Məhkəmə qərarları › İş №e-2(004)-2275/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2275/2024

21.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2275/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və cavabdehə məxsus əşyaların mənzildən çıxarılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və cavabdehə məxsus əşyaların mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh - əvvəlki qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b.10C, m. 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh - əvvəlki qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılması,.qətnamənin Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, cavabdehə məxsus əşyalar Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yuz) manat dövlət rüsumunun əvəzi, hüquqi yardimin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmat haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəlüdlü X13 anadan olub. Xeyli vaxtdir ki, onunla həyat yoldaşının münasibətlərində ailə-məişət xarakterli narazılıqlar yaranmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində 13 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gəlmiş, habelə övladlarının ananın yanında qalması və uşaqların saxlanlması ilə bagli qida, geyim, təhsil va digər zəruri xərclərin cavabdeh Rəmiş Malİyev tərəfindən çəkilməsi barədə razılığa gəlmişlər və bununla baglı “Barışıq sazişi” bağlamışlar. Qanunvericiliyin tələbinə görə onların yetkinlik yaşına çatmayan uşaqları oldugu üçün nikahın pozulmasi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 28 aprel 2009-cu ildə 300 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh аrаsındа Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 aprel 2009-cu il tarixdə bağlanmış və 300 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Daha sonra tərəflər arasında Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində 26 yanvar 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barişiq Sazişinin 3-cü və 4-cü bəndini dəyişiklik etmişlər. Tərəflər razılaşır ki, xx.xx.2023-cü ildə aralarında bagladıqları Barışıq Sazişinin 3-cü, 4-cü va 5-ci bəndləri qüvvədən düşmüş hesab olunsun va onların əvəzinə aşağıda yer alan müddəalar (bu Sazişin 4-cü və 5-ci bəndləri) qüvvəyə minsin. Bu Sazişi imzalamaqla Tərəflər razılaşır ki, birgə nikahdan doğulan 28 May 2013cü il təvəllüdlü X6 anasının yanında, digər iki övlad - 07 May 2010-cu il təvəlludlü X9 və 01 Aprel 2015-ci il təvəllüdlü X14 atasının yanında saxlanılır, uşaqların saxlanılması və yaşayışı üçün Tərəflər bir-birindən aliment və digər maddi xərclər tələb etmir, uşaqların saxlanılması üçün olan qida, geyim, təhsil və digər zəruri xərcləri özləri qarşılayır, uşaqlarını fiziki və mənəvi sağlamlığını təmin edən şəraitdə saxlamaga borclu olduqlarını və tərəflər bir gün əvvəlcədən xəbər vermək şərtilə, qarşı Tərəfin yanında saxlanılan uşağ(lar)ı həftədə azı 1 dəfə olmaq üzrə görmək hüququna sahib olmaları barədə razılığa gəlmişlər. Bakı 9 saylı Mediasiya Təşkilatında 26 yanvar 2024-cü il tarixli barışıq sazişi bağlandıqdan sonra cavabdeh daimi yaşamaq üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsbəsi, X19 massivində yerləşən valideynlərinə məxsus evə köçmüşdür. Tərəflərin ayrılıqda yaşaması, o cümlədən cavabdehin öz valideynlərinin evinə köçüb orada yaşaması və iddiaçının mülkiyyətində olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxaması sonuncu - 26 yanvar 2024-cü il tarixli barışıq sazişi bağlanarkən də tərəflər arasında şifahi razılaşdırılıb. Buna görə də həmin barışıq sazişində tərəflərinin hər birinin digər tərəfin/valideynin yanında qalan uşaq/uşaqlarla həftədə bir dəfədən az olmayaraq ünsiyyətdə olması qeyd olunub. Uşaqlarla ünsiyyət qaydasının bu cür – həftədə bir dəfə olmaqla müəyyən olunması tərəflərin ayrılıqda yaşayacağını razılaşdırdıqlarına sübutdur. Lakin cavabdeh iddiaçının mənzilindən köçməklə bağlı öhdəliyini yerinə yetirsə də, həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaqla bağlı öhdəliyini yerinə yetirməkdən imtina edir. Bildirir ki, cavabdeh X1 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10 C, mənzil 166 (Yeni Qaydalarla: AZ1070; ünvan 2 ünvanında qeydiyyatı formal xarakter daşıyır. Məlumat üçün bildirir ki, həmin mənzil iddiaçının anası ilə bağladığı 19 sentaybr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli “Çıxarış” verilmişdir. Belə ki, X10 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahasi 82.6 kv.m olan mənzilini hədiyyə alan İddiaçı bağışlamışdır. Cavabdeh X7, həmin mənzilə İddiaçı 05 yanvar 2021-ci il tarixli razılıq ərizəsinə əsasən, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10 C, mənzil 166 (Yeni Qaydalarla: AZ1070; Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 51, M12, m 6 saylı) mənzilində cavabdeh X1 istifadə hüquqlarının dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən etibarən İddiaçı xüsusi mülkiyyətindədir. Hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Cavabdeh X1 həmin mənzildə formal qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı cavabdeh üçün kommunal xidmət haqları ödəməyə məcbur olur. Bundan başqa o, mənzili özgəninkiləşdirmək istədikdə cavabdehin həmin mənzildə formal qeydiyyatda olması buna maneə yaradır. İddiaçı mübahisəli mənzili birgə nikah dövründə əldə etsə də, mənzil ona əvəzsiz bağışlanmış, həmin mənzil onların ümumi birgə mülkiyyətində olmamış, cavabdeh nə əvvəlki mülkiyyətçi, nə də sonrakı mülkiyyətçi/ iddiaçı ilə mənzilə istifadə hüququnun yaranması barədə notarial qaydada hər hansı müqavilə bağlamamamış, onu DƏDRX-də qeydiyyata aldırmamış və bu səbəbdən cavadehin həmin mənzilə dair hər hansı hüququ yaranmamışdır. Hazırda iddiaçı ilə cavadeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir və cavabeh X11 mübahisəli mənzildə yaşamır. Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzilə, Yeni qaydalarla AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 51, M 12, 6 saylı mənzilə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsmunun əvəzi və vəkil tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 320 manat xidmət haqqının cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oglu iddia ərizəsi ilə Cavabdeh “istifadə hüququnun olmamasının müəyyən edilməsi, qeydiyyatdan çıxarılma, cavabdehə məxsus əşyaların mənzildən çıxarılması və 100 manat dövlət rüsumunun əvəzi, hüquqi yardımımın göstərilməsi üçün ödənilmiş 320 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı oglu 28 aprel 2009-cu il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində 300 nömrəli qeydlə nikaha daxil olmuşlar. Birgə nikahdan 3 övladı - xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X24 oglu anadan olmuşlar. Nikaha daxil olduğu 28 aprel 2009-cu il tarixindən hazırda qeydiyyatda olduğu keçmiş əri İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzilə gəlin köçmüş, bütün cehiz və şəxsi əşyaları həmin mənzildədir, həmin tarixdən etibarən bu ünvan onun və ailənin yaşayış yeri olmuşdur, övladları həmin evdə dünyaya gəlmişdir. 2024-cü ilin yanvar ayından cavabdeh onu yaşadığı evdən döyərək qovmuş, o dəfələrlə öz evinə qayıtmaq istəsə də, qapının açarlarını dəyişərək ona mənzilə daxil olmağa maneələr yaratmış, bu gün də o öz evinə daxil ola bilmir, bu səbəbdən də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı oglu tərəfindən verilmiş iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmənin hazırlıq iclasında, 22 aprel 2024-cü il tarixdə təqdim olunub. Ərizələrdə göstərilən bir çox ifadələr yanlışdır. Belə ki, o İddiaçı göstərdiyi kimi könüllü olaraq yaşadığı mənzildən getməmiş, onu qanunsuz olaraq yaşayış yerindən məhrum edib. Onun bu gün 10 yaşlı qızı ilə yaşamağa yeri yoxdur, nə də onun adına hər hansı bir daşınmaz əmlak mövcud deyil. O, daimi yaşamaq üçün valideynə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X19 Massivində yerləşən evə köçməmişdir. Nə də onun İddiaçılə ayrılıqda yaşamaq, o cümlədən onun valideynlərinin evinə köçüb orada yaşamaq və yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq kimi şifahi razılaşma olmayıb. Əksinə, son vaxtlar İddiaçı onunla Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzildə yaşamamış, şifahi razılaşmaya əsasən nikah pozulduqdan sonra da o həmin mənzildə uşaqları ilə yaşamağa davam etməli, o isə anasının qaldığı Keşlə qəsəbəsində qeydiyyatda olduğu evdə yaşamalı idi. xx.xx.2024-cü il tarixli barışıq sazişində uşaqlarla ünsiyyət qaydasının-həftədə bir dəfə olmaqla müəyyən edilməsi heç də onun mənzildən köçməyi ilə bağlı razılaşmanın olmasına sübut deyildir. Mənzildən köçməklə və qeydiyyatdan çıxmaqla bağlı İddiaçı qarşısında heç bir öhdəliyi olmayıb və belə bir öhdəliyinin olması heç yerdə öz əksini tapmayıb, əgər varsa buyurub məhkəməyə təqdim etsin. Bundan başqa, İddiaçı ərizəsində Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzilə (Yeni qaydalarla Bakə şəhəri, M.Xiyabani küçəsi, 51, M12. M-6) ünvanında qeydiyyatının formal xarakter daşıdığını göstərir. Halbuki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşımır və heç vaxt da daşımayıb, belə ki, həmin mənzil onun 15 il ərzində yaşadığı yeganə yer olub. Onun bu ünvandan başqa getməyə və yaşamağa yeri yoxdur, nə də əmək haqqı kirayə ev tutmağa imkan vermir. İddiaçı onu qızı ilə bərabər yaşadığı evdən qovaraq, qapının açarlarını dəyişdirməklə onu yaşayış hüququndan məhrum edib. Həmin mənzildə o 2009-cu ildən cavabdehlə ailə quraraq yaşamağa başlamış, həmin evi özü və ailəsi üçün yaşayış yeri hesab etmişdir. Cavabdeh onu evdən qovmaqla faktiki olaraq onun mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Cavabdeh İddiaçı ilə xx.xx.2023-cü il tarixdə “28 aprel 2009-cu il tarixdə bağlanan nikah münasibətlərini davam etdirməməyə, birgə nikahdan doğulan övladları - xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X8 ananın yanında saxlanması, atanın birgə nikahdan doğulan hər 3 övladı ilə sərbəst və məhdudiyyətsiz görüş hüququna sahib olması və uşaqların saxlanması üçün olan qida, geyim, təhsil və digər zəruri xərcləri qarşılaması barədə” razılığa gələrək barışıq sazişi bağlamışlar. 03 noyabr 2023-cü il tarixdə Nizami rayon Məhkəməsinə nikahın pozulması ilə əlaqədar müraciət etmişdir. 24 yanvar 2024-cii il tarixdə Nizami rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı oglu ilə Cavabdeh arasında nikah pozulmuşdur. Elə həmin ərəfədə İddiaçı oglu onun telefonunda çılpaq videoçəkiliş və fotoşəklinin, səs yazılarının olduğunu, onu həm qohum əqrəbaları, həm müəllim kimi çalışdığı 6 saylı X22 Mərkəzində, müəllimə kimi çalışdığı texnikumda, qardaşının iş yerində göstərəcəyini, eyni zamanda həm də sosial şəbəkələr vasitəsilə yayaraq əxlaqsız, qadın kimi təqdim edəcəyi ilə hədə qorxu gələrək, üstünə hücum çəkərək onu döymüş, evdən çıxıb gedərək uşaqlardan imtina etməyini tələb etmişdir. Onun videonun və şəklin yayılmasından, qohumları və işlədiyi təhsil müəssisəsində rüsvay olmamaqdan ötrü başqa çarəsi qalmadığından onu yeni 26 yanvar 2024-cü il tarixli barışıq sazişinə imza etməyə vadar elədi. Beləliklə, İddiaçı ona yaşadığı mənzildə zor tətbiq edərək, hədə qorxu gəlməklə onun yarıçılpaq video və şəkilləri yayaraq onu qohumlar arasında, sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədə qorxu gələrək şantaj edərək 26 yanvar 2024-cü il tarixli barışıq sazişinə imza etməyə məcbur etmişdir. Həmin barışıq sazişi ilə xx.xx.2023cü il tarixli barışıq sazişinin 3,4,5-ci bəndləri qüvvədən düşmüş hesab etdirərək faktiki olaraq onu 2 oğlundan məhrum etmiş və bunun nəticəsində həm sazişə imza etdirmiş, həm də bunu bəhanə gətirərək onu qızı ilə bərabər evdən qovmuşdur. Onun bu barədə hüquq mühafizə orqanlarına müraciətləri olmuş, hal-hazırda da Xəzər rayon Polis İdarəsində araşdırmalar aparılır. Göründüyü kimi, bu gün onun gəlin köçdüyü və 15 il boyunca yaşadığı Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzildən başqa uşaqları ilə birlikdə yaşayacağı bir əmlakının olmaması ilə bərabər İddiaçı birgə nikah dövründə çoxsaylı əmlaklar əldə etmiş, lakin onların hamısını valideynlərinin adına almışdır. Bunlardan aşağıdakıları göstərə bilər. Təmiri yanvar ayında bitmiş Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 61, bina 3, 43 və 44 saylı yenitikili binalardan 2 mənzil (atası Malıyev Təzəxanın adına alınmışdır). Maştaga qəsəbəsində tikdirdiyi bag evi (atası Malıyev Təzəxanın adma qeydiyyatdan keçmişdir) Qeydiyyatda olduğu ata evi olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi ev 218-də yerləşən evi plana düşəcək deyə daha çox pul almaq üçün ətrafında evlər tikərək artırmışdır, lakin tikdirdiyi evlər də atasının adınadır. Hətta aldığı “Kia Rio” avtomaşını da atası T.Malıyevin adınadır. Onu da qeyd edir ki, İddiaçı valideyinləri təqaüdçüdürlər və təbii ki, bu əmlakların tikintisi və alınması yaşlı valideynlərinin iqtidarında deyil. Bu əmlakları saymaqda məqsədi Məhkəmənin nəzərinə İddiaçı maddiyyatı insan həyatından daha üstün tutduğunu göstərməkdir ki, ona 3 övlad həyata gətirib boya başa çatdıran 15 il ailəsi olmuş arvadını və qızını küçələrə ataraq yalan ifadələrlə məhkəmə yolu ilə evdən çıxarmağa çalışır. Onu da qeyd edir ki, cavabdeh 2024-cü il yanvar ayından onları evdən qovandan qızının taleyi ilə də maraqlanmır, aliment ödəmir və nömrəni bloka salaraq özünün şantaj və hədə qorxu ilə imza etdirdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən yanında saxladığı oğlanlarını onunla və bacıları ilə görüşməyə imkan vermir. Bildirir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəmənin hazırlıq iclasında, 22 aprel 2024-cü il tarixdə təqdim olunub. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirmişdir ki, o cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 uşağı olmuşdur. Son zamanlarda münasibətlərində ailə-məişət xarakterli narazılıqlar yaranmışdır. Bütün narazılıqların əsl səbəbləri məhz iddiaçı özü olmuşdur. Tərəflər arasında Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gəlmiş, habelə övladlarının ananın yanında qalması və uşaqların saxlanlması ilə baglı qida, geyim, təhsil va digər zəruri xərclərin cavabdeh Rəmiş Maliyev tərəfindən çəkilməsi barədə razılığa gəlinmiş və bununla bağlı “Barışıq sazişi” bağlanılmışdır. Qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmayan uşaqları olduğu üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Daha sonra barışıq sazişi bağlanmışdır. Barişiq Sazişinin 3-cü va 4-cü bəndinə dəyişiklik edilmişdir. Belə ki, keçmiş həyat yoldaşı Cavabdeh ailədə tez-tez mübahisələr yaratmışdır. Məlumat üçün bildirir ki, tərəflər hər iki tərəfdən qohumdurlar. Sevinc onun xalası qızıdır. Bu prosesdə qohumlar, dostlar və yaxın adamlar da aktiv iştirak etmişlər. Bütün bunlara baxmayaraq Sevinc onunla yaşamaq istəmədiyini kəskin şəkildə düşməncəsinə bildirirdi. Mediasiyada razılığa əsasən uşaqlarının onun yanında qalmasını və onların bütün təminatının onun tərəfindən edilməsini öz üzərinə götürdü. Beləliklə xx.xx.2024-cü il tarixdə ikinci Mediasiya sazişi imzalandı. Məlumat üçün bildirir ki, həmin mənzil 19 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” verilmişdir. Tərəflərin ayrılıqda yaşaması, o cümlədən cavabdehin öz valideynlərinin evinə köçüb orada yaşaması və iddiaçının mülkiyyətində olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxması sonuncu - 26 yanvar 2024-cü il tarixli barışıq sazişi bağlanarkən də tərəflər arasında şifahi razılaşdırılıb. Buna görə də həmin barışıq sazişində tərəflərin hər birinin digər tərəfin yanında qalan uşaqlarla həftədə bir dəfədən az olmayaraq ünsiyyətdə olması qeyd olunub. Uşaqlarla ünsiyyət qaydasının bu cür - həftədə bir dəfə olmaqla müəyyən olunması tərəflərin ayrılıqda yaşayacağını razılaşdırdıqlarına sübutdur. Lakin cavabdeh iddiaçının mənzilindən köçməklə bağlı öhdəliyini yerinə yetirsə də, həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaqla bağlı öhdəliyini yerinə yetirməkdən imtina edir. İşin hallarından görünür ki, Cavabdeh etmiş olduğu hərəkətlərdən sonra - özünün dediyi kimi biabırçılıdan sonra mübahisəli mənzildən özü könüllü şəkildə çıxaraq valideynin evinə getmişdir. Hal-hazırda orada yaşayır. Yuxarıda qeyd etdiyi kimi, o həmin günü evdə olmamış və hər hansı hadisənin olmaması üçün özünü ələ alıb atasıgildə qaldı, səhəri gün isə Sevinc öz geyim əşyalarının hamısını özü ilə götürürərək, evi tərk edib getmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məmunu ilə eyni məzmunlu izahat verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdən X4 adına qeydə alınmışdır. İş materiallarında olan X12 ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 saylı mənzil X12 tərəfindən İddiaçı bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-457/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2009-cu il tarixdə bağlanmış və 300 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 saylı mənzil X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2009-cu il tarixdə bağlanmış və 300 nömrə ilə qeydə alınmışdır, Cavabdeh sözügedən mənzilə köçmüş, lakin sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-457/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hələ 2023-cü ilin oktyabr ayında tərəflər arasında nikah münasibətlərinin davam etdirilməməsi ilə bağlı barışıq sazişi bağlanmış, 26 yanvar 2024-cü il tarixdə isə barışıq sazşinin uşaqların yaşayış yeri (hansı valideynlə qalmaları, uşaqla ünsiyyət) ilə bağlı bəndlərinə dəyişikliklər edilmişdir. Həmin ərəfədə Cavabdeh evi tərk etmiş və hal-hazırda ata evində yaşayır. Həmçinin işin mübahisə edilməyən halıdır ki, X12 2009-cu ilin aprel ayında həmin vaxt qaynanasına məxsus olmuş mənzilə gəlin köçmüşdür. Daha sonra X12 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 saylı mənzili İddiaçı bağışlanmışdır. Mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İddiaçı ərizəsi əsasında 08 yanvar 2021-ci il tarixdə Cavabdeh mənzilə qeydiyyata düşmüşdür. Tərəflər arasında nikah pozulduğundan, hal-hazırda cavabdeh iddiaçının ailə üzvü statusundan çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh mənzildən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İlkin iddia üzrə iddiaçı hazır ki, iddia tələbinin təmin edilməsinə əsas kimi onu göstərmişdir ki, ilkin iddia üzrə cavabdehin mənzildə istifadə hüququ yoxdur, lakin buna baxmayaraq o mənzilini boşaltmır. Bu halda onun mənzil ilə bağlı mülkiyyət hüquqları məhdudlaşdırılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “Cavabdeh - əvvəlki qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə Cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh məxsus əşyalar Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, ilkin iddia əsaslı olduğundan, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ olmadığından onun həmin mənzilə istifadə hüququnun yaranması və mənzilə köçürülməsi barədə iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehin ailə üzvü deyildir. Halhazırda onun mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Belə ki, nə cavabdehin mənzilə gəlin köçdüyü müddətdə, nə də ki, mənzilin iddiaçının mülkiyyətində olduğu müddətdə mülkiyyətçilər tərəfindən onun mənzilə istifadə hüququnun yaranmasına dair dövlət reyestrində qeydə alınmış razılaşma mövcud deyildir. Belə olan halda, onun həmin mənzilə köçürülməsi üçün əsas yoxdur. Məhkəmə məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ilkin iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 420 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən, həmçinin qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh - əvvəlki qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Cavabdeh məxsus əşyalar Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, ev 10C, mənzil 166, Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 420 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 10C, 166 saylı mənzilə, Yeni qaydalarla AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 51, M 12, 6 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar