Məhkəmə qərarları › İş №e-2(004)-2302/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2302/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2302/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması X1 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması X1 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən, xidmət haqqı kimi əvvəlcədən ödənilmiş 22190 (ödənilmiş avans) manat məbləğində pul vəsaitləri də nəzərə alınmaqla, 210645 (iki yüz on min altı yüz qırx beş) manat məbləğində borcun, 510 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 10 min manat məbləğində dəymiş mənəvi zərərə görə pulun, faiz nisbətində cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə tutulması barədə qərnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair sənəddən görünür ki, iddiaçı 500 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi iddiaçı tərəfindən qiymətləndirilən iddia üzrə ödənilməli olan 510,64 manat məbləğində dövlət rüsumundan yalnız 500 manatı ödənilmiş, qalan 10,64 manat məbləğində dövlət rüsumunun kəsiri ödənilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən 500 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməsi müəyyən edilsə də, dövlət rüsumunun ödənilməsi təyinatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəməni balansına) ödənilmişdir. Belə ki, iş materiallarında əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixli qəbz iddiaçı tərəfindən təyinatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan başqa iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı qanunla nəzərdə tutulmuş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət etməmişdir. Belə ki, iddiaçı cavabdehlərə bildiriş-pretenziya məktubu göndərsə də, həmin məktubun onlara çatdırılmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmanətlərin Sığortalanması X1 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar