Məhkəmə qərarları › İş №e-2(004)-223/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-223/2025

14.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-223/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı və X8 Cavabdeh və X22 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: vərəsəlik şəhadətnaməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X17, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, İddiaçı və X8 cavabdehlər Cavabdeh və X22 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı və X18 Cavabdeh və X22 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına Şirvan şəhəri Notariat ofisi tərəfindən Şirvan rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh adına verilmiş mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, iddiaçının anası X2 miras əmlakı olaraq ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçı X12 pay hüququnun müəyyən edilməsi, dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək cavabdeh Şirvan şəhəri (Əli Bayramlı şəhəri) 1 saylı dövlət Notariat ofisi tərəfindən verilmiş 13 aprel 1996-cı il tarixli, 2B-20 saylı reyestrdə qeyd alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında AR NK-i yanında DƏDRX tərəfindən X13 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 iyun 2006-cı il qeydiyyat tarixi olan mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, Cavabdeh və cavabdeh X17 adına Şirvan şəhəri (Əli Bayramlı) şəhəri 1 saylı Dövlət Notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında AR NK-i yanında DƏDRX-ni tərəfindən Cavabdeh və cavabdeh X17 adlarına verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 avqust 2006- cı il qeydiyyat tarixi olan mülkiyyət haqqında çıxarış və qeydin ləğv edilməsi, iddiaçıların anası X3 miras əmlakı olaraq faktiki qəbul etdikləri Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə iddiaçı X12 və iddiaçı X8 paylar üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X27 xx.xx.1990-ci il tarixdə rəhmətə getmiş anası X1r. İddiaçının anası X7 rəhmətə gedən günündən etibarən, ona məxsus Əlibayramlı şəhəri, Nizami küçəsi 26-da, 600 kv.m sahəsi olan torpaq sahəsi və 1957-ci il tarixdə inşa edilmiş tikili qızı X12 faktiki istifadəsindədir. Ancaq, 2024-cü il may ayından etibarən, Cavabdeh qardaşı X17 vasitəsi ilə, bildirirlər ki həmin ev onların mülkiyyətində olduğundan iddiaçının oradan çıxmasını tələb ediblər. Lakin, iddiaçı cavab olaraq, bildirmişdir ki, həmin tikili onun anasında miras kimi qəbul edilmiş və o vaxtdan onun istifadəsindədir. 03 avust 2024-cü il tarixdə cavabdeh və üçüncü şəxslər mübahisə edilən sahəyə gələrək, orada olan tikilinin qıfılını sındıraraq, iddiaçının o sahədən, habelə tikilidə olan əşyalarından istifadə etməyinə maneələr yaradıblar. Hal-hazırda iddiaçı o evə keçə bilmir.

4. Həmçinin cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehdən başqa həmin mülkiyyətdə qardaşının da payı mövcuddur. Rəsmi çıxarışda bu hal aşkar olunmuşdur. Şirvan şəhərində yerləşən fərdi yaşayış evi cavabdehin atasından miras kimi qalmışdır. Cavabdeh və qardaşı vərəsə kimi tanınaraq həmin evə paylı mülkiyyət hüququ əldə etmişlər. Hazırkı iş üzrə iddiaçı cavabdehin bibisi hesab olunur. Belə ki, iddiaçı və cavabdehin atası anaları rəhmətə getdikdən sonra bir müddət orada yaşamışlar. Daha sonra iddiaçı ailə həyatı quraraq evdən çıxmış və həmin evə qarşı bu günə qədər heç bir tələbi olmamışdır. Cavabdehin atası o vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq, evi vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmişdir. Rəsmiləşdirmədə iddiaçı və digər bacısının da razılığı var idi. Bundan sonra da cavabdeh və ailə üzvləri həmin evdə yaşamışlar. Odur ki, hesab edirlər ki, iddiaçının həmin evə münasibətdə heç bir subyektiv hüququ yoxdur. Xeyr iddiaçı həmin evdə yaşamıyıb, qardaşı vəfat edənə qədər həmin evdə öz ailəsi ilə birlikdə olub. Çıxarış əsasında cavabdehin evdə payı var və həmin pay vərəsəlik hüququ haqqında şəhadətnamə ilə keçib. Çıxarış hal-hazırda qüvvədədir, ev heç kimə satılmayıb.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh X29 iddianı qəbul etmədiyini bildirmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, digər bibisi ailə həyatı qurmadığı üçün bir müddət onların icazəsilə atalarının evində yaşamışdır. Bu zaman isə hazırda iddiaçı olan Aidə xanım bəzi məişət əşyalarını onların evinə yerləşdirmiş və burada saxlanılmasını xahiş etmişdir. Bibiləri olduğu üçün etiraz etməmişlər.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. 13 fevral 1951-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X23 10 avqust 1950-ci il tarixdə doğulmuşdur. Atası X39oviç, anası X4.

12. 22 noyabr 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X30 xx.xx.1962-ci il tarixdə doğulmuşdur. X10, anası Bağırova Stepanovnadır.

13. E.B.İmanov adına 10№-li tam orta məktəb tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, X29 1998-2008-ci illərdə 10 nömrəli tam orta məktəbdə oxumuşdur.

14. Şirvan şəhər 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 212 nömrəli məktuba əsasən müəyyən olunur ki, Cavabdeh Qubaq qızı və Nümayəndə 1991-ci ildə məktəbin 1-ci sinfinə daxil olmuş, 2001-ci ildə məktəbin 11-ci sinfini bitirmişlər.

15. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 may 2024-cü il tarixli, 3-48-DA-14F/2-222/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 16 noyabr 1983-cü il tarixli iclasının 23 №-li protokolundan çıxarışa əsasən Nizami küçəsi döngə 1, 26№-li sahədə tikilmiş, 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 600 m2 torpaq sahəsi X2 adına sənədləşdirilməsi qərara alınmışdır.

16. Azərbaycan Respublikasıın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, X5 adına sözügedən evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Ə.Bayramlı şəhəri 1 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 2V-2643 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Şirvan şəhəri, Nizami küçəsi, 26 saylı fərdi yaşayış evi Cavabdeh və X17 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri 12 saylı DNK-nın 2V-1-274 reyestr nömrəli xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Məşədi Əzizbəyov prospekti, ev 1, mənzil 34 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

17. Hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Əli-Bayramlı şəhəri, Nizami küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 26,8 m2 yaşayış, 20,4 m2 köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X17, Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.

18. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X19 vərəsələri Cavabdeh və X24r. Şəhadətnamə verilən miras əmlak Əli Bayramlı şəhəri, Nizami küçəsi, 26 saylı 0,06 ha torpaq sahəsində yerləşən, 1957-ci ildə tikilmiş, iki otaqlı, ümumi sahəsi 47,15 m2 olan yaşayış evindən ibrətdir.

19. Nümayəndə tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli ərizəyə əsasən müəyyən edilir ki, 23 yanvar 2001-ci ildə vəfat etmiş atası X14 miras qalmış Əli Bayramlı şəhəri, Nizami küçəsi 26-da yerləşən fərdi yaşayış evindən vərəsəlik payı tələb etmir və gələcəkdə də məhkəmə mübahisəsi qaldırmayacaq.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əli Bayramlı Şəhər Polis Şöbəsinin xx.xx.2007-ci il tarixli, 5604 nömrəli arayışa əsasən müəyyən olunur ki, X29 və Cavabdeh məxsus **********51-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli dövlət reyestrindən çıxarış və 1465 inventar nömrəli texniki pasportu naməlum şəraitdə itmişdir. Lakin həmin texniki pasport Əli Bayramlı şəhər polis şöbəsinə tapılmış kimi daxil olmamışdır.

21. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1996-cı il tarixli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X2 əmlakının vərəsəsi oğlu X25r. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı Əli Bayramlı şəhəri, Nizami küçəsi, 26-da olan 600 m2 torpaq sahəsində yerləşən 1957-ci ildə tikilmiş inventar qiyməti 9022 rubl olan fərdi yaşayış evindən ibarətdir.

22. Abonent saldosuna əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında quraşdırılmış sayğac 2023-2024-cü illər ərzində İddiaçı adına olmuşdur.

23. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o, Aidə xanımı və Solmaz xanımı tanıyır. Onlarla 50 ildən çoxdur ki, qonşudur. Mübahisə predmeti olan evdə əvvəllər Aidə xanım, onun anası yaşayıblar. Həmin ev Aidə xanımın ata evidir. Daha sonra Aidə xanım ailə həyatı qurub və həmin evdən köçüb. Aidə xanımın anası xəstə olduğu vaxtlarda Aidə xanım həmişə anasının yanına həmin evə gedib, orada anasına baxıb. Anası və qardaşı vəfat etdikdən sonra Aidə həmişə o evə gəlib,orada yaşayıb. Aidə və Solmaz ikisi də ailə həyatı qurmasına baxmayaraq həmişə evə gəlibgediblər. Qubad sağlığında ailəsi ilə birlikdə mübahisə predmeti olan evdə yaşayıb. Qubad vəfat edəndən sonra onun uşaqlarına Zemfira xanım baxıb. O, Əlini və Güneli uşaq vaxtıonlar məktəbi qurtarana qədər görmüşdür. Uşaqlar məktəbi qurtarıb Bakıya gəldikdən sonra həmin evdə Aidə yaşamışdır. O, Aidə ilə uşaqlar arasında hər-hansısa bir ədavət olduğunu eşitməmişdir. Qubadın yoldaşı Qubaddan daha əvvəl rəhmətə gedib. Aidə xanımın anası xəstə olanda ona Aidə baxırdı. Qubad sağlığında müxtəlif vəzifələrdə çalışıb,o əvvəllər Bakıda yaşayırdı,sonra isə işiylə əlaqədar olaraq Şirvana getmişdi,orada katib işləmişdi. Aidə xanımın anası vəfat etdikdən sonra da Aidə xanım həmin evə gedibgəlirdi, o vaxta qədər ki, artıq Aidə xanımın həmin evə girməyinə icazə verilmədi. O, Aidə xanımın anasının sağlığında da, anası vəfat etdikdən sonra da həmin evə hər zaman gedib-gəlmişdir. O, evdə həm Aidə xanıma, həm də Solmaz xanıma aid əşyalar görmüşdür. Orada müəyyən məişət əşyaları var idi ki, Aidə xanım ona danışanda deyirdi ki, həmin əşyaları o bu evə gətirmişdir. Qubadla Aidə arasında evlə bağlı hər hansısa bir mübahisə olmayıb. Aidə xanımın anası həmişə deyirdi ki, bu evi qızı Aidəyə verəcək. Çünki anası elə fikirləşirdi ki, Qubad imkanlıdır, onun Bakıda bir neçə dənə evi var, yəni onun Şirvanda evə ehtiyacı yoxdur. Lakin anası qəflətən dünyasını dəyişdiyi üçün bu mümkün olmadı. Solmaz xanım böyük bacı idi, Aidə xanım evin balacası olduğu üçün anası evi Aidə xanıma vermək istəyirdi. Aidə xanımın Qubadın 2006-cı ildə aldığı çıxarışdan xəbəri olmayıb. Aidə xanım tərəfindən evdə təmir işləri görülüb. Uşaqlar məktəbi bitirdikdən sonra oraya heç vaxt gəlməyiblər. Aidə xanımın 2 uşağı var. Aidə xanımın ata eviylə ər evi bir-birinə yaxın idi. Uşaqlar ataları vəfat edənə qədər həmin evdə yaşayıblar. Anası tərəfindən Aidəyə evlə bağlı vəsiyyətnamə verilmişdi. Aidə xanımın bu vəsiyyətnamənin mövcudluğundan xəbəri var idi. Qubad vəfat edəndə Aidə xanım Qubadın çıxarış aldığını bilmirdi.

24. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, o, 3-4 il mübahisə predmeti olan evin həyətinə baxmışdır və Aidə xanımın yoldaşı ona aylıq olaraq buna görə pul ödəyib. Aidə xanımgil 5-ci gün dərsdən sonra gəlib 2 gün qalırdılar. 3 aylıq yay tətili olan vaxtda da ailəsi ilə birlikdə gəlib qalmışdılar. Qubadı tanıyırdı. Aidə ilə heç bir düşmənçiliyi yox idi. Uşaqlar balaca olan vaxt həmin evdə yaşayıblar. Aidə xanımın anası o evdə yaşayan zaman Aidə xanım da orada anası ilə birlikdə yaşayırdı.

25. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisinin nəvəsidir. Ev iddiaçının atasının evidir. Anası uzun müddət xəstə olub, iddiaçı ona baxıb. İddiaçının qardaşı Bakıda yaşayırdı, işlə əlaqədar Şirvana gəldi. Anaları vəfat edəndən sonra da həmin evdə yaşayıblar. İddiaçı ilə qardaşı uşaqları həmişə mehriban olublar. Uşaqlar məktəbi bitirəndən sonra Bakıya oxumağa getdilər. İddiaçı qardaşı uşaqlarına yaxşı baxıb. O özü də qonaq kimi həmin evə çox gedib. İddiaçının anası evi iddiaçıya vəsiyyət eləmişdi. Qardaşının o evə ehtiyacı yox idi. Yas məclisində mübahisə olmuşdu, polis gəlmişdi. İddiaçının anası vəfat etməmişdən qabaq iddiaçı həmin evdə qalırdı. İddiaçı anasına baxmaq üçün həftələrlə həmin evdə qalırdı. Anası da evin iddiaçının olduğunu deyirdi. Anası vəfat edəndən sonra həmin evdə iddiaçının əşyaları var idi. Bağırov Qubad sağ olanda özü həmin evdə yaşayırdı. İddiaçı kirayədə yaşayırdı, ona görə də cehizləri həmin evdə idi.

26. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.

27. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı münasibətlər 1996 və 2006-cı il tarixdən yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır.

28. 1996-cı il tarixdə qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin:

29. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

30. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə vəya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

31. 2006-cı il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

35. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

36. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

37. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

38. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

41. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 miras əmlak olaraq qalmış Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsi X28 tərəfindən xx.xx.1996-cı il tarixdə notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Sonuncu vəfat etdikdən sonra isə onun övladları olan xx.xx.2006-cı il tarixdə Cavabdeh və X29 müraciət edərək həmin əmlakla bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, digər vərəsə olan Nümayəndə isə Cavabdeh xeyrinə miras əmlakdan imtina etmişdir. Hazırda iddiaçılar olan İddiaçı və X18 miras əmlaka faktiki sahiblik etməklə bağlı miras əmlakı qəbul etdiklərini bildirərək həm X17 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həm də Cavabdeh və X17 adlarına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunmasını tələb edirlər.

43. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.

44. İddiaçılar mübahisə predmeti olan Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evində doğulduqlarını, daha sonra ailə həyata qurduqdan sonra digər ünvanda yaşasalar da, anaları vəfat etdikdən sonra tez-tez həmin evə gələrək orada yaşamalarına, hazırki dövrədək həmin evə gedib-gəlmələrinin, həmin fərdi yaşayış sahəsində olan bağa qulluq etmələrinə, onlara məxsus əmlakların (mebel, geyim əşyalarının) həmin ünvanda olmasına istinad edərək miras əmlakı faktiki qəbul etdiklərini bildirirlər. Bundan başqa iddiaçılar nə qardaşları X32, nə də Cavabdeh və X29 tərəfindən alınmış qanun üzrə vərəsəlik şəhadətnamələrinin olmasından məlumatları olmadıqlarını, yalnız 2024-cü ilin yay aylarında cavabdehlə aralarında baş vermiş mübahisə zamanı bu barədə məlumatları olduqlarını bildirmişlər.

45. Məhkəmə iddiaçıların həmin dəlilləri ilə bağlı qeyd edir ki, X18 və İddiaçı müəyyən vaxtlarda həmin evə gəlməsi, həmin evdə qalması həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz. Belə ki, X2 ölümündən sonra X32 öz ailəsi ilə birlikdə mübahisə predmeti olan evdə yaşamış, həmin hal işin mübahisəsiz halıdır. İddiaçılar Qubadın vəfat etməsindən sonra onun övladı Əli Bağırovu həmin evdə böyütmələri, müəyyən müddət ata evlərinə baş çəkmələri də mirasın onlar tərəfindən faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçılar hər ikisi ailəli olmuş və daimi yaşadıqları başqa yaşayış yerləri olmuşdur.

46. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).

47. Məhkəmə iddiaçıların qanun üzrə vərəsəlik haqqında şəhadatnamələrin alınmasından məlumatlarının olmamasına münasibətdə isə qeyd edir ki, İddiaçı tərəfindən sonuncu məhkəmə iclası zamanı təqdim olunan Azərbaycan Respublikası Prezidenti İ.Əliyev və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri E.Mahmudova digər bacı X20 tərəfindən ünvanlanmış məktubun məzmunundan görünür ki, həmin evin X19 və onun övladlarının adına çıxarışın olmasından iddiaçıların məlumatı olmuşdur.

48. Belə ki, işin hallarından görünür ki, iddiaçılar mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır; buna görə də onların mirası qəbul etməsi qənaətinə gəlmək mümkün olmadığından X32, X29 və X21 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçılar anasının vəfatından əvvəl və sonra da ölkədə olmuş, anasının adına fərdi yaşayış evinin mövcud olmasından məlumatlı olmuş, lakin X5 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 28 il ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, anasının, daha sonra isə qardaşları X19 mülkiyyətində olmuş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmiş, əksinə cavabdeh mübahisəli əmlakı faktiki qəbul etmiş və məhz onun müraciəti əsasında qeyd edilən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır.

49. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun notariat ofisinə ünvanlanan ərizədə qanun üzrə vərəsə kimi qeyd edilməməsi vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şirvan şəhəri, Nizami küçəsi 26 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə Cavabdeh və X17 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmuşdur.

50. Bundan başqa cavabdehlər tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

52. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

55. İşin hallarından müəyyən edilir ki, iddiaçının anası X7 1990-cı ildə vəfat etmiş, X32 isə 13 aprel 1996-cı ildə miras əmlaka dair çıxarış almışdır. İddiaçılar qardaşları X19 və onun övladlarının adına çıxarışların olmasından 2024-cü ilin yay ayında məlumatlarının olmasını bildirsələr də, qeyd olunan hal işin halları ilə sübut edilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür.

56. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

57. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

58. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı və X11 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar