Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2270/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun işdən azad olunmağına dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunmağı və qərarın icra olunacağı tarixə kimi xx.xx.2024-cü ildən başlayaraq əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, 2008-2012-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində bakalavr təhsili almış, 2012-2013-cu illərdə hərbi xidmət keçmişdir. Xidmət zamanı təşəkkümamə və fəxri fərman almışdır. xx.xx.2016-cı il tarixdən Dövlət qulluğunun müsabiqə mərhələsindən keçmiş və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016-xx.xx.2017 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzində Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (kompüter proqramlarının tətbiqi üzrə) işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli fərmanı ilə Dövlət Sosial Təminat Xidməti Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş və o, qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixdən yeni vəzifəyə keçirilmişdir. xx.xx.2017-xx.xx.2019 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində Sosial sığorta sektorunun məsləhətçisi işləmişdir. xx.xx.2019-cu ildə Nazirliyin elan etdiyi daxili müsahibədə uğur qazanaraq, daimi yaşadığı ünvana yaxın Sumqayıt DSMF-yə təyin olunmuşdur. xx.xx.2019-xx.xx.2019 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Mühasibat uçotu sektorunun məsləhətçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2017-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2019-cu ildə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Daha sonra 2 saylı “DOST” Mərkəzinin açılışı ilə bağlı DOST Agentliyinin elan etdiyi vakant vəzifələrə müsahibə elanına uyğun olaraq müsahibədə uğur qazanmışdır. xx.xx.2019-cu il tarixdən 2 saylı Bakı DOST Mərkəzində xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) fəaliyyətə başlamışdır. Qeyd edir ki, 2 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin ilk günlərindən fəaliyyətə başlamışdır. Struktur yeni formalaşdığı üçün və bəzi işçilərə nisbətən təcrübəsi olduğuna görə digər şöbələrə də kömək etmişdir. Mərkəz daxilində Monitorinq şöbəsi yeni yaradılmışdır və şöbə müdürü olmadığına görə bir neçə ay şöbənin işinin qurulmasına dəstək olmuşdur və qeyri formal şöbə müdürü vəzifəsinin funksiyalarını icra etmişdir. Şöbəyə nəqliyyat vasitəsi təhkim olunmadığından öz nəqliyyat vasitəsi ilə əməkdaşları əraziyə aparır və ailələrin maddi-məişət şəraitinin monitorinqini həyata keçirirmişlər. İşlədiyi müddət ərzində vəzifə funksiyalarının icrası ilə bağlı bir neçə təlimə qoşulmuş və təlimlərin sonunda qiymətləndirmə test imtahanlarında yüksək nəticə göstərmişdir. Nəticələr hal-hazırda da DOST Agentliyinin məlumat bazasında mövcuddur. Hər gün Sumqayıt şəhərindən Bakı şəhərinin Şüvəlan qəsəbəsinə gedib-gəldiyinə baxmayaraq, heçvaxt gecikmə halı və ya hər hansısa intizamsızlığı olmamışdır. Rəhbərlik daim haqqına müsbət fikirdə olmuşdur. Yaşadığı yerə yaxın olan Abşeron DOST Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən sözügedən mərkəzə rotasiya qaydasında eyni vəzifəyə təyin olunmuşdur. Mərkəz yeni fəaliyyətə başladığından rəhbərliyin göstərişi ilə yeni əməkdaşlara vəzifə funksiyalarının icrasında köməklər göstərmişdir. Burada da eyni qaydada öz vəzifəsindən əlavə monitorinq şöbəsinə dəstək olmuş və lazım gəldikdə öz nəqiliyyat vasitəsilə belə ərazilərə çıxmışdır. Vəzifə funksiyalarını qüsursuz icra etdiyinə görə xx.xx.2022-ci il tarixdə ona böyük mütəxəssis vəzifəsi verilmişdir. Vəzifə funksiyalarının icrası, test imtahan qiymətləndirmələri, təşəbbüskarlığı və digər amillər sayəsində yenidən xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş mütəxəssisi təyin olunmuşdur. 2020-ci ildə Aprel-May aylarında pandemiya dövründə isə karantin ilə əlaqədar olaraq gecə növbəsində 142 çağrı mərkəzinin fəaliyуətində iştirak etmiş, daha sonra müharibə dövründə gecə növbələrində növbətçi olaraq qalmışdır. 2023cü ildən başlayaraq Əmək Bazarı və Sosial Müdafiə Məslələri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə DOST Agentliyinin və Mərkəzlərinin əməkdaşlarının bilik və təcrübəsinin qiymətləndirilməsi məqsədi ilə hər il imtahanlar keçirilmişdir. 2023-cü ildə keçirilən ilk imtahanda bir çox işçidən fəqli olaraq yüksək nəticə göstərmişdir. Bu Mərkəzdə təcrübəçilərin mentoru kimi fəaliyyəti olmuş və 15-dən çox təcrübəçinin ixtisaslı kadra çevrilməsində fəaliyyəti vardır və bu barədə sənədlər hal- hazırda agentlikdədir. Daha sonra DOST təşəbbüs layihəsində “DOST PARK” layihəsi belə qəbul olunmuşdur. Abşeron DOST Mərkəzinin fəaliyyətə başladığı dövrdən Xidmətlər şöbəsinin mütəxəssisi vəzifəsindən əlavə Monitorinq şöbəsində maddi-məişət şəratinin yoxlanılması funksiyası ilə yanaşı şöbəyə təhkim olunmuş nəqliyyat vasitələrinin sürücülərinin say azlığı ilə bağlı mütəxlif dövrlərdə sürücü vəzifəsini belə icra etmişdir. Rəhbərlik daim haqqında müsbət fıkirdə olmuş və 2023-cü ildə ilin sosial agenti seçilərək, fəxri fərmana laiq görülmüşdür. İşçilərin səriştə qiymətləndirilməsi ilə bağlı 2024-cü ildən başlayan rüblük qiymətləndirilmələri daim yüksək kateqoriyada olub (A və B). Yekun illik qiymətləndirməsi də eyni qaydada yüksək olub. Bütün bu nəaliyyətləri ilə digər işçilərdən çox fərqlənmişdir. İşlədiyi dövrdə 2024-cü ilin noyabr-dekabr aylarında daha bir digər vəzifəni də, evdə səyyar xidmətlərin göstərilməsinin monitorinqini də icra etmişdir. Qeyd edir ki, icra etdiyi digər vəzifələrlə bağlı heçvaxt əlavə əmək haqqı hesablanmamışdır. xx.xx.2016-cı il tarixdən işdən azad olunduğu günə qədər haqqında vətəndaş şikayəti olmamışdır. 9 il ərzində yalnız bir dəfə, keçən il haqqında intizam tənbehi tətbiqi görülərək töhmət verilmişdir. Başqa hər hansı bir hal və haqqında şikayət olmamışdır. 2022-ci ildən Agentlik səbəbsiz olaraq hərkəsin müddətsiz əmək müqaviləsini müddətli əmək müqavilələri ilə əvəz edərək Əmək məcəlləsinə zidd olaraq 6 aylıq müqavilələr bağlamışdır. Halbuki, Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsi bağlana bilməzdi. Təbii ki, heç bir işçi bunu arzulamaz. Dəfələrlə müqaviləsi 6ay-6ay artırılmışdır. Daha sonra 5 il fəaliyyət göstərən işçilərin əmək müqaviləsi əmək məcəlləsinin 45.5-ci maddəsinə uyğun olaraq avtomatik müddətsiz keçməsi səbəbindən hər bir işçidən 5 il tamam olana yaxın və ya tamam olandan sonra öz arzusu ilə işdən çıxma haqqında ərizə alırdılar. Daha sonra yenidən işə qəbul olunması haqqında ərizə alaraq, yenidən yeni işçi kimi işə qəbul edirdilər və yenidən 6ay-6ay əmək müqaviləsi bağlama başladılar. Bu oxşar təcrübə artıq 1 saylı Bakı DOST Mərkəzində baş tutmuşdur. Eyni qaydada, onun da xx.xx.2024-cü ilin dekabrında 5 il tamam olmaq üzrə imiş, xx.xx.2024-cü il tarixdə səhər 08:30-09:00 aralığında işə gələrkən Mərkəzə daxil olduqdan sonra 1-ci mərtəbə liftin qarşısında kadrlar şöbəsinin mütəxəssisi Nuranə Nəsirli ona bildirmişdir ki, “Sizin 5 iliniz tamam olmaq üzrədir və öz arzunuzla ərizə yerləşdirməlisiz”. O, bunun oxşar təcrübə olduğunu bilmişdir. O, xidməti masasında fəaliyyətə başlamış və Nuranə xanım yenidən daxili telefonla zəng edərək, onun korporativ “email”nə göndərdiyi ərizəni elektron sənəd dövriyyəsinə yerləşdirməyini və elektron imza ilə təsdiqləməyinin lazım olduğunu bildirmişdir. O, Nuranə xanımdan niyə tək ondan ərizə istədiklərinin və hal-hazırda 2 saylı Bakı DOST Mərkəzində 5 ili onunla eyni vaxtda tamam olacaq çoxsaylı işçidən heç birindən ərizə istəmədiklərini soruşmuşdur. Ona cavabında “sənin razılığının gəldiyini bildirdi və buna görə agentlik sizdən ərizə yerləşdirməyinizi istəyir” demişdir. Lakin o şübhələnmiş və əyləşdiyi otağa yaxınlaşaraq bir daha üz-üzə danışmışdır və bir daha bildirmişdir ki, bu tam şübhəli məqamdır. Əgər Agentlik dəqiq onu yenidən işə götürəcəksə, onların bu şifahi göstərişini yerinə yetirəcəyini bildirmişdir. Nuranə xanım yenidən ona bildirmiş ki, “razılığınız gəlib, hərkəs bu qaydada ərizə yerləşdirir və əmri gələndən sonra yenidən işə qəbul olunması haqqında ərizə yerləşdirir”. Bir sözlə onu inandırmışdır. O, xx.xx.2024-c il tarixdə Nuranə xanımın formalaşdırdığı ərizəni elektron sistemə yerləşdirmiş və imzalamışdır. Ərizədə xx.xx.2024-cü il tarixdən xəbərdarlıq müddəti nəzərə alınmadan onu işdən azad edilməyi qeyd olunmuşdur. Ərizəni yerləşdirdikdən sonra təbii ki, narahat və şübhəli qalmışdır. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdən işdən azad olunmağı barədə əmri verilmişdir. Artıq sistemə yenidən işə qəbulla bağlı ərizə yerləşdirmək barədə göstərişin verilməsini gözləmişdir. xx.xx.2024-cü il tarixdə Nuranə xanım ona daxili telefona zəng edərək, “Nazirlik sizin yenidən işə götürülməsinə razılıq verməyib” bildirmişdir. Təbii ki, onun halı çox pisləşmiş və onun aldadıldığını bildirmişdir. Eyni zamanda Agentliyin İnsan resusları departamentinin əmək münasibətləri şöbəsinin müdiri Aysel xanıma zəng edərək, etirazını bildirmişdir. Ərizəni təsir altında və aldadılaraq yazdığını bildirmişdir. Daha sonra şöbə müdürü Vüqar Əliyevə, direktor müavini İsmayıl Mirhəşimliyə və İnqilab Fərzəliyevə bu barədə etirazını bildirmişdir. Eyni zamanda artıq bir çox işçi bunun şahidi olmuşdur. xx.xx.2024-cü il tarixdə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlar şöbəsinin müdiri Nərmin Bayramovun korporativ emailinə (narmin.bayramovansosial.gov.az) öz emilindən məktub göndərmiş və baş verənləri bildirmişdir. Eyni zamanda təhlükəsizliyini sığortalamaq üçün manitorun ekran görüntülərini telefonunda qeyd etmişdir. Daha sonra o, İsmayıl müəllimə bildirmişdir ki, agentliyə rəhbər şəxslərin qəbuluna getmək istəyir. Bu qayda ilə xx.xx.2024cü il tarixdə Agentliyin insan resusları şöbəsinin departament müavini Tural müəllimlə görüşmüş və olanları danışmışdır. Tural müəllim qərarın Nazirlik tərəfindən verildiyini bildirmişdir. O, sədr Fərid Məmmədova bu barədə məlumat vermək istədiyini bildirmiş və qəbuluna girmək istədiyimi bildirmişdir. Tural müəllim bu barədə mərkəzinin rəhbər şəxslərdən birinin agentliyin vətəndaşlarla iş və sənədlərin qəbul şöbəsinin müdiri İlkin Zərbəliyevə bu barədə məlumat verilməsinin lazım olduğunu bildirmiş və o, İsmayıl Mirhəşimliyə zəng edərək bunu bildirmişdir. Bir qədər sonra İsmayıl müəllim ona geri dönüş edərək, Agentliyin sədri deyil, amma sədr müavini Seymur Alıyev qəbul edə biləcəyi bildirilmişdir. O, mərkəzə qayıtmışdır. Ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə nahar fasiləsindən sonra Agentliyə getməlidir, sədr müavini onu qəbul edəcək, eyni zamanda əmək kitabçası təqdim olunacaq və təhvil təslim edəsəkdir. Özünü yaxşı hiss etmədiyini kifayət qədər mənəvi zərbə aldığını və həkimə getmək üçün icazə istədiyini bildirmişdir. Ərizə yazaraq icazə almış və getmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə Mərkəzə işə gəlmiş, tabeli imzalamış və həmişəki qaydada iş fəaliyyətinə başlamışdır. Bir qədər sonra elektron imzası, korporativ emaili və işçi masasındakı kompüter bloklanmışdır. Artıq agentliyə yola düşmüş, Sədr müavinin qəbuluna girmiş və olanları danışmışdır. Maddi durumunun çətin olduğunu, öhdəsində 3aylıq körpə uşağın olduğunu, yeni ailə qurduğunu və ailədə tək işləyən onun olduğunu, yoldaşının sosial məzuniyyətdə olduğunu bildirmişdir. Tək gəlir yeri onun və kifayət qədər kreditlərinin olduğunu bildirmişdir. Eyni zamanda işçinin bu formada işdən uzaqlaşdırılmasının qanuna ziddi olduğunu bildirmişdir. Sədrə işə davam etmək istədiyini bildirmişdir. Eyni zamanda İlkin Zərbəliyev də orda idi və bunları dinləmişdir. Seymur müəllim dediklərini Sədrə bildirəcəyini və nəticənin nə olacağını ona bildirəcəyini demiş və qəbul yekunlaşmışdır. O, həyətdə 30-40 dəqiqə gözlədikdən sonra kadrların işçisi ona zəng edərək yaxınlaşıb əmək kitabçasını götürməyini və təhvil-təslim edəcəyini bildirmişdir. Yaxınlaşmış və Seymur müəllimin ona nəticə barədə geri dönüş etmədiyini bildirmişdir. İlkin Zərbəliyevə yaxınlaşmalı olduğunu bildirmişlər və yaxınlaşmışdır. İlkin Zərbəliyev sədrin Nazirlik razılıq vermədiyini və onlarlıq heçnə olmadığı bildirdiyini demişdir. O artıq son çarə olaraq xx.xx.2024-ü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə nazirinə teleqram vurmuş və olanları qeyd etmişdir. Eyni zamanda Agentliyin sədri Fərid Məmmədovun korporativ emailinə xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmaması ilə bağlı müraciət ərizəsi göndərmişdir və kadrlar şöbəsinin müdiri Leyla xanımı da nüsxəni alan şəxs kimi qeyd eləmişdir. Əlavə olaraq e-sosial.az portalında da eyni ərizəsi yerləşdirmiş və qeydə alınmışdır. Bütün qanuni hüququndan istifadə etməsinə baxmayaraq işə bərpa etməmişlər və hətta xx.xx.2024-cü il tarixinədək bu barədə müraciətinin olmadığının göndərdikləri cavab məktubunda qeyd etmişlər. Halbuki, xx.xx.2024-cü il tarix onun iş günü olmuş, tabelə qol çəkmiş, əmək haqqısı hesablanmışdır. xx.xx.2024-cü il tarixədək də kadrlar şöbəsinin mütəxəssisindən tutmuş agentliyin sədr müqavininə və nazirliyin kadrlar şöbəsinin müdürünə qədər olanlar barədə məlumat vermiş və işə davam etmək niyyətinin olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli Əmrin qəbul edilməsi üçün əsas kimi onun ərizəsi göstərilmişdir. Halbuki, bu ərizəsi onu aldadaraq, həmişəki praktikaya uyğun olduğu üçün yazılmışdır. Bu hallar deməyə əsas verir ki, işəgötürən onun hüquqlarını kobud şəkildə pozmuşdur. Araşdırma aparıldığı müddətdə cavabdehin bir çox əməkdaşlar barəsində əmək fəaliyyətinin müqavilə üzrə 5 ili tamam olana yaxın ərizələrinin alındığını və bu şəxslərin sonradan yenə həmin vəzifəyə təyin edildiyini aşkar etmək mümkündür. Bu hal cavabdehin praktikada eyni addımlar atdığını, onun buna inanıb ərizə yazdığını sübut etmək çox asanddır. Aldadılma yolu ilə alınan etibarsız ərizə əsasında qəbul edilmiş əmr isə ləğv edilməlidir. Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı cavabdeh DOST Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi”nə dair 2(004)- 2270/2025 nömrəli mülki iş üzrə iddia tələbi əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı, onunla xx.xx.2019-cu il tarixində DOST Agentliyi arasında keçirilmiş müsahibədən keçmiş və xx.xx.2019-cu il tarixində “2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə işə qəbul edilməsi" ilə bağlı ərizəsini təqdim etmişdir. Beləliklə, onunla DOST Agentliyi arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanılmış və iddiaçı qeyd olunan vəzifəyə işə qəbul edilmişdir. Əmək müqaviləsinə müxtəlif tarixlərdə edilmiş dəyişikliklərə əsasən əmək haqqının məbləği artırılmış, iş yeri dəyişdirilmiş, vəzifə artımı həyata keçirilmişdir. etiraz-ci il tarixində müqaviləyə edilmiş dəyişikliklə İddiaçı və DOST Agentliyi arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən 6 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra əmək müqaviləsi hər dəfə 6 ay müddətə uzadılmış və sonuncu dəfə xx.xx.2024-cü il tarixindən əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. İddiaçı əmək müqaviləsinin sonuncu uzadılma müddətinin (xx.xx.2025-ci il) qurtarmasını gözləmədən öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixindən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş və ərizəsi əsas götürülməklə DOST Agentliyinin 24 12.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində iş yeri olan 6 saylı DOST Mərkəzində rəhbərliyin göstərişi ilə yeni əməkdaşlara vəzifə funksiyalarının icrasında köməklik göstərdiyini, hər gün işə vaxtında gəldiyini və heç vaxt gecikmə hallarının olmadığını, şöbə müdirinin ona verdiyi əlavə işləri yerinə yetirdiyini və bu işlərin sanki onun əmək funksiyaları olmadığı halda icra etməli olduğunu iddia etmişdir. Etiraz olaraq bildirirlər ki, şəxsin öz iddia ərizəsində istinad edərək yerinə yetirdiyi əmək funksiyaları onunla bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən işçinin öhdəsinə götürdüyü əmək funksiyalarıdır və hüquqi baxımdan bu öhdəliklərin yerinə yetirilməsi əsaslı və qanunidir. Bundan əlavə, iddiaçı əmək fəaliyyətini həyata keçirdiyi dövrdə haqqında heç bir qurum və vətəndaşdan şikayət daxil olmadığını iddia etsə də, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış və İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına çoxsaylı şikayət və iradların ünvanlanması və müvafiq olaraq onların iş ahəngini pozması və eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin nüfuzunu aşağı sala biləcək hərəkətlər ilə yol verdiyi nöqsanlara görə barəsində xx.xx.2024-cü ıl tarixində 3-17- 7/3-4-3776/2024 nömrəli əmrlə töhmət verilmişdir. İddiaçı 2022-ci ildən DOST Agentliyinin səbəbsiz olaraq işçilərlə bağlanmış müddətsiz əmək müqavilələrini müddətli əmək müqavilələri ilə əvəz edərək Əmək Məcəlləsinə zidd olaraq 6 aylıq müqavilələr bağlanıldığını və iddiaçı ilə də eyni şəkildə müddətli müqavilə bağlanıldığını, halbuki əmək müqaviləsini yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanıla bilməyəcəyini iddia etmişdir. Etiraz olaraq bildirirlər ki, şəxsin öz iddia ərizəsində istinad etdiyi əmək funksiyalarına, Agentliyin Nizamnaməsinə və DOST mərkəzlərinin Nümunəvi Nizamnaməsinə nəzər yetirdikdə aydın olur ki, "DOST" mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir və Mərkəzin fəaliyyət istiqamətləri müvafiq sahədə xidmətlərin "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik. məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi kimi davamlı inkişafa yönəlmiş mexanizmləri əhatə edir. Bu fəaliyyətin spesifikası nəzərə alındıqda, göstərilən xidmətlərin həcmi və işçi ehtiyacı müəyyən dəyişkənliyə məruz qala bilər. Belə ki, xidmətlərin elektronlaşdırılma səviyyəsi, vətəndaş axımının dinamikası və digər obyektiv amillər “DOST" mərkəzlərində işçi qüvvəsinə olan tələbatın dəyişməsinə səbəb ola bilər. Bu isə öz növbəsində, işəgötürənə əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlar çərçivəsində işçi ehtiyacını çevik tənzimləmək imkanı yaradır. Bu məqsədlə, əmək qanunvericiliyində işəgötürən üçün təsbit olunmuş müstəsna hüquqdan irəli gələrək Agentlikdə yeni işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsi bağlanılması qanunvericiliyə tam uyğundur. Həmçinin “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi və 35-ci maddəsinin l-V və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum Qərarının təsviri-əsaslandıncı hissəsinə nəzər yetirdikdə, qeyd olunmuşdur ki, “Əmək qanunvericiliyində müddətli əmək müqavilələrinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki. tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi əməyin azadlığı, əmək müqaviləsinin bağlanmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Eyni zamanda, iddiaçı iddia ərizəsində bu halı deyil, öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müddəaları mübahisələndirmişdir ki, müddətli əmək müqaviləsi bağlanarkən, eyni zamanda müddətli əmək müqaviləsinin müddəti bitdikdə müqavilə uzadılarkən bunu mübahisələndirməmiş və etirazını bildirməmişdir. İddiaçı, həmçinin iddia ərizəsində xx.xx.2024-cü ildə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağını, bu səbəbdən xx.xx.2024-cü il tarixdə iş yeri olan 6 saylı DOST Mərkəzinin İnsan resursları şöbəsi tərəfindən onun 5 ilinin tamam olmaq üzrə olduğunu və öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yerləşdirməli olduğu bildirildiyini, həmçinin işçilərin bu qaydada sistemə ərizə yerləşdirdiyini və yenidən işə qəbul prosesi keçməsi barədə tapşırıq aldığını, buna inandırıldığı üçün ərizə yazdığını və daha sonra Əmək və Əhalinin Müdafiəsi Nazirliyində onun yenidən əvvəlki iş yerində işə qəbul edilməsinə razılıq verilmədiyini, ərizəsinin təsir altında və aldadılaraq yazdığını qeyd etmişdir. Bildirirlər ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmə (“a" bəndi) bu əsaslardan biridir. O cümlədən, şəxsin əmək müqaviləsinin 9.1-ci bəndində də göstərilmişdir ki. “Bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 69-cu maddəsi ilə Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası müəyyənləşdirilmişdir, iddiaçının xx.xx.2024-cü ildə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdikləri tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində edilmiş dəyişiklikdən görünür ki, əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Belə ki, işəgötürən iddiaçının qeyd etdiyi kimi işçi ilə əmək münasibətlərini davam etdirmək istəməsə idi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi ilə xitam verə bilərdi. Lakin müqaviləyə edilmiş dəyişiklikdən görünür ki, işəgötürən iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmiş və müddətin sonunda müqavilənin müddətsiz olacağını bildiyi halda müqaviləyə xitam verməmiş, bu barədə hər hansı bildiriş təqdim etməmişdir. Yalnız İddiaçı öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixdən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş və ərizəsi əsas götürülməklə DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla belə qənaətə gəlmək olur ki, işəgötürən işçiyə hər hansı təsir göstərməmişdir. Belə ki, işəgötürənin işçi ilə bağlanmış müqaviləni uzatmaq niyyəti olmasa idi, müqavilə müddəti bitdikdə bu əsası rəhbər tutaraq müqaviləyə xitam verə bilərdi. İddiaçı xx.xx.2024cü il tarixində e-sosial.az portalına “xx.xx.2024-cü ıl tarixli ərizəsinin nəzərə alınmaması’’ ilə bağlı ərizə yerləşdirdiyini, bununla belə işə bərpa edilmədiyini iddia etmişdir. Qeyd olunan hala etiraz olaraq bildirirlər ki, iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab edilməsi haqqında nə kağız daşıyıcıda müraciət ünvanlanmış, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sistemində DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkarlanmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində onun xx.xx.2024-cu il tarixdə xəbərdarlıq müddəti nəzərə alınmadan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbləri sübut etmək üçün məhkəməyə bir-biri ilə uyğunluq təşkil edən və qanunvericiliyin tələblərini təhrif etməyən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində istər faktiki hallar kimi istinad etdiyi xüsusatlar, istərsə də iddiasının hüquqi əsası kimi istinad etdiyi hüquq normalarının təsviri yalnız onun formal və subyektiv mülahizələrinə əsaslanır, iddia ərizəsində hüquq pozuntusu kimi göstərilən halların heç bir hüquqi və faktiki əsası olmadığından işəgötürənə qarşı irəli sürülmüş iddia tamamilə əsassızdır. Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi dəftərxana vasitəsilə məhkəməyə etiraza əlavə ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh DOST Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbi”nə dair 2(004)-2270/2025 nömrəli mülki iş üzrə iddia tələbi əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində “işdən azadolunma barədə" ərizəni könüllü şəkildə yazmadığını, cavabdeh tərəfindən ona təsir edildiyini və aldadıldığını bildirsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə müəyyən edilən iddia irəli sürən tərəf üçün müəyyən edilmiş istinad edilən halların sübut edilməsi şərtini yerinə yetirməmiş, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o halda ləğv edilə və əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Azərbayan Respublika Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar (işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır) olmuş olsun. Belə ki, hazırkı iş üzrə müvafiq ərizə şəxsin özü tərəfindən kağız daşıyıcıda imzalanmış, daha sonra sistemə yerləşdirilərək gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq edilmişdir. Yəni, ərizənin iddiaçının özü tərəfindən imzalanması işin mübahisəsiz halıdır. Digər tərəfdən iddiaçı tərəfindən adıçəkilən insan resurslarının idarə edilməsi üzrə mütəxəssislə iddiaçı arasında hər hansı xidməti asılılıq mövcud olmadığından xidməti asılılığı olmayan şəxsin iddiaçıya təsir edərək onu aldatması nəticəsində iddiaçının işdən çıxmasına dair ərizə yazması inandırıcılıq keyfiyyəti baxımından yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər işçi kağız daşıyıcıda öz iradə ifadəsini imzası ilə təsdiq etməklə yanaşı onu yenidən gücləndirilmiş elektron imzası ilə təsdiq edərək işəgötürənə təqdim edirsə və sonradan bunun aldadılmanın təsiri altında icra edildiyini bəhanə gətirərək mübahisələndirirsə, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və hüquqi nəticə yaratmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə nəzər yetirsələr, müvafiq normanın məzmunundan göründüyü kimi işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı, əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir, işin mübahisəsiz hallarından da, göründüyü kimi, iddiaçı işdən çıxma barədə verdiyi ərizəsində işdən çıxma gününü dəqiqliklə göstərmiş, cavabdeh tərəf isə sonuncunun ərizəsi ilə razılaşdığından müvafiq işdən çıxma barədə əmri imzalamışdır. Mübahisələndirilən əmrin məzmununa əsasən, işəgötürən tərəfindən qanunvericilik normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir. Eyni zamanda, etirazın əsasına dair sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh tərəfindən mübahisə predmeti olan – DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən sənədlər - İddiaçı 2024-cü il 19 dekabr tarixli 3-17-7/3-9- 9327/2024 nömrəli ərizəsi və İddiaçı tutduğu vəzifədən azad edilməsinin razılaşdırılması haqqında 2024-cü il 20 dekabr tarixli 3-17-7/3-1-28174/2024 nömrəli xidməti məruzə iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən işəgötürənə xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmaması ilə bağlı müraciətin edildiyi iddia edilsə də, iş materiallarına bu barədə hər hansı təsdiqedici sənəd əlavə edilməmiş, həmçinin xx.xx.2024-cü il tarixinədək işəgötürənə elektron və ya yazılı müraciət ünvanlanmamışdır, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən esosial platformasının “işəgötürən və işçilər arasında rəsmi yazışmalar" bölməsinə hər hansı müraciət təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsinin təmin edilməsi baxımından qeyd edilməlidir ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən analoji işlər üzrə qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli 2(102)-3897/2024 nömrəli, 11 iyul 2023-cü il tarixli 2(102)-2263/2023 nömrəli, habelə Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 23 noyabr 2021-ci il tarixli 2-1(102)-1787021, 2-1(102)-1983/2021 nömrəli qərarlarında Ali Məhkəmə tərəfindən əks olunan hüquqi mövqeyə əsasən iddiaçılar tərəfindən irəli sürülən mövqelər (ərizənin könüllü yazılmadığı, ona bu istiqamətdə təsir oluduğu və s.) hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən və cavabdeh qurumlar tərəfindən müvafiq əmrlərin qəbul edilməsini zəruri edən şərtlərin mövcudluğu sübut edildiyindən iddiaçıların kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddiaçının təyin edilmiş məhkəmə baxış iclasında iştrak edəcəyini, nümayəndə və vəkil kimi prosesdə iştirak edə bilməyəciyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər, məhkəmə araşdırılması zamanı toplanmış digər sübutlar ilə iddia tam təsdiq edilmişdir. Bu halları nəzərə alaraq, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən həmin şöbənin baş mütəxəssisi vəzifəsinə (sosial müavinətlər üzrə sosial agent) keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx/xx/2024 tarixli çıxarışa əsasən Nuranə Nəsirli (mütəxəssis, insan resurslarının idarə edilməsi və təlim üzrə) İddiaçı mail ünvanına xitam ərizəsinin nümunəsini göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 24 oktyabr 2024-cü il tarixli M.T.Səlifov, T.E.Quliyev, İddiaçı, T.İ.Quliyeva və S.F.Fetullayevaya töhmət verilməsi haqqında əmrinə əsasən 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) İddiaçı töhmət verilmişdir. İş materiallarında olan Dayanıqlı və Operativ Sosial Təminat X2 sədr müavini, sədr vəzifə səlahiyyətlərini müvəqqəti icra edən cənab Seymur Alıyevə 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müvinətlər üzrə sosial agent) İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, onu 29 dekabr 2024-cü il tarixindən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin 24 dekabr 2024-cü il tarixli B.R.Allahverdiyev və İddiaçı tutduqları vəzifədən azad edilməsi və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi haqqında əmrinə əsasən 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) İddiaçı 2024-cü il 29 dekabr tarixindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış 2019-cu il tarixli 27 dekabr tarixli əmək müqaviləsibə xitam verilsin. İş materiallarında olan e-social.gov.az saytından çıxarışa əsasən İddiaçı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 (3 müraciət), xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 (2 müraciət), xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər ünvanlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavab məktubuna əsasən 2024-cü ilin dekabr ayının son günlərində, həmçinin 2025-ci ilin yanvar-fevral aylarında Nazirliyinin informasiya sistemlərində texniki yenilənmələr və sistemin yeklənməsi səbəbindən müraciətlərin ötürülməsində gecikmələr baş vermişdir. Bu səbəbdən, 29 dekabr 2024-cü il tarixli müraciət sistemdə yalnız 13 yanvar 2025-ci il tarixində qeydə alınmışdır. Yeni gunksionallığın tətbiqi ilə bağlı yenilənmələr həyata keçirilib yekunlaşdıqdan sonra müraciətlərin ardıcıl şəkildə qeydiyyatı aparılmış və icraya yönləndirilməsi təmin edilmişdir. Eyni məzmunlu müraciətlərə xx.xx.2025-ci il tarixli, 3-17/2-T-3245/2025 və xx.xx.2025-ci il tarixli, 3-17/2-T-2606/2025 nömrəli məktublarla müvafiq məulmatlar təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı Fərid Məmmədova bu məzmunda mail ünvanlamışdır: “Cənab sədr xahiş edirəm nəzərə alın. Öhdəmdə 3 aylıq körpə uşaq var, ailədə tək işləyən mənəm. Köməklik edin işə bərpa olunum, ailəmi bayram günü sevindirə bilim məndə. Mən 5 il qüsursuz işləmişəm, imtahan nəticəm 92 %-di, 2023-cü ildə ilin sosial agenti seçildim, rüblük qiymətləndirməm A və Bdi. Maddi durumum çox pisdi, evdə uşaq hədiyyə almaq əvəzinə evə gedib deyirəm ki, işdən çıxdım. Nəinki hədiyyə heç uşağa yemək yemək belə ala bilməyəcəm. Kreditlərim var mənim. Bir ailəni bu duruma düşməyə göz yummayın xahiş edirəm sizdən”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-4961/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən xx.xx.2019-cu il tarixində 2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsi üzrə işə qəbul edildiyi, xx.xx.2021-ci il tarixində 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin məsləhətçisi (sosial müavinətlər üzrə sosial agent), xx.xx.2022-ci il tarixində həmin şöbənin böyük məsləhətçisi (sosial müavinətlər üzrə sosial agent), xx.xx.2024-cü il tarixdə həmin şöbənin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifələrinə keçirildiyi bildirilmiş, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. xx.xx.2025ci il tarixində müraciətilə bağlı DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı qeyd edilənlər barədə məlumat verilmişdir. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-5894/2025 nömrəli işlə təmin olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-5805/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. DOST Agentliyinə daxil olmuş xx.xx.2024-cü il və Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətlərinə xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətləri isə hal-hazırda DOST Agentliyinin icraatındadır və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun müddətdə baxılacaqdır. Əlavə olaraq bildirirlər ki, rəhbər vəzifəli şəxs tərəfindən qəbul edilməsi ilə bağlı Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2025-ci il tarixində DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı qeyd edilənlər barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-8532/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-M-1708/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq qeyd edirlər ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı xx.xx.2024-cü il tarixinədək nə kağız daşıyıcıda, nə də Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-7/2-M-12495/2025 nömrəli işə bərpa olunmaq haqqında məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin etibarsız hesab edilməsi haqqında müraciətilə bağlı 2024-cü il 29 dekabr tarixinədək nə kağız daşıyıcıda, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminin DOST Agentliyinin işəgötürən hesabında təsdiqedici məlumat aşkar olunmamışdır.Nazirliyə daxil olmuş xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətə əsasən xx.xx.2025-ci il tarixdə DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə qəbulu həyata keçirilmiş, qəbul zamanı müvafiq məlumatlar təqdim edilmiş və muraciət xx.xx.2025-ci il tarixli məktubla cavablandırılmışdır. İşə bərpa olunmağıla bağlı DOST Agentliyinə daxil olmuş xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli oxşar məzmunlu müraciətlərinə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-T-2606/2025 nömrəli vətəndaş müraciətinin cavablandırılması haqqında məktubuna əsasən 2025-ci ilin yanvarfevral aylarında Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində yenilənmələr aparıldığı üçün onlayn müraciətlərin daxil olması və emalı prosesində ləngimələr müşahidə edilmişdir. Yenilənmələr həyata keçirilib yekunlaşdıqdan sonra isə müraciətlərin ardıcıl şəkildə emalı aparılmış və icra üçün yönləndirilməsi təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-M-2846/2025 nömrəli müraciətin cavablandırılması haqqında məktubuna əsasən daha əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirliyə daxil olmuş xx.xx.2024 və xx.xx.2025-ci tarixli müraciətlərinə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarla cavab verilmişdir. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin sorğuya cavab məktubuna əsasən X5 – aparıcı mütəxəssis vəzifəsi üzrə (pensiya məsələləri üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2025, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2025. X1 – baş mütəxəssis (Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsi) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. X7 – mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024 (növbəti iş günü). X3 – böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. X4 – sektor müdiri (evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektoru) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təşəkkürnamənin surətinə əsasən İddiaçı ilin sosial agenti kimi təltif edilmişdir. İş materiallarında olan 6 saylı DOST Mərkəzinin test nəticələrinə əsasən İddiaçı 92% faiz test nəticəsi göstərərək, yekun nəticə “B (84)” qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı aylıq 1237.13 manat məbləğində kredit ödənişi mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur). 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən 6 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində məsləhətçi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə həmin şöbədə böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin şöbədə baş mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə). Hazırda İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin 5 ili tamam olacağından və qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab ediləcəyindən (AR ƏM 45-ci maddəsinin 5-ci hissəsi) işəgötürən tərəfindən 5 il tamam olana yaxın və ya tamam olandan sonra hər bir işçidən öz arzusu ilə işdən çıxma haqqında ərizə, daha sonra yenidən işə qəbul olunması haqqında ərizə alındığına görə xx.xx.2024-cü il tarixdə işəgötürənin ona göndərdiyi formada “məni 29 dekabr 2024-cü il tarixindən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğum vəzifədən azad etməyinizi Sizdən xahiş edirəm” məzmunlu ərizə yazdığını, yenidən işə qəbulla bağlı ərizə yerləşdirmək barədə göstərişin verilməsini gözlədiyini, lakin işəgötürən tərəfindən ona Nazirliyin onun yenidən işə götürülməsinə razılıq vermədiyini bildirildiyini, bundan sonra dərhal rəhbərliyə, müvafiq şəxslərə müraciətlər etdiyini, qəbullarında olduğunu, xx.xx.2024-cü il tarixədək kadrlar şöbəsinin mütəxəssisindən tutmuş agentliyin sədr müqavininə və nazirliyin kadrlar şöbəsinin müdirinə qədər olanlar barədə məlumat verdiyini, işə davam etmək niyyətinin olduğunu bildirdiyini, ona əmrin verilməsinə əsas kimi onun işdən çıxmaq barədə ərizəsini göstərdiklərini, lakin ərizəni onu aldadaraq, həmişəki praktikaya uyğun olduğu üçün yazdığını, maddi durumunun çətin olduğu, kifayət qədər kreditlərinin olduğu, yeni ailə qurduğu, öhdəsində 3 aylıq körpə uşağın olduğu və ailədə tək işləyən onun olduğunu nəzərə alsaq, onun öz arzusu ilə işdən çıxmaq barədə ərizə yazmasının real olmadığını bildirərək, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçının xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi müddətinin 5 ilinin tamam olacağı üçün əmək müqaviləsinə işəgötürənin təsiri ilə məcburi olaraq ərizə yazıb işdən çıxması ilə bağlı qeyd etdiklərinin tamamilə əsassız və qanunsuz olduğunu, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin xx.xx.2025-ci il tarixinədək uzadıldığını, işəgötürənin iddiaçının qeyd etdiyi kimi işçi ilə əmək münasibətlərini davam etdirmək istəməsə idi, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində müddətin bitməsi əsası ilə xitam verə biləcəyini, lakin işəgötürənin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək istədiyini və müddətin sonunda müqavilənin müddətsiz olacağını bildiyi halda müqaviləyə xitam vermədiyini, bu barədə hər hansı bildiriş təqdim etmədiyini, yalnız İddiaçı öz istəyi ilə xx.xx.2024-cü il tarixində ərizə yazaraq xx.xx.2024-cü il tarixdən (xəbərdarlıq müddəti nəzərə alınmadan) tutduğu vəzifəsindən azad olunmasını xahiş etdiyini və ərizəni əsas götürülməklə DOST Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-7/3-4-5236/2024 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verildiyini, işəgötürənin işçiyə hər hansı təsir göstərmədiyini, işəgötürənin işçi ilə bağlanmış müqaviləni uzatmaq niyyəti olmasa idi, müqavilə müddəti bitdikdə bu əsası rəhbər tutaraq müqaviləyə xitam verə biləcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti ilə işəgötürən tərəfindən bir çox əməkdaşlar barəsində əmək fəaliyyətinin müqavilə üzrə 5 il tamam olana yaxın və ya tamam olandan sonra ərizələrinin alındığını və bu şəxslərin sonradan yenə həmin vəzifəyə təyin edildiyini aşkar etmək məqsədilə adları vəsatətdə qeyd olunmuş işçilərin əmək müqavilələrinin bağlanma və xitam verilmə tarixləri, səbəbləri, yenidən işə qəbul olunduqları təqdirdə yeni əmək müqaviləsinin bağlanma tarixlərinin təqdim edilməsi üçün DOST agentliyinə sorğu göndərilmiş və sorğuya cavab olaraq aşağıdakı məlumatlar göndərilmişdir: X5 – aparıcı mütəxəssis vəzifəsi üzrə (pensiya məsələləri üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2025, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2025. X1 – baş mütəxəssis (Sosial müdafiə üzrə xidmətlərin təşkili şöbəsi) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. X7 – mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024 (növbəti iş günü). X3 – böyük mütəxəssis (sosial müavinətlər üzrə sosial agent) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. X4 – sektor müdiri (evdə (səyyar) sosial xidmətlərin göstərilməsi sektoru) əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2019, xitam tarixi - xx.xx.2024, Əmək müqaviləsinə xitam verilməsinin qanunvericilik əsası – AR ƏM 68.2.a (işçinin təşəbbüsü ilə), yeni əmək müqaviləsinin bağlanma tarixi - xx.xx.2024. Göründüyü kimi, əmək müqaviləsinin müddəti 5 il 1 ay, 5 il 2 ay, 5 il 4 ay olan işçilərin AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqavilələrinə xitam verilmiş və növbəti iş günü onlarla yeni əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlir ki, İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəsi könüllü şəkildə deyil, işəgötürənin göstərişi, təsiri və diqtəsi ilə yazılmış, iddiaçının həqiqi və azad iradəsini ifadə etməmişdir. Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı tərəfindən yazılmış ərizə formal xarakter daşıyır və işçinin həqiqi iradə ifadəsini əks etdirmir. Buna baxmayaraq, işəgötürən tərəfindən həmin ərizə əsasında işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilmişdir. Belə ərizə könüllü verilmiş iradə ifadəsi kimi qiymətləndirilə bilməz və bu əsasla əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-5236/2024 nömrəli əmri İddiaçı hissəsində ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə bərpa edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-17- 7/3-4-5236/2024 nömrəli əmri İddiaçı hissəsində ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni 6 saylı DOST Mərkəzinin Xidmətlər şöbəsinin baş mütəxəssisi (sosial müavinətlər üzrə sosial agent) vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2270/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2270/2025
29.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver