibb müəssisələrindən hər hansı birini seçmək hüququ müəyyən olunmuşdur. Həmin müqavilənin 10-cu maddəsində müəyyən olunur ki, Sığorta hadisəsi baş verdikdə Sığorta olunan şəxsə Müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətlər Sığorta olunanların Podratçı klinikalara müraciəti zamanı göstərilir. Podratçı klinikalara müraciət edərkən Sığorta olunan Sığortaçı tərəfindən verilmiş Tibbi kartı, şəxsiyyət vəsiqəsini və ya onun şəxsiyyətini təsdiq edən digər sənədi, həmçinin ehtiyac olan hallarda müayinə/müalicəyə göndəriş vərəqəsini təqdim etməlidir. Müqavilə şərtlərinə əsasən Şirkət tərəfindən müvafiq sığorta haqları ödənilmiş, X23 tibbi sığorta şəhadətnaməsi təqdim edilmişdir. Sığorta olunan şəxsin tibb müəssisəsinə müraciət edərkən bu imtiyazdan istifadə edib-etməməsi onun öz hüququ olmuşdur. Həmçinin, Sığorta ödənişinin edilməsi barədə tələb Cavabdeh Şirkətinə qarşı deyil, Sığortaçı "xxxx" ASC-yə yönəldilə bilərdi. Odur ki, iddiaçının iddia tələbi bu hissədə də tamamilə əsassızdır. 2.8. İddia ərizəsində istinad edilən digər bir hal isə Əmək Məcəllənin 79.1-ci maddəsi və James Walkerin 18 yaşına çatmamış əlilliyi olan övladının olması ilə bağlıdır. Bununla əlaqədar bildirirlər ki, yuxarıda da qeyd olunduğu kimi, James Walkerlə əmək münasibətlərinə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndindəki əsasla xitam verilmişdir. Məcəllənin 79.2-ci maddəsində qanunverici qeyd edir ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulan müddəalar (hansı ki, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qadağan edən müddəa da belə müddəalardan biridir) əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir, Məcəllənin 73-cü maddəsi isə məhz müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi qaydasını ehtiva edir. Bu əsasla, Məcəllənin 79.1-ci maddəsinin tələbləri tərəfimizdən pozulmamışdır, çünki qanunverici həmin müddəanın müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilən əmək münasibətlərinə tətbiqini istisna edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin və əsasının dəyişdirilməsi ərizəsi verərək, əmək müqaviləsinə xitam verilməsi bildirişi etibarsız hesab edilməsi; James Walker “X7 şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əvvəlki vəzifəsinə işə bərpa edilməsi; Qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 (on beş min) dollardan nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən James Walker-a ödənilməsi; Ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiya cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələr cavabdeh tərəfindən James Walker-a ödənilməsi; 3.5.2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqları bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; İddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; Əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği- 31119 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməsi; İddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclər (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsini xahiş etmişlər. İddia tələbinin və əsasının dəyişdirilməsi ərizəsi onunla əsaslandırılmışdır ki, 1.1. Kanada Respublikasının vətəndaşı İddiaçı (Passport nömrəsi: AM******) ilə X14 Adalarında yaradılan Cavabdeh arasında 1 noyabr 2022-ci il tarixində əmək müqaviləsi (bundan sonra “əmək müqaviləsi”) bağlanmışdır. 1.2. Həmin əmək müqaviləsi ilə İddiaçı “X7 LTD-nin Azərbaycan Respublikasındakı fılialı”nın (bundan sonra “cavabdeh”) rəhbəri vəzifəsinə təyin edilmişdir. 1.3. Əmək müqaviləsinin preambula hissəsində tərəflər arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün düzəlişlərlə birlikdə tətbiq edildiyi və həmin məcəllədə qeyd edilən şərt və halların qəbul edildiyi qeyd edilmişdir. 1.4. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən həmin müqavilə müddətsiz olaraq bağlanılmışdır. 1.5. Daha sonra James Walker əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasına gəlmiş və cavabdeh tərəfindən onun üçün yaşayış icazəsi alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. James Walkerə xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinə qədər müvəqqəti yaşayış icazəsi verilmişdir. 1.6.2023-cü ilin aprel ayından etibarən James Walker şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya göndərilmişdir. 1.7. Dubayda olduğu dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla şəxsə əmək haqqı ödənilmişdir. Həmçinin 2024-cü ilin yanvar və fevral ayı üzrə Dubayda evin kirayə haqqı da ödənilmişdir. Lakin, 2024-cü ilin yanvar ayından etibarən şəxsə əmək haqları ödənilməməyə başlanmışdır. 1.8. James Walkerin müraciəti əsasında “Yanvar ayından etibarən ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə bağlı” 27 may 2024-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. 1.9. Qarşı tərəf qeyd edilən tələblə bağlı heç bir addım atmadığı üçün mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfə xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş və ödənilməyən əmək haqlarının ödənilməsi tələbi qoyulmuşdur. 1.10. lkin mediasiya sessiyası 08 iyul tarixinə təyin edilmiş və qarşı tərəf iştirak etmədiyi üçün 16 iyul tarixinə təxirə salınmışdır. Daha sonra 15 iyul tarixində “BOC LTD” şirkətinin Azərbaycandakı filialının hüquq departamentinin rəhbəri ilə aramızda olan telefon danışığı zamanı James Walkerlə yerli əmək müqaviləsinin olması və həmin müqaviləyə 01 dekabr 2024-cü il tarixindən etibarən xitam verildiyini qeyd etmişdir. 1.11. Yerli əmək müqaviləsinin nüsxəsi James Walker-ə təqdim edilməmişdir. 1.12. Qeyd edilən danışıqdan sonra 16 iyul 2024-cü il tarixində keçirilmiş mediasiya prosesinin gedişində tərəflərindən yeni təklif irəli sürülmüş, habelə tərəflərindən qarşı tərəfə yeni tələblərlə pretenziya məktubu göndərilmişdir. Yeni təklifdə tələb olaraq James Walkerin işə bərpa edilməsi, ödənilməyən əmək haqlarının ödənilməsi, istehsal artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrin ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya ödənilməsi, biznes bilet xərcləri üçün kompensasiya ödənilməsi, ümumi xərclər üçün kompensasiya ödənilməsi, tibbi xərclər üçün kompensasiya ödənilməsi, birtərəfli bilet və şəxsi əşyaların daşınması üçün kompensasiya ödənilməsi göstərilmişdir. 1.13. X17 cavabdeh arasında əmək müqaviləsinin mövcudluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəkil sorğusu ünvanlanmış və 20 avqust qeyd edilmişdir ki, cavabdehlə James Walker arasında əmək müqaviləsi olmuşdur. Qeyd edilən əmək müqaviləsi 29 dekabr 2024-cü il tarixində ‘‘01 dekabr 2024-cü ildə müddətin bitməsi səbəbi ilə” Əmək Məcəlləsinin 68 (b) bəndinə əsasən xitam verilmişdir. 1.14. 26 iyul tarixində keçirilən növbəti mediasiya sessiyasında qarşı tərəf yenidən iştirak etməmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. 1.15. Tərəflər arasında razılıq əldə edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2. Tələblər və əsaslandırma: 2.1. Əmək müqaviləsinə xitamın etibarsız hesab edilməsi, James Walkerin işə bərpa edilməsi 2.2. Qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 (on beş min) dollardan hesalanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi. a) Bu ərizənin 1.13-cü bəndində qeyd edilənlərdən görünür ki, James Walkerin əmək müqaviləsi “müddətli” olaraq, 01 dekabr 2023-cü il tarixinədək qüvvədə olması şərti ilə “Əmək və Məşğulluq” Alt Sisteminə (bundan sonra “ƏMAS”) işlənilmişdir. Həmin müddət 01 dekabr 2023-cü il tarixində bitsə də, əmək müqaviləsinə xitam verilməsi bildirişi 29 dekabr 2023-cü il tarixində “ƏMAS”-a işlənilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edilən normalardan göründüyü kimi müddətli əmək müqaviləsi o halda xitam edilir ki, həmin müqaviləyə xitam verilməsi tələbi müddət bitdikdən sonrakı bir həftə ərzində tələb edilmiş olsun. Lakin, belə bir tələb irəli sürülməmiş, əmək münasibətləri davam etdirilmiş və müddət bitdikdən 28 gün sonra, yəni 4 həftə sonra əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Halbuki cavabdehin 29 dekabr 2023-cü il tarixində James Walker-in əmək müqaviləsi bildirişini Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam etmək hüququ olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh “əmək müqaviləsi müddətinin bitməsi” əsası ilə həmin müqaviləyə yalnız 08 dekabr 2023-cü il tarixinə kimi xitam verə bilərdi. Lakin, belə xitam həmin tarixədək icra edilmədiyindən, James Walkerla cavabdeh arasında olan əmək müqaviləsi 08 dekabr 2023-cü il tarixindən etibarən daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab edilmişdir. Belə olan halda isə 29 dekabr 2023-cü il tarixində işəgötürənin, yəni cavabdehin iddiaçının əmək müqaviləsinə 29 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 68 (b) maddəsi ilə xitam vermək hüququ olmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsi əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini müəyyən edir və həmin maddənin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68. 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə. əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. b) Digər tərəfdən, James Walker-la ana şirkət arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən James Walkerlə əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Yəni başqa sözlə desək, həmin iş daimi xarakterli olmuşdur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum qərarının əsaslandırılma hissəsində qeyd edilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müddətli əmək müqaviləsinin bağlanıla bildiyi hallar müəyyən edilmişdir ki, həmin maddənin redaksiyasından da göründüyü kimi həmin hallar dispozitiv xarakter daşıyır. Yəni həmin halların mövcudluğu işəgötürənin işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq imkanını istisna etmir. 2.3. İstehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin ödənilməsi: Əmək müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılaşır ki, neft istehsalı 10 faizə qədər artacağı təqdirdə işçinin əmək haqqı aylıq 22000 ABŞ dolları müəyyən edilir. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. James Walkerə “BOC LTD”-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilən məlumata əsasən onun işlədiyi dövrdə hasilatın artımı baş vermişdir, bu səbəbdən də ona hasilatın artımı ilə bağlı ödənilməli olan məbləğin miqdarı 28000 ABŞ dolları təşkil etmişdir. 2.4. 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqlarının ödənilməsi Əmək müqaviləsinin 4.7-ci bəndinə əsasən əgər işçi biznes məqsədləri üçün Bakıdan kənara səyahət edərsə, işçinin bütün səyahət və yerləşmə xərcləri işəgötürən tərəfindən çəkilir. Səyahət xərcləri getdiyi ölkədən asılı olaraq Azərbaycan qanunvericiliyinə uyğun olaraq hesablanıb ödəniləcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları”nın 63-cü hissəsinə əsasən X3 ezamiyyə xərcinin 1 günlük norması 280 ABŞ dolları müəyyən edilmişdir. James Walkerə ezamiyyə ilə əlaqədar əlavə ödənişlər icra edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq 2023-cü ilin aprel ayından etibarən günlük 280 dollardan olmaqla ezamiyyə xərci hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 2.5. 22039 ABŞ dollar məbləğində tibbi xərclərin ödənilməsi: Əmək müqaviləsinin 4.4-ci bəndinə əsasən işəgötürən işçini tibbi sığorta ilə əmin etməlidir. İddiaçı 31 yaşında sağlamlıq imkanları məhdud olan övladı vardır (övladının şəkilləri, müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilir) və bundan irəli gələrək onun mütəmadi olaraq tibbi müayinələrdən keçməsi zərurəti olmuşdur. X18 özünün də Dubayda olduğu müddətdə tibbi müayinələrə və müalicəyə ehtiyacı olmuşdur. James Walkerla olan danışıqlara əsasən cavabdeh tərəfindən Walker və onun bütün ailə üzvləri Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilməli və edilmişdir (hər bir şəxs üzrə sığortanın məbləği 15000 AZN olmuşdur). Lakin, Walkerin Dubaya göndərilməsi, onun özünün və övladının tibbi xərclərinin qarşılanması ilə əlaqədar əlavə xərclərlə üz-üzə qoymuşdur. Halbuki, Walker iş fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirsəydi, yaranacaq tibbi xərclər də məhz könüllü tibbi sığorta hesabına qarşılanacaqdır. Walkerin Dubayda ümumilikdə 22039 ABŞ dollar məbləğində tibbi xərcləri çıxmışdır. Həmin xərcləri təsdiq edən sənədlər ərizəyə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2.6. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin ödənilməsi: Əmək müqaviləsinin 8.1-ci bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərsə, bu zaman işçiyə 3 aylıq əmək haqqı məbləği cərimə olaraq ödənilməlidir. Ana şirkətin Direktorlar Şurasının qərarına əsasən James Walkerin əmək müqaviləsinə 2023-cü ilin noyabr ayından etibarən xitam verilmişdir. Bunu təsdiq edən sənəd də məhz cavabdehin nümayəndəsi tərəfindən 3 sentyabr 2024-cü ildə keçirilən prosesdə təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, 23 noyabr 2023-cü il tarixində Willemstad-da keçirilən Direktorlar Şurasının iclasında James Walker “X9” LTD-nin Azərbaycan Respublikasındakı filial rəhbəri vəzifəsindən azad edilmiş və ona verilmiş etibarnamə isə ləğv edilmişdir. İclasın keçirilmə tarixi və qərardan görünür ki, “X9” LTD James Walkerlə əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmamışdır. Halbuki, həmin şirkətlə iddiaçı arasında imzalanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, artıq cavabdehin həmin qərarı əmək müqaviləsinin 8.1-ci maddəsinin tətbiqinə əsas yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1 -ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Əmək müqaviləsi ilə müəyyən edilən digər ödənişlər: 2.6.1. Təktərəfli bilet və daşıma məbləğləri: Əmək müqaviləsinin 8.1-ci maddəsinin sonuncu cümləsində qeyd edilmişdir ki, müqaviləyə xitam verildiyi təqdirdə işçinin və onu müşayiət edən ailə üzvlərinin Calgary, Aberto Kanadaya göndərilməsi işəgötürənin xərci hesabına aparılacaqdır. Müvafiq saytlar vasitəsilə hesablamaya əsasən, James Walker və onun ailə üzvlərinin Calgary, Aberto Kanadaya geri dönüşü üçün təktərəfli biletin məbləği 22337 ABŞ dolları, onun əşyalarının daşınması üçün tələb olunan məbləğ isə 8500 ABŞ dolları təşkil edir. Bildirirlər ki, vaxtı ilə İddiaçı Azərbaycana işləməyə gəldikdə onun və ailə üzvlərinin əşyaları Kanadadan Bakıya gətirilmiş və bu məhsulların gətirilməsinə görə 6500$ məbləğində daşıma haqqı ödənilmişdir. Təsdiqedici sənəd ərizəyə əlavə edilir. 2.6.2. 3 ədəd biznes biletinin məbləği (31119 ABŞ dolları): Tərəflər arasında imzalanmış əmək müqaviləsinin 4.9-cu bəndinə əsasən işəgötürən işçini aşağıdakılarla təmin etməlidir: İcarə haqqı məbləği 5000 (beş min) manatadək olan və 2 yataq otağı olan mənzillə; Nəqliyyat ilə İşçinin özü və ailə üzvləri üçün hər birinə hər il üçün 3 biznes təyyarə bileti ilə. Əmək müqaviləsi ilə James Walker və onun ailə üzvlərinə illik 3 biznes biletin alınması öhdəliyi işəgötürənin üzərinə qoyulsa da, işəgötürən bu öhdəliyini yerinə yetirməmişdir. Belə öhdəliyin yerinə yetirilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 1 nəfər üçün Kanadaya biznes biletinin qiyməti 10373 ABŞ dolları təşkil edir. Qeyd edilənləri nəzərə alsaq, 3 nəfər üçün ümumi biznes biletləri üçün ümumi məbləğ 31119 ABŞ dolları təşkil edir. 2.6.3. Bizneslə bağlı İddiaçı tərəfindən çəkilən xərclər: Əmək müqaviləsinin 4.8-ci bəndinə əsasən işçinin öz cibindən bizneslə əlaqədar çəkdiyi xərclər işəgötürən tərəfindən qarşılanır. Həmçinin həmin müqavilənin 4.9-cu bəndinə əsasən işəgötürən işçini nəqliyyat ilə təmin etməyi öhdəsinə götürmüşdür. İşçi Dubayda olduğu müddətdə müxtəlif görüşlərdə iştirak etmək üçün əlavə biznes xərcləri də çəkmişdir ki, bunun da məbləği 3920 ABŞ dolları təşkil etmişdir. Lakin, həmin ödənişlər işəgötürən tərəfindən işçiyə ödənilməmişdir. Təkrarən qeyd etməyi zəruri hesab edirlər ki, Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. İddiaçının vəkili Vəkil2 elektron kabinet vasitəsilə cavabdehin iddiaya etirazı üzrə mülahizə verərək, iddiaya etirazın əsassız olması səbəbindən iddiaya etirazın tamamilə rədd edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi icraatda İddiaçı “X7" LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı" tələbinə dair e-2(004)-4319/2024 mülki iş vardır. Həmin mülki iş üzrə cavabdeh “X7” LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaya etiraz verilmişdir. Etirazda qeyd edilən məsələlərə münasibətdə mülahizəni diqqətə təqdim edirlər: 1) Etirazın 2.1-ci bəndi üzrə - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi: 1.1. Cavabdeh etirazında qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinin müddəti müvəqqəti yaşayış icazəsinin müddətindən artıq ola bilməz. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum qərarının əsaslandırılma hissəsində qeyd edilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müddətli əmək müqaviləsinin bağlanıla bildiyi hallar müəyyən edilmişdir ki, həmin maddənin redaksiyasından da göründüyü kimi həmin hallar dispozitiv xarakter daşıyır. Yəni həmin halların mövcudluğu işəgötürənin işçi ilə müddətsiz əmək müqaviləsi bağlamaq imkanını və ya həmin müddəti uzatmasını istisna etmir. James Walker və ana şirkətlə bağlanılan əmək müqaviləsi isə müddətsiz əsaslarla bağlanılmışdır. Yəni başqa sözlə desək, həmin iş daimi xarakterli olmuşdur. Yerli əmək müqaviləsi James Walker-a təqdim edilmədiyindən və həmçinin o, Azərbaycan qanunvericiliyini bilmədiyindən, ana şirkətlə olan müqaviləni əsas götürmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, James Walkerlə ana şirkət arasında imzalanmış əmək müqaviləsi 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minmiş, lakin müvəqqəti yaşayış icazəsi isə 16 yanvar 2023-cü il tarixində alınmışdır. X36 1 noyabr 2022-ci il tarixindən 16 yanvar 2023-cü il tarixinədək müvəqqəti yaşayış icazəsi olmadan filial rəhbəri vəzifəsini icra etmiş və buna görə ona əmək haqları ödənilmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən müvəqqəti yaşayış icazəsi şəxsə Azerbaycan Respublikasında müvəqqəti yaşamağa, 3.0.13-cü maddəsinə əsasən isə iş icazəsi şəxsə Azerbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərdir. James Walker filial rəhbəri kimi 2023- cü ilin aprel ayından etibarən Dubayda fəaliyyət göstərmişdir və ona aylıq əmək haqları ödənilmişdir. X27 əmək fəaliyyətini davam etdirməsi üçün müvəqqəti yaşayış icazəsinə ehtiyacı olmamışdır. Qeyd edilənlərlə yanaşı bildirirlər ki, James Walker əcnəbi vətəndaş olmuş, Azərbaycan Respublikasının qanunvericiliyindən məlumatlı olmamışdır. Cavabdeh Miqrasiya Məcəlləsinin 45.1.6-cı, 50.1.8-ci və 64.0.3-cü maddələrinə istinad edərək James Walkerin müvəqqəti yaşayış icazəsi müddətinin uzadılmayacağını qeyd etmişdir. İlk növbədə bildirirlər ki, cavabdeh X25 göndərməklə özü həmin maddələrin tətbiqinə şərait yaratmışdır. X26 işlədiyi müddətdə Filialın hüquq departamenti, insan resursları departamenti tərəfindən cavabdehin etirazında qeyd etdiyi Miqrasiya Məcəlləsinin 47.1-ci və 50.1.8-ci maddəsində qeyd edilən hallar barədə məlumatlandırılmamış və bunu təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. 1.2. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2023cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddənin məzmunundan da göründüyü kimi, müddətli əmək müqaviləsinə xitam verilməsi müddət bitdikdən sonrakı bir həftə ərzində həyata keçirilməli idi. Hətta əmək müqaviləsinin müddətli olduğu qənaətinə gəlindiyi təqdirdə belə “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının həmin müqaviləni 2023-cü ilin dekabrın 8-ə qədər ləğv etmək hüququ olmuşdur. Həmin tarixdən sonra isə tərəflər arasında olan əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasan daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab olunmuşdur. Yəni başqa sözlə, “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının 29 dekabr 2023-cü il tarixində əmək müqaviləsini Əmək Məcəlləsinin 68 (b) maddəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam etmək hüququ olmamışdır. 2) Etirazın 2.2-ci bəndi üzrə 2.1. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, cavabdeh etirazın 2.2-ci maddəsində məhkəməyə iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin məhkəməyə təqdim edildiyini bildirsə də, belə əmək müqaviləsinin əsli məhkəməyə təqdim edilməmişdir. 2.2. Etirazın həmin hissəsində qeyd edilmişdir ki, əmək müqaviləsinin xitamı üçün konkret əsaslar olmalıdır və belə əsas olmadan əmək müqaviləsinə xitam verilə bilməz. Maraqlıdır ki, bunu qeyd edən cavabdeh özü əmək müqaviləsinin xitamı əsasını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddənin məzmunundan da göründüyü kimi, müddətli əmək müqaviləsinə xitam verilməsi üçün müqavilənin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən biri belə xitamı tələb etməli idi. Qeyd edilənləri nəzərə alaraq, “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının həmin müqaviləni 2023-cü ilin dekabrın 8-ə qədər ləğv etmək hüququ olmuşdur. Həmin tarixdən sonra isə tərəflər arasında olan əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasan daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab olunmuşdur. Yəni başqa sözlə, “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının 29 dekabr 2023-cü il tarixində əmək müqaviləsini Əmək Məcəlləsinin 68 (b) maddəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam etmək hüququ olmamışdır. 2.3. Cavabdehin etirazında qeyd etdiyi müddətli əmək müqaviləsinə xitam verilməsinə görə işçinin əvvəlcədən məlumatlandırılması məsələsinə gəldikdə isə bildirirlər ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasında müddətli əmək müqaviləsinin bitməsinə görə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən birinin müqaviləyə “xitam verilməsini tələb etmək” tələbi qoyulmuşdur. Lakin belə tələb “X7” LTD tərəfindən iddiaçıya verilməmiş və bunu təsdiq edən sənədlər də məhkəməyə cavabdeh tərəfindən də təqdim edilməmişdir. Göründüyü kimi qanunvericiliklə müddətli əmək müqaviləsinə xitam verilməsi üçün tələbin irəli sürülməsi qanunvericilikdə qeyd edilmişdir. Hətta Əmək Məcəlləsinin 73-cü maddəsinin yeni redaksiyasında belə müddətin bitməsinə görə tərəflərdən birinin digərini yazılı formada xəbərdar etməsi nəzərdə tutulmuşdur. 3) Etirazın 2.3-cü bəndi üzrə - ezamiyyət 3.1. Cavabdeh etirazında ezamiyyənin əmrlə rəsmiləşdirilmədiyi və ona ezamiyyət vəsiqəsinin verilmədiyini əsas gətirərək ezamiyyə ilə bağlı iddiaların əsassız olduğunu və eyni zamanda cavabdehin nümayəndəsi 3 sentyabr 2024-cü il tarixli çıxışında James Walkerin filial rəhbəri olaraq özünün Dubaya getməsi qərarına gəldiyini və rəhbər olaraq bu sənədləri də özünün tərtib etməli olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar bildirirlər ki, James Walker filial rəhbəri olmuşdur. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən filial hüquqi şəxs deyil. Qeyd edilən hal filialın Əsasnaməsinin 3.1-ci bəndində qeyd edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin 1 gün üzrsüz səbəbdən işə gəlməməsi əmək müqaviləsinin kobud pozuntusu hesab edilir və əmək müqaviləsinin ləğvi üçün əsasdır. İddiaçıya 2023-cü ilin aprel ayından dekabr ayına qədər Dubayda olduğu dövrdə ona aylıq əmək haqları hesablanaraq ödənilmişdir. Həmçinin ana şirkətlə bağlanılmış əmək müqaviləsinin 4.7-ci bəndində filial rəhbərinin Bakıdan kənara iş məqsədilə səfər etməsi və bununla bağlı yaranan bütün xərclərin işəgötürən tərəfindən qarşılanması əsası nəzərdə tutulmuşdur. Bütün yuxarıda qeyd edilənlər göstərir ki, X28 özü getməmişdir, göndərilmişdir. Əks halda işəgötürən bu haldan narazı idisə, iddiaçı ilə imzalanmış əmək müqaviləsinə əmək müqaviləsi şərtlərinin kobud surətdə pozulması əsası ilə - Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək hüququ olmuşdur. Təkrar qeyd edirlər ki, işəgötürənin bunu etməməsi, əksinə James Walkerin və ailə üzvlərinin Dubaya gediş biletlərini alması, hətta Dubayda viza müddətinin bitməsinə görə ona və ailəsinə təkrar Dubaydan çıxış və giriş biletlərini alması, aylıq əmək haqlarını ödəməsi bir daha göstərir ki, X28 filial tərəfindən onun mənafeyi məqsədilə göndərilmişdir. Hətta X26 ezamiyyətdə olduğu dövrdə “X7” LTD-nin vitse-prezidenti - X37 şəhərinə gəlmiş, onunla görüşlər keçirilmişdir (müvafiq təsdiqedici sənədlər əlavə edilir). 3.2. Bundan əlavə təkrar qeyd edirlər ki, James Walker əcnəbi vətəndaş olmuş və Azərbaycan qanunvericiliyindən məlumatlı olmamışdır. Bir qayda olaraq, iş mühitində əmək qanunvericiliyi üzrə komplayansın təmin edilməsi, yəni işçi ezamiyyətə getdikdə onun ezamiyyəsinin rəsmiləşdirilməsi, buna dair sənədlərin hazırlanması işçinin işlədiyi müəssisənin kadrlar insan resursları şöbələri tərəfindən həyata keçirilir. Lakin, insan resursları tərəfindən James Walkerə buna dair hər hansı sənədlər imzalanması üçün təqdim edilməmiş və bunu təsdiq edən sübutlar da cavabdeh tərəfindən məhkəməyə verilməmişdir. Digər tərəfdən işçinin ezamiyyətə göndərilməsinin “formal” olaraq rəsmiləşdirilməməsi, işəgötürəni ezamiyyə xərclərini ödəməkdən azad etmir. Başqa sözlə, işçi faktiki olaraq ezamiyyətdə olmuşdur və ezamiyyə sənədlərinin rəsmiləşdirilməməsi cavabdehin insan resurslarının səhvi olmuşdur. Lakin, belə səhvə görə faktiki olaraq ezamiyyətdə olan işçinin ezamiyyə xərclərinin ödənilməməsi, qanunvericiliklə işçinin hüquqlarının birbaşa pozulmasıdır. 3.3. Bundan əlavə, “X7” LTD əmək qanunvericiliyinin tələblərini pozaraq James Walker-in əmək müqaviləsinə Dubay şəhərində ezamiyyətdə olduğu dövrdə xitam vermişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsində qeyd olunmuşdur ki, işəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 4) Etirazın 2.4cü bəndi üzrə - iddia müddətinin ötürülməsi. Qeyd edilənlərə münasibətdə bildirirlər ki, qanunvericilik iddia müddətinin axımının hansı müddətdən başlanılmasını birmənalı olaraq müəyyən etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə (2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına) əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin nümayəndəsinin 3 sentyabr 2024-cü il tarixində keçirilən prosesdə təqdim etdiyi sənədlərdən də görünür ki, işçinin işdən azad edilməsi sənədləşdirilmişdir. Bu səbəbdən 296.3-cü maddənin sonuncu hissəsi hazırki iddiaya münasibətdə tətbiq edilmir (həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün). Həmin maddənin məzmununa əsasən işçinin hüququnun pozulmasını aşkar etdiyi gün işçiyə müvafiq əmrin, son haqq-hesab sənədlərinin verildiyi gün hesab edilməlidir. Lakin, qeyd edilən sənədlərin iddiaçıya təqdim edildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən qeyd edilən halı müəyyən etmək mümkün olmamışdır. Yalnız, 15 iyul tarixində “BOC LTD” şirkətinin Azərbaycandakı filialının hüquq departamentinin rəhbəri ilə telefon danışığı zamanı James Walker-la yerli əmək müqaviləsinin olması və həmin müqaviləyə 01 dekabr 2024-cü il tarixindən etibarən xitam verildiyini bildirilmişdir. Bundan sonra dərhal mediasiya təklifinə dəqiqləşmə verilərək tələbə “işə bərpa” tələbi əlavə edilmişdir. X18 Dubaydakı evin kirayə haqqı məbləği filial tərəfindən ödənilmişdir. 2024-cü ilin yanvar və fevral ayları üzrə kirayə haqları da filial tərəfindən ödənilmişdir. Bundan əlavə James Walkerin əmək haqqı köçürmələrində bir neçə dəfə gecikmələr olmuşdur. Qeyd edilənlər nəzərə alınsa, James Walkerin həmin müəssisədə işləməsini zənn etməsi mümkün və məntiqli haldır. Qeyd edilənləri, ən əsası isə Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələbini nəzərə alaraq bildirirlər ki, James Walker “işə bərpa” tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 ay ərzində iddia irəli sürməsi ilə bağlı iddia müddətini ötürməmişdir. 5) Etirazın 2.5-ci həndi və 2.8-ci bəndi üzrə. Artıq bu mülahizənin 2-ci hissəsində qeyd etdikləri kimi, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının iddia etdiyi müddətli əmək müqaviləsi 2023-cü ilin dekabrın 8-ə qədər ləğv etmək hüququ olmuşdur. Həmin tarixdən sonra isə tərəflər arasında olan əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən daha bir il müddətinə, yəni 1 dekabr 2024-cü il tarixinədək uzadılmış hesab olunmuşdur. Yəni başqa sözlə, əmək müqaviləsinin xitam əsası əmək müqaviləsinin müddəti olmamışdır. Bu səbəbdən də işəgötürən tərəfindən əmək müqaviləsinin 8.1-ci maddəsi ilə müəyyən edilmiş pozuntu baş vermişdir, buna görə də, işəgötürən tərəfindən 45000 ABŞ dolları məbləğində kompensasiya iddiaçıya ödənilməlidir. Həmçinin 29 dekabr 2023-cü il tarixində “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialının müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermək hüququ olmadığından, həmin tarixdə Əmək Məcəlləsinin 73cü maddəsinin 1 -ci hissəsinin 7 və 8-ci bəndləri nəzərə alınmaqla, onun əmək müqaviləsinə xitam verilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir. Lakin, təkrar qeyd edirlər ki, 29 dekabr 2023-cü il tarixində filialın James Walker ilə olan əmək müqaviləsini müddətin bitməsi əsası ilə xitam etmək hüququ olmadığından onun işinə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müddəalar şamil edilməlidir. Göründüyü kimi, James Walkerin öhdəsində 18 yaşına çatmamış əlilliyi olan övladının olması, həmçinin onun özünün ezamiyyədə olması səbəbindən onunla əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qanunla qadağan edilməsinə baxmayaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. 6) Etirazın 2.6-cı bəndi üzrə. James Walkerə “BOC LTD”-nin Azərbaycandakı filialı tərəfindən verilən məlumata əsasən onun işlədiyi dövrdə hasilatın artımı baş vermişdir, bu səbəbdən də ona hasilatın artımı ilə bağlı ödənilməli olan məbləğin miqdarı 28000 ABŞ dolları təşkil etmişdir. Bununla bağlı İddiaçı ilə şirkət arasında mail yazışmaları olmuş, lakin James Walker-in mail yazışmaları məhz cavabdeh tərəfindən silindiyindən hazırda həmin yazışmaları məhkəməyə təqdim edə bilmirlər. Növbəti məhkəmə iclaslarında sübutların toplanması ilə bağlı vəsatətləri tərəflərindən təqdim ediləcəkdir. Bundan əlavə, şirkətin internet saytında yerləşdirilmiş xəbərlərə nəzər yetirdikdə şirkətin neft hasilatı sahəsindəki uğurlarını görmək mümkündür. 7) Etirazın 2.7ci bəndi üzrə - Könüllü tibbi sığorta. Sığorta ödənişinin xərclərinin işəgötürən tərəfindən ödənilməsi ilə bağlı qeyd edirlər ki, əmək müqaviləsində sığorta xərclərinin şirkət tərəfindən qarşılanması nəzərdə tutulduğundan iddia tələbi də sığorta şirkətinə deyil, məhz işəgötürən şirkətə qarşı qaldırılmalıdır. James Walker ilə olan danışıqlara əsasən cavabdeh tərəfindən Walker və onun bütün ailə üzvləri Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilməli və edilmişdir (hər bir şəxs üzrə sığortanın məbləği 15000 AZN olmuşdur). X24 göndərilməsi, onu övladının tibbi xərclərinin qarşılanması ilə əlaqədar əlavə xərclərlə üz-üzə qoymuşdur. Halbuki, Walker iş fəaliyyətini Azərbaycanda həyata keçirsə idi, yaranacaq tibbi xərclər də məhz könüllü tibbi sığorta hesabına qarşılanacaqdı. Walkerin Dubayda ümumilikdə 22039 ABŞ dollar məbləğində tibbi xərcləri çıxmışdır. Cavabdeh Azərbaycan Respublikasındakı filialı elektron kabinet vasitəsilə iddiaya etiraz verərək, işə bərpaya dair iddia tələbi əsassız olduğundan həmin hissədə iddianın rədd edilməsini, prossesual qənaət prinsipinə əsasən, iddiaçınnı digər tələbləri törəmə tələblər olduğundan və “işə bərpa" hissəsində iddia tələbi əsassız olduğundan digər hissələrdə iddianın əsassız olması səbəbindən iddianın tamamilə rədd edilməsini xahiş edirlər. Etiraz onunla əsaslandırılmışdır ki, 1. İşin faktiki halları: İddia ərizəsində qeyd olunan hallara münasibət bildirməmişdən əvvəl, İddiaçı cavabdeh ilə əmək münasibətlərinin yaranması və xitam ilə bağlı faktları məhkəmənin nəzərinə çatdırırlar: X7 LTD” Şirkətinin Direktorlar Şurasının xx.xx.2022- ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsinə təyin edilmişdir; xx.xx.2022-ci il tarixində Cavabdeh Şirkətinin adından İddiaçı adına Filialın rəhbəri olaraq ümumi etibarnamə verilmişdir; xx.xx.2022-ci il tarixində İddiaçı və Cavabdeh Şirkəti arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə imzalandığı tarixdən qüvvəyə minmişdir; İddiaçı Kanada Respublikasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmiş; xx.xx.2023-cü il tarixindən İddiaçı yaşayış yerini dəyişdirməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 01,12.2023-cü il tarixinə kimi MYİ ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir; İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023-cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və Tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlmişlər; Tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış müqavilə ƏMAS sistemində qeydə alınmış və bildirişdə “Əmək müqaviləsinin növü” bölməsində “Müddətli” qeyd edilmişdir. Əmək müqaviləsinin qüvvədə olma müddəti müqavilədə olduğu kimi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi qeyd edilmişdir; xx.xx.2023-cü il tarixli Cavabdeh Şirkətinin Direktorlar Şurasının Qərarının 1-ci bəndinə əsasən, İddiaçı Cəmiyyətin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsindən azad edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən onun adına verilmiş etibarnamə qüvvədən düşmüş hesab edilmişdir; X7 LTD” Şirkətinin Azərbaycan Respublikasının Filialının xx.xx.2023-cü il tarixli K-18/12- 01/25 nömrəli əmrinə əsasən, əmək müqaviləsini müddətinin bitməsi ilə əlaqədar İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2. İddia tələbinə etirazın əsasları: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair e- 2(004)-4319/2024 nömrəli mülki iş üzrə iddia tələbinə etiraz məhkəməyə təqdim edilmişdir. Hazırda iddia tələbinin əsasının dəyişdirilməsi ilə əlaqədar olaraq etiraza əlavənin təqdim edilməsi zərurəti yaranmışdır. Odur ki, əlavə olaraq qeyd etmək istərdilər: 2.1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 təsis edilmiş Cavabdeh Şirkəti arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı Şirkətin Filial direktoru vəzifəsinə təyin edilmişdir. Qeyd olunan müqavilə imzalandığı tarixindən, yəni xx.xx.2022-ci il tarixindən qüvvəyə minmişdir. Eyni zamanda, iddia ərizəsində qeyd olunmuşdur ki, əmək müqaviləsi müddətsiz olaraq bağlanmış və ona heç bir məlumat verilmədən əmək müqaviləsinə xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialının Prezidenti olaraq Azərbaycanda yeganə səlahiyyətli şəxs olmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən, işçinin əmək müqaviləsi şərtləri 2022-ci il noyabr ayının 1-dən başlayır, bu müqavilədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xitam verilmədiyi təqdirdə qeyri-müəyyən müddətə davam etdirilir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və qanunvericiliyi ilə tənzimlənir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin və qanunverciliyin şərtlərinə əsasən, əcnəbi şəxs olan X21 arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələbləri nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. James Walker əcnəbi olduğundan tərəflər yerli qanunvericiliyin tələblərini nəzərə alaraq, yalnız müvəqqəti yaşamaq icazəsinin qüvvədə olduğu müddət ərzində yeni əmək müqaviləsi bağlamış və bu müqavilənin müddəti müvəqqəti yaşamaq icazəsinin müddəti nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olması razılaşdırılmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. Baxmayaraq ki, Miqrasiya Məcəlləsinin 64.0.13-cü maddəsinə əsasən, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin əcnəbi və vətəndaşlığı olmayan rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur, bununla belə James Walkerə müvəqqəti yaşamaq üçün icazəsinin verilməsinin əsası Miqrasiya Məcəlləsinin 45.1,6-cı maddəsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri vəzifəsini tutması olmuşdur. Miqrasiya Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Məcəllənin 50.1.8-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq əcnəbi vətəndaşlarla bağlanan əmək müqaviləsi “Əmək və məşğulluq” Alt Sisteminə (ƏMAS) daxil edilərkən onun müvəqqəti yaşamaq üçün icazəsinin qüvvədə olma müddətinin sistemə daxil edilməsi tələb olunur ki, belə olan halda əmək müqaviləsinin müddəti icazə müddətindən artıq ola bilməz, yəni xarici vətəndaşlarla əmək müqaviləsinin bağlanması iş icazəsinin, iş icazəsi tələb olunmadıqda isə müvəqqəti yaşamaq icazəsinin müddəti ilə məhdudlaşdırılır. İddia ərizəsində və məhkəmə iclasında qeyd edilənlərin əksinə əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə James Walkerin müvəqqəti yaşamaq üçün icazəsinin qüvvədə olduğu dövr nəzərə alınmaqla müddətli olaraq bağlanmış və xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olması razılaşdırılmışdır. Müqavilə həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmaqla tərəflər arasında imzalanmışdır. Tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İddiaçının imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. James Walker əcnəbi vətəndaş olduğundan və əcnəbilərlə əmək müqaviləsinin bağlanması qaydası AR Miqrasiya Məcəlləsinin tələblərinə əsasən tənzimləndiyindən və Miqrasiya qanunvericiliyinə əsasən 01 dekabr 2023-cü il tarixədək müvəqqəti yaşamaq icazəsi verilmiş James Walker tərəfindən müvəqqəti yaşamaq icazəsinin müddətinin uzadılması barədə müraciət edilmədiyindən ona verilmiş müvəqqəti yaşamaq icazəsinə uyğun olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz olması mümkün ola bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən Əmək Məcəlləsi xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə şamil edilmir. Həmin Məcəllənin 3.5-ci hissəsinə əsasən Əmək müqaviləsi (kontraktı) dedikdə - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə nəzərdə tutulur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə də Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu halda xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə-filialda yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsinin tətbiq edilməməsini müəyyən edən imperativ norma olduğundan müqavilədə tərəflərin müəyyən etdiyi şərtlərə əsasən iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə istinad etməklə hazırki işəbərpa tələbi ilə çıxış etməsi qanunun tələblərinə ziddir. Çünki tərəflər müqavilə şərti olaraq qanunvericiliyin tələblərinə zidd müddəa razılaşdıra bilməzdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin imperativ normasına əsasən İddiaçılə Cavabdeh Şirkəti arasında bağlanmış ilkin əmək müqaviləsinin dövlət qeydiyyatına alınmasında problemlər yaranmışdır. Görünüdüyü kimi, tərəflər arasında bağlanmış ilkin müqavilədə bəzi şərtlər dəqiqləşdirilsə də James Walkerin əmək şəraitinin şərtləri-iş və istirahət vaxtı, əmək məzuniyyəti, əməyin mühafizəsi və digər məsələlərin tənzimlənməsi, X18 elektron sistemə daxil edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və əmək müqaviləsinin nümunəvi formasina uyğun yeni əmək müqaviləsi bağlanması zərurəti yaranmışdır. İddiaçı müvəqqəti yaşamaq üçün icazə verildikdən sonra, xx.xx.2023- cü il tarixində İddiaçı və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialı arasında yerli qanunvericiliyin tələbinə uyğun olaraq, yeni əmək müqaviləsi bağlanmış və Tərəflər yeni əmək müqaviləsində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olması ilə bağlı razılığa gəlmişlər. Məhz bu müqavilə “Əmək və məşğulluq” Alt Sisteminə (ƏMAS) daxil edilməklə qeydiyyata alınmışdır. Təkrarən qeyd etməyi zəruri hesab edirlər ki, James Walker onunla bağlanmış əmək müqaviləsinin müddətli olmasını bilmiş, eyni zamanda iş materiallarından da göründüyü kimi müvəqqəti yaşamaq üçün icazəsinin bitdiyi müddətdə Azərbaycan Respublikası ərazisində olmamış, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş, bununla bağlı Şirkətə hər hansı sənəd təqdim etməmişdir. Görünür əmək müqaviləsinin müddətli olmasını bilən James Walker onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuş, müqavilənin müddətinin uzadılmasına maraqlı olmamış, bu istiqamətdə heç bir addım atmamışdır. Nəticədə, xx.xx.2023-də müvəqqəti yaşamaq icazəsinin və ona uyğun olaraq əmək müqaviləsinin müddəti başa çatdığından İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, həmçinin qanunvericiliyə uyğun olaraq ona son hesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmışdır. Əmək müqaviləsinə xitam verildiyi zaman onun Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən ona əmrin surətinin və son haqq-hesab sənədlərinin təqdim edilməsi mümkün olmamışdır. Bununla belə, onun əmək müqaviləsinə xitam verildikdən sonra onun son haqq-hesabı bank hesabına köçürülmüş və ödənişin təyinatında son haqq-hesab olması qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı James Walkerə əvvəlcədən məlumatın verilməməsi qeyd edilsə də, iş materialarından da görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, həmin Məcəllənin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Təqdim edilmiş əmək müqaviləsindən də görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının əmək müqavilələrinin müddəti başa çatmış, müqavilə müddətinin qurtarması ilə bağlı əmək müqavilələrinə qanuni əsaslarla xitam verilmişdir. İddiaçı tərəfin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə gec daxil edilməsi ilə bağlı iddiası üzrə qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr texniki səbəblərdən elektron informasiya sisteminə gec vurulmuşdur. Bildirişdə əmrin tarixinin xx.xx.2023-cü il olması aşkar görünür. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec vurulması qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığına dəlalət etmir. Bununla yanaşı, hazırki iddia tələbinə münasibət bildirərkən nəzərə alınmalıdır ki, James Walker filial rəhbəri olaraq hüquqi şəxs tərəfindən təyin edilmiş və onun etibarnaməsi əsasında fəaliyyət göstərmişdir. Onunla əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi Direktorlar Şurasının qəbul etdiyi qərarın hüquqi nəticəsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən filial rəhbərinin fəaliyyəti mülki qanunvericiliklə tənzimləndiyindən onunla bağlanmış əmək müqaviləsi müddətinin bitməsinə görə əmək münasibətlərinə son qoyulması qaydaları da, adi qaydada müddətli müqavilə müddəti bitən işçilərlə əmək müqaviləsinə xitam verilməsi qaydalarından bir qədər fərqlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. James Walkerin əmək müqaviləsinə xitam verilərkən Direktorlar Şurası tərəfindən ona verilmiş etibarnamə artıq ləğv olunmuş və onun səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh Şirkətinin Nizamnaməsinin 13.1-ci bəndində qeyd edilir ki, “The Company may by resolution of directors appoint officers of the Company at such times as shall be considered necessary or expedient. Such officers may consist of a Chairman of the Board of Directors, a Vice Chairman of the Board of Directors, President and one or more Vice Presidents, Secretaries and Treasurers and such other officers as may from time to time be deemed desirable”.- “ “Cəmiyyət Direktorların qərarı ilə zəruri və ya məqsədəuyğun hesab edilən vaxtlarda Cəmiyyətin vəzifəli şəxslərini təyin edə bilər. Belə məmurlara Direktorlar Şurasının sədri, Direktorlar Şurasının sədr müavini, Prezident və bir və ya daha çox vitse-prezidentlər, katiblər və maliyyəçilər və zaman-zaman arzuolunan hesab edilən vaxtlarda digər məmurlardan ibarət ola bilərlər”. Həmin Nizamnaməsinin 13.4-cü bəndində qeyd edilir ki, “The officers of the Company shall hold office until their successors are duly elected and qualified, but any officer elected or appointed by the directors may be removed at any time, with or without cause, by resolution of directors. Any vacancy occurring in any office of the Company may be filled by resolution of directors”- “Cəmiyyətin vəzifəli şəxsləri öz varisləri/davamçıları lazımi qaydada seçilənə və ixtisaslaşana qədər vəzifələrini icra edirlər, lakin direktorlar tərəfindən seçilmiş və ya təyin edilmiş hər hansı məmur istənilən vaxt, səbəbli və ya səbəbsiz, direktorların qərarı ilə vəzifədən kənarlaşdırıla bilər. Direktorların qərarı ilə Şirkətin hər hansı ofisində yaranan istənilən vakansiya tutula bilər”. Şirkətin Nizamnaməsindən də göründüyü kimi vəzifəli şəxslərin istənilən vaxt vəzifəyə təyin edilməsi və vəzifədən kənarlaşdırılması Direktorlar Şurasının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyə və Şirkətin Nizamnaməsinə əsasən etibarnamənin verilməsi və onun müddətinin uzadılması Direktorlar Şurasının səlahiyyətində olmuş və X15 Walkerə verilmiş etibarnamənin qüvvədə saxlanmasını məqsədəuyğun saymamışdır. Odur ki, əmək müqavilənin müddətinin uzadılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1 -ci maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi (MM 365.1.3) nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. İddiaçı hazırda “işə bərpa” tələbi ilə çıxış etsə də, nəzərə almamışdır ki, onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasının Filialında tutduğu vəzifəyə təyin olunması və fəaliyyət göstərməsi hər hansı digər yollarla deyil, qeyd edilən Mülki Məcəllənin və hüquqi şəxsin Nizamnaməsinin tələblərinə uyğun olaraq Direktorlar Şurasının qərarına və Direktorlar Şurası tərəfindən verilmiş etibarnaməyə əsasən mümkündür. Qanunvericiliyin tələblərinə uyğun olaraq filial rəhbərinin hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərməsini nəzərə alınsa, iddiaçının “işə bərpa” tələbini irəli sürməsi, eyni zamanda hüquqi şəxsin üzərinə ona məcburi qaydada etibarnamə verilməsi öhdəliyinin qoyulması tələbini də nəzərdə tutur ki, qanunvericiliyə əsasən bu hal mümkün deyildir. Belə olan halda həm qanunvericiliyin (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.3-cü maddəsi), həm də nizamnamənin tələblərinə əsasən iddiaçının “işə bərpa” tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, filial rəhbərinin təyin edilməsi, onun geri çağırılması MMC-nin Direktorlar Şurasının müstəsna səlahiyyətində olduğundan Direktorlar Şurasının qərarı olmadan onunla əmək müqaviləsinin bağlanması, müddətinin uzadılması mümkün ola bilməz və qanuni sayıla bilməz. 2.2. İddia ərizəsində James Walkerin 2023-cü ilin aprel ayından etibarən şirkət tərəfindən şirkətin əlaqələrini Dubayda gücləndirmək məqsədilə Dubaya ezam olunması, Dubaya göndərilməsi ilə bağlı onunla hər hansısa yazılı razılaşma və ya müqaviləyə əlavə imzalanmaması və bu prosesin tərəflər arasında şifahi razılaşma ilə həyata keçirilməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında James Walkerin neft satışının həcminin genişləndirilməsi məqsədilə Dubay getməsi və bu məqsədlə orada müxtəlif tədbirlərdə iştirak etməsi qeyd edilmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 aprel 2001-ci il tarixli i-44 nömrəli əmri ilə təsdiq edilmiş X2 əsasən işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. Bununla belə, X22 ezamiyyə məqsədilə getməsi və ya göndərilməsi barədə heç bir sənədləşmə mövcud deyildir. Odur ki, iddia ərizəsində qeyd edildiyi kimi ezamiyyəyə göndərilmə məsələsinin şifahi qaydada tənzimlənməsi barədə iddialar tamamilə əsassızdır. İddiaçının vəkili məhkəməyə təqdim etdiyi mülahizədə qeyd etmişdir ki, ezamiyyə sənədlərinin rəsmiləşdirilməməsi insan resurslarının səhvi olmuş, James Walkerin ezamiyyətə göndərilməsinin “formal olaraq” sənədləşdirilməməsi işəgötürəni ezamiyyə xərclərini ödəməkdən azad etmir. Lakin, nəzərə alınmalıdır ki, müəssisənin qanunauyğun fəaliyyəti, idarəetmənin, sənədləşmənin düzgün və vaxtında aparılmasına cavabdeh müəssisə rəhbəri, hazırki halda Filial rəhbəri olaraq James Walkerin öhdəliyində olmuşdur. Belə ki, istənilən departamentin və şöbənin əməkdaşları yalnız rəhbərin tapşırığına əsasən müvafiq sənədləşməni aparmaq səlahiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Bununla yanaşı iddiaçı tərəfin iddia etdiyi digər məsələ James Walkerin əcnəbi vətəndaş olması Azərbaycan Respublikasının qanunvericiliyindən məlumatlı olmamasıdır. Hesab edirlər ki, iddiaçının hazırki iddiası da tamamilə əsassızdır. Belə ki, James Walker rəhbər vəzifəyə təyin edilərək fəaliyyət göstərmək üçün Azərbaycana gəlməyə razılaşdıqda burada Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməli olduğunu bilmiş, odur ki, fəaliyyətinin düzgün qurulması üçün burada qarşılaşa biləcəyi bütün növ hüquqi və əməliyyat risklərini idarə etməli olduğunu başa düşərək, bu cür riskləri hansı qaydada idarə etməli olması barədə məlumatlı olmalı idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. James Walkerin neft satışının həcminin genişləndirilməsi məqsədilə Dubay getməsi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, nə Cavabdeh Şirkəti, nə də Şirkətin Azərbaycan Respublikasının Filialı neftin satışını həyata keçirmir və neft satışı ilə bağlı hər hansı tədbirlər görülməsində iştirak etmir. Cavabdeh Şirkəti quruda neftin hasilatı, yəni neftin çıxarılması ilə məşğul olur. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə əsasən kontrakt sahəsində neftin hasilatını həyata keçirir və hasil edilmiş neft Azərbaycan Dövlət Neft Şirkətinin “Neft Kəmərləri”nə təhvil verilir. Odur ki, iddiaçının ərizəsində qeyd edildiyi kimi X22 ezam olunması, ezamiyyəyə göndərilmə məsələsinin şifahi qaydada tənzimlənməsi, orada şirkətin əlaqələrini gücləndirilməsi və neft satışının həcminin genişləndirilməsi məqsədilə hər hansı işlər görülməsi, danışıqlar aparılması və işgüzar əlaqələrin yaradılmasını sübut edən heç bir fakt mövcud olmamaqla iddiaçının ezamiyyə xərcləri barədə və ezamiyyə dövründə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Təkrar qeyd etməyi zəruri hesab edirlər ki, James Walker Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Prezidenti olaraq xx.xx.2023-cü il tarixinədək yeganə səlahiyyətli şəxs olmuşdur. Zəruri sənədləşmə işlərinin aparılması və təşkili tamamilə onun səlahiyyətində və məsuliyyətində olmuşdur. 2.3. İddia ərizəsində müqaviləyə əsasən işəgötürən tərəfindən işçinin tibbi sığorta xərcləri ilə təmin olunması, lakin işçinin çəkdiyi heç bir sığorta xərclərinin işəgötürən tərəfindən qarşılanmaması, James Walkerlə olan danışıqlara əsasən Walker və onun bütün ailə üzvlərinin Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilməli olması, X20 ezamiyyətdə olması və bununla əlaqədar ailə üzvlərinin də onunla birlikdə Dubaya getməsi və nəticədə könüllü tibbi sığortadan istifadə etmək imkanından məhrum olması qeyd edilsə də tərəflər arasında bağlanmış müqavilədə James Walkerin yalnız özü üçün tibbi sığorta ilə təmin edilmə nəzərdə tutulmuşdur. Bununla belə, iddiaçının özü tərəfindən təqdim edilmiş sığorta kartının surətindən görünür ki, James Walkerin və həyat yoldaşının adına verilmiş sığorta kartına əsasən 15 000 manat məbləğində könüllü sığorta olunmuşdur. Müqavilə şərtlərinə əsasən Şirkət tərəfindən müvafiq sığorta haqları ödənilmiş, X23 tibbi sığorta şəhadətnaməsi təqdim edilmişdir. Məlumat üçün bildirirlər ki, könüllü tibbi sığorta ilə bağlı münasibətlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Sığortaçı "xxxx" ASC arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqaviləsi ilə tənzimlənir. Həmin müqavilənin şərtlərinə əsasən sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədə olmuş, həmçinin sığorta olunanın Könüllü Tibbi Sığorta Proqramına uyğun olaraq tibbi xidmət almaq üçün Müqavilədə göstərilən Tibb müəssisələrindən hər hansı birini seçmək hüququ müəyyən olunmuşdur. Həmin müqavilənin 10-cu maddəsində müəyyən olunur ki, Sığorta hadisəsi baş verdikdə Sığorta olunan şəxsə Müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətlər Sığorta olunanların Podratçı klinikalara müraciəti zamanı göstərilir. Podratçı klinikalara müraciət edərkən Sığorta olunan Sığortaçı tərəfindən verilmiş Tibbi kartı, şəxsiyyət vəsiqəsini və ya onun şəxsiyyətini təsdiq edən digər sənədi, həmçinin ehtiyac olan hallarda müayinə/müalicəyə göndəriş vərəqəsini təqdim etməlidir. Digər vacib bir fakt ondan ibarətdir ki, James Walker Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işlədiyi dövrdə hər hansı sığorta hadisəsi baş verməsi haqqında nə Sığortaçıya, nə də Sığortalı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına heç bir məlumat verməmiş, tibbi xərclərin ödənilməsi və ya bununla əlaqədar Müqaviləyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Belə olan halda, müqaviləyə xitam verildikdən aylar sonra iddiaçının tibbi xərcləri tələb etməsi anlaşılan deyildir. Qeyd olunanlardan görünür ki, Cavabdeh Şirkəti müqavilə üzrə James Walkerin sığortalanması ilə bağlı öz öhdəliyini tam yerinə yetirmiş və onun adına sığorta haqları vaxtında ödənilmişdir. Cavabdeh Şirkəti tərəfindən X22 ezamiyyətə göndərilmədiyindən və göndərilməsi ilə bağlı heç bir sənədləşmə və sübut olmadığından, tərəflər arasında könüllü tibbi sığortanın əvəzi olaraq hər hansı kompensasiya ödənilməsi və ya tibbi xərclərin ödənilməsi müəyyən edilmədiyindən və bununla bağlı hər hansı razılaşma olmadığından iddiaçının iddia tələbi bu hissədə də tamamilə əsassızdır. 2.4. İddiaçı tərəfindən mübahisələndirilən məsələlərdən biri də neft hasilatının 10% artması halında şəxsin aylıq əmək haqqının artımı ilə bağlı iddia tələbidir. İddiaçının hazırki tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, James Walkerin neftin hasilatı, yəni neftin çıxarılması ilə məşğul olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında fəaliyyətə başlamamışdan əvvəlki 1 il ərzində hasil olunmuş neftin həcmi ilə James Walkerin fəaliyyət dövrünü əhatə edən 1 illik dövr ərzində hasil olunmuş neftin həcmi barədə məhkəməyə təqdim edilmiş hesabatdan da görünür ki, 2021ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayına olan hasilatın həcmi 241.784 ton olduğu halda, 2022-ci ilin dekabr ayından 2023-cü ilin dekabr ayına, X27 əmək müqaviləsinə xitam verildiyi tarixənə olan hasilatın həcmi 265.300 ton olmuşdur. Bununla da James Walkerin fəaliyyət dövrünün əvvəli ilə onun fəaliyyət dövrünün sonuna olan hesabatdan görünür ki, hasilatda cəmi 9.73% həcmində artım olmuşdur. Bu halda isə James Walkerin əmək haqqının artırılmasına əsas yaranmamışdır. Bununla yanaşı, James Walkerin iddia etdiyi hasilat artımı onun öz fəaliyyət dövrünə təsadüf etmişdir ki, hasilatın həcmi həqiqətən artmış olsaydı, işəgötürən olaraq əmək haqqı artımı üçün özü hər hansı addımlar atardı. Bununla bağlı James Walkerin öz tərəfindən hər hansı tədbirin görülməsi ilə bağlı iş materiallarında heç bir rəsmi və qeyri-rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əmək haqqı dəyişikliyi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab edilir ki, belə dəyişiklik barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən sonra mümkün ola bilərdi. Tərəflər arasında razılaşdırılmamış və rəsmiləşdirilməmiş, elektron sistemə daxil edilməmiş heç bir razılaşma olmadığı halda hər hansı əmək haqqı artımı üzrə ödənişin tələb edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, James Walkerin hasilatın həcminin artması səbəbindən əmək haqqı tələbi onun əmək müqaviləsinə xitam verildikdən aylar sonra irəli sürülmüşdür. Odur ki, qeyd edilən hissədə iddia tələbi tamamilə əsassızdır. 2.5. İddia ərizəsidə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatının olmaması və yalnız vəkilin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlanarkən James Walkerin işdən azad edilməsi barədə məlumat əldə etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, James Walker Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının hər hansı işçisi deyil, Filialın rəhbəri-Prezidenti olmuşdur. Filialın maliyyə-təsərrüfat və inzibati idarəçiliyini həyata keçirməli olan və Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşımalı olan bir şəxsin 2023cü ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək heç bir fəaliyyət göstərmədiyi, Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyi, Şirkətlə heç bir fiziki və hüququ bağlılığı olmadığı halda hələ də həmin müəssisədə işləyib-işləmədiyini bilməməsi, işdən azad olunması barədə məlumatının olmaması qətiyyən mümkün, məntiqli və inandırıcı deyildir. Belə olan halda hesab edirlər ki, James Walker “işə bərpa” tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 ay ərzində iddia irəli sürə bilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. 2.6. İddiaçının bilet xərcləri. İddiaçının müqavilə üzrə biznes bilet xərclərinin ödənilməsi tələbi üzrə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi kimi tərəflər arasında bağlanmış əmək müqaviləsində ildə 3 dəfə ailəsi ilə birlikdə biznes səyahət etmək hüququnun olması qeyd edilsə də, bu hüquq iddiaçının biznes səyahəti etdiyi təqdirdə xərclərinin şirkət tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Belə ki, müqavilədə James Walkerin bu hüquqdan istifadə etmədiyi təqdirdə kompensasiyanın ödənilməsi müəyyən edilməmişdir. Bu səbəbdən James Walkerin istifadə edilməmiş biznes səyahətinə görə hər hansı haqq tələb etməsinə heç bir əsası olmamışdır. Həmçinin, iddiaçının şəxsi əşyaların daşınması üçün tələb etdiyi kompensasiya məbləğinin nəyə əsaslandığı, nə zaman, hara səyahət zamanı bu xərcləri çəkildiyini iş materiallarına əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, əşyaların daşınması üçün real xərclərin mövcudluğu ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Müqavilənin qüvvədə olduğu dövrdə James Walker və ailə üzvlərinin həyata keçirdiyi səyahətlər zamanı əşyaların daşınması xərclərinin kim tərəfindən ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində James Walker və onun ailə üzvlərinin Dubaya təyyarə ilə uçuşu olmuş, həmçinin məhkəmə iclasında iddiaçının vəkilinin bildirməsinə görə James Walker vizasının vaxtının bitməsinə görə 1 dəfə Dubaydan Küveytə təyyarə ilə uçuş etmiş və yenə də iddiaçı tərəfin özünün bildirməsinə görə həmin istiqamətdə bilet xərcləri Şirkətin vəsaiti hesabına ödənilmişdir. İddia tərəfinin özünün etirafından görünür ki, Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialı müqavilə üzrə öhdəliyinin icrasını pozmamış və icrasından yayınmamış, əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində James Walker və onun ailə üzvlərinin təyyarə biletlərinin xərclərini ödəmişdir. Belə olan halda, iddiaçının biznes uçuşları ilə bağı Cavabdeh-nin müqavilə öhdəliklərini icra etməməsi ilə bağlı iddiası əsassızdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən James Walkerin iş yeri Bakı şəhəri müəyyən edilmişdir, lakin James Walker qısa müddət sonra Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmamışdır. Onun əmək müqaviləsinə xitam verilərkən də Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən iddiaçının və onun ailə üzvlərinin Kanadaya geri qayıtması ilə bağlı xərclər ödənilməmişdir. Nə iş materiallarında, nə də məhkəmə icaslarında James Walker və onun ailə üzvlərinin ümumiyyətlə Kanadaya geri qayıtması müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının və onun ailə üzvlərinin Kanadaya geri qayıtması xərcləri daxil olmaqla, hər hansı saytlar vasitəsilə həyata keçirilməmiş uçuşlar üçün hər hansı məbləğin Şirkət tərəfindən ödənilməsini tələb etməsi ilə bağlı iddiası tamamilə əsassızdır. 2.7. İddia ərizəsində şirkətlə James Walker arasında bağlanılan müqavilədə tərəflərdən birinin müqaviləyə xitam verməzdən 1 ay əvvəl qarşı tərəfi xəbərdar etmək vəzifəsinin nəzərdə tutulması, əgər işəgötürən işçini 1 ay əvvəlcədən xəbərdar etmədən müqaviləyə xitam verərsə, belə olan halda işçiyə aylıq əmək haqqının 3 misli məbləğində cərimə ödənilməli olması ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Müqavilənin qeyd edilən bəndi müqavilənin qüvvədə olduğu müddətdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi hallarına şamil edilir. Müqavilə müddətinin bitməsi əsası ilə müqaviləyə xitam verilməsi zamanı işəgötürənin işçinin əvvəlcədən xəbərdar etmə vəzifəsi həmin dövrdə qüvvədə olan Əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Odur ki, əmək haqqının 3 misli məbləğində cərimə ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edirlər. 2.8. İddia ərizəsində istinad edilən digər bir hal isə Əmək Məcəllənin 79.1-ci maddəsi və James Walkerin 18 yaşına çatmamış əlilliyi olan övladının olması ilə bağlıdır. Bununla əlaqədar bildirirlər ki, yuxarıda da qeyd olunduğu kimi, James Walkerlə əmək münasibətlərinə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndindəki əsasla xitam verilmişdir. Məcəllənin 79.2-ci maddəsində qanunverici qeyd edir ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulan müddəalar (hansı ki, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qadağan edən müddəa da belə müddəalardan biridir) əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir, Məcəllənin 73-cü maddəsi isə məhz müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilməsi qaydasını ehtiva edir. Bu əsasla, Məcəllənin 79.1-ci maddəsinin tələbləri tərəfimizdən pozulmamışdır, çünki qanunverici həmin müddəanın müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilən əmək münasibətlərinə tətbiqini istisna edir. 2.9. İddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclərlə bağlı tələb olunan 3920 ABŞ Dolları məbləğində vəsaitin nə vaxt, hansı məqsədlə istifadə edildiyi barədə heç bir sübut təqdim edilməməklə yanaşı həmin hissədə iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. 2.10. İddia ərizəsində X4 dövr ərzində 2023-cü ilin dekabr ayı daxil olmaqla ona əmək haqqının ödənilməsi, 2024cü ilin yanvar ayından etibarən əmək haqqının ödənilməməsi ilə bağlı James Walkerin dəfələrlə şirkətə müraciət etməsi və müraciətlərinin nəzərə alınmaması, həmçinin onun 2024-cü ilin yanvar və fevral ayları üzrə kirayə haqqının ödənilməsi qeyd edilsə də, iddiaçı tərəfindən iddia tələbini bu hissədə əsaslandırdıqları halları təsdiq edə biləcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının vəkili Vəkil2 elektron kabinet vasitəsilə iddia müddətinin ötürülməməsi barədə mülahizə verərək, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq, iddiaçı tərəfindən işəbərpa tələbi ilə bağlı iddia müddəti ötürülməmiş hesab olunmasını xahiş edirlər. Mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçının “işəbərpa” tələbi ilə bağlı iddia müddətinin ötürülmədiyini qeyd edərək, xx.xx.2024-cü il tarixində keçirilən iclasda edilən müzakirələri nəzərə alaraq xüsusilə məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirlər: Əmək Məcəlləsi ilə “işə bərpa tələbi" ilə bağlı iddia müddətinin axımının hansı müddətdən başlanılması birmənalı olaraq müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləsinin 296.2-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə (2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına) əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddənin redaksiyasından göründüyü kimi, hüququnun pozulduğunun aşkar edildiyi gün 4 halla şərtləndirilmişdir:1) İşçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi gün; 2) İşçiyə əmək kitabçasının verildiyi gün; 3) İşçiyə haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün; 4) Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Cavabdehin nümayəndəsinin 3 sentyabr 2024-cü il tarixində keçirilən prosesdə təqdim etdiyi sənədlərdən də görünür ki, işçinin işdən azad edilməsi əmrlə sənədləşdirilmişdir. Bu səbəbdən 296.3-cü maddədə qeyd edilən 4-cü hal ümumiyyətlə hazırki iş üzrə tətbiq edilmir. İşçinin əmək müqaviləsinə xitam verilməsi işəgötürənin iddiası ilə əmrlə rəsmiləşdirilsə də, həmin əmr işçiyə təqdim edilməmiş və əmrin işçiyə təqdim edilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, işçiyə əmək kitabçası da təqdim edilməmişdir. Həmin maddədə qeyd edilən və iddia müddətinin axımının başlamasına əsas olan 3-cü hal isə haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) işçiyə verildiyi gündür. Cavabdeh 03 sentyabr və 24 sentyabr tarixlərində keçirilən məhkəmə iclaslarında işçiyə son haqq-hesabının ödənildiyini göstərən bank tapşırığını verməklə 296.3-cü maddədə qeyd edilən 3-cü şərtin ödənildiyini iddia etmiş, bu səbəbdən də iddiaçı tərəfindən işəbərpa tələbi ilə bağlı iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Hesab edirlər ki, ilk növbədə hansı sənədlərin Əmək Məcəlləsinin 296.3-cü maddəsində qeyd edilən haqq-hesab sənədi hesab edilməsinə aydınlıq gətirilməlidir. Həmin maddənin redaksiyasıda haqq-hesab sənədi sözlərindən sonra “(kitabçasının, vərəqəsinin, çekinin)” sözləri qeyd edilmişdir. Həmçinin “İşçilərin haqq-hesab sənədləri” adlanan Əmək Məcəlləsinin 173-cü maddəsinin birinci hissəsində qeyd edilir ki, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqqhesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Qeyd edilən tələblərə cavab erən sənədlər - kitabça, vərəqə və ya çek haqq-hesab sənədi hesab edilir. Bütün qeyd edilənlər göstərir ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənəd Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən haqq hesab sənədi olmayıb, ödəniş tapşırığıdır. Ödəniş tapşırığı isə cavabdehlə bank arasında olan müasibətlərdən irəli gəlir və cavabdehin banka ödənişlə bağlı göstərişini əks etdirir. Digər tərəfdən cavabdeh iddiaçı ödənişi alanda iddiaçının bank hesabında həmin ödənişlə bağlı son-haqq hesabın yazıldığını, bundan irəli gələrək də işdən çıxarıldığını bildiyini qeyd etmişdir. Hazırki ərizə ilə iddiaçının bank hesabından çıxarışlar məhkəməyə təqdim edilir və həmin çıxarışlardan göründüyü kimi sonuncu ödənişin mahiyyəti, nə ilə bağlı olması iddiaçının bank hesabında görünmür. Xüsusilə vurğulayırlar ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsi “işçinin hüququnun pozulduğunu bildiyi gün”ə birmənalı aydınlıq gətirərək, həmin günü maddədə sadalanan sənədlərin məhz işçiyə təqdim edilməsi ilə şərtləndirmişdir. Lakin cabadeh tərəfindən həmin maddədə sadalanan sənədlərin işçiyə təqdim edildiyini təsdiq edən hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasındakı filialı elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən iddia müddətini tətbiq edərək iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə baxılır. İddia ərizəsində iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatının olmaması və yalnız vəkilin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlayarkən James Walkerin işdən azad edilməsi barədə məlumat əldə etməsi qeyd edilmişdir. İddiaçı tərəf bununla iddia müddətinin keçmədiyini əsaslandırmağa çalışır. Həmçinin, iddaçının vəkili əvvəlki məhkəmə iclasında Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etməklə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməsi və hüququnun pozulmasının aşkar edildiyi günün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün olmasını qeyd etmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Həmin maddənin 4-cü bəndinə əsasən bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Qanunvericiliyin normasından göründüyü kimi haqq-hesab sənədləri işçinin tələbi ilə ona təqdim edilə bilərdi, lakin James Walkerin bununla bağlı heç bir tələbi olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 1.4-cü bəndinə əsasən məcburi köçkün və ya qaçqın statusuna malik olan şəxslərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə (qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa) əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlana bilər. James Walker əcnəbi vətəndaş olduğundan onun tərəfindən əmək kitabçası təqdim edilməmiş və ona əmək kitabçası açılmamışdır. Bundan əlavə, James Walker Azərbaycan Respublikası ərazisində olmaması səbəbindən əmrin surətinin ona təqdim edilməsi mümkün olmasa da, James Walkerin Cavabdeh Şirkətinin ona verdiyi etibarnamənin ləğv olunması və müqaviləsinə xitam verilməsi barədə məlumatı olmuşdur. Belə ki, xx.xx.2023cü il tarixindən rəhbəri olduğu müəssisədən əmək haqqı almadığı halda, iddiaçının hüququnun pozulmasını yalnız 15 iyul 2024-cü il tarixində bilməsi inandırıcı və ağlabatan görünmür. Bununla yanaşı, James Walker Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının hər hansı işçisi deyil, Filialın rəhbəri-Prezidenti olmuşdur. Onun əsas funksiyalarından biri də Filialın cari fəaliyyətini həyata keçirmək olmuşdur. Filialın maliyyətəsərrüfat və inzibati idarəçiliyini həyata keçirməli olan və Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşımalı olan bir şəxsin 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək heç bir fəaliyyət göstərmədiyi, Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyi, Şirkətlə heç bir fiziki və hüququ bağlılığı olmadığı halda hələ də həmin müəssisədə işləyibişləmədiyini bilməməsi, işdən azad olunması barədə məlumatının olmaması qətiyyən mümkün, məntiqli və inandırıcı deyildir. James Walkerin əmək müqaviləsi üzrə iş yerində olmaması, son haqq-hesabının köçürülməsi və Filialın rəhbəri-Prezidenti olaraq uzun müddət heç bir fəaliyyət göstərməməsi onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasını göstərir. Belə olan halda hesab edirlər ki, iddiaçı James Walker vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, “işə bərpa və əmək haqqı” tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən iddia müddətinin keçməsi iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. İddiaçının vəkili Vəkil2 elektron kabinet vasitəsilə cavabdehin iddiaya etirazı üzrə mülahizə verərək, iddiaya etirazın əsassız olması səbəbindən iddiaya etirazın tamamilə rədd edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş edirlər. Mülahizə onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi icraatda İddiaçı “X7” LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “işə bərpa və əmək haqqı" tələbinə dair e-2(004)-4319/2024 mülki iş vardır. Həmin mülki iş üzrə cavabdeh “X7” LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən dəqiqləşdirilmiş iddia tələbinə xx.xx.2024-cü il tarixində etiraz verilmişdir. Etirazda qeyd edilən məsələlərə münasibətdə mülahizəni diqqətəə təqdim edirlər: 1. Etirazın 2.5-ci bəndi üzrə (iddia müddəti): 1.1. Cavabdeh etirazında iddia müddətinin ötürülməsini James Walkerin işdən azad olunması barədə məlumatının olmamasının qətiyyən mümkün, məntiqli və inandırıcı olmaması ilə əsaslandırmışdır. Bundan əvvəl təqdim edilmiş etirazda qeyd etdikləri kimi bir daha bildirirlər ki, qanunvericilik iddia müddətinin axınımın hansı müddətdən başlanılmasını birmənalı olaraq müəyyən etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə (2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına) əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin nümayəndəsinin 3 sentyabr 2024-cü il tarixində keçirilən prosesdə təqdim etdiyi sənədlərdən də görünür ki, işçinin işdən azad edilməsi barədə əmr var. Bu səbəbdən 296.3-cü maddənin sonuncu hissəsi hazırki iddiaya münasibətdə tətbiq edilmir (həmçinin əmək müqaviləsinin hu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün). Həmin maddənin məzmununa əsasən işçinin hüququnun pozulmasını aşkar etdiyi gün işçiyə müvafiq əmrin, haqq-hesab sənədlərinin verildiyi gün hesab edilməlidir. Lakin qeyd edilən sənədlərin iddiaçıya təqdim edildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh məhkəməyə təqdim etdiyi etirazın 5-ci səhifəsinin birinci abzasında özü də etiraf etmişdir ki, həmin sənədlər James Walkera təqdim edilməmişdir: “Əmək müqaviləsinə xitam verilən zaman onun Azərbaycan Respublikasında olmadığından ona əmrin surətinin və son haqq-hesab sənədlərinin təqdim edilməsi mümkün olmamışdır.” Halbuki, cavabdeh həmin sənədləri poçt vasitəsilə iddiaçıya göndərə bilərdi. 1.2. Digər tərəfdən cavabdeh son haqq-hesabın James Walkerə köçürüldüyünü və ödənişin təyinatında son haqq-hesab sözlərinin qeyd edildiyini bildirmişdir. Bununla əlaqədar iki məsələni vurğulamağı zəruri hesab edir: 1) Əmək Məcəlləsinin 296.3-cü maddəsində qeyd edilən sənəd son haqq-hesab sənədi deyil, haqq-hesab sənədidir. “İşçilərin haqq-hesab sənədləri” adlanan Əmək Məcəlləsinin 173-cü maddəsinin birinci hissəsində qeyd edilir ki, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq- hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) bu məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənciər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. Qeyd edilən tələblərə cavab verən sənədlər - kitabça, vərəqə və ya çek haqq-hesab sənədi hesab edilir. Cavabdeh tərəfindən təqdim edilən son haqqhesab sənədi bank ödənişi tapşırığı olub cavabdehlə bank arasında münasibətləri tənzimləyir və Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələbləri baxımından haqq-hesab sənədi deyildir. 2) İkinci növbədə müvafiq ödəniş tapşırığında ödənişin təyinatı “son haqqhesab sənədi” kimi qeyd edilməsi məsələsinə gəldikdə, təkrar qeyd edirlər ki, bu bankla cavabdeh arasında ödənişlərin icrası ilə bağlıdır və məhkəməyə həm elektron, həm də kağız daşıyıcıda təqdim edilmiş James Walkerin bank hesabından çıxarışlardan da görünür ki, həmin ödənişin təyinatı və nə səbəblə köçürülməsi iddiaçının bank hesabından çıxarışda görünmür. Əksinə həmin ödəniş də məhz digər əmək haqqı ödənişləri kimi hesaba mədaxil olmuşdur. Əgər cavabdeh iddiaya müddətin tətbiq edilməsini tələb edirsə, bunun sübutedilməsi yükü cavabdehin üzərinə düşür. Cavabdeh özü isə həm 7 oktyabr 2024-cü il tarixli iclasda, həm də həmin iclasa təqdim etdiyi etirazda özü etiraf etmişdir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələblərinə uyğun olaraq nə əmr, nə də haqq hesab sənədi James Walker xaricdə olduğu üçün ona təqdim edilməmişdir. 1.3. Bütün qeyd edilənlərlə yanaşı bildirirlər ki, James Walker ilə ana şirkət arasında imzalanan əmək müqaviləsi qeyri-müəyyən müddətə bağlanılmışdır. Həmin əmək müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, işçi və işəgötürənin 1 ay əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam vermək hüquqları vardır. Həmin maddədə qeyd edilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinə xitam vermək qərarına gələrsə, işçiyə belə xitama görə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödəyir. Lakin, James Walkerə nə belə bir xəbərdarlıq edilmiş, nə də ona müqavilədə nəzərdə tutulan kompensasiya ödənilmişdir. Oxşar müddəa cavabdehin məhkəməyə təqdim etdiyi və tərəflərin imzaladığını iddia etdiyi əmək müqaviləsinin 9.2-ci bəndində də nəzərdə tutulmuşdur: “İşəgötürən və İşçi 1 (bir) ay əvvəl yazılı bildiriş göndərməklə bu Əmək müqaviləsini ləğv etmək hüququna malikdir.” 2. Etirazın 2.1-ci bəndi üzrə: 2.1. İşə xitam əmrinin xx.xx.2023-cü il tarixdə olması, texniki səbəblərdən həmin əmrin 29 dekabr 2023-cü ildə ƏMAS sisteminə işlənilməsinə münasibətdə: Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinin 2023-cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağh elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Tərəfin istinad etdiyi əmr birtərəfli qaydada istənilən tarix qoyulmaqla tərtib edilə bilər. Əmək Məcəlləsində müəyyən edilən imperativ normalar da məhz belə halların qarşısını almaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir. Belə ki, əmək münasibətlərinin prinsipləri, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də qanunverici tərəfindən müəyyən edilmişdir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir." Göründüyü kimi qanunvericilik məhz işəgötürənin hüquq pozuntularının, sui-istifadə hallarının qarşısını ala bilmək üçün əmək müqaviləsinə hər hansı dəyişiklik və xitamına münasibətdə imperativ norma müəyyən etmişdir. Lakin, həmin imperativ tələb işəgötürən tərəfindən icra edilməmişdir. ƏMAS sisteminə əmək müqaviləsinin xitamı işlənərkən işəgötürən tərəfindən əmr istənilən tarixdə işlənə bilərdi. İşçinin əmək müqaviləsinə xitamı təsdiq edən məhz Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bildirişi olmuşdur. 29 dekabr 2023-cü il tarixində isə cavabdehin James Walkerlə olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək hüququ olmamışdır. Digər tərəfdən cavabdehin texniki səbəblərdən əmrin ƏMAS sisteminə daxil edilməməsinə münasibətdə isə bildirilir ki, texniki səbəbin 28 gün davam etməsi mümkün deyildir və bunu təsdiqedən sənədlər də məhkəməyə təqdim edilməmişdir. 2.2. Müqavilənin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmasının razılaşdırılması, müqavilənin həm Azərbaycan, həm də ingilis dillərində tərtib olunmaqla tərəflər arasında imzalanması: Tərəflərindən təqdim edilmiş digər sənədlərdə və məhkəmə çıxışlarında qeyd etdikləri kimi, cavabdeh tərəfindən təqdim edilmiş yerli əmək müqaviləsi James Walker tərəfindən imzalanmamışdır. Həmin sənəddən də görünür ki, imza əl ilə çəkilmiş imza deyildir. Bu səbəbdən dəfələrlə həmin əmək müqaviləsinin əslinin məhkəməyə təqdim edilməsi istənilsə də, həmin müqavilə məhkəməyə təqdim edilməmiş, əksinə 7 oktyabr 2024-cü ildə keçirilən məhkəmə iclasında cavabdeh həmin müqavilənin James Walker tərəfindən elektron imza ilə imzalandığını qeyd etmişdir. Lakin təkrar bunu təsdiq edən sübutları (email yazışmaları və s.) məhkəməyə təqdim edə bilməmişdir. James Walker ilə cavabdeh arasında yerli əmək müqaviləsinin bağlanmasına əsas məhz James Walkerin ana şirkət ilə bağladığı əmək müqaviləsinə tərəflər arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və əmək qanunvericiliyinin tətbiq edilməsinin qeyd edilməsi olmuşdur. Bu səbəblə, məhz James Walkerlə yerli əmək müqaviləsi bağlanmış və ƏMAS sistemində əmək müqaviləsi bildirişi işlənilmişdir. James Walker onunla yerli əmək müqaviləsinin bağlandığını, lakin Azərbaycan dilində bağlandığını, müqavilənin müddətli olmasına dair ona heç bir məlumat verilmədiyini və müqavilənin surətinin ona təqdim olunmadığını qeyd etmişdir. Hətta məhkəməyə təqdim edilmiş əmək müqaviləsi belə etibarlı hesab edilərsə, təkrar qeyd etməyi zəruri hesab edirlər ki, işəgötürənin 2023-cü ilin 29 dekabr tarixində əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək hüququ olmamışdır. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən hazırki münasibətlərə Əmək Məcəlləsinin tətbiq edilməməsinə münasibətdə: Xüsusi ilə vurğulayırlar ki, James Walker ilə ‘'X7” LTD-nin Azərbaycan Respublikasındakı filialı arasında yerli əmək müqaviləsi bağlanılmış və ƏMAS sistemində əmək müqaviləsi bildirişi işlənilmişdir. Yəni Əmək Məcəlləsinin 6-cı maddəsinin hazırki əmək münasibətlərinə tətbiq edilməməlidir. 2.4. Cavabdehin etirazda Mülki Məcəllənin normalarına istinad edərək, James Walker ilə ana şirkət, o cümlədən cavabdeh arasında olan münasibətlərinin mülkihüquqi xarakterli olması, Əmək Məcəlləsinə istinad edərək işəbərpa tələbinin irəli sürülməsinin qanuna zidd olmasına münasibətdə: İlk əvvəl xüsusilə vurğulayırlar ki, iddia tələblərində “əmək müqaviləsi bildirişinə xitam verilməsi bildirişinin etibarsız hesab edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” qeyd edilmişdir. Yəni iddia tələbi yalnız xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilərək formalaşdırılmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan vəkil sorğusuna cavabdan da görünür ki, James Walker ilə cavabdeh arasında əmək müqaviləsi olmuş və həmin müqavilə Əmək Məcəlləsinin tələbinə uyğun olaraq rəsmiləşdirilmişdir, yəni əmək müqaviləsinin bağlanılması bildirişi ƏMAS sisteminə işlənilmişdir. Yəni başqa sözlə, James Walker ilə “X7” LTD-nin Azərbaycan Respublikasındakı filialı arasında əmək müqaviləsinin mövcudluğu sonuncular arasında olan əmək münasibətlərinə Əmək Məcəlləsinin tətbiqini zəruri edir. Mülki Məcəllənin normalarına istinad məsələsinə gədikdə isə, bildirirlər ki, James Walker ilə imzalanmış hər iki müqavilə (ana şirkətlə imzalanmış və ya yerli müqavilə) “Əmək Müqaviləsidir ”. Əgər tərəflər arasında olan münasibətlər mülki xarakterli olmuşdursa, niyə onunla əmək müqavilələri bağlanılmışdır? Hal-hazırda məhkəmədə mübahisələndirilən münasibətlər işçi və işəgötürən arasında olan əmək münasibətlərindən irəli gəlir. Cavabdehin istinad etdiyi Mülki Məcəllənin etibarnamə ilə bağlı müddəlarına münasibətdə bildirirlər ki, Mülki Məcəllənin 362.1-ci maddəsindən də göründüyü kimi, etibarnamə təmsilçilik institutu ilə bağlı olub, üçüncü şəxslər qarşısında təmsilçilik münasibətlərini tənzimləyir. Yəni başqa sözlə, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərini deyil, iddiaçının cavabdehi üçüncü şəxslər qarşısında məhz hansı həcmdə təmsil etməsini tənzimləyir. Əmək münasibətlərinin mülki münasibətlərdən fərqli olması bu ərizənin 2.1-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarında əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin Mülki Məcəllənin müddəalarına istinad etməklə hazırki mübahisəni mülki mübahisə adlandırması əsassızdır və qanuni deyil. 2.5. Miqrasiya Məcəlləsinə istinadlara münasibətdə Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən müvəqqəti yaşayış icazəsi şəxsə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa, 3.0.13-cü maddəsinə əsasən isə iş icazəsi şəxsə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərdir. James Walker filial rəhbəri kimi 2023-cü ilin aprel ayından etibarən Dubayda fəaliyyət göstərmişdir və ona aylıq əmək haqları ödənilmişdir. Yəni, James Walkerin əmək fəaliyyətini davam etdirməsi üçün müvəqqəti yaşayış icazəsinə ehtiyacı olmamışdır. Qeyd edilənlərlə yanaşı bildirirlər ki, James Walker əcnəbi vətəndaş olmuş, Azərbaycan Respublikasının qanunvericiliyindən məlumatlı olmamışdır. Cavabdeh Miqrasiya Məcəlləsinin 45.1.6-cı, 50.1.8-ci və 64.0.3-cü maddələrinə istinad edərək James Walkerin müvəqqəti yaşayış icazəsi müddətinin uzadılmayacağını qeyd etmişdir. İlk növbədə bildirirlər ki, cavabdeh James Walker-i Dubaya göndərməklə özü həmin maddələrin tətbiqinə şərait yaratmışdır. X26 işlədiyi müddətdə Filialın hüquq departamenti, insan resursları departamenti tərəfindən cavabdehin etirazında qeyd etdiyi Miqrasiya Məcəlləsinin 47.1-ci və 50.1.8-ci maddəsində qeyd edilən hallar barədə məlumatlandırılmamış və bunu təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən işəgötürən məhz müddətin bitməsi səbəbi ilə işçi olan əmək müqaviləsinə xitam vermiş olsa idi, bunu 8 dekabr 2023-cü il tarixinədək etmiş olmalı idi. Lakin, işəgötürənin əmək müqaviləsinə xitam verməsi əsası, görünür, müddət deyil, başqa səbəb olmuşdur. Xitam isə qanunun tələblərinə uyğun olmayaraq, müddət əsası ilə pərdələnmişdir. Qeyd edilənlər məhz cavabdehin öz etirazında qeyd edilənlərlə də təsdiqini tapır. Belə ki, etirazın 5-ci səhifəsinin ikinci və üçüncü abzaslarında aşağıdakılar qeyd edilmişdir: “Şirkətin Nizamnaməsindən də göründüyü kimi vəzifəli şəxslərin istənilən vaxt vəzifəyə təyin edilməsi və vəzifədən kənarlaşdırılması Direktorlar Şurasının müstəsna səlahiyyətinə aid edilmişdir. Qanunvericiliyə və Şirkətin Nizamnaməsinə əsasən etibarnamənin verilməsi və onun müddətinin uzadılması Direktorlar Şurasının səlahiyyətində olmuş və X15 Walkerə verilmiş etibarnamənin qüvvədə saxlanılmasını məqsədəuyğun saymamışdır. Odur ki, əmək müqaviləsinin müddətinin uzadılması mümkün deyildir. ” Qeyd edilənlər bir daha sübut edir ki, James Walker ilə imzalanmış əmək müqaviləsinə xitam verilməsi müddət deyil, məhz ana şirkətin bunu istəməməsi olmuşdur. 3. Etirazın 2.2-ci bəndi üzrə (ezamiyyə). Cavabdeh etirazında ezamiyyənin əmrlə rəsmiləşdirilməli olması, lakin bunun edilmədiyi və ona ezamiyyət vəsiqəsinin verilmədiyini əsas gətirərək ezamiyyə ilə bağlı iddiaların əsassız olduğunu və eyni zamanda James Walkerin müəssisənin qanunauyğun fəaliyyəti, idarəetmənin, sənədləşmənin düzgün və vaxtında aparılmasına cavabdeh olması, X18 filialın fəaliyyətinin düzgün qurulması üçün burada qarşılaşa biləcəyi bütün növ hüquqi və əməliyyat risklərini idarə etməli olduğunu başa düşərək bu cür riskləri hansı qaydada idarə etməli olması barədə məlumatlı olmalı olduğunu qeyd etmişdir. İlk əvvəl qeyd edirlər ki, James Walkerin xaricə getməsinin sənədləşdirilməməsi onun hüquqlarının pozulmalı olması anlamına gəlmir. Başqa sözlə, əmrin olmaması və ezamiyyə vəsiqəsinin açılmaması işəgötürəni işçinin ezamiyyə xərclərinin ödənilməsindən azad etmir. Belə olsa idi, bütün işəgötürənlər sənədləşdirmədən yayınaraq işçilərin hüquqlarını pozmağa davam edərdilər. Həmçinin nəzərə alınmalıdır ki, filialın bütün iş yükü yalnız filial rəhbəri tərəfindən aparılmır. Filialın hüquq, insan resursları, maliyyə və s. departamentləri mövcuddur. Həmin departamentlərin əsas vəzifələri məhz öz sahələri üzrə işlərin, sənədlərin qaydasında aparılmasıdır. Başqa sözlə, bir qayda olaraq, iş mühitində əmək qanunvericiliyi üzrə komplayansın təmin edilməsi, yəni işçi ezamiyyətə getdikdə onun ezamiyyəsinin rəsmiləşdirilməsi üzrə tədbirlər görülməsi, buna dair sənədlərin hazırlanması işçinin işlədiyi müəssisənin kadrlar - insan resursları şöbələri tərəfindən həyata keçirilir. Lakin, insan resursları tərəfindən James Waikerə buna dair hər hansı sənədlər imzalanması üçün təqdim edilməmiş və bunu təsdiq edən sübutlar da cavabdeh tərəfindən məhkəməyə verilməmişdir. Cavabdeh həm etirazında, həm də məhkəmə çıxışlarında dəfələrlə X22 özbaşına getməsi və Dubayda filialın fəaliyyəti ilə məğul olmadığına işarə edən cümlələr işlətmişdir. Bununla bağlı bildirirlər ki, James Walker 2023-cü ilin aprel ayından etibarən Dubayda fəaliyyət göstərmişdir. 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayınadək işçiyə aylıq əmək haqları ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin 1 gün üzrsüz səbəbdən işə gəlməməsi əmək müqaviləsinin kobud pozuntusu hesab edilir və əmək müqaviləsinin ləğvi üçün əsasdır. Əgər işəgötürən X20 işləməsindən narazı idisə, niyə bu müddət ərzində onu geri çağırmamışdır və ya iddiaçı ilə imzalanmış əmək müqaviləsinə əmək müqaviləsi şərtlərinin kobud surətdə pozulması əsası ilə - Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməmişdir. İşəgötürənin qeyd edilənləri etməməsi, əksinə James Walkerin və ailə üzvlərinin Dubaya gediş biletlərini alması, hətta Dubayda viza müddətinin bitməsinə görə ona və ailəsinə təkrar Dubaydan çıxış və giriş biletlərini alması, aylıq əmək haqlarını ödəməsi bir daha göstərir ki, X28 filial tərəfindən onun mənafeyi məqsədilə göndərilmişdir. Hətta X26 ezamiyyətdə olduğu dövrdə “X7” LTD-nin vitse-prezidenti - X37 şəhərinə gəlmiş, onunla görüşlər keçirilmişdir. Buna dair Əli Həsənli ilə yazışmalar məhkəməyə təqdim edilmişdir.

4. Etirazın 2.3-cü bəndi üzrə (sığorta haqlarına münasibətdə): Dəqiqləşdirilmiş iddia ərizəsində yaranmış tibbi xərclərin əvəzinin ödənilməsi tələb edilmişdir. Doğrudur, James Walkerla olan danışıqlara əsasən cavabdeh tərəfindən Walker və onun bütün ailə üzvləri Azərbaycanda könüllü tibbi sığorta ilə təmin edilmişdir (hər bir şəxs üzrə sığortanın məbləği 15000 AZN olmuşdur). Lakin, Walkerin Dubaya göndərilməsi, onun özünün və övladının tibbi xərclərinin qarşılanması ilə əlaqədar əlavə xərclərlə üz- üzə qoymuşdur. Halbuki, Walker iş fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirsəydi, yaranacaq tibbi xərclər də məhz könüllü tibbi sığorta hesabına qarşılanacaqdır. Walkerin Dubayda ümumilikdə 22039 ABŞ dollar məbləğində tibbi xərcləri çıxmışdır. Həmin xərcləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçının yaranan tibbi sığorta xərcləri ilə bağlı məlumatları cavabdehə təqdim etməməsinə gəldikdə bu məlumatlar korporativ mail vasitəsilə təqdim edilmişdir (lakin, həmin mail işəgötürən tərəfindən bağlanıldığından həmin məlumatlar məhkəməyə təqdim edilə bilmir). Lakin, filialın vitse-prezidenti - Əli Həsənli ilə olan yazışmalarda da bu xərclərin ödənilməsinin tələb edildiyi görünür. Göründüyü kimi, cavabdehin bu etirazı da əsassızdır. 5. Etirazın 2.4-cü bəndi üzrə (neft hasilatı). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş neft hasilatının artımı ilə bağlı göstəricilər həqiqətə uyğun deyildir. James Walker korporativ mail üzərindən neft hasilatının artımı ilə bağlı müraciət etmiş, lakin onun korporativ maili filial tərəfindən bağlandığı üçün təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəblə məhkəməyə tərəflərindən sübutların Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Neft Şirkətindən (neytral şəxslərdən) əldə edilməsi ilə bağlı vəsatət verilmiş, lakin vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Bildirirlər ki, həmin sənədlərin iddiaçı tərəfindən əldə edilməsi mümkün olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 30.6-cı maddəsində məlumatların açıqlana bildiyi şəxslərin dairəsi müəyyən edilmişdir ki, bu şəxslər arasında vəkillər və üçüncü şəxslər qeyd edilməmişdir. Buna dair şikayət instansiyasında tərəflərindən müvafiq addımlar atılacaqdır. İndiki mərhələdə qeyd edirlər ki, təqdim edilmiş göstərişləri əks etdirən sənəd cavabdeh tərəfindən imzalanmış və möhürlənmişdir. Həmin sənəd sadə cədvəldə yığılmış neft hasilatı rəqəmlərini əks etdirir ki, həmin rəqəmlər cavabdeh tərəfindən rahatlıqla manipulyasiya edilə bilər. Bu isə təqdim edilmiş sübutun həqiqiliyinə əsaslı şübhələr yaradır. 6. Etirazın 2.6-cı bəndi üzrə (biznes bilet xərcləri): Cavabdeh təkrar müqavilə şərtlərini təhrif olunmuş formada məhkəməyə təqdim etmişdir. İldə bir dəfə 3 biznes biletinin səyahət məqsədilə alınması nəzərdə tutulmuşdur ki, bu həmin səyahətin olması halı ilə şərtləndirilməmişdir. Yəni, işəgötürənin ildə bir dəfə səyahətə görə bilet xərclərini ödəməsi öhdəliyi əmək müqaviləsində nəzərdə tutulmuşdur. Bu öhdəlik caabdehin dediyi kimi səyahət etdikdən sonra ödənilir kimi halla şərtləndirilməmişdir. Hətta, cavabdeh tərəfindən təqdim edilmiş əməkmüqaviləsində belə bu şərt nəzərdə tutulmamışdır (bənd 4, 4-cü hissə). Əşyaların daşıması xərclərinə münasibətdə Kanadadan gətirilmiş əşyaların daşıma xərcləri və kim tərəfindən qarşılanmasında dair sənəd məhkəməyə təqdim edilmişdir. Cavabdehin James Walkerə artıq biznes bileti xərclərinin Dubayda vizasının bitməsi zamanı Küveytə gedib gələn zaman ödənildiyi qeydinə gəldikdə isə bildirirlər ki, işgüzar məqsədlər üçün ödənilmişdir və bu ana şirkətlə imzalanan müqavilədə (ana şirkətlə müqavilə 4.7-ci bənd), o cümlədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yerli əmək müqaviləsində (bənd 4, 6- cı hissə) də ayrıca bəndlə tənzimlənmişdir. Göründüyü kimi, cavabdehin dəlilləri təhrif olunmaqla təqdim etməklə məhkəməni yanıltmağa cəhd göstərir. 7. Etirazın 2.7-ci bəndi üzrə: İlk növbədə bildirirlər ki, müqavilənin müvafiq bəndi təhrif olunmuş formada məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, tərəflər əmək müqaviləsinə xitam verdikdə 1 ay əvvəlcədən qarşı tərəfi məlumatlandırmalıdırlar. Əgər işəgötürən əmək müqaviləsinə xitam verilməsi qərarına gələrsə, bu zaman işçiyə aylıq əmək haqqının 3 misli məbləğində cərimə ödəməlidir. Yəni, cavabdehin qeyd etdiyi kimi əgər 1 ay müddətində xəbərdar etməzsə, şərti nə ana şirkətlə olan müqavilədə, nə də məhkəməyə təqdim edilmiş müqavilədə nəzərdə tutulmamışdır. Bu Ərizənin 2.5-ci bəndində qeyd etdikləri kimi, təkrar bildirirlər ki, işəgötürənin əmək müqaviləsinin xitamını qanunun tələblərinə uyğun olmayaraq müddət əsası ilə pərdələnmişdir. Qeyd edilənlər məhz cavabdehin öz etirazında qeyd edilənlərlə də təsdiqini tapır. Belə ki, etirazın 5-ci səhifəsinin ikinci və üçüncü abzaslarında qeyd edilmişdir: “Şirkətin Nizamnaməsindən də göründüyü kimi vəzifəli şəxslərin istənilən vaxt vəzifəyə təyin edilməsi və vəzifədən kənarlaşdırılması Direktorlar Şurasının müstəsna səlahiyyətinə aid edilmişdir”. Qanunvericiliyə və Şirkətin Nizamnaməsinə əsasən etibarnamənin verilməsi və onun müddətinin uzadılması Direktorlar Şurasının səlahiyyətində olmuş və X15 Walkerə verilmiş etibarnamənin qüvvədə saxlanılmasını məqsədəuyğun saymamışdır. Odur ki. əmək müqaviləsinin müddətinin uzadılması mümkün deyildir. ” Yəni əmək müqaviləsinə məhz işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir ki, bu da artıq əmək müqaviləsində qeyd edilən kompensasiya ödənişinin yaranmasına səbəb olmuşdur. Müddətin bitməsi əsası ilə xitam verilməsi və Əmək Məcəlləsində buna görə qarşı tərəfin xəbərdar edilməməsi məsələsinə gəldikdə isə bildirirlər ki, tərəflər əmək müqaviləsinin xitamını hər hansı növlə şərtləndirmədən, tərəflərdən birinin əmək müqaviləsini xitam verməsini 1 ay əvvəlcədən xəbərdar etməsi halı ilə şərtləndirmişdir. Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Yəni əmək müqaviləsinə hətta müddət əsası ilə belə xitam verilmiş olsa idi, işəgötürən işçini 1 ay əvvəlcədən məlumatlandımalı idi. 8. Son olaraq bildirirlər ki, iddia tələbi işəbərpa və ondan törəmə tələblər olmayıb, işəgötürənin əmək müqaviləsinin “xitam edildiyi” dövrədək olan icra edilməyən öhdəliklər çərçivəsində maddi tələbləri də ehtiva edir. “İşə bərpa” iddia tələblərindən yalnız biridir və digər tələblərin törəmə şəklində onunla əlaqəsi yoxdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia müddətinin ötürülməməsi barədə mülahizə verərək, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq, iddiaçı tərəfindən işəbərpa tələbi ilə bağlı iddia müddəti ötürülməmiş hesab olunmasını xahiş edirlər. Mülahizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə “iddia müddətinin tətbiq edilməsi barədə" ərizə təqdim edilmişdir. Bundan əvvəl də cavabdeh etirazında dəfələrlə iddia müddətinin ötürüldüyünü qeyd etmiş və buna dair tərəflərindən etirazlara verilmiş mülahizələrdə münasibət bildirilmişdir. İddiaçının “işəbərpa” tələbi ilə bağlı iddia müddətinin ötürülmədiyini qeyd edərək, xx.xx.2024-cü il tarixində keçirilən iclasda edilən müzakirələri nəzərə alaraq, xüsusilə məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirlər: Bundan əvvəl təqdim edilmiş etirazda qeyd etdikləri kimi bir daha bildirirlər ki, qanunvericilik iddia müddətinin axımının hansı müddətdən başlanılmasını birmənalı olaraq müəyyən etmişdir. Əmək Məcəlləsinin 296.2ci maddəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə (2023cü ilin dekabr ayında qüvvədə olan redaksiyasına) əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin nümayəndəsinin 3 sentyabr 2024-cü il tarixində keçirilən prosesdə təqdim etdiyi sənədlərdən də görünür ki, işçinin işdən azad edilməsi barədə əmr var. Bu səbəbdən 296.3-cü maddənin sonuncu hissəsi hazırki iddiaya münasibətdə tətbiq edilmir (həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün). Həmin maddənin məzmununa əsasən işçinin hüququnun pozulmasını aşkar etdiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün hesab edilməlidir. Lakin, cavabdeh məhkəməyə təqdim etdiyi etirazın 5-ci səhifəsinin birinci abzasında özü də etiraf etmişdir ki, həmin sənədlər James Walkera təqdim edilməmişdir: ‘‘Əmək müqaviləsinə xitam verilən zaman onun Azərbaycan Respublikasında olmadığından ona əmrin surətinin və haqqhesab sənədlərinin təqdim edilməsi mümkün olmamışdır,” Halbuki, cavabdeh həmin sənədləri poçt vasitəsilə iddiaçıya göndərə bilərdi. Daha sonra xx.xx.2024-cü il tarixində cavabdehin təqdim etdiyi ərizədə Əmək Məcəlləsinin 173-cü maddəsinin 4-cü hissəsinə istinad edərək haqq-hesab sənədinin işçi tərəfindən tələb edilməli olmasını, James Walker tərəfindən belə tələbin irəli sürülmədiyini qeyd etmişdir. Halbuki nəzərə alınmalıdır ki, həmin maddə işçiyə aylıq əmək haqqının hesablanması zamanı nəzərdə tutulur. Lakin, James Walkerin əmək müqaviləsinə xitam verilmişdir, bu səbəblə hazırki işə Əmək Məcəlləsinin 296.3-cü maddəsi tətbiq edilməli və haqq-hesab sənədi işçiyə təqdim edilməli idi. Əgər cavabdeh iddia müddətin tətbiq edilməsini tələb edirsə, bunun sübutedilməsi yükü cavabdehin üzərinə düşür. Cavabdeh özü isə həm 7 oktyabr 2024-cü il tarixli iclasda, həm də həmin iclasa təqdim etdiyi etirazda özü etiraf etmişdir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələblərinə uyğun olaraq nə əmr, nə də haqq hesab sənədi James Walker xaricdə olduğu üçün ona təqdim edilməmişdir. Bütün qeyd edilənlərlə yanaşı bildirirlər ki, James Walker ilə ana şirkət arasında imzalanan əmək müqaviləsi qeyrimüəyyən müddətə bağlanılmışdır. Həmin əmək müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulmuşdur ki, işçi və işəgötürənin 1 ay əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam vermək hüquqları vardır. Həmin maddədə qeyd edilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinə xitam vermək qərarına gələrsə, işçiyə belə xitama görə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödəyir. Lakin, James Walkerə nə belə bir xəbərdarlıq edilmiş, nə də ona müqavilədə nəzərdə tutulan kompensasiya ödənilmişdir. Yəni, James Walker işəgötürəndən əmək müqaviləsi şərtlərinə riayət etməsini gözləmişdir. Belə xəbərdarlıq olmadan, ona müvafiq sənədlər göndərilmədən James Walker necə bilə bilərdi ki, onun əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən bildirirlər ki. James Walkerin vəkili olaraq hazırki məhkəmə prosesi 2024-cü ilin may ayında başlamışdır. Cavabdehə iki dəfə pretenziya məktubu göndərilmiş (xx.xx.2024- cü il tarixli, SS879259017 nömrəli və xx.xx.2024-cü il tarixli), birinci məktub ümumiyyətlə cavablandırılmamış, ikinci məktub isə cavablandırılmaqdan imtina edilmişdir. Cavabdeh dəfələrlə mediasiya prosesinə gəlməkdən imtina etmiş, yalnız X7-nin AR-dakı filianının internetdə olan ümumi operator nömrəsi vasitəsilə dəfələrlə əlaqə saxlanıldıqdan sonra hüquq departamenti ilə əlaqə yaratmaq mümkün olmuş və bu zaman James Walkerin yerli əmək müqaviləsinin olması və həmin əmək müqaviləsinə xitam verildiyi öyrənilmişdir. Təkrar bildirirlər ki, iddia müddətinin ötürüldüyünü sübut etmək yükü cavabdehin üzərinə düşür ki, cavabdeh təqdim etdiyi etirazlarda və ərizədə də özü müvafiq sənədlərin James Walkerə göndərilmədiyini etiraf etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə vermiş olduğu İddiaçı yazılı izahatında qeyd olunmuşdur ki, məhkəmədə olan əmək mübahisəsi ilə bağlı yazmış, hüquqşünası ilə keçən prosesdə olanları danışmış və düzü, eşitdikləri onu dərindən təəssüfləndirmişdir. Onun 2024-cü ilin yanvar ayından əmək haqqının ödənilməməsi əsas gətirilərək işdən çıxarıldığımı bilməyi qeyri-mümkündür və hakimin belə bir ehtimalı irəli sürməsi onu məyus etmişdir. Bildirir ki, o, Kanada vətəndaşıdır və 30 ildən çox öz sahəsində təcrübəsi vardır. O, BOC-in məsləhətçisi olan Fuad Ağayevin təklifi ilə BOC-nin ana ofisi ilə əmək müqaviləsi imzalamışdır. Əmək müqaviləsində onun iş yeri Azərbaycan qeyd edilmişdir. O, inkişaf etməkdə olan bir ölkəyə işləməyə getdiyini anlamış, buna görə də, əmək müqaviləsi şərtləri, xüsusilə xitama münasibətdə daha sərt nəzərdə tutulmasını razılaşdırmışdılar. Yəni, onun əmək müqaviləsinə xitam verilərdisə, bu barədə 1 ay öncədən məlumatlandırılmalı idi. Həmçinin əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə ona 3 aylıq əmək haqqı müqabilində kompensasiya nəzərdə tutulurdu və s. Bu şirkətdə daxili koordinasiyada ciddi problemlər olduğunu hiss etmişdir. Şirkət qeyri-rəsmi Rövşən Rzayev tərəfindən idarə edilirdi. X29 birbaşa çıxışı yox idi, lakin bütün qərarlar onunla məsləhətləşmələrlə aparılırdı. Buna dair Əli Həsənovla olan whatsapp yazışmaları da var. 2024-cü ilin yanvar ayında ona əmək haqqı ödənişi edilmiş, amma 2024-cü ilin fevral ayından əmək haqqı ödənişi gecikirdi. BOC ödənişlərdə dəqiq olmadığı üçün bu onun diqqətini çəkməmişdir. Lakin, gecikmənin davam etdiyini gördükdə BOC, xüsusilə Fuad Ağayev ilə əlaqə saxlamışdır. Ona ödəmələrin ediləcəyi bildirilmişdir. O hətta BOC üçün işləmişdir də. Lakin, onun korporativ maili cavabdehə qarşı hüquqi proses başladanda bağlanmış və bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Artıq mart ayının sonu idi ki, ona hələ ödəniş edilməmişdi. Həmçinin əmək müqaviləsinin xitamına dair hər hansı bildiriş də gəlməmişdi, o cümlədən kompensasiya da ödənilməmişdi. O, ona görə hesab edirdi ki, onun əmək haqlarının ödənilməsində gecikmələr var. Ona görə, mart ayının sonundan hüquqşünas axtarmağa başlamış, çox təəssüf ki, dil bariyerinə görə, o cümlədən Azərbaycanda çox az qaldığı üçün çox insan tanımadığına görə, övladı birinci dərəcəli əlil olduğu üçün onu Dubayda tək qoyub Azərbaycana gələ bilmədiyi üçün hüquqşünas tapmaq vaxtını almışdır. Əlaqə saxladığı hüquqşünaslar ya ingilis dilini bilmirdilər, ya da əmək mübahisələrindən məlumatsız idilər. Amma təkrar qeyd edir ki, hüquqşünası gecikən əmək haqlarının ödənilməsi məqsədilə axtarırdı, işdən çıxmağı barədə məlumatlı deyildi. Vəkillərlə razılaşması da məhz, gecikən əmək haqlarının ödənilməsi ilə bağlı oldu. Lakin, məhkəmənin əmək haqqının ödənilməməsini əsas götürüb, onun müddəti ötürməyinə işarə etməsi ona hüquqi səslənmir. Əgər onun əmək müqaviləsinə xitam verilmişdisə, niyə ona heç bir kompensasiya ödənilməmişdi? O məhkəmənin ədalətinə və düzgün qərar çıxaracağına inanır. Qeyd edilən halları, xüsusilə onun vəziyyətini nəzərə alaraq, qərar verməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və iddiaçının vəkili Bədəlova Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və daha sonra iş materiallarına əlavə edilmiş mülahizələrin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan İddiaçı ilə “X11” LTD şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İşəgötürən, bu müqavilədə göstərilən şərtlər əsasında İşçiyə iş təqdim etməyi öhdəsinə götürmüş və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq İşçi və İşəgötürən arasında müvafiq əmək müqaviləsi imzalanacaqdır. Tərəflər razılaşır ki, İşəgötürən və İşçi arasındakı əmək münasibətləri 1 noyabr 2022-ci il tarixindən başlayacaqdır. İşçi, Azərbaycan Respublikasının Bakı şəhərində və ya İşəgötürənin təklif etdiyi məqbul digər yerdə işləməyi qəbul edir. Əmək müqaviləsi Azərbaycanda işə başlama tarixi etibarilə qüvvəyə minəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən bu X12: "X7 LTD" şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İşçi: İddiaçı arasında xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikasının Əmək məcəlləsinə müvafiq olaraq bağlanmışdır. İşçinin əsas iş yeri "X7 LTD" şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla, Prezident vəzifəsinə qəbul edilir. Bu Müqavilə hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqlan, vəzifələri və məsuliyyəti bu Müqavilə və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalar və prinsiplərlə tənzimlənir. "Bu Müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanılır və aşağıdakı tarixlər aralığında qüvvədədir: xx.xx.2023- xx.xx.2023". İşçinin işə başladığı tarix: xx.xx.2023. İş materiallarında olan MYİ seriyalı, ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən xx.xx.1960-ci il təvvəllüdlü Kanada vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi, MYİ seriyalı, ******* nömrəli icazə vəsiqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən K-18/12-01/25 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının 68.2.b-ci maddəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, OX4 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı hesabına 9210.31 ABŞ dolları pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı pretenziya məktubuna əsasən Kanada Respublikası vətəndaşı James Walker tərəfindən hüquqi yardımla bağlı müraciət edilmişdir. James Walker müraciətində bildirmişdir ki, “X7 LTD" şirkətinin Respublikasındakı filialında direktor olaraq işləməsinə baxmayaraq artıq 5 aydan çoxdur ki, ona əmək haqqı ödənilmir. Qeyd edilənləri nəzərə alaraq, "X7 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialında rəhbər vəzifəsində çalışan James Walker-in yanvar ayından bu günə qədər ödənilməyən əmək haqlarını ödəmək və bundan sonrakı əmək fəaliyyəti dövründə əmək haqlarını vaxtında ödəmək tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanladığı pretenziya məktubuna əsasən məlum olduğu kimi Kanada Respublikası vətəndaşı James Walker tərəfindən hüquqi yardımla bağlı müraciət edilmişdir. James Walker müraciətində bildirmişdir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında direktor olaraq işləməsinə baxmayaraq artıq 5 aydan çoxdur ki, ona əmək haqqı ödənilmir. Bununla əlaqədar olaraq 12 saylı Mediasiya Təşkilatına təklif ünvanlanmışdır. "X7 LTD” şirkətinin Hüquq Departamentinin əməkdaşı ilə 15 iyul 2024-cü il tarixində olan şifahi telefon danışığı zamanı məlum olmuşdur ki, James Walker ilə bağlanan əmək müqaviləsinə 2023-cü il dekabr ayında xitam verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin həcmi dəyişdirilmişdir. James Walker-in işə bərpa edilməsi; Ödənilməyən əmək haqlarının ödənilməsi - 90 000 (doxsan min) ABŞ dolları; İstehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrin ödənilməsi - 30 000 (otuz min) ABŞ dolları; Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya - 45 000 (qırx beş min) ABŞ dolları; Ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya - cəmi 67 500 ABŞ dolları; Yanvar ayı üzrə - 22 500 ABŞ dolları; Fevral ayı üzrə - 18 000 ABŞ dolları; Mart ayı üzrə - 13 500 ABŞ dolları; Aprel ayı üzrə - 9 000 ABŞ dolları; May ayı üzrə - 4500 ABŞ dolları. Biznes bilet xərcləri - 43544 ABŞ dolları; Ümumi xərclər üçün kompensasiya - 5229 ABŞ dolları; Şəxsi əşyaların daşınması - 13868 ABŞ dolları; Tibbi xərclər 27805 ABŞ dolları. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin “LCG” Vəkil Bürosuna ünvanladığı 13 avqust 2024-cü il tarixli, 3-17-5/2-54094/2024 nömrəli cavab məktubuna əsasən Kanada Respublikasının vətəndaşı İddiaçı əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli 45 nömrəli müraciətə aidiyyəti üzrə Nazirlik yanında X16 Xidmətində baxılmışdır. Bildirirlər ki, məktubda qeyd olunan İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ‘Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim olunur. Nəzərə çatdırırlar ki, kağız üzərində bağlanılmış əmək müqavilələrinin surəti X16 Xidmətində mövcud deyildir. İş materiallarında olan çıxarışa əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında müqavilənin başlanma tarixi xx.xx.2023-cü il, müqaviləyə əlavə edilməsi vaxtı xx.xx.2023-cü il, müqavilənin müddəti – müddətli, xitam əmrinin tarixi xx.xx.2023-cü il, işçinin işdən çıxma tarixi xx.xx.2023-cü il , xitam bildirişinin alt sistemə daxil edilmə vaxtı xx.xx.2023-cü il tarix olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən xx.xx.2023-cü il tarixində X33 Care – SH. Zayed BR.-da 4 ədəd ABRİ formasında bez (pampers) Orta plus ölçülü PAK/26 (4161) üçün ümumi 480 dirhəm ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi xidmətlərə dair ödənişlərə əsasən X34 Walker özəl ödəyici olaraq Atorvastatin (Atorcor) 40 mg, Esomeprazol (Neksium) 40 mg, Perindopril (Koversil) 5 mg, Novorapid Flekspen 100 bölmə/ml, İnsulin Qlargin (Lantus solo star) əvvəlcədən doldurulmuş qələm, Semaqlütid (ozempik) 1 mg əvvəlcədən doldurulmuş qələm və Xolekalsiferol (Yevro-D) 50000 bölmə kap (15) dərmanlarını qəbul etmiş, ümumi məbləğ 5740.74 dirhəm təşkil edir və hər hansı vergi və güzəşt tətbiq edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi xidmətlərə dair ödənişlərə əsasən X34 Walker ilkin konsultasiya xidməti üçün 700 dirhəm məbləğində ödənişi kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 19 oktyabr 2023cü il tarixində X19 MMC-də ilkin konsultasiya və təfsir və hesabat ilə fundus fotoqrafiya xidməti üçün 1662 dirhəm məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən X19 MMC-yə 1680 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən X19 MMC-də X5 EPFE02 məhsulu qəbul etmiş, ümumi olaraq 470 dirhəm məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi xidmətlərə dair ödənişlərə əsasən X30 Walker Revelfenasin (Yupelri) 175 mg/3 ml 30 flakon, Budesonid (Rhinokort) 32 mg/Sprey (120 doza) burun spreyi və Budesonid (Pulmikort) 0.5 mg/ml (2ml) neyroepitelial cisimlər dərmanlarını qəbul etmiş, müvafiq olaraq 402.90 dirhəm, 41 dirhəm və 628.80 dirhəm məbləğində ödəniş etmişdir. Ümumi məbləğ 1072.70 dirhəm təşkil edir və hər hansı vergi və güzəşt tətbiq edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi xidmətlərə dair ödənişlərə əsasən X34 Walker özəl ödəyici olaraq Tamsulosin (Omnic Ocas) 0.4 mg, Parasetamol (Panadol Avans) 500 mg və Diklofenak (Olfen) (bağırsaq örtüyü) 50 mg dərmanlarını qəbul etmiş, müvafiq olaraq 38.90 dirhəm, 12.96 dirhəm və 25 dirhəm məbləğində ödəniş etmişdir. Ümumi məbləğ 76.86 dirhəm təşkil edir və hər hansı vergi və güzəşt tətbiq edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təcili tibbi yardım xidmətlərindən istifadə etməsi ilə bağlı təqdim edilmiş vergi hesab-fakturasına əsasən X34 Walker göstərilən tibbi xidmətlərə həkim müayinəsi, intravenoz infuziyalar, dərman preparatlarının istifadəsi, laborator analizlər və digər tibbi prosedurlar daxildir. Pasiyentin ödəməli olduğu ümumi məbləğ 7124.66 dirhəm təşkil edir və bütün ödənişlər pasiyentin şəxsi hesabından qarşılanmışdır. Bu sənəd, göstərilən tibbi xidmətlər və onların dəyəri barədə rəsmi maliyyə hesabatı kimi təqdim olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 14 noyabr 2023cü il tarixində X19 MMC-də ilkin konsultasiya xidməti üçün 700 dirhəm məbləğində ödənişi kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 15 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 636 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 15 aprel 2024-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 15 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 10000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 15 dekabr 2023-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 16 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 5000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 16 dekabr 2023-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 18 noyabr 2023cü il tarixində X19 MMC-də tibbi xidmətlər üçün 9500 dirhəm məbləğində ödənişi kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 23 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 2500 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 23 dekabr 2023-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 28 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 2602.67 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 28 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 5000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 3 dekabr 2023-cü il tarixində X19 MMC-də birdəfəlik ödəniş üçün 5000 dirhəm məbləğində ödənişi kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 3 dekabr 2023-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən xx.xx.2023-cü il tarixində X33 Care – SH. Zayed BR.-da 8 ədəd ABRİ formasında bez (pampers) Orta plus ölçülü PAK/26 (4161) üçün ümumi 1008 dirhəm ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tarixli tibbi xidmətlərə dair ödənişlərə əsasən xx.xx.2023-cü il tarixli tibbi xidmətlər üçün X34 Walker özəl ödəyici olaraq gündəlik iş – gündəlik tarif (6-12 saat) üçün 1087 dirhəm, anesteziya vaxtı üçün 4216 dirhəm, inkontinans altlıq 60 cm * 60 cm üçün 2.50 dirhəm, əlcəklər ölçüsü 8 cərrahi ali tozsuz üçün 5.75 dirhəm, məhlul 100 ml povidon yod antiseptik usp – claradon üçün 17.50 dirhəm, əlcəklər ölçüsü 7 cərrahi dermaprene neopren tozsuz üçün 17.85 dirhəm, suvarma üçün məhlul 1000 ml su (vida qapaqlı şüşə) üçün 22 dirhəm, dəst c – qol örtüyü üçün 30.23 dirhəm, steril böyük cərrahi xalat üçün 37.08 dirhəm, məhlul 3000 ml suvarma torbası 0.9 % natrium xlorid üçün 120 dirhəm, HCPCS daxil olmaqla əməliyyat otağı üçün pasiyentin payı 6514.50 dirhəm, hərtərəfli inyeksiya 300 MG 50 ML üçün 342.68 dirhəm, sistoskopiya paketi üçün 217.50 dirhəm, sensor düz uc 0.035*150 nitinol tel üçün 1890 dirhəm, dormia ön səbət 1.5 FR 11 MM üçün 2040 dirhəm, çevik video ureteroskop 7.5 FR/3.6 FR üçün 2835 dirhəm, EMS smart fibet 272 lazer probu üçün 3000 dirhəm, sistoureroskopiya ilə ureteroskopiya // litotripsi ilə pieloskopiya (ureteral kateterizasiya daxildir) üçün 10898 dirhəm, iynəsiz şpriz 3 ML luer kilidi üçün 1.90 dirhəm, Şpris 20 ML luer kilidi 2.83 dirhəm, uc sorma yankauer “vacufix” üçün 4.38 dirhəm, boru ilə uzadılmış oksigen maskası böyüklər üçün 5.25 dirhəm, Kanülü İ.V. 14G venflon üçün 8.43 dirhəm, Pro təhlükəsizlik kanülü 20G*32 MM çəhrayı üçün 15.38 dirhəm, məhlul 1000 ML mürəkkəb natrium ringer laktat üçün 17.25 dirhəm, anesteziya göz qabaqları birdəfəlik üçün 17.50 dirhəm, əvvəlcədən doldurulmuş şişmə birdəfəlik maska ölçüsü – 5 üçün 22.50 dirhəm, superset ikiqat fırlanan kateter montaj 22F əməliyyatarası üçün 23.75 dirhəm, boru ½”*10” birləşdirici sorma keçirici olmayan üçün 47.50 dirhəm, Set İ.V. iki smart site neddle ilə ikizlər və dəyərin yoxlanması üçün 52.38 dirhəm, Gel ölçüsü. 5 üçün 157.50 dirhəm, Gentamisin 40MG/ML(2ML) İNJ üçün 6.82 dirhəm, Deksametazon 4MG/ML (2ML) İNJ üçün 2.52 dirhəm, Fentanyl 50MCG/ML (2ML) İNJ üçün 3.05 dirhəm, Parasetamol (parafuziv) İ.V. 10 MG/ML 100 ML üçün 8.40 dirhəm, Propofol (diprivan) 10 MG/ML (20 ML) İNJ üçün 48.60 dirhəm, Parekoksib (dinastat) 40 MG/VİAL üçün 37.20 dirhəm, Granisetron (kitril) 1 MG/ML (3ML) İNJ üçün 85.50 dirhəm, Şpris 3ML luer kilidi iynəsiz 0.95 dirhəm, Pisuar plastik disp.kişi üçün 4.75 dirhəm, XR FL floroskopiya 1 saat üçün pasiyentin payı 815.25 dirhəm, Ondansetron (clarmon) 4 MG/2ML AMP 5”S üçün 16.40 dirhəm, Ondansetron (clarmon) 4 MG/2ML AMP 5”S üçün 16.40 dirhəm olmaqla, ümumilikdə pasiyentin payı 30671.48 dirhəm, ümumi ambulator 20671.47 dirhəm məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 10 dekabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 5000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 26 dekabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 5000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən İddiaçı 28 noyabr 2023cü il tarixində X19 MMC-də depozit tələbi üçün 2602.67 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı 4 yanvar 2024-cü il tarixində X19 MMC-də birdəfənlik ödəniş üçün 5000 dirhəm məbləğində ödənişi master kart vasitəsilə etmişdir. Əməliyyatın istinad tarixi 4 fevral 2024-dür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi tibbi Dubay – xərclər hesabatına əsasən İddiaçı ödənilməli ümumi məbləğ 22045.26 ABŞ dolları təşkil edir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 2021-2023-cü illər üzrə neft hasilatının həcminə dair hesabata əsasən neft hasilatı 2022-ci il üçün 241784 ton, 2023-cü il üçün 265300 ton, faiz fərqi ilə hesablansa, 9.73% təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, OX4 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 9210.31 ABŞ dolları İddiaçı bank hesabına 2023-cü ilin dekabr ayının əmək haqqı və son-haqq hesab köçürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin tarixçəsinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qanuni təmsilçisi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin tarixçəsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filianın xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qanuni təmsilçisi olmuşdur. İş materiallarında olan xx.xx.2003-cü il tarixli Children”s Health Clinic adlı tibbi klinika tərəfindən verilmiş tibbi rəyə əsasən xx.xx.1993-cü il təvəllüdlü Rhease Walker doğuş zamanı asfiksiya (boğulma) nəticəsində spastik dördəmgilli iflic (quadriplegia) və atetoz diaqnozuna malikdir. O, q-tüpü vasitəsilə qidalanır. Hazırda qəbul etdiyi dərmanlar arasında Baclofen 20 mq səhər, 20 mq günorta və 30 mq yatmazdan əvvəl tüp vasitəsilə qəbul olunur. Lazım gəldikdə Flovent və Ventolin inhalyatorlarını istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tibbi arayışa əsasən xx.xx.1993-cü il təvəllüdlü X31 serebral iflic, quadriplegik diaqnozu qoyulmuşdur. Rhease Alan 31 yaşlı kişi, doğuşdan bəri serebral iflicdir, anası onu bu gün tibbi hesabat üçün gətirdiyi, xəstənin ciddi kognitiv və kommunikasiya qüsurları olduğu, onun əlil arabasında oturduğu və tam zamanlı olaraq anası tərəfindən baxıldığı qeyd olunmuşdur. Rhease Alanın ailə tarixində atasının ürək-damar xəstəliyi, atasının şəkər xəstəliyi, atasının hiperlipidemiya, atasının və anasının hipertoniya xəstəlikləri olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2021-ci il Dekabr ayı üçün neftin hasilatı 20 983,000 ton, itkiləri 39,344 ton, daxili ehtiyaclara sərfi 8,000 ton və təhvili 20 017,656 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Yanvar ayı üçün neftin hasilatı 20 980,000 ton, itkiləri 39,174 ton, daxili ehtiyaclara sərfi 32,000 ton və təhvili 20 501,826 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Fevral ayı üçün neftin hasilatı 18 870,000 ton, itkiləri 35,606 ton, daxili ehtiyaclara sərfi 71,000 ton və təhvili 20 496,085 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Mart ayı üçün neftin hasilatı 20 488,000 ton, itkiləri 38,073 ton, daxili ehtiyaclara sərfi 68,000 ton və təhvili 19 837,927 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Aprel ayı üçün neftin hasilatı 19 792,000 ton, itkiləri 37,875 ton, daxili ehtiyaclara sərfi 21,000 ton və təhvili 10 498,125 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il May ayı üçün neftin hasilatı 20 374,000 ton, itkiləri 38,917 ton, daxili ehtiyaclara sərfi 63,000 ton və təhvili 12 756,083 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il İyun ayı üçün neftin hasilatı 19 611,000 ton, itkiləri 36,598 ton, daxili ehtiyaclara sərfi 7,000 ton və təhvili 16 252,402 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il İyul ayı üçün neftin hasilatı 20 224,000 ton, itkiləri 38,618 ton, daxili ehtiyaclara sərfi 10,000 ton və təhvili 21 265,382 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Avqust ayı üçün neftin hasilatı 20 470,000 ton, itkiləri 38,417 ton, daxili ehtiyaclara sərfi 41,000 ton və təhvili 22 518,583 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Sentyabr ayı üçün neftin hasilatı 19 747,000 ton, itkiləri 37,442 ton, daxili ehtiyaclara sərfi 30,000 ton və təhvili 24 026,558 tondur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Oktyabr ayı üçün neftin hasilatı 20 407,000 ton, itkiləri 38,626 ton, daxili ehtiyaclara sərfi 15,000 ton və təhvili 27 424,374 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Noyabr ayı üçün neftin hasilatı 19 878,000 ton, itkiləri 37,422 ton, daxili ehtiyaclara sərfi 10,000 ton və təhvili 22 991,578 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2022-ci il Dekabr ayı üçün neftin hasilatı 20 416,000 ton, itkiləri 38,861 ton, daxili ehtiyaclara sərfi 5,000 ton və təhvili 19 955,139 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il Yanvar ayı üçün neftin hasilatı 20 841,000 ton, itkiləri 39,411 ton, daxili ehtiyaclara sərfi - və təhvili 20 380,589 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il Fevral ayı üçün neftin hasilatı 19 125,000 ton, itkiləri 35,410 ton, daxili ehtiyaclara sərfi 5,000 ton və təhvili 17 507,590 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il Mart ayı üçün neftin hasilatı 21 408,000 ton, itkiləri 39,861 ton, daxili ehtiyaclara sərfi 5,000 ton və təhvili 21 928,139 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il Aprel ayı üçün neftin hasilatı 21 242,000 ton, itkiləri 39,915 ton, daxili ehtiyaclara sərfi 30,000 ton və təhvili 17 501,085 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il May ayı üçün neftin hasilatı 22 152,000 ton, itkiləri 42,118 ton, daxili ehtiyaclara sərfi 17,000 ton və təhvili 23 960,882 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il İyun ayı üçün neftin hasilatı 21 843,000 ton, itkiləri 41,555 ton, daxili ehtiyaclara sərfi 3,000 ton və təhvili 22 701,445 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il İyul ayı üçün neftin hasilatı 23 146,000 ton, itkiləri 43,189 ton, daxili ehtiyaclara sərfi - və təhvili 23 680,811 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il Avqust ayı üçün neftin hasilatı 23 459,000 ton, itkiləri 44,822 ton, daxili ehtiyaclara sərfi 4,000 ton və təhvili 22 795,178 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il sentyabr ayı üçün neftin hasilatı 23 296,000 ton, itkiləri 43,864 ton, daxili ehtiyaclara sərfi - və təhvili 22 821,136 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il oktyabr ayı üçün neftin hasilatı 24 376,000 ton, itkiləri 45,284 ton, daxili ehtiyaclara sərfi 5,000 ton və təhvili 25 199,716 tondur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabat cədvəlinə əsasən “X9 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının 2023-cü il noyabr ayı üçün neftin hasilatı 23 996,000 ton, itkiləri 44,335 ton, daxili ehtiyaclara sərfi 11,000 ton və təhvili 24 011,665 tondur. İş materiallarında olan “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2024-cü il tarixli təklifə əsasən James Walker tərəfindən “X7” LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialına təklif göndərilmişdir. Təklifdə göstərilən mübahsiənin predmeti: Yanvar ayından bu günə qədər ödənilməyən əmək haqqlarının ödənilməsi -90 000 ABŞ dolları,istehsalın artması ilə əlaqədar əmək haqqında edilməli olan əlavələrin ödənilməsi-30000 ABŞ dolları, biznes biletləri xərcləri üçün kompensasiya - 43544 ABŞ dolları, ümumi xərcləri üçün kompensasiya-5229 ABŞ dolları. İş materiallarında olan “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2024-cü il tarixli təklifə əsasən James Walker tərəfindən “X7” LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialına təklif göndərilmişdir. Təklifdə göstərilən mübahisənin predmentlərini ödənilməyən əmək haqlarının ödənilməsi – 90,000 ABŞ dolları, istehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrinin ödənilməsi – 30,000 ABŞ dolları, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya – 45000 (qırx beş min) ABŞ dolları, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya – cəmi 67500 ABŞ dolları, yanvar ayı üzrə 22500 ABŞ dolları, fevral ayı üzrə 18000 ABŞ dolları, mart ayı üzrə 13500 ABŞ dolları, aprel ayı üzrə 9000 ABŞ dolları, may ayı üzrə 4500 ABŞ dolları, biznes biletləri xərcləri üçün kompensasiya – 43,544 ABŞ dolları, ümumi xərclər üçün kompensasiya – 5,229 ABŞ dolları, şəxsi əşyaların daşınması 13868 ABŞ dolları, tibbi xərclər 27805 ABŞ dolları, birtərəfli bilet 8500 ABŞ dolları təşkil edir. İş materiallarında “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2024-cü il tarixli təklifə əsasən James Walker tərəfindən “X7” LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialına təklif göndərilmişdir. Təklifdə göstərilən mübahisənin predmentlərini ödənilməyən əmək haqlarının ödənilməsi – 90,000 ABŞ dolları, istehsalın artımı ilə əlaqədar əmək haqqına edilməli olan əlavələrinin ödənilməsi – 30,000 ABŞ dolları, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə kompensasiya – 45000 (qırx beş min) ABŞ dolları, ödənilməyən əmək haqlarının hər gecikdirilən gün üçün 1 faizi məbləğində kompensasiya – cəmi 67500 ABŞ dolları, yanvar ayı üzrə 22500 ABŞ dolları, fevral ayı üzrə 18000 ABŞ dolları, mart ayı üzrə 13500 ABŞ dolları, aprel ayı üzrə 9000 ABŞ dolları, may ayı üzrə 4500 ABŞ dolları, biznes biletləri xərcləri üçün kompensasiya – 43,544 ABŞ dolları, ümumi xərclər üçün kompensasiya – 5,229 ABŞ dolları, şəxsi əşyaların daşınması 13868 ABŞ dolları, tibbi xərclər 27805 ABŞ dolları, birtərəfli bilet 8500 ABŞ dolları təşkil edir. İş materiallarında olan “X10 iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2024-cü il tarixdə James Walker tərəfindən “X7” LTD şirkətinin Azərbaycan Respublikasındakı Filialına mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur. 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: etibarnamənin müddətinin bitməsi; etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; etibarnamə verilmiş şəxsin imtinası; adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 6-cı maddəsinin “ç” bəndinə əsasən xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsi şamil edilmir. 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 13-cü maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün həmin Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 48.3-cü bəndinə əsasən məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. 48.7-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya onlara xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49.3-cü maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. 49.5-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Müqavilə bağlanan zaman qüvvədə olan Əmək Məcəlləsinin əvvəlki redaksiyasında 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə əsasən Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 83-cü maddəsinə 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2.-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir 82.4-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi;işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsinə xitam verilən gün, ay və il;əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 154.1-ci maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 297.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 47.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 50.1.8-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3-ci maddəsinə əsasən iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4-cü maddəsinə əsasən iş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 51.9-cu maddəsinə əsasən iş icazəsində göstərilən məlumatlar X6 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. İş icazəsində göstərilən məlumatların X6 Sistemi üzərindən təqdim edilməsi iş icazəsinin təqdim edilməsinə bərabər tutulur 69.1-ci maddəsinə əsasən iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti, bu Məcəllənin 69.1-1-ci maddəsi nəzərə alınmaqla, hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər 74.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 76.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər. 76.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3 may 2001-ci il tarixdə 2687 № ilə qeydiyyata alınmış X1: 1-ci bəndinə əsasən Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. 2-ci bəndinə əsasən Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir. 4-cü bəndinə əsasən işçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə olan Səfirlikləri, Konsulluqları, Nümayəndəlikləri və Beynəlxalq təşkilatlarda çalışan işçilər və nümayəndələr istisna olmaqla). 8-cü bəndinə əsasən ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində qeydlər edilməsi mümkün olmadığı halda ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə şəxsiyyəti təsdiq edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülə bilər. Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin müvafiq qaydada qeydiyyatının uçotu kitabı aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin nömrəsi, onu təsdiq edən şəxsin adı, soyadı, vəzifəsi, ezam edilən təşkilatın adı, faktiki gediş və gəliş xərcləri, ezam edilən şəxsin imzası qeyd olunmalıdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin tələbinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Göründüyü kimi, ilk növbədə əcnəbi İddiaçı ilə xarici hüquqi şəxs X7 LTD arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır, müqavilənin şərtlərinə əsasən işçi İddiaçı Cavabdehnin Azərbyacan Respublikasındakı Balaxanı-Sabunçu-Ramana və X13 Bölgüsü Sazişi (PSA) üzrə operator kimi fəaliyyət göstərən “Azərbaycan Respublikasında Filial Rəhbəri” vəzifəsində işəgötürən tərəfindən işə qəbul edilmiş, Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq işçi və işəgötürən arasında müvafiq əmək müqaviləsi imzalanacaqdır, əmək müqaviləsi Azərbaycanda işə başlama tarixi etibarı ilə qüvvəyə minəcəkdir və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada ləğv edilmədiyi təqdirdə müddətsiz davam edəcəkdir. Qanunvericiliyin tələbinə görə xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsi şamil edilmir. Daha sonra xx.xx.2023-cü il tarixdə işçi İddiaçı ilə işəgötürən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən işçi əsas iş yeri Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialı olmaqla Prezident vəzifəsinə qəbul edilmiş və müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur və Kanada vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı əsas iş yeri olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi ilə Cavabdeh Azərbaycan Respublikasındakı filialının rəhbəri-Prezidenti vəsifəsində və əlavə iş yeri olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qanuni təmsilçi olaraq fəaliyyət göstərmişdir. Hər iki müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Xitam bildirişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İddiaçı bank hesabına 2023-cü ilin dekabr ayının əmək haqqı və son-haqq hesab olaraq 9210.31 ABŞ dolları məbləğində pul köçürmüşdür. Hazırda İddiaçı əmək müqaviləsinə xitam verilməsi bildirişinin etibarsız hesab edilməsi, James Walkerin “X7 şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əvvəlki vəzifəsinə işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 dollardan nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən James Walker-a ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin cavabdeh tərəfindən James Walker-a ödənilməsi, 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqlarının bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği- 31119 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclər (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmaması, yalnız iddiaçının vəkilinin 15 iyul 2024-cü il tarixində Şirkətin Azərbaycandakı filialı ilə əlaqə saxlanarkən İddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi barədə məlumat əldə etməsinə münasibətdə qeyd edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialın rəhbəri, Prezidenti olduğundan Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyan şəxsin 2023-cü ilin dekabr ayından Filialın idarə edilməsində və iş prosesində iştirak etmədiyindən, həmçinin fevral ayından əmək haqqı almadığından işdən azad olunması barədə məlumatsız olması inandırıcı görünmür. Bundan başqa İddiaçı məhkəməyə göndərdiyi izahatında 2024-cü ilin yanvar ayında ona əmək haqqı ödənişi edildiyi, 2024-cü ilin fevral ayından əmək haqqı ödənişinin gecikirdirildiyini, mart ayının sonundan hüquqşünas axtarmağa başladığını qeyd etməsi, onun ən azı 2024-cü ilin mart ayından işdən azad olunmasından məlumatlı olduğunu göstərir. İddiaçı işdən azad edilməsi barədə məlumatlı olmasına baxmayaraq, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə ilkin təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsi barədə məlumatlı olmasına baxmayaraq, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas vermir. Məhkəmə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilimiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə xx.xx.2023-cü il tarixdə daxil edilməsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec daxil edilməsi qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığa dəlalət etmir. Qanunvericiliyin əmək müqaviləsi və əmək müqaviləsi bildirişinə verdiyi anlayışların məzmunu birgə təhlil olunduqda görünür ki, əmək müqaviləsi bildirişi,əmək müqaviləsində əksini tapmış məlumatların elektron informasiya sisteminə inteqrasiya etmək məqsədi daşıyır. Bildiriş əmək müqaviləsindəki məlumatların daşıyıcısıdır, elektron informasiya sistemində qeydə alınan məlumatların mənbəyi əmək müqaviləsidir və sistemdə əksini tapmış məlumatlar əmək müqaviləsinin şərtlərinə tam uyğun olmalıdır. Məhkəmə 2023-cü ilin aprel ayından İddiaçı Dubaya ezam olunması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının Dubayda ezamiyyətdə olması faktini təsdiq edən ezamiyyət vəsiqəsi və müvafiq əmri, qanunvericiliyin tələbinə əsasən ezamiyyət müddətinin 40 gündən çox olmamasına baxmayaraq, 40 gündən artıq müddətdə ezamiyyətdə olmasına əsas olmuş sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu hissədə sübutetmə yükü iddiaçının üzərində olmuşdur. Məhkəmə müddətli əmək müqaviləsinə xitam verilərkən iddiaçının xəbərdarlıq edilməməsi barədə qeyd olunanlara münasibətdə bildirir ki, Əmək Məcəlləsinin müqavilə bağlanan zaman qüvvədə olan əvvəlki redaksiyasında 73-cü maddəsinə və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən işçinin əvvəlcədən məlumatlandırılması nəzərdə tutulmamışdır. Təqdim edilmiş müddətli əmək müqaviləsindən görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə (azərbaycan və ingilis dilində) tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı 18 yaşına çatmamış əlilliyi olan övladının olması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi barədə müddəa müddətli əmək müqaviləsi ilə rəsmiləşdirilən əmək münasibətlərinə şamil edilmir. İş materillarına əsasən müəyyən olunur ki, işçinin könüllü tibbi sığorta ilə bağlı münasibətləri Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Sığortaçı "xxxx" ASC arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqaviləsi ilə tənzimlənir. Müqavilə şərtlərinə əsasən Cavabdeh Şirkəti tərəfindən müvafiq sığorta haqları ödənilmiş, İddiaçı Könüllü tibbi sığorta şəhadətnaməsi təqdim edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, işə bərpa, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələblərinin rədd edilməsi digər törəmə tələblərin də rədd edilməsinə səbəb olur. Çünki, törəmə tələblər əsas tələbin təmin edilməsinə bağlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiyanın ödənilməsi, neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin ödənilməsi, 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqları bir günlük 280 dollardan hesablanmaqla iddiaçıya ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclərin iddiaçıya ödənilməsi, əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərclərinin iddiaçıya ödənilməsi, əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği - 31119 ABŞ dollarının iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclərin (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi törəmə tələblər olduğundan iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutub, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı müddəti ötürüldüyündən İddiaçı Cavabdeh Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi bildirişinin etibarsız hesab edilməsi, James Walkerin “X7 şirkətinin Azərbaycan Respublikasındakı Filialındakı əvvəlki vəzifəsinə işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək aylıq 15 000 dollardan nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq cavabdeh tərəfindən James Walker-a ödənilməsi, ödənilməyən əmək haqlarının hər gecikdirilən günü üçün 1 faiz məbləğində kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, neft hasilatının artımı ilə əlaqədar əmək haqqına edilməli olan 28000 ABŞ dollar məbləğində əlavələrin cavabdeh tərəfindən James Walker-a ödənilməsi, 2023-cü ilin aprel ayından etibarən James Walkera ödənilməyən ezamiyyə haqlarının bir günlük 280 dollardan hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə görə 45000 ABŞ dolları məbləğində cərimənin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən Dubayda çəkilmiş 22039 ABŞ dollar məbləğində tibbi xərclərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsinin xitamına görə 22337 ABŞ dolları məbləğində təktərəfli bilet xərcləri və 8500 ABŞ dolları məbləğində əşyaların daşınması xərclərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, əmək müqaviləsi ilə müəyyən edilən illik 3 ədəd biznes bileti məbləği- 31119 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən bizneslə əlaqədar çəkilən digər xərclərin (3920 ABŞ dolları məbləğində) cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar