Məhkəmə qərarları › İş №e-2(004)-2311/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2311/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2311/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, X7 və Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan (Yasamal rayon İH-i Başçısının № 003999 nömrəli Orderi) Bakı şəhəri, Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı mənzilə cavabdehlər Cavabdeh, X5 və X3 istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı fərdi yaşayış evi Bakı şəhər Yasamal rayon İH-i Başçısının 02 fevral 2008-ci il tarixli 53 saylı sərəncamı əsas götürülməklə və 003999 nömrəli Orderlə xidmətinə görə ona verilmişdir. Cavabdehlərdən Cavabdeh onun keçmiş yoldaşıdır və onunla xx.xx.2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikahları rəsmiləşdirməklə ailə qurmuşlar. Digər cavabdehlər xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X5 isə onun övladlarıdır. Cavabdeh ilə nikahları Yasamal rayon Məhkəməsinin 2(004)-986/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan olan övladları cavabdeh olan anaları Cavabdeh ilə qalmışlar. Hazırda da cavabdeh olan keçmiş yoldaşı bildiyi qədər digər şəxslə yenidən ailə qurmuşdur. Cavabdehlər onunla 2014-cü ilin əvvəlinə kimi ünvan 1 ünvanında yerləşən mənzilində yaşamışlar, ora söküləndən sonra isə Yasamal rayonu Sovotski ərazisində kirayədə yaşamışlar, daha sonra qısa müddət ərzində nikahları pozulana kimi ona məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonra isə cavabdeh olan keçmiş yoldaşı ilə nikahları pozulmuş və övladları ilə birlikdə çıxıb getmişlər. Bakı şəhəri, Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı fərdi yaşayış evi ona 2008-ci il tarixdən verilsə də, cavabdehlər bir gün də olsa, belə həmin həmin mənzildə yaşamamışlar, buna baxmayaraq pasport qeydiyyatındadır. Həmin mənzildə daimi kirayəçilər yaşamışdır, hazırda da həmin kirayəçilər yaşayırlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə yaşamadan və istifadə hüququ olmadan qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur (hazırda onların qeydiyyatda olması onun mənzilinə sərbəst çıxarış almağına maneədir) və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də, cavabdehlər ona məxsus mənzildən qeydiyyatından çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan (Yasamal rayon İH-i Başçısının № 003999 nömrəli Orderi) Bakı şəhəri, Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı mənzilə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsində yerləşən 110A saylı fərdi yaşayış sahəsindən istifadə hüququnun olmamasına dair məhkəməyə təqdim edilmiş iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 3 aprel 2001-cü il tarixindən faktiki nikah münasibətində olmuş və birlikdə vaşamışlar. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2002-ci il təvəllüdlü X5 doğulmuşdur. 2007-ci ilə qədər iddiaçı və cavabdeh birlikdə kirayə mənzildə vaşamışlar. 2007-ci ildən etibarən Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsində yerləşən 110A saylı mənzildə yaşayıblar. Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsində yerləşən 110A saylı fərdi yaşayış evi, Bakı şəhər Yasamal rayon İH-i Başçısının 02 fevral 2008-ci il tarixli 53 saylı sərəncamı əsas götürülməklə və 003999 nömrəli Orderlə xidmətinə görə İddiaçı verilmişdir. Bu zaman X1 Nərmin Mütalib qızıda atanın qəyyumluğunda evə qeydiyyata düşmüşlər. İddiaçı və Cavabdeh xx.xx.2014-cü il tarixdə Yasamal rayon Qeydivyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikah xx.xx.2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra Cavabdeh Soltan qızı da həmin evə pasport qeydiyyatına düşmüşdür. Ancaq tərəflər arasında nikah Yasamal rayon Məhkəməsinin 2(004)-986/2021 saylı. xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların anasının yanında qalması qərara alınmışdır. Cavabdeh iddiaçı ilə faktiki nikah münasibətində olduğundan 2007-ci ildən iddiaçıya məxsus mübahisəli mənzilə köçmüş və sözügedən mənzilə müvafiq qeydiyyata düşmüşdür. Həmin evdə yaşamaqla ər-arvad kimi birgə təsərrüfatı idarə etmişdir. Sonradan ailə daxili münasibətləri pozulduğu üçün Cavabdeh Soltan qızının iddiası Yasamal ravon Məhkəməsinin 2(004)-986/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş X7 və X5 yetkinlik çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi cavabdeh 2007-ci ildən etibarən mübahisəli mənzildə yaşamış, həmin mənzilə qeydiyyata düşmüşdür. Sözügedən mənzil tərəflərin nikah münasibətində olduğu dövrdə iddiaçıya verilmişdir. Cavabdehin maddi vəziyyəti çox pisdir. Belə ki, o, heç bir yerdə işləmir, əmək haqqı almır, adına daşınar və ya daşınmaz əmlak yoxdur. Hazırda yaşaya biləcəyi başqa yeri də yoxdur. Cavabdehin özünü başqa yaşayış sahəsi ilə təmin etməsi üçün maddi cəhətdən imkanı yoxdur. Tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, mübahisəli mənzil Yasamal rayon İH-i Başçısının 02 fevral 2008-ci il tarixli 53 saylı sərəncamı əsas götürülməklə və 003999 nömrəli Orderlə xidmətinə görə cavabdehin ərinin mülkiyyətinə verilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə əsasən cavabdehin ailə üzvü kimi həmin vaxtdan mənzildən istifadə hüququ yaranmış olur. Həmçinin yuxarıda qeyd etdikləri kimi cavabdeh faktiki nikah münasibəti zamanı da həmin mənzildə yaşamışdır. Qeyd edilənlərdən göründüyü kimi mübahisəli mənzil cavabdehə də mənsubdur. Birgə nikah dövründə bərabər əldə etdikləri əşyalar hazırda həmin evdədir. Cavabdeh 2007-ci ildən etibarən qeyd şərtsiz mübahisəli evə köçərək orada iddiaçının ailə üzvü kimi birgə yaşadığından, həmin ev cavabdehə də mənsub olduğundan və birgə nikah dövründə onunla ümumi təsərrüfat apardığından iddia tələbi təmin edilməməlidir. Tərəflər arasında olan nikah münasibətlərinə xitam verildiyindən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, 3 il müddətinə cavabdehin istifadə hüququn saxlanması zəruridir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan (Yasamal rayon İH-i Başçısının № 003999 nömrəli Orderi) Bakı şəhəri, Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı mənzilə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsinə və həmin qətnamədə "Bu qətnamə Cavabdeh Yasamal rayonu, AK.Qarayev küçəsində yerləşən 110A saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır" kimi qeyd yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X23 ifadəsində onun mənzili ilə üzbəüz yerləşən mübahisəli mənzildə 25 ildir Həsənov Əlimürsəl, onun yoldaşı və qızının yaşadığını, əvvəllər Əlimürsəlin oğlunun da həmin evdə yaşadığını, ailə həyatı qurduqdan sonra evdən çıxdığını, özünün ayrıca evi olduğunu bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X21 ifadəsində Mütalib ilə qonşu olduğunu, özünün 1994-cü il tarixdən orada yaşadığını, Mütalibin mübahisəli evdə yaşadığını görmədiyini, ancaq arada gəlib-getdiyini gördüyünü, 2006-2008-ci il tarixdən Əlimürsəl, onun yoldaşı və qızının mübahisəli evdə yaşadığını, hazırda da həmin şəxslərin yaşadıqlarını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X9 ifadəsində Mütalibin onun dayısıoğlu olduğunu, Mütalib və ailəsinin başqa yerdə yaşadığını, mübahisəli mənzildə o, yoldaşı və qızının yaşadığını, əvvəllər oğlunun da onlarla yaşadığını, ailə həyatı qurandan sonra həmin evdə yaşamadığını, 2008-ci il tarixə qədər mübahisəli evdə heç kimin, o cümlədən, Mütalib və onun ailəsinin yaşamadıqlarını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X10 ifadəsində Mütalibin atasının dayısıoğlu olduğunu, Cavabdeh isə Mütalibin keçmiş həyat yoldaşı olduğunu, hazırda atası, anası və bacısının mübahisəli mənzildə yaşadığını, 2008-2016-cı illərdə özünün də həmin mənzildə yaşadığını, 2016-cı ildə ailə həyatı qurduqdan sonra həmin evdən çıxdığını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X11 ifadəsində Mütalibin atasının dayısıoğlu olduğunu, Cavabdeh isə Mütalibin keçmiş həyat yoldaşı olduğunu, 2008-ci ildən atası, anası və özünün mübahisəli mənzildə yaşadığını, əvvəllər qardaşının da onlarla yaşadığını, 2016-cı ildə qardaşı evlənəndən sonra evdən çıxdığını, onlardan əvvəl heç kimin həmin evdə yaşamadığını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X15 ifadəsində Mütalibin onun qohumu olduğunu, Cavabdeh isə Mütalibin keçmiş həyat yoldaşı olduğunu, 2008-ci ildən o, yoldaşı və qızının mübahisəli mənzildə yaşadığını, əvvəllər oğlunun da onlarla birgə yaşadığını, 2016-cı ildən ailə həyatı qurduqdan sonra başqa evdə yaşadığını, onlardan əvvəl həmin evdə heç kimin yaşamadığını bildirdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X12 ifadəsində Xanımın onun bacısı, Mütalibin isə bacısının keçmiş həyat yoldaşı olduğunu, 2008-2015-ci illərdə Moskvada yaşadığını, burda olmadığı üçün həmin evdə kimin yaşadığını görmədiyini, Mütalibin dediyinə görə həmin evdə onun yaşadığını bildirdi. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 53 nömrəli sərəncamına əsasən verilmiş 003999 nömrəli orderin surətinə əsasən A.Qarayev küçəsi, ev 110 A ünvanında 1 otaqlı 19.9 kv.m mənzil İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-986/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, iddiaçı X18 ilə cavabdeh İddiaçı arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014cü il tarixli 400 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X7 anası X8 himayəsində saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X13 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışa əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixdə bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2021-ci ildə 578 nömrəli akt qeydi ilə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X16, xx.xx.1967; X10, xx.xx.1992; X17, xx.xx.1993, X9, 0401.1961; X5, xx.xx.2002; X11, xx.xx.1996; X24, xx.xx.2020; X7, xx.xx.2005, X19, xx.xx.1974. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 86 nömrəli arayışına əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. X2, qohum X15, qohum X11 həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması..... MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 53 nömrəli sərəncamına əsasən verilmiş 003999 nömrəli order ilə ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı verilmişdir. Cavabdeh həmin mənzildə qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-986/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsində yerləşən 110A saylı mənzilə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan münasibətlər 2000-ci ildən sonra yaranmışdır. Qanunvericiliyinin tələbinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bundan başqa, 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. MM-in 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Cavabdeh İddiaçı keçmiş həyat yoldaşı olsa da, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa daxil olan mülkiyyətçi ilə birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) kateqoriyasına daxil deyil. Belə olan halda, cavabdehin mübahisəli mənzildə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruri idi. Hazırki işdə isə belə hal müəyyən edilmir. Həmçinin tərəflərin izahatları, şahid ifadələri və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin mənzildə yaşamamış və həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Baki şəhəri, ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Baki şəhəri, ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Baki şəhəri, ünvan 6 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar