Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2204/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzil iddiaçının xüsusi mülkiyyətin dədir. Həmin mənzil İddiaçının mülkiyyətində olsa da, faktiki olaraq iddiaçının valideynlərinə məxsus olmuşdur. Belə ki, həmin mənzil iddiaçının valideynləri tərəfindən 09 iyun 2003-cü ildə "xxxx" MTK-dan alınmışdır. İddiaçı və cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı və xx.xx.2017-ci il təvəllüdlü Altay adlı iki uşağı da var. Ailə qurduqları vaxtdan münasibətlər pozulduğu vaxtadək cavabdeh mübahisəli mənzildə iddiaçı və onun valideynləri ilə birlikdə yaşamışdır.Tərəflər arasında münasibətlər pozulduğu vaxtdan cavabdeh öz istəyi ilə mənzildən çıxmış və mənzildə yaşamaqdan imtina etmişdir. 2022-ci in sonunda cavabdeh iddiaçıya qarşı mənzilə köçürmə və ona maxsus mübahisəli mənzildə olan əşyalarının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Mahkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-2392023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi temin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dayişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-133/2023 saylı xx.xx.2023-cü il tanki qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-133/2023 saylı xx.xx.2023-cü taridi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-765/2024 saylı xx.xx.2024-cü il tardi qərarı ilə Bakı Apellyasiya 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi və istifadəsində olan əşyalaın ona qaytarılması qət edilmişdir. Həmin icra sənədi hazırda icra mərhələsindədir və onun icrası ilə Yasamal Rayon İcra və Probasiya Şöbəsi məşğul olur. Qeyd olunmalıdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə tələbinə hüquqi qiymət verilərkən məhkəmə tərəflərin nikah münasibətlərində olmasını əsas tutmuş və mübahisəyə Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini tətbiq edərək iddianı təmin etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş şikayətlər apellyasiya və kassasiya icraatlarında baxılarkən iddiaçı tərəfindən artıq nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Lakin işə baxan məhkəmələr nikahın pozulması barədə işə baxılıb yekun qərar qəbul edilməsini gözləməmişlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-765/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı ilə cavabdeh arasında nikahın pozulması barədə qətnamə qanuni qüvvəyə minmiş, tərəflər arasında nikah münasibətlərinə xitam verilmiş və həmin andan cavabdeh iddiaçının ailə üzvü sırasından çıxmışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən cavabdehlə iddiaçı aranda nikah münasibətlərinə xitam verildiyi və cavabdeh artıq iddiaçının ailə üzvü hesab olunmadığı üçün, onun həmin mənzilə olan istifadə hüquqlarına xitam verilmişdir. Qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin həmin qətnamə qəbul edilərkən cavabdeh hələ iddiaçının ailə üzvü olmuşdur. Hazırda isə cavabdeh artıq iddiaçının ailə üzvü deyil və bu səbəbdən Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi hazırki iddianın rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz. Hazırda cavabdeh mübahisəli mənzildə yaşamır və mənzillə hər hansı əlaqəsi yoxdur. Digər tərəfdən cavabdeh hazırda nikahdan əvvəl yaşadığı evdə anası ilə birlikdə yaşayır və onun mübahisəli mənzilə ehtiyacı yoxdur. Beləliklə, cavabdehin mübahisəli mənzilə köçürülməsinə əsas olmuş halların aradan qalxması, onun həmin mənzilə olan istifadə hüquqlarına Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən xitam verilməsi üçün əsasdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadında (20-ci bənd) olan hüquqi mövqeyi nəzərə alaraq qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzilə müəyyən müddətə istifadə hüquqlarının saxlanılmasına da hər hansı əsas yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə əsasən məhkəmələr həmin qəbildən işlərə baxarkən hüquqlarına xitam verilmiş şəxsin mənzildən istifadə hüququnun mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilməsi səbəbindən saxlanılmaması barədə qənaətə gələrkən, onun maddi vəziyyətini və diqqətəlayiq digər halları, şəxsin özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsini ayrıca müzakirə etməlidir. Plenumun qeyd olunan qərarını nəzərə alaraq qeyd etmək lazımdır ki, mübahisəli mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, faktiki olaraq iddiaçının valideynlərinə məxsusdur və həmin mənzildə hazırda onlar yaşayırlar. Mənzil onlar tərəfindən və onların vəsaiti hesabına alınsa da, sonradan iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdehlə həm iddiaçı, həm onun valideynləri arasında hazırda çox gərgin münasibətlər mövcuddur və onların bir evdə yaşaması qeyri-mümkündür. Cavabdeh iddiaçıya qarşı mənzilə köçürülmə tələbinə dair qaldırdığı iddiasında qeyd etmişdir ki, mübahisəli mənzildən məcburi çıxarılmış, mənzilin açarlarını dəyişdirmiş və o, mənzilə buraxılmamışdır. Cavabdehin qeyd etdiyi hallar hər hansı sübutla təsdiq olunmur və heç bir əsası yoxdur. Belə ki, cavabdeh iddiaçı ilə ailə münasibətlərinin gərginləşməsi zəminində könüllü olaraq evi tərk etmişdir. Cavabdeh evi tərk etdikdən sonra iddiaçının valideynləri mübahisəli mənzilə köçmüş və hazırki vaxtadək orada yaşayırlar. Mübahisəli mənzildə yalnız iddiaçı yaşamış olsa idi, bu halda cavabdehin mənzildə yaşamasına şərait yaratmaq mümkün olardı. Mübahisəli mənzildə iddiaçının valideynlərinin yaşamasını, cavabdehin mübahisəli mənzildə yaşayarkən iddiaçı ilə birlikdə yalnız bir otaqdan istifadə etməsini və hazırda cavabdehin mübahisəli mənzildə iddiaçı ilə nikah pozulduqda bir evdə yaşamasının qeyri-mümkünlüyü nəzərə alaraq, cavabdehin mübahisəli mənzildə müəyyən müddət ərzində istifadə hüququnun saxlanılması mümkünsüzdür. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli mənzil 3 otaqdan ibarətdir. Otaqlardan zal kimi istifadə olunur, digər iki otaq isə iddiaçı və onun valideynlərinin yataq otağıdır. Göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququnun müəyyən müddətə saxlanılması halında belə ona ayrıca otağın ayrılması qeyri-mümkündür. Digər tərəfdən cavabdeh artıq bir ildən çoxdur ki, valideynləri ilə birlikdə yaşayır. Bu onu göstərir ki, onun başqa yaşayış yeri var və mübahisəli mənzilə hər hansı ehtiyacı yoxdur. Bundan başqa cavabdehin hazırda yaşadığı və valideynlərinə məxsus mənzil mübahisəli mənzillə bir ərazidə yerləşir. Həmin mənzildə onun şəraiti mübahisəli mənzillə müqayisədə daha əlverişlidir və daha yaxşıdır. Cavabdehin eyni zamanda maddi təminatı da kifayət qədər yüksəkdir. Belə ki, cavabdeh Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi işləyir və 3000 manata yaxın əmək haqqı alır. Görünən odur ki, cavabdehin həm maddi vəziyyəti, həm mübahisəli mənzillə müqayisədə daha şəraitli mənzildə valideynləri ilə birlikdə yaşaması, onun mübahisəli mənzilə hər hansı ehtiyacının olmamasını bir daha təsdiq edir. Digər tərəfdən cavabdehin mübahisəli mənzildə iddiaçı və onun valideynləri ilə birlikdə yaşamasının qeyri-mümkünlüyü hazırki işdə diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Cavabdehin mübahisəli mənzilə köçüb yaşaması tərəflər arasında münasibətlərin daha gərginləşməsinə və məişət münaqişələrinə səbəb olacağına ehtimalların kifayət qədər yüksək olmasını nəzərə alaraq irəli sürülmüş tələb əsaslı hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında olan nikah münasibətlərinə xitam verildiyi üçün, həmin mənzildən olan və cavabdehə məxsus əşyalar da məcburi şəkildə mənzildən çıxarılmalıdır. Cavabdeh mənzilə köçürülməsi barədə iddiasında eyni zamanda ona məxsus əşyaların qaytarılması barədə tələb irəli sürmüşdür. Qanuni qüvvəyə minmiş və yuxarıda qeyd olunmuş məhkəmə qətnaməsi ilə əmlakların ona qaytarılması qət edilmişdir. Cavabdeh bu gün də gəlib özünə məxsus əşyaları həmin mənzildən apara bilər. Lakin bunu ona görə etmir ki, iddiaçıya əziyyət və narahatçılıq yaratsın. Beləliklə mübahisəli mənzildə iddiaçının valideynlərinin yaşamasını, həmçinin cavabdehin hazırda yaşamaq üçün başqa yaşayış sahəsi olmasını və maddi vəziyyətinin kifayət qədər yüksək olmasını və göstərilən diqqətəlayiq halları nəzərə alaraq onun mübahisəli mənzildə istifadə hüququnun müəyyən müddət ərzində saxlanılması üçün heç bir hüquqi əsas yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb təmin edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, həyat yoldaşı İddiaçı tərəfindən uşaqlarının gözü qarşısında 15 may 2022-ci il tarixində zorakılığa məruz qalaraq yaşadığı mənzildən döyülüb çıxarıldığına görə (hətta 4 ay məsələnin sivil qaydada razılaşma yolu ilə həll olunacağına ümid bəslədikdən sonra) xx.xx.2022-ci il tarixindən cavabdeh İddiaçı qarşı "azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmə və əşyaların mənzildə özünə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi işə baxaraq iddianın tam təmin olunması ilə bağlı qətnamə çıxarmışdır. Cavabdeh tərəfin növbəti hər iki instansiyada şikayətlərinə baxılmış, həm Bakı Appelyasiya Məhkəməsinin 2(103)- 3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi, həm də Ali Məhkəmənin 2(102)- 3739/2023 saylı xx.xx.2023 tarixli qərarı ilə (Ali Məhkəmədə artıq bir dəfə işə baxılmışdır) Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddia tam təmin olunmuşdur. Yasamal Rayon Məhkəməsinə icra üçün geri qayıtmış iş artıq qüvvəyə minmiş, Yasamal Rayon İcra şöbəsinə yönləndirilmiş, icraçı təyin olunmuş, hətta icraçı Bəhruz Bayramov tərəfindən icraata başlamaq haqqında qərar verilmiş və icra günü də təyin olunmuşdur. Lakin işin icraatı qəsdən yubadılmış və həmin müddət ərzində 12 yanvar 2024-cü il tarixindən etibarən qaynatası X4 və qaynanası X7 AR. MPM-nin 403.2-ci maddəsinə əsasən maraqlarına toxunan şəxslər kimi ərizə ilə müraciət edərək, guya keçən bu 2 il ərzində məsələdən xəbərdar olmadıqlarını bildirmiş, guya öz doğma nəvələrinin və onun həyat yoldaşının adına qeydiyyata alınmış mənzilə köçürüləcəyi təqdirdə guya onların hansısa maraqlarına toxunacağını bildirmiş, əsası olmayan sənədlər təqdim etməklə prosesi yayındırmağa çalışmış, ərizəyə kassasiya şikayəti də əlavə etmişlər. Heç bir əsası olmayan, sadəcə evə köçürülmə işini suni şəkildə növbəti dəfə yubatmağa xidmət edən ərizə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il Qərardadı ilə rədd edilmişdir. Xüsusi olaraq, qeyd etmək istəyir ki, Cavabdeh əri İddiaçı rəsmi və qanuni həyat yoldaşıdır. Belə ki, cavabdeh boşanma iddiası ilə məhkəməyə müraciət etsə də, rəsmi olaraq nikahdadır, faktiki olaraq nikahın pozulması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə yoxdur və nikah şəhadətnaməsi qüvvədə olan sənəddir. Nikahın pozulması ilə bağlı birinci instansiya məhkəməsi olan Yasamal Rayon Məhkəməsinin e- 2(004)-133/2023 saylı qətnaməsi qüvvəyə minməmiş və icraaya yönləndirilməmişdir. Belə ki, nikah şəhadətnaməsi hələ də rəsmi qüvvədə olduğundan, etibarsız hesab edilmədiyindən o hələ də bu işdə İddiaçı ailə üzvü sayılır. Əsaslı ve qanuni olaraq irəli sürülən iddia üzrə onun azyaşlı uşaqları ile birlikdə köçürülmək istədiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki, 586-cı məhəllədə, 68 saylı evin 28 saylı mənzil (Yeni ünvanı Z.Xəlilov küçəsi, 208, M4,m2) nikah dövründə yəni 2016-cı ildə əri cavabdeh İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır. O və cavabdeh ilə birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış iki övladları - xx.xx.2013-cü il təvəllüdlü qızı Mədinə İddiaçı qızı və xx.xx.2017-ci il təvəllüdlü oğlu Altay İddiaçı oğlu qeyd olunan həmin mənzildə qeydiyyatdadır. Ərizəyə əlavə etdiyi rəsmi dövlət qurumları tərəfindən birbaşa məhkəməyə təqdim olunmuş çoxsaylı əsaslı təsdiq olunmuş sənədlərdən də göründüyü kimi köçürələcəyi ünvanda yerləşən mənzil həyat yoldaşı İddiaçı adına qeydiyyata alınmışdır, həm də nikah dövründə qeydiyyata alınmışdır. Hal-hazırda birgə nikah dövründə əldə edilmiş mənzil ilə bağlı ayrıca məhkəmə prosesi gedir və digər məhkəmə prosesinin nəticəsindən asılı olmayaraq, hal-hazırda onun və övladlarının köçəcəyi mənzilin onun həyat yoldaşı İddiaçı adına qeydiyyata alınmış olması və hal-hazırda da sənədin dəyişməz olaraq qalması rəsmi dövlət qurumu tərəfindən verilmiş sənədlərlə sübut olunmuş bir faktdır. Qeyd etmək istəyir ki, o və iki övladı həmin mənzildə qeydiyyatdadır və 2022-ci il 15 may tarixinə qədər həmin mənzildə müstəqil bir ailə olaraq yaşamışdır. Qaynana və qaynata isə özlərinin ayrıca evində (Renessans Palace) yaşayırdılar. O evdən qovulduqdan sonra 10 gün ərzində cavabdeh özbaşına olaraq, onun və uşaqların əşyalarını mənzildən çıxarıb kimə məxsus olduğu onlara məlum olmayan hansısa avtomobil qarajına təsərrüfatsızca yığmışdır. Bir neçə aydan sonra isə özü atasıgilin Renessans Palace-dakı evlərinə köçmüş, onların boş qalan evini isə kirayəyə vermişdir. Məhz cavabdehin bu qanunsuz hərərkətləri səbəbindən iki azyaşlı övladıyla birlikdə evə mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən çıxarılmış əşyaların köçürüləcəyi mənzildə ona təhvil verilməsinə dair ərizə vermişdir. Hesab edir ki, ailə üzvü kimi yaşadığı, qeydiyyatda olduğu mənzilə azyaşlı uşaqları ile birlikdə köçürülməlidir, öz atalarının evində yaşamaq uşaqların da haqqıdır. O iddia ərizəsi ilə müraciət etdikdən bir müddət sonra, evin kirayə verilməsi faktı ilə bağlı videolar tərəfindən məhkəməyə təqdim edildikden sonra hətta ev bir neçə ay boş qalmış, sonradan proses getdiyi müddətdə boş evi doldurmaq üçün cavabdeh İddiaçı anası və atası ilə birlikdə Renessans Palacedan çıxaraq onların evində yaşamağa başlamışlar. Evin bir neçə ay boş olması ilə də bağlı da faktlar əvvəlki məhkəmə proseslərində təqdim olunmuşdur. Bildirmək istəyir ki, Yasamal rayon məhkəməsinin e-2(004)-133/2023 nömrəli, xx.xx.2023 tarixli qətnaməsi ilə uşaqlar onunananın himayəsinə verilmişdir. Nəzərə alınsa ki, ananın himayəsində iki yetkinlik yaşına çatmamış uşaq var, maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir, adına qeydiyyata alınmış hər hansı ev, mənzil, yaşayış sahəsi olmadığı üçün gələcəkdə keçmiş ailə üzvü kimi Məhkəmədən göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ iddia etmək hüququ yaranır. Məsələnin digər tərəfi də odur ki, cavabdehlə 2012-ci il tarixindən etibarən nikaha girdiklərini nəzərə alaraq, sözügedən mənzil evlilik müddətində, birgə nikah dövründə, yəni 2016-ci ildə həyat yoldaşının adına dövlət reyestrində rəsmi qeydiyyata alınmış olduğundan hal-hazırda birgə nikah dövründə əldə olunmuş birgə əmlak kimi həmin mənzilə münasibətdə onun və uşaqların hüququ nəzərə alınmaqla müəyyən hissədə payın müəyyənləşdirilməsi ilə bağlı iddia üzrə ayrıca məhkəmə prosesi getdiyi bir halda onun həmin mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmaq absurddur, qəbulolunmazdır. Cavabdeh icraata maneə törətdiyi üçün icraçı tərəfindən məhkəməyə "məcburi gətirilmə" İlə bağlı təqdimat təqdim olunmuş və təqdimata əsasən hal-hazırda Yasamal Rayon Məhkəməsində 8(004)-170/2024 saylı işə baxılmaqdadır. Yuxarıda qeyd olunan faktları diqqətə çatdıraraq, iki ildən çoxdur o və iki uşağı qeydiyyatda olduğu, 10 ildən çoxdur yaşadığı, onun həyat yoldaşının, onların isə doğma atalarının adına qeydiyyatda olan evdən didərgin qaldığını, iddiası əsasında onun və iki azyaşlı övladlarının qeydiyyatda olduğu, həyat yoldaşının adına dövlət qeydiyyatında olan mənzilə köçürülməyi və yaşayış üçün ehtiyacı olan siyahı üzrə şəxsi əşyaların ona həmin mənzildə təqdim olunması ilə bağlı hüququn Ali Məhkəmənin 2(102)-3739/2023 saylı xx.xx.2023 saylı qərarı ilə təmin olunduğunu, qüvvəyə minmiş qətnamənin icrası üçün 2023-cü ilin noyabr ayından etibarən Yasamal Rayon icra şöbəsinə yönləndirildiyini, cavabdeh tərəfindən 6 aydan çoxdur ki icraat prosesinin qəsdən süni maneələrlə icra olunmadığını və hələ də cavabdehin ailə üzvü olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, ”Maliyyəçi” MMC-nin sədri X5 ilə X4 arasında bağlanmı xx.xx.2003-cü il tarixli alı-satqı müqaviləsindən müəyyən edilir ki, ”Maliyyəçi” MMC Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzili X3 satmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli 11 nömrəli kassa məxaric orderindən müəyyən edilir ki, X4 Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzil üçün 22000 ABŞ dolları "xxxx" Mənzil-Tikinti Kooperativə ödəniş etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli 14 nömrəli kassa məxaric orderindən müəyyən edilir ki, X4 Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586cı məhəllə məhəllədə yerləşən 4 bloklu 12 mərtəbəli 99 mənzili yaşayış evinin İİ blok 4-cü mərtəbə ümumi sahəsi 96 kv.m olan izolə olunmuş 2 otaqlı mənzil üçün ABŞ dolları "xxxx" Mənzil-Tikinti Kooperativə ödəniş etmişdir. AZ-İ 766265 nömrəli xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı ilə X2 arasında Yasamal Rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə nika bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Tağızadə soyadı verilmişdir. X1 ”Maliyyəçi” MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədən müəyyən edilir ki, X4 Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzili oğlu İddiaçı bağışladığını bildirmiş və onun adına keçirilməsini xahiş etmişdir. ”Maliyyəçi” MTK-nin xx.xx.2016-cı il tarixli 16 nömrəli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın İİ giriş İV mərtəbəsində ümumi sahəsi 96 kv.m olan 28 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 28 aprel 2016-cı il tarixli 74 nömrəli protokolundan çıxarışdan müəyyən edilir ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı binanın İİ giriş İV mərtəbəsində ümumi sahəsi 96 kv.m olan 28 nömrəli mənzilin İddiaçı verilməsi və sənədə bir nəfər ailə üzvünün (İddiaçı) daxil edilməsi, sənədlər payçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ƏƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqı şəxs tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********09-05301-093067 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. ”Maliyyəçi” MMC-nin 07.2023-cü il tarixli 25 nömrəli məktubundan müəyyən edilir ki, Maliyyəçi" MMC-nin əvvəlki adı "xxxx" Mənzil-Tikinti Kooperativi olub. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilmiş N 01/Ç-1164 nömrəli sənədlə "xxxx" MTK "xxxx" MMC adı ilə qeydiyyata alınmışdır. Bildirilir ki, "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 68 saylı yaşayış binasının 28 nömrəli mənzli İddiaçı məxsusdur. Belə ki, bu mənzil ilkin olaraq, 09 iyun 2003-cü il tarixdə X4 (İddiaçı atası) tərəfindən alınmışdır. Tağızadə C.Ə. tərəfindən əmlakın dəyərindən xx.xx.2003-cü il tarixdə 22000 ABŞ dolları, sonradan xx.xx.2003-cü il tarixdə isə 1000 ABŞ dollari, cəmi 23000 ABŞ dolları tam odənilmiş və MTK-ya borcu qalmamışdır. 28 aprel 2016-cı il tarixdə C.Ə.Tağızadə "xxxx" MMC-yə Ərizə ilə müraciət edərək, mənzili oğluna bağışladığını və əmlakın onun adına sənədləşdirilməsini xahiş etmişdir. Tərəfimizdən İddiaçı Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində mənzilə Çıxarış alması üçün sənədlər (protokol, maliyyə arayışı, Forma N 2, binanın təhvil aktı) təqdim edilmişdir. Hal-hazırda bu mənzildə İddiaçı atası və anası ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilərək iki azyaşlı uşaqlarıxx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzilə köçürülməsi və qətnamədə sadalanan əşyaların köçəcəyi mənzildə ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-199/2024 saylı qətnaməsindən müəyyən edilir ki, iddia qismən təmin edilərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri İddiaçı adına qeydiyyata alınmış **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı, BAN nömrəsi 1G1ZE5ST3GF290120 olan, tünd boz metallik rəngli, buraxılış ili 2016-cı il olan “Chevrolet Malibu” minik markalı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satışından əldə edilmiş 20.000 manat vəsait Cavabdeh və İddiaçı arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh İddiaçı 10.000 manat vəsait alınaraq İddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddia tələbi - Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 586-cı məhəllə ev 68 mənzil 28 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 208, M4, m2) iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan eyni zamanda görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-133/2023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. AZ-İ 489324 nömrəli xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə nikah pozulmuşdur, nikahın pozulması haqqında akt qeydləri kitabında 249 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyyən edilir ki, Cavabdeh adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5301/2022-026 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra etməyi barədə məlumat göndərilmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan borclu İddiaçı Yasamal rayon icra Şöbəsinə gəlmədiyi halda məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-170/2024 saylı qərardadından müəyyən edilir ki, təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan - İddiaçı Yasamal rayon icra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-170/2024 saylı qərardadından müəyyən edilir ki, təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan - İddiaçı Yasamal rayon icra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 2003-cü ildə iddiaçının atası tərəfindən alınmışdır. Sonradan 2016-cı ildə iddiaçıya bağışlanmışdır. İddiaçı və cavabdeh isə 2012-ci ildə nikaha daxil olmuş və aralarında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilərək iki azyaşlı uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzilə köçürülməsi və qətnamədə sadalanan əşyaların köçəcəyi mənzildə ona təhvil verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-239/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3299/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, tərəflər arasında paralel olaraq nikahın pozulması ilə bağlı iddia tələbləri üzrə məhkəmə çəkişmələri getmiş və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tərəflər arasında olan nikah pozulmuş və hal-hazırda cavabdeh iddiaçının ailə üzvü olması statusundan çıxmışdır. Bu səbəbdən iddiaçı cavabdehin Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsini xahiş edir. İş materialları ilə də müəyyən olunur ki, tərəflər arasında hüquq münasibətlərinin şəraiti dəyişmişdir. Belə ki, cavabdehin mənzilə köçürülməsi ilə bağlı iddia tələblərinə baxılarkən tərəflər nikahda idilər və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri əsas tutularaq cavabdehin sözügedən mənzilə köçürülməsi qərara alınmışdır. Lakin qətnamə icraya yönəldilsə də, icra sənədi bügünədək icra edilməmişdir. Belə ki, hal-hazırda da cavabdehin verdiyi izahatından da görünür ki, o, 2022-ci ilin ortalarından uşaqları ilə birlikdə atası evində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan münasibətlər üzrə şərait dəyişdiyindən, cavabdehin sözügedən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, nikah münasibətlərinə xitam verildiyi andan cavabdehin yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Belə olan halda hal-hazırda mövcud olmayan istifadə hüququna məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia ərizəsi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hal-hazırda sözügedən mənzilə istifadə hüququ saxlanılmadığından, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadə hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindədki 586-cı məhəllə 68 saylı evin 28 saylı mənzil üzrə istifadı hüquqlarına müəyyən müddətə saxlanılmamaq şərti ilə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2204/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2204/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver