Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-216/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürmə və mənzilə yaşayış və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzilin təhvil-verilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürmə və mənzilə yaşayış və istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürmə və mənzilə yaşayış və istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 övladı 12 avqust 2011-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və iddiaçıların mənzilə yaşayış və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh birgə nikaha daxil olub. Birgə nikahdan 26 oktyabr 2003-cü il təvəllüdlü X3, 07 iyun 2006-cı il təvəllüdlü X4 və 12 avqust 2011-ci il təvəllüdlü X7 anadan olub. İddiaçı1 və İddiaçı2 övladları ilə illərdir ki, Bakışəhəri, Yasamal rayonu, D.Bünyatzadə ev 187D ünvanında yaşayır. İddiaçı1 ünvan 2 ünvanda olan bütün kommunal xidmətlər İddiaçı1 adınadır, ödənişləri o ödəyir. Lakin hazırda Cavabdeh iddiaçıların yaşadığı və qeydiyyatda olduğu Bakışəhəri, Yasamal rayonu, D.Bünyatzadə ev 187D mənzili ələ keçirib, İddiaçı1 və İddiaçı2 mənzilə daxil olmasına icazə vermir, iddiaçılar evlərindən məhrum olublar. İddiaçıların bütün əşyaları, şəxsi əşyaları qeyd olunan mənzildədir,cavabdehin mənzili ələ keçirməsi nəticəsində hazırda mənzilə daxil ola bilmirlər.
3. Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Yasamal Rayon Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə mübahisəli mənzildə yaşamışlar, bütün şəxsi əşyaları həmin mənzildədir, lakin X2 hazırda mənzili ələ keçirib. İddiaçılar mənzildən istifadə edə bilmirlər. Qeyd edilən mənzil cavabdehin ailə üzvlərinə məxsus olmuş, hələ 1992-ci ildən X5 və Cavabdeh qeyd edilən mənzildə yaşamışdır. Bu onu göstərir ki, hər iki iddiaçı sonradan, cavabdehin razılığı ilə mənzilə qeydiyyata düşmüşdür. Əlavə edilmiş nikah haqqında şəhadətnamədən də görüldüyü kimi, iddiaçı və cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu o deməkdir ki, iddiaçıların mənzildə qeydiyyatının olması onların həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Tərəflərindən təqdim edilən arayışdan da görünür ki, cavabdeh və onun qardaşı 1992-ci ildən həmin ünvanda yaşamışlar. İddiaçı2 ilə cavabdeh 2017-ci ildə nikaha daxil olublar. Tərəflərin nikahları pozulduqdan sonra düşünürlər ki, iddiaçının həmin mənzildə olan istifadə hüququna da xitam verilməlidir. Cavabdeh məcburi köçkün olduğuna görə həmin evə qeydiyyata düşməmişdir. Lakin təqdim etdiyi sənədlər də təsdiq edir ki, cavabdeh iddiaçıları tanımamışdan əvvəl həmin evdə yaşamış və ondan istifafə etmişdir. Cavabdeh hal-hazırda həmin ünvanda yaşamaqda davam edir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı2 arasında 19 may 2017-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1480 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.
9. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 245 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı2 11-ci Xrebovıy küçəsi 187D saylı evdə qeydiyyatdadır. Yoldaşı Cavabdeh məcburi köçkün kimi məskunlaşmışdır.
10. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı2dır.
11. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən 24 avqust 2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı2dır.
12. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı2dır.
13. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 245 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı1 11-ci Xrebovıy küçəsi 187 saylı evdə daimi qeydiyyatdadır. Cavabdeh, X4, X6, X3, İddiaçı2 Qubadlı rayonundan məcburi köçkün kimi 56 MKİS-də qeydiyyatdadırlar.
14. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 364 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı1 11-ci Xrebovıy küçəsi 187D saylı evdə qeydiyyatdadır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-50303/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
16. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 05 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, X5 və Cavabdeh qonşuların aktına əsasən 1992-ci ildən ünvan 5 ünvanda yaşayırlar.
17. Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 16 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh qonşuların aktına əsasən 1992-ci ildən bu günə qədər ünvan 7 ünvanda yaşayır. İddiaçı2 2023-cü ilə qədər həmin ünvanda yaşayıb. İddiaçı1 isə bu ünvanda heç vaxt yaşamayıb.
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə,oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanununanalogiyası);
22. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
23. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
24. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
25. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılardan İddiaçı2 ilə Cavabdeh 19 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmasına baxmayaraq daha əvvəldən faktiki nikah münasibətlərində olmuşlar. Qeyd olunan hal tərəflərin övladlarının xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü olması ilə də öz təsdiqini tapır. Daha sonra tərəflərin münasibətləri korlanmış və onların nikahı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçılar həmin evin onların daimi yaşayış yeri olduğunu bildirirərək mübahisəli mənzilə köçürülməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaya etiraz edir. İddiaçılardan İddiaçı1 ünvan 8 ünvanında qeydiyyatda olmaqla, həmin evlə bağlı kommunal xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilələr də İddiaçı1 adına bağlanmışdır. ünvan 8 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili hesab olunur. Cavabdehin həmin evdə qeydiyyatı yoxdur.
28. Məhkəmə qeyd edir ki, mübahisəli tikili İddiaçı1 və İddiaçı2 yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
29. Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzil özbaşına tikili olsa da, İddiaçı2 və İddiaçı1 həmin evdə yaşaması iş materialları ilə təsdiq olunduğundan Cavabdeh Xıdır oğlunun iddiaçılara qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 övladı 12 avqust 2011-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün və iddiaçıların mənzilə yaşayış və istifadə hüququ tanınmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olmadığından iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı2 övladı 12 avqust 2011-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün və iddiaçıların mənzilə yaşayış və istifadə hüququ tanınsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil