Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2306/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümyəndəsi X3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 12 saylı Notariat Kontoru tərəfindən təsdiq verilmiş xx.xx.2008-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, 2 otaqdan ibarət mənzili qızları Cavabdeh2 və Cavabdeh3 ona baxmaq və oğluna da pay düşəcəyi təqdirdə bağışlamışdır. Bağışlanma müqaviləsi bağlanan zaman qizları onu Notariat Kontoruna götürərək həmin fərdi yaşayış evinin bütün vərəsələr arasında bölünəcəyi, gələcəkdə səhhəti ilə bağlı yaranacag bütün maddi və digər ehtiyacların qarşılanması əvəzi olaraq onlara onlara vəsiyyətnamə verəcək. Bağışlanma müqavilənin mahiyyətini anlamamışdır, sonradan vermiş olduğu etibarnaməni sorğu edəndən sonra anlamışdır ki, qızları onu aldatmışdır. Lakin, mənzil üzərində mülkiyyət hüququnun ona keçməsinin səbəbini və qarşılığı olmasına baxmayaraq, Cavabdeh2 və Cavabdeh3 onunla aralarında bağlanılmış şifahi razılaşmanın şərtlərinin heç birinə əməl etməməklə, onu ağır xəstə vəziyyətdə mənzildə tək qoymaqla, ona heç bir maddi yardım etməməklə mülkiyyətə dair çıxarış alaraq həmin fərdi yaşayış evini özəlləşdirmişlər. Bununla da mənzilinə dair Dövlət Notariat Kontorundan müqavilənin hansi məqsədlə və hansi formada bağlanması ilə bağlı müraciət etdikdən sonra bilmiş və xəbərdar olmuşdur. Dəfələrlə qızları ilə əlaqə saxlanılmaqla onun səhhəti ilə bağlı yaranmış agır əməliyyatın zərurəti yaranması deyilsə də, buna heç bir əhəmiyyət verməmiş, bununla da onu son dərəcə çətin, ölümcül vəziyyətdə qoymaqla, aralarında bağlanılmış şifahi razılaşmanı kobud şəkildə pozmuşdurlar. Həmçinin həmin mülki ilə bağlı paylan olan digər övladlarının da hazirki müqavilədən xəbəri olmamışdır. Hazırkı müqavilənin bağlanmasını biləndən sonra məhkəməyə müraciət etmişdir. Belə ki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasınında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası, yəni iddiaçı yaşlı kişidir. Bağəşlama müqaviləsi onu aldadılaraq bağlanılmışdır. Ola bilər ki, bacısı atasının başqa işlə bağlı olaraq ona verdiyi etibarnamədən istifadə edərək onun adından imza etmiş və evi özü ilə digər bacısının adına keçirmişdir. Onun da həmin evdə hüququ var və atasının da, hazırda istəyi evin üç övladı arasında bərabər bölünməsidir. O, bu barədə cavabdehlərə bildirərək işi barışıq yolu ilə həll etməyi təklif etsə də, onlar buna razılaşmamışdırlar. Düzdür atası notariusda olaraq sənədi imzalasa da, əslində nəyə imza atdığını bilməmiş, əslində isə evi gələcəkdə ona da, pay vermək şərti ilə bacılarına bağışlamışdır. Atası evin bağışlanacağı təqdirdə onların mülkiyyətinə keçəcəyindən xəbərsiz olmuş, evin bacılarının hər birinin ½ hissədə mülkiyyətinə keçməsini isə üç il bundan öncə bilmişdirlər. Hesab edir ki, ev atasının hazırki istəyinə uyğun olaraq ya hər üçü arasında bölünməli, ya da iddia təmin edilərək bağışlama müqaviləsi ləğv edilməli və ev atasının adına qaytarılmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı olan atası özü könüllü şəkildə evini ona bağışlamaq istəmiş, o isə hələ o vaxt evin hər üç övladına bərabər verilməsini bildirmişdir. Qardaşı o vaxt burda yaşamırdı və nə atası, nə də anası ilə heç zaman maraqlanmamışdır. O, bu barədə qardaşına bildirərək sənədlərinin göndəriməsini təklif etmiş, qardaşı isə ilk öncə rəsmi nikahdan olmayan arvadının adına rəsmiləsdirilməsini istəmiş, lakin atası və onlar buna razı olmamışlar. Daha sonra isə qardaşı ümumiyyətlə onlarla əlaqə saxlamamışdır. Bundan sonra atası evi ona və bacısına bağışlamış, özü şəxsən notariusa getmiş və orda ona bütün hüquqları və bağışlamanın nəticələri izah edimişdir. Daha sonra qardaşı illər sonra qayıtmış ilk öncə o zaman hələ sağ olan analarını məcbur edərək onun evini öz adına keçirmiş və daha sonrada satmışdır. Hazırda isə atasını öyrədərək və aldadaraq ona təsir edərək bu iddianın qaldırılmasına nail olmuşdur. Anası uzun illər xəstə olmuş, atası isə yaşlandığından onun bütün işləri və baxımı ilə o məşğul olmuş, qardaşı isə bu illər ərzində onlarla heç maraqlanmamışdır. Məhz buna görə də, atası evi ona və bacısına bağışlamışdır. İddiada qeyd edilənlər hamısı yalan və əsasız olduğundan, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlə eyni məzmunlu izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında bir-birinə zidd izahatlar vermiş, gah atasının adından aldadılaraq etibarnamə əsasında evin bağışlanılmasını, gah evin ona da pay çatması şərtləri ilə bağışlanılmasını, gah da atasının notariatda iştirak edərək müqaviləni şəxsən imzalasada, nə imzaladığını bilməməsini bildirmişdir. İddiaçı özü də nə istədiyini bilməyərək tamamilə əsassız iddia qaldırmışdır. Aldadılmaqla və yanlışlıqla bağlanılmış əqdlərin qanunvericiliklə mübahisələndirilməsi bir il nəzərdə tutulmuş və bu hallar əqdin ləğvi deyil, etibarsızlığı üçün əsas ola bilən hallardı. İddiaçı isə uzun illər sora belə bir əsassız iddia qaldıraraq müqaviləni ləğv edilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tam əsassızdır. İlk növbədə iddiaçının qeyd etdiyi hallar əqdin ləğvi deyil etibarsızlığı üçün əsas ola bilərdi ki, bunu üçündə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Digər tərəfdən isə iddia ərizəsində və nümayəndənin izahatında qeyd edilənlərlə bağlı məhkəməyə heç bir sübutlar da təqdim edilməmişdir. İddiaçı 2008-ci il tarixində tamami ilə sağlam, ağlı başında biri olaraq könüllü notariusa gedərək və müqaviləni şəxsən imzalayaq evini qızlarına bağışlamış və bu illər ərzində də, mübahisələndirməmişdir. Müqavilədə isə hər hansı bir şərtlər göstərilmədən ev qeyri şərtsiz və təmannasız cavabdehlərə bağışlanılmışdır. Nümayəndənin izahatında guya qızlarının atalarına vaxtı ilə isə anasına baxmamaları, onun qayğısına qalmamaları barədə dedikləri tamamilə yanlış və yalan omaqla özündə həqiqəti əks etdirmir. Göstərilənlərə əsasəm eləcədə iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsində yerləşən 1/2 hissənin qalan hissəsindən ibarət 10 saylı fərdi yaşayış evini qızları- Cavabdeh2 və Cavabdeh3 bağışlamış, müqavilə Bakı şəhəri 12 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-03-588 saylı qeydiyyat aparılmışdır. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş və fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il taixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi, 10 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1993-cü il tarixdə X2 və İddiaçı adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin İddiaçı məxsus olan 1/2 hissəsindən 16,4 kv.m hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 3M-2N-325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. İddiaçı məxsus olan 1/2 hissəsindən qalan hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 4Ə- 03-588 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 adlarına xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evinin 1/2 hissənin qalan hissəsindən bir hissə Cavabdeh2, 1/2 hissədən k/s 16.4kv.m X1, 1/2 hissənin qalan hissəsindən bir hissə Cavabdeh3 mülkiyyətindədir. Bakı şəhəri 12 saylı notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il taixli məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlərin surətinə əsasən evini qızlarına bağışlamısdır. Həmin müqavilənin bir tərəfli qaydada ləğvi tələbinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış "Bağışlama müqaviləsi"nin ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla müqavilənin bağlandığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Müqavilənin notariat qaydasında ləğv edilməsi üçün onun və qızlarının iştirakı ilə "Müqavilənin ləğvi haqqında Müqavilə" bağlanmalıdır. Bununla əlaqədar qızları ilə birlikdə notariat ofisinə müraciət edməsi xahiş edilmiş, müqavilənin birtərəfli qaydada ləğvi üçün isə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il il tarixli Qərarında göstərilir ki, “Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi). MM-in 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hədiyyə verən İddiaçı ilə hədiyyə alanlar Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış və Bakı şəhər 12 saylı notariat ofisinin notariusu X7 tərəfindən təsdiq edilərək 4Ə-03-588 nömrə ilə qeydə alınmış xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə hədiyyə alanların üzərinə hər hansı bir öhdəlik qoyulması müəyyən olunmadığına görə, həmçinin həmin müqavilədən imtina edilməsi üçün əsas verən, MM-in 673.1-ci maddəsində qeyd edilən halların mövcud olması ilə bağlı iddiaçı tərəfindən iddia ərizəsinə hər hansı bir mötəbər sübut əlavə edilmədiyinə görə, qeyd olunan bağışlama müqaviləsinin və onun əsasında cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhər 12 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair" iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2306/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2306/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver