Məhkəmə qərarları › İş №e-2(004)-2218/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2218/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2218/2023 22.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətamə çıxarılmasını, qəbul ediləcək qətnamənin Cavabdeh Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İddiaçı qardaşıdır. Onlar ataları X8 məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində qeydiyyatda olmaqla birlikdə yaşamışlar. Cavabdeh xx.xx.1992-ci il tarixdə X4 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Cavabdeh ailə qurduqdan sonra Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilindən köçərək qaynatası İldırım Baqirova məxsus olan evdə arvadı X5 ilə birlikdə yaşamışdır. xx.xx.1993-cü ildə Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzili X3 adına özəlləşdirilmiş və Bakı şəhəri Tİ və MHQİ tərəfindən onun adına xx.xx.1993-cü il tarixdə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh 2001-ci ildə ailəsi ilə birlikdə köçərək daimi yaşamaq üçün Ukrayna Respublikasına getmişdir. Tərəflərin atası sağlığında əmlakını övladları arasında bölmüşdür. X11 özünə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evini Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4Ə/1-16 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır və xx.xx.2022-ci il tarixdə bağ evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhərinə gəlmiş, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satmışdır. Bundan sonra xx.xx.2018-ci il tarixdə yenidən Ukraynaya qayıtmışdır. Daha sonra xx.xx.2018-ci ildə Bakı şəhərinə gəlmiş və xx.xx.2018-ci il tarixdə yenidən Ukraynaya qayıtmışdır. Bundan sonra Cavabdeh Azərbaycana qayıtmamışdır. İşin bu halı Cavabdeh sərhədkeçmə məlumatları ilə təsdiq edilir. Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilini 1992-ci ildən evləndiyi vaxtdan tərk etmiş və daimi olaraq başqa ünvana getmiş, ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh 1992-ci ildə daimi yaşamaq üçün başqa yerə getdiyi vaxtdan Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində İddiaçı valideynləri ilə birlikdə yaşamağa davam etmişdir. İddiaçı anası X6 xx.xx.2011-ci ildə vəfat etmişdir. Bundan sonra X11 sağlığında Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilini xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı İddiaçı bağışlamışdır. xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinin mülkiyyətçisi olduqdan sonrakı dövrdə də Cavabdeh İddiaçı ailə üzvü olmamış və onunla birlikdə həmin mənzildə yaşamamış və mənzildən istifadə hüququ əldə etməmişdir. Hazırda İddiaçı mülkiyyətindəki mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin Cavabdeh həmin ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə 60 saylı MKİS tərəfindən müvafiq qeydiyyat aparılmaqla məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatı, işdə olan rəsmi sənədlərlə işin mübahisəsiz halları kimi təsdiq edilir ki, Cavabdeh İddiaçı doğma qardaşıdır. Tərəflər ataları X8 məxsus olmuş Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində qeydiyyatda olmaqla birlikdə yaşamışlar. Cavabdeh xx.xx.1992-ci il tarixdə X4 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmişdir. Cavabdeh ailə qurduqdan sonra yaşadığı Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilindən köçərək daimi yaşamaq üçün başqa ünvana getmiş və arvadı X7 ilə birlikdə yaşamışdır. xx.xx.1993-cü ildə Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzili X3 adına özəlləşdirilmiş və Bakı şəhəri Tİ və MHQİ tərəfindən onun adına xx.xx.1993-cü il tarixdə 30/11683 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Tərəflərin atası X1 əmlakını övladları Cavabdeh və İddiaçı arasında bölmüşdür. X10 özünə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evini Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4Ə/1-16 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır və xx.xx.2022-ci il tarixdə bağ evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında Cavabdeh sərhədkeçmə məlumatları yoxlanılmışdır və “AZEMİS” sistemindən real vaxt rejimində xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə əldə edilmiş sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2013cü il tarixdə Bakı-Xarkov qatarı ilə Yalama dəmiryol DSBM-dən Azərbaycandan çıxmışdır. xx.xx.2016-cı ildə X9 Aeroportunda DSBM-dən ölkəyə girmişdir. xx.xx.2016-cı ildə X9 Aeroportunda DSBM-dən ölkədən çıxmış Kiyevə getmişdir. xx.xx.2018-ci ildə X9 Aeroportunda DSBM-dən ölkəyə girmişdir. xx.xx.2018-ci ildə X9 Aeroportunda DSBM-dən ölkədən çıxmış Kiyevə getmişdir. xx.xx.2018-ci ildə X9 Aeroportunda DSBM-dən ölkəyə girmişdir. Sonuncu dəfə xx.xx.2018-ci ildə X9 Aeroportunda DSBM-dən ölkədən çıxmış Kiyevə getmişdir. Bundan sonra Azərbaycan ərazisinə girməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhərinə gəldikdən sonra mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evini xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirmişdir. (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu) Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilini 1992-ci ildən (evləndiyi vaxtdan) tərk etmiş və daimi olaraq başqa ünvana getmiş, ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh 1992-ci ildə daimi yaşamaq üçün başqa yerə getdiyi vaxtdan xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinə olan istifadə hüququnu itirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırkı mənzil hüquq münasibətləri 1992-ci ildə və xx.xx.2011-ci ildə əmələ gəldiyindən hazırkı mübahisəli hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. X2 özünə məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evini xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır və xx.xx.2022-ci il tarixdə bağ evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni, Cavabdeh başqa ünvanda - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1443 nömrəli bağ evində yaşayış yeri olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyata alınmasına baxmayaraq, onun həmin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Cavabdeh evlənərək başqa ünvana köçdükdən sonra da İddiaçı Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində valideynləri ilə birlikdə yaşamağa davam etmişdir. İddiaçı anası X6 xx.xx.2011-ci ildə vəfat etmişdir. X11 sağlığında Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilini xx.xx.2011-ci il tarixli 4Ə/4-591 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən qızı İddiaçı bağışlamışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinin mülkiyyətçisi olduqdan sonrakı dövrdə də Cavabdeh İddiaçı ailə üzvü olmamış və onunla birlikdə həmin mənzildə yaşamamış və mənzildən istifadə hüququ əldə etməmişdir. Hazırda İddiaçı mülkiyyətindəki mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. 60 saylı MKİS xx.xx.2023-cü il tarixli 11 nömrəli məktubla vəkilin xx.xx.2023-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh xx.xx.2002-c il tarixdən İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində qeydiyyatdadır. MKİS-də olan məlumata əsasən Cavabdeh uzun illərdir Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilində yaşamır. xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzili tərəflərin atalarına məxsus olduğu dövrdə cavabdeh həmin mənzilə qeydiyyata alınsa da, 1992-ci ildən başqa ünvana getməklə oranı tərk etmiş və mənzilə olan istifadə hüququnu getdiyi vaxtdan itirsə də, formal olaraq qeydiyyatda qalmışdır. Mənzil xx.xx.2011-ci ildə iddiaçıya bağışlandığı və xx.xx.2011-ci ildən iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan sonra da cavabdeh iddiaçı ilə birlikdə həmin mənzildə yaşamamış, onun ailə üzvü olmamış və həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır, hazırda da cavabdeh iddiaçının ailə üzvü deyildir və orada yaşamır. xx.xx.2018-ci il tarixdən sonra isə Azərbaycana gəlməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi 137 nömrəli evin 17 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar