Məhkəmə qərarları › İş №e-2(004)-2354/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2354/2025

11.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2354/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22030 manat məbləğində dəymiş zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 96.09 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22.186,09 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 14:30 radələrində ona yönləndirilmiş sifarişin icrası məqsədilə İddiaçı MMC-nin qanuni istifadəsində olan, yol vərəqəsi əsasında idarə etdiyi ** JC *** dövlət qeydiyyat nişanlı “FORD TRANSİT YÜK” markalı, vaqon tipli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxancı rayonu, Zığ qəsəbəsi, Zığ beton yolu ilə üzü hava limanı istiqamətində hərəkətdə olarkən yolun sağında hərəkətsiz duran yük maşınına dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, hadisə ilə bağlı “FORD TRANSİT YÜK” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün tərəflərindən "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş 99466JC-2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 22030 (iyirmi iki min otuz) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Qeyd edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Suraxanı RPİ-nin xx.xx.2024-cü il tarixli Qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və Suraxanı rayon X2 xx.xx.2024-cü il tarixli, İXP6425499 nömrəli protokoluna uyğun olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh barəsində tərtib olunan inzibati protokol da onun yol hərəkəti qaydalarına riayət etmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olduğunu sübut edir. Cavabdehin hüquqa zidd əməl törətməsi, həmin əməldə təqsirinin olması və baş vermiş hadisəylə vurulmuş ziyan arasındakı səbəb-nəticə əlaqəsi həmin hadisə nəticəsində vurulmuş ziyana görə onun mülki məsuliyyət daşıdığını sübut edir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində müvafiq borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilmiş və cavabdehin yaşadığı ünvana çatdırılmışdır. Bütün yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən vurulan zərərin əvəzi şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, xx.xx.2024-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin xx.xx.2024-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirakdan imtina etmiş və ilkin mediasiya sessiyasına gəlməmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barəsində arayış tərtib edilmişdir. Əlavə olaraq “FORD TRANSİT YÜK” markalı, 99JC 466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə icarəyə verilməsinə dair bağlanılmış xx.xx.2024-cü il tarixli, JC466/2024 saylı icarə müqaviləsinin 5.2-ci maddəsinə uyğun olaraq İcarəçi onun səlahiyyətli nümayəndəsi və ya üçüncü şəxslər tərəfindən icarə predmeti olan nəqliyyat vasitəsinə vurulmuş ziyanı birbaşa həmin səlahiyyətli nümayəndəsindən və ya üçüncü şəxsdən müstəqil tələb edə bilər. Beləliklə, hesab edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş 22030 manat məbləğində zərər Cavabdeh tutularaq şirkət – İddiaçı MMC-yə ödənilməlidir. Baş vermiş hadisədən sonra Cavabdehlə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı RPİ-nin xx.xx.2024-cü il tarixli Qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh əməlində AR İXM-NİN 327.1-ci maddəsinin əlamətləri olduğundan barəsində qəbul edilmiş qərar icra olunması üçün Suraxanı RPİ-nin DYŞP-nə göndərilmişdir. İş materiallarında olan İddiaçı MMC (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli maddi məsuliyyət haqqında müqavilədən müəyyən edilir ki, işçi əmlakdan təyinatına uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə İşçinin təqsiri ucbatından məhv olması və pisləşməsi (təbii aşınma halları istisna olmaqla) riskinin aradan qaldırılmasını təmin etmək; ona etibar edilmiş Əmlakın saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı salamatlığını təmin etmək, İşəgötürənə hər hansı səbəbə görə ziyan vurmamaq; müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmaq; əmlakı korladıqda, məhv etdikdə, habelə digər hərəkəti (hərəkətsizliyi) ilə İşəgötürənə ziyan vurduqda, vurulmuş ziyanın tam həcmdə ödənilməsini təmin etmək, bu məqsədlə təyin edilmiş araşdırma zamanı İşəgötürənə yazılı izahat və digər tələb edilən sənəd və (və ya) məlumatları vermək; maddi məsul şəxs kimi Cəmiyyətin işçisi olaraq müəssisənin müştərilərinə göstərdiyi xidmətlər nəticəsində yaranmış məsuliyyətə (vurduğu zərər həcmində) görə cavabdehlik daşımaq vəzifələrini daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində saat 14:30-da Zığ yolu ərazisində “FORD TRANSİT YÜK” markalı, 99JC466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması müəyyən edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 99466JC-2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qüsur aktına əsasən “FORD TRANSİT YÜK” markalı, 99JC466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 22030 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, JC466/2024 saylı icarə müqaviləsinə əsasən icarəyəverən "xxxx" MMC qanuni əsaslarla ona məxsus olan “FORD TRANSİT YÜK” markalı, 99JC466 dövlət qeydiyyat nişanlı Vaqon tipli nəqliyyat vasitəsini icarəçi İddiaçı MMC-yə icarəyə vermişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən ona 3 iş günü müddətində 20355 manat borcunun ödənilməsi, əks halda tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticə hissəsinə əsasən müəyyən olunur ki, “FORD TRANSİT YÜK” markalı, 99JC466 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 22335 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 14:30 radələrində ona yönləndirilmiş sifarişin icrası məqsədilə İddiaçı MMC-nin qanuni istifadəsində olan, yol vərəqəsi əsasında idarə etdiyi ** JC *** dövlət qeydiyyat nişanlı “FORD TRANSİT YÜK” markalı, vaqon tipli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Suraxancı rayonu, Zığ qəsəbəsi, Zığ beton yolu ilə üzü hava limanı istiqamətində hərəkətdə olarkən yolun sağında hərəkətsiz duran yük maşınına dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, hadisə ilə bağlı “FORD TRANSİT YÜK” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün tərəflərindən "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş 99466JC-2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 22030 (iyirmi iki min otuz) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Qeyd edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Suraxanı RPİ-nin xx.xx.2024-cü il tarixli Qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və Suraxanı rayon X2 xx.xx.2024-cü il tarixli, İXP6425499 nömrəli protokoluna uyğun olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Cavabdeh barəsində tərtib olunan inzibati protokol da onun yol hərəkəti qaydalarına riayət etmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olduğunu sübut edir. Cavabdehin hüquqa zidd əməl törətməsi, həmin əməldə təqsirinin olması və baş vermiş hadisəylə vurulmuş ziyan arasındakı səbəb-nəticə əlaqəsi həmin hadisə nəticəsində vurulmuş ziyana görə onun mülki məsuliyyət daşıdığını sübut edir. Bu əsasla tərəflərindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində müvafiq borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilmiş və cavabdehin yaşadığı ünvana çatdırılmışdır. Bütün yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən vurulan zərərin əvəzi şirkətə ödənilməmişdir. Baş vermiş hadisədən sonra Cavabdehlə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı Cavabdeh 22030 manat məbləğində dəymiş zərərin, ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 96.09 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22.186,09 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-cimaddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 1115-ci maddəsinə görə,zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi Cavabdeh İddiaçı MMC-də sürücü olaraq müqavilə əsasında tam maddi məsuliyyətli şəxs qismində əmək vəzifələrinin icrası ilə bağlı ciddi nöqsana yol verərək işəgötürən İddiaçı MMC-yə 22030 manat maddi zərər vurmuşdur. Əmək Məcəlləsinin 201-ci maddəsində nəzərdə tutulmuş, işçi Cavabdeh maddi məsuliyyətinin istisna edən hallar aşkar olunmamışdır. Sözügedən zərər məbləği iş materiallarına əsasən öz təsdiqini tapmışdır. 22030 manat zərər məbləğinin ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh təklif edilsə də, hər hansı nəticə əldə olunmamışdır. Maddi zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən 22030 manat müəyyən olunmuşdur. “X1 Mərkəzi” MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə hesabatın nəticə hissəsinə əsasən isə müəyyən olunmuşdur ki, “FORD TRANSİT YÜK” markalı, 99JC466 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 22335 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ ekspert rəyinə əsasən müəyyən edilən məbləğdən az olduğundan, maddi zərərin məbləği iddia tələbinə uyğun olaraq 22030 manat məbləğində tutulmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 22030 (iyirmi iki min otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, Cavabdeh mediasiya xərcinin əvəzi kimi ödənilmiş 60 (altmış) manat, dövlət rüsumunun əvəzi kimi ödənilmiş 96.09 (doxsan altı manat doqquz qəpik) manat və ekspertiza xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 22030 (iyirmi iki min otuz) manat, mediasiya xərcinin əvəzi kimi ödənilmiş 60 (altmış) manat, dövlət rüsumunun əvəzi kimi ödənilmiş 96.09 (doxsan altı manat doqquz qəpik) manat və ekspertiza xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar