Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2301/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci iddia ərizəsi və iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMC-yə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzildən Cavabdeh2 və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixində müqavilə bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən İddiaçı MMC-nin İ. Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 6-ci mərtəbəsində yerləşən 20 №-li mənzil "xxxx" MMC tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh2 isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 235582 (iki yüz otuz beş min beş yüz səksən iki) manat ödəməli idi. Lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh2 ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 155582 (yüz əlli beş min beş yüz səksən iki) manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh2 ilə aralarında olan alqısatqı müqaviləsinə istinad edərək, ilk olaraq xx.xx.2024- cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixində Pretenziyə göndərilərək, aralarında olan xx.xx.2010-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Cavabdeh2 və onun ailə üzvləri tərəfindən istifadə edilən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə,ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakışəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı, müvafiq dövlət qurumu tərəfindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Yaranmış vəziyyətlə bağlı, İddiaçı MMC mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüququndan istifadə edə bilmir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən İddiaçı MMCnin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulur. Daha sonra, birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMC-yə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR-ın ********** saylı xx.xx.2023-cü il tarixli Çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 2 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli mənzil satışı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 533, 16 mərtəbəli binada 3 otaqlı mənzili (yeni qaydalarla ünvan 3, mənzil 7) almışdır. xx.xx.2007-xx.xx.2018-ci il tarixlərdə Gilan İnşaatın nəzdində fəaliyyət göstərən Azİnşaat-M MMC-nin direktoru vəzifəsində işlədiyi üçün Gilan Holdingin rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqavilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Buna görə də ona hər hansı ödəniş cədvəli təqdim olunmamış, pul tələb edilməmiş, müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında xx.xx.2010-cu ildə qaz sayğacı, xx.xx.2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən sözügedən müqavilənin ləğv edildiyini bildirməklə mənzilini təhvil vermək tələbi ilə pretenziya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mobil telefon nömrəsinə daxil olmuş SMS bildirişdə İddiaçı MMC-nin iddia tələbi üzrə cavabdeh qismində Yasamal Rayon Məhkəməsinə dəvət olunmuşdur. Məhkəmədə sənədlərlə tanış olduqda bəlli olmuşdur ki, faktiki mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 7 saylı mənzilinə İddiaçı MMC müəmmalı şəkildə DƏDKR-dan ********** saylı xx.xx.2023-cü il tarixli çıxarış əldə edərək mənzilindən istifadəyə qadağa qoyulmasını, boşaldılmasını və təhvil verilməsini tələb edir. "xxxx" MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli mənzil satışı müqaviləsinin ləğvinin məhkəmə qaydasında təsbit olunmadığı halda faktiki mülkiyyətində olan əmlaka İddiaçı MMC hansı əsaslarla çıxarış əldə etmişdir. İddiaçı MMC-nin həmin xx.xx.2023-cü il tarixli Çıxarışı əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin pretenziya göndərməsi müqavilənin qüvvədə olmasının etirafı deməkdir. Həmin pretenziyanın göndərilməsi "xxxx" MMC ilə İddiaçı MMC aralarında saxtakarlığın pərdələnməsinə dəlalət edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(004)-3032/2024 saylı qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMC-yə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair 2(004)-3032/2023 saylı mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair 2(004)-2301/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-2301/2024 saylı nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə icasında iştirak edən birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, birinci iddia üzrə iddianı müdafiə edir. İkinci iddia üzrə iddianı qəbul etmir. Cavabdeh2 ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, mənzil 235582 manata satılmışdır. O, mənzil üçün müəyyən ödənişlər etmiş və nəticədə onun 155582 manat borcu qalmışdır. Qarşı tərəfin təqdim etdiyi sənədlər də bunu təsdiq edir. Müqavilənin şərtinə görə ödəniş həyata keçirilmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilə bilərdi. "xxxx" MMC İddiaçı adından müqavilə əsasında satışı həyata keçirmiş və müqaviləyə xitam verilmişdir. İddiaçı mənzilin mülkiyyətçisidir. Mənzilin dəyəri tam ödənilmədiyindən Cavabdeh2 maliyyə arayışı verilə bilməz. İddiaçı tam qanuni şəkildə çıxarış əldə etmişdir. Odur ki, birinci iddia ərizəsi üzrə iddianın təmin olunması, ikinci iddia ərizəsi üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ödəniş qrafikində hansı tarixdə və hansı məbləğdə ödəniş edilməli olmasının hansı səbəbə görə əks olunmaması ilə bağlı məlumatı yoxdur. Onda olan məlumata əsasən Cavabdeh2 ilə qalan məbləğin ödəniləcəyi barədə razılıq olmuşdur. 14 il ərzində Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edilməməsi ilə bağlı suala cavab verə bilmir. Ona verilən məlumata əsasən qarışıqlıq, təhviltəslim olmadığından hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, ikinci iddia üzrə iddianı müdafiə edir. Birinci iddia üzrə iddianı qəbul etmir. Cavabdeh2 tərəfindən şifahi razılığa əsasən mənzil üçün 100000 dollar ödənilmişdir. Mənzilin təhvil verilməsi də qarşı tərəflə razılıq əldə edildiyini göstərir. Cavabdeh2 2010-cu ildə mənzili təhvil almış, təmir etmiş və həmin tarixdən də həmin mənzildə yaşayır. Birinci iddia üzrə iddiaçının ödəniş cədvəlini təqdim etməməsi sübut edir ki, tərəflər arasında razılaşma olmuş və əlavə vəsait istənilməmişdir. Birinci iddia üzrə iddiaçının adına həmin mənzillə bağlı çıxarışının olması hazırki işlə bağlı onlara məlum olmuşdur. Birinci iddia əsassızdır. xx.xx.2010-cu il tarixdə tərəflər arasında müqavilə bağlanmış və mənzil Cavabdeh2 təhvil verilmişdir. Hər hansı bir narazılıq olduğu təqdirdə, müqavilənin 4-cü bəndində tərəflərin məhkəməyə müraciət hüququ təsbit olunmuşdur. Belə olan halda xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh2 xəbərdarlıq məktubu daxil olmuş və 14 ildən sonra ödəniş tələb olunmuş və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. 10 gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və mənzili təhvil vermək tələb olunmuşdur. Aprel ayında isə İddiaçı hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatında onlara bəlli olmuşdur ki, bir il bundan əvvəl sözügedən mənzilə hansısa yollarla çıxarış əldə etmişdir. "xxxx" MMC–nin xəbərdarlığı, "xxxx" MMC-nin pretenziyasından da görünür ki, birinci iş üzrə iddiaçı tərəf özü etiraf edir ki, müqavilə, həmin sənədlər Cavabdeh2 göndərilən müddətdə qüvvədə olmuşdur. Sözügedən xx.xx.2010-cu il tarixli müqavilə qarşılıqlı razılaşma əsasında və ya hər hansı məhkəmə qətnaməsi ilə ləğv edilməmişdir. AR Mülki Prosessual Məcəllənin tələbinə əsasən, sübutetmə yükü tərəflərin üzərinə düşür. Birinci iddia üzrə iddiaçı öz iddiasını hər hansı sübutla təsdiq edə bilməmişdir. 14 il ərzində qarşı tərəfin pulu tələb etməməsi, hər hansı xəbərdarlıq, pretenziya göndərməməsi birmənalı olaraq göstərir ki, birinci iddia üzrə cavabdehin dedikləri həqiqətdir. Bugünkü gündə Cavabdeh2 mənzilin faktiki sahibi və istifadəçisidir. Buna görə də, həmin çıxarış ləğv edilməlidir. Bu müddət ərzində hər hansı tikinti şirkəti tərəfindən iddia irəli sürülməməsi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin etirafıdır. Odur ki, ikinci iddia ərizəsi üzrə iddianın təmin olunması, birinci iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ümumiyyətlə, "xxxx" MMC–nin rəhbəri Cavabdeh2 böyük qardaşı olmuş və onun “Gilan Holding”in rəhbərliyi ilə münasibətləri olduğu üçün rəhbərliyə qardaşının həmin məbləğdə pul vəsaitinin olduğunu bildirmiş və rəhbəlikdən həmin pul qarşılığında mənzil verilməsini xahiş etmişdir. "xxxx" MMC– nin satış üçün məsul olan şəxsi də razılaşmışdır. Cavabdeh2 2007-2018-ci illərdə "xxxx" MMC-də direktor vəzifəsində çalışmışdır. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, ikinci iddia üzrə iddianı müdafiə edir. Birinci iddia üzrə iddianı qəbul etmir. Nümayəndə və vəkili ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, ikinci iddia ərizəsi üzrə iddianın təmin olunması, birinci iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "xxxx" MMC-də direktor vəzifəsində çalışarkən 800 manat əmək haqqı alırdı. Yer qazılanda yerdən çıxan dəmir parçalarını metaloloma verib "xxxx" MMC–nin hesabına keçirmişdir. Bəlkə də həmin şirkətə ildə 150000 manatdan çox xeyir vermişdir. "xxxx" MMC-də mexanik kimi də çalışmışdır. Birləşdirilmiş iş üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC (birinci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Birləşdirilmiş iş üzrə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, birinci iş üzrə iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçı sifarişçiyə məxsus ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC (icraçı) ilə Cavabdeh2 (sifarişçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini icraçının müvafiq sənədləşmələrə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə satmasından, sifarişçinin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun sifarişçinin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. İcraçının sifarişçi ilə tikintisinə razılaşdığı yer 6 mərtəbə, bir bloklu bina 20 nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti hər kv.m üçün 1450 manat olmaqla, ümumi 162,47 kv.m satış sahəsindən ibarət 3 otaqdan ibarət mənzildir. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, sifarişçi hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün 48000 (60000 ABŞ dolları) pul ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün 8000 (10000 ABŞ dolları) pul ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün 8000 (10000 ABŞ dolları) pul ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün 8000 (10000 ABŞ dolları) pul ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh2 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün 8000 (10000 ABŞ dolları) pul ödəmişdir. İş materiallarında olan Cavabdeh2 məxsus əmək kitabçasından görünür ki, Cavabdeh2 xx.xx.2007-ci il tarixdə Az İnşaat-M MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2018ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin c bəndinə (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) əsasən direktor vəzifəsindən azad edilmişdir. İş materialalrında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, icraçı abonentin evində (ünvan 6 ünvanında) 08AZ1010003İ16 saylı qaz sayğacının quraşdırmasına nəzarət etməyi və servis xidməti göstərməyi, abonent isə müvafiq qaydalara uyğun olaraq onu istismar etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə Cavabdeh2 yaranmış 155582 manat borcunu 3 iş günü ərzində ödəməsi barədə Cavabdeh2 xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə Cavabdeh2 155582 manat borcunu ödəmədiyindən müqavilənin xitam verilməsi və hazırda istifadə etdiyi İ.Qutqaşınlı küçəsi, 533cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 6-cı mərtəbədə yerləşən 20 saylı mənzili xx.xx.2024-cü il tarixinədək boşaltması və "xxxx" MMCyə təhvil verməsi barədə Cavabdeh2 xəbərdar etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı MMC-nin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M6, m7) xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə "xxxx" MMC İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra "xxxx" MMC Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı ünvan 7 ünvanında yerləşən (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M6, m7) mənzili Cavabdeh2 satmış, Cavabdeh2 isə mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 2010-cu ilin aprel, may, iyun, iyul, avqust ayları üzrə mənzilə görə cəmi 100000 ABŞ dolları məbləğində pul ödənmişdir. Daha sonra, "xxxx" MMC Cavabdeh2 xx.xx.2024-cü il tarixdə xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin (155582 manat) 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə isə sözügedən müqavilənin ləğv edildiyini bildirməklə mənzilin təhvil verilməsi tələbi ilə pretenziya göndərilmişdir. Sözügedən mübahisəli ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M6, m7) xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Hazırda birinci iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzildən Cavabdeh2 və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR-ın ********** saylı xx.xx.2023-cü il tarixli Çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 2 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü bəndinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi hallarından biridir. Bu müddəalar digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra qərara qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Belə ki, İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci iş üzrə iddia tələbindən görünür ki, iddiaçı öz tələbinin əsası kimi ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasına, onun adına hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın reyestrindən çıxarışın olmasına istinad etmişdir. Birinci iş üzrə iddia tələbinin təmin-edilib edilməməsi məsələsi birləşdirilmiş iş üzrə Cavabdeh2 DƏDKR-ın ********** saylı xx.xx.2023-cü il tarixli Çıxarışının ləğv edilməsi tələbinin təmin edilib-edilməməsi ilə əlaqəli olduğundan məhkəmə ilkin olaraq birləşdirilmiş iş üzrə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2010-cu il tarixli müqavilənin bağlanmasından və müqavilə üzrə borclu tərəf olan Cavabdeh2 tərəfindən sonuncu ödənişin ödənilməsindən 14 il müddət keçməsinə baxmayaraq xx.xx.2010-cu il tarixli müqavilənin digər tərəfi "xxxx" MMC yalnız 14 il sonra həmin müqaviləyə xitam verilməsi barədə pretenziya məktubu göndərmişdir. Həmçinin xx.xx.2010-cu il tarixli müqaviləyə 2 saylı əlavədən görünür ki, sifarişçi, yəni Cavabdeh2 hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçinin ödəniş qrafikindən isə bəlli olan odur ki, həmin mənzilə görə 48000 manat (60000 ABŞ dolları) ilkin ödəniş kimi alınmış, 187582 ABŞ dolları isə qalıq olaraq qalmışdır. Cavabdeh2 daha sonra qalıq qalan məbləğdən 2010-cu ilin may, iyun, iyul, avqust ayları üzrə mənzilə görə daha 40000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Mənzilin dəyəri olan 235582 manatın tam və nağd şəkildə ödənilməsi müqavilədə qeyd edilsə də, ödəniş qarafikində qeyd edilən və yol verilən haldan bəlli olur ki, həmin müqavilə ilə Cavabdeh2 mənzilin dəyərinin bir hissəsini müqavilə bağlandığı vaxt, qalan məbləği isə sonra ödəməsi müəyyən olunmuşdur. Lakin müqaviləyə və eyni zamanda müqaviləyə 2 saylı əlavəyə nəzər yetirdikdə görmək olur ki, qalıq qalan 187582 ABŞ dolların hansı müddət aralığında, nə vaxt ödəniləcəyi ilə bağlı tarix və ya vaxt müəyyən edilməmişdir. Mübahisəli mənzillə bağlı xx.xx.2010-cu il tarixində alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən mənzil iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Belə olduğu təqdirdə, "xxxx" MMC-nin həmin müqavilə üzrə qalıq qalan pulu ödəməməsinə istinad edərək müqaviləni birtərəfli qaydada 14 il sonra ləğv etdiyini bildirməsi hüquqdan sui-istifadə hesab edilə bilər. Bununla yanaşı, müqavilə üzrə nəzərdə tutulmuş qalan məbləği ödəməməsinin əsası kimi Cavabdeh2 birləşdirilmiş iş üzrə iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2007-xx.xx.2018-ci il tarixlərdə Gilan İnşaatın nəzdində fəaliyyət göstərən Azİnşaat-M MMC-nin direktoru vəzifəsində işlədiyi üçün Gilan Holdingin rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqavilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Bu səbəbdən həmin müqavilə üzrə 100000 ABŞ dolları ödədikdən sonra qalan məbləği ödəməmişdir. Müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında xx.xx.2010-cu ildə qaz sayğacı, xx.xx.2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. Qeyd edilən faktlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus əmək kitabçasından da müəyyən olunur ki, Cavabdeh2 həqiqətən də xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixinə qədər Az İnşaat-M MMC-nin direktoru vəzifəsində işləmişdir. 14 il ərzində "xxxx" MMC-nin öhdəliyin icrası ilə bağlı borcluya heç bir təsir tədbirini görməməsi onlar arasında həqiqətən də əvəzləşdirmə ilə bağlı yazılı olmasa da, şifahi razılığın həqiqətən olduğunu ehtimal etməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən xx.xx.2010-cu il tarixli müqavilənin digər tərəfinə qarşı onun güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Belə olduğu təqdirdə, icra müddəti ilə bağlı şərt qeyd olunmamış müqavilənin 14 il sonra icra olunmaması bəhanəsi ilə ləğv edilməsi ağlabatan hesab oluna bilməz. Cavabdeh2 mübahisəli mənzilin dəyərinin yarısından çoxunu (100000 ABŞ dolları) ödəmiş və 14 ildir ki, həmin mənzildə yaşayır və bu dövr ərzində ona qarşı hər hansı pretenziya ünvanlanmamış və tələb irəli sürülməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh2 xx.xx.2010-cu il tarixli müqavilədən irəli gələn ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Həmin müqavilədə nəzərdə tutulmuş mənzilin dəyərinin tam ödənilməsi həmin mənzilə hüquqların dövlət qeydiyyatına alınmasına əsas verir. Bu baxımdan, İddiaçı MMC-nin xx.xx.2010-cu il tarixli müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh2 ünvan 7 mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzilə gözlənilən mülkiyyət hüququ olmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə çıxarış alması və həmin çıxarışa istinad edərək Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzildən istifadəsinə qadağa qoyulmasını tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Tarixdən də görünür ki, İddiaçı MMC çıxarışı xx.xx.2023-cü il tarixdə almış, "xxxx" MMC isə İddiaçı MMC çıxarışı aldıqdan 1 il sonra Cavabdeh2 xx.xx.2024-cü il tarixdə xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin (155582 manat) 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, xx.xx.2024-cü il tarixdə isə sözügedən müqavilənin ləğv edildiyini bildirməklə mənzilin təhvil verilməsi tələbi ilə pretenziya göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birləşdirilmiş iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməsi hissəsində təmin edilməli, İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci iddia təmin edilməməlidir. Məhkəmə birləşdirilmiş iddia tələbinin “həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 3 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması” hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, həmin sənədlərin nədən ibarət olduğunu, həmin sənədlərin etibarsız hesab edilməsinə əsas olan halları tələbində qeyd etməmiş, bu hissədə tələbini əsaslandırmamışdır. Məhkəmə birləşdirilmiş iddia tələbinin "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 3 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması” hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2010-cu il tarixli müqavilə üzrə mübahisəli mənzilin dəyəri 235582 manat müəyyən edilmiş, Cavabdeh2 isə mübahisəli mənzilin dəyərindən 100000 ABŞ dolları ödəniş etmişdir, qalan məbləğ isə ödənilməmişdir. Bu baxımdan, mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması ağlabatan və qanuni hesab edilə bilməz. Vicdanlılıq prinsipi və hüquqdan susiistifadənin qarşısının alınması məqsədilə 14 il müddətində müvafiq mənzilə sahiblik və istifadə hüququnu həyata keçirmiş və mənzilin dəyərinin yarısından çoxunu ödəmiş şəxsə münasibətdə birinci iddia üzrə “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinin təmin edilməməsi bu hissələrdə iddianın təmin ediləcəyi kimi başa düşülməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci iddia təmin edilməli, birləşdirilmiş mülki iş üzrə iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, birləşdirilmiş mülki iş üzrə iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu birinci iddia üzrə İddiaçınə, birləşdirilmiş mülki iş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş mülki iş üzrə üzrə iddiaçı Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci iddia təmin edilməsin. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu birinci iddia üzrə İddiaçınə aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Birləşdirilmiş mülki iş üzrə ödənilmiş dövlət rüsumu birləşdirilmiş mülki iş üzrə üzrə iddiaçı Cavabdeh2 aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2301/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2301/2024
18.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver