Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-236/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 Ağalı qızının və "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ağalı qızı və "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Ağalı qızı və "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin etməklə, Cavabdeh1 və onunla yaşayan digər ailə üzvlərinin (digər şəxslərin) iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən 2 saylı evdən çıxarılmaları və evin iddiaçının sahibliyinə qaytarılması, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən 2 saylı ev təxminən 30 ilə yaxındır ki, İddiaçı mülkiyyətində və sərəncamındadır. İddiaçı öz şəxsi vəsaiti hesabına özünə məxsus 3 sot torpaq sahəsinin üzərində 116 kv.m-dən ibarət yaşayış evi tikmişdir. Bununla bağlı iddiaçının adına xx.xx.2002-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Bir neçə il bundan əvvəl cavabdeh uzaq qohumlarının vasitəsilə iddiaçıdan tənha qadın olmasını və daimi yaşayış yerinin olmamasını əsas gətirməklə müvəqqəti olaraq ona məxsus yuxarıda qeyd olunan mənzilə daşınaraq yaşamasına icazə verməsini xahiş etdirmişdir. İddiaçı da həmin şəxslərin xahişini nəzərə alaraq yüksək humanizm prinsiplərinə sadiq qalmaqla özü başqa ünvana daşınaraq, cavabdehə müvəqqəti olaraq öz mənzilində yaşamasına icazə vermişdir. Bir müddət sonra isə iddiaçı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu mənzilin boşaldılmasına hər dəfə müxtəlif bəhanələr gətirərək icra etməmişdir. Cavabdehin bu hərəkəti isə özünü iddiaçının evini zəbt edib orada yaşamaqla sonuncuya mülkiyyətindən istifadə etməyə imkan verməməsi ilə ifadə etmişdir. Bu hələ azmış kimi həmin ünvan hazırda tikinti-yenidənqurma ərazisinə düşdüyündən cavabdeh iddiaçını xəbərdar belə etmədən müxtəlif qeyri-qanuni yollara əl ataraq özünü ev sahibi kimi göstərməklə tikinti şirkəti ilə gizli sövdələşməyə gedərək söküntü işlərinin aparılmasına razılıq verməklə, müəyyən məbləğdə pul alaraq əsassız olaraq varlanmaq istəyindədir. Hazırda qeyd olunan halların aradan qaldırılması və iddiaçının humanist addımlarının müsbət nəticə vermədiyini nəzərə alaraq həmin evin boşaldılması və qanuni sahibinə təhvil verilməsi məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil AZEMİS elektron kabinet vasitəsilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən 116 kv.m-də ibraət olan 2 saylı yaşayış evinin söküntüsünə görə ödənilmiş 22.000 manat məbləğində kompensasiyanın Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi; cavabdeh "xxxx" ASC ilə Cavabdeh1 arasında söküntü ərazisində yeni inşa olunan binada mənzillə təmin olunma barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; iddiaçının inşa olunan binada mənzillə təmin olunmasına dar yeni müqavilənin bağlanması öhdəliyinin cavabeh "xxxx" ASC-nin üzərinə qoyulması; həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini; bundan əlavə Cavabdeh1 və "xxxx" ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (dələduzluq, vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 178, 179-cu maddələri), müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Ağalı qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda 2(004)- 236/2025 №-li mülki iş olaraq olaraq Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin icraatında baxılan, İddiaçı Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsini aşağıda qeyd edəcəkləri baxımından əsassız hesab edir. Belə ki, iddiaçı məhkəmədən xahiş edir ki, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən 116 kv.m-də ibraət olan 2 saylı yaşayış evinin söküntüsünə görə ödənilmiş 22.000 manat məbləğində kompensasiyanın Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi; cavabdeh "xxxx" ASC ilə Cavabdeh1 arasında söküntü ərazisində yeni inşa olunan binada mənzi lə təmin olunma barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; iddiaçının inşa olunan binada mənzi lə təmin olunmasına dar yeni müqavilənin bağlanması öhdəliyinin cavabeh "xxxx" ASC-nin üzərinə qoyulması; həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilsin....Bundan əlavə Cavabdeh1 və "xxxx" ASC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (dələduzluq, vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 178, 179-cu maddələri), müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad qəbul edilsin..... İddiaçının məhkəmədən ikinci istəyinə münasibəti olaraq bildirmişdir ki, bu iddiaçının məhkəməyə ünvanlandığı saxta sənədlərə əsaslanan iddiasına görə doğurdan da onun əməllərində cinayət tərkibinin olub olmadığı araşdırılmalıdır. O ki, qaldı iddianın özünə iddiaçı yuxarıda qeyd etdiyi kimi, saxta hesab etdiyi sənədə əsaslanaraq (həmin sənəd barəsində DƏDRX-dən verilmiş məktubda da həmin sənədin arxiv nüsxəsinin olmadığı bildirilib) məhkəmədən yuxarıda qeyd olunan tələbini irəli sürüb. İddiaçı, 2005-ci ildən onun istifadəsində olan və onun tərəfindən inşa edilmiş və ümumi tikinti sahəsi 141 kv.metr olmuş tikiliyə istinad edir və buna subyektiv hüquq əsası kimi saxta olduğunu iddia etdiyi “texniki pasporta” istinad edir ki, həmin sənədə fikir verin: sənədin vərəqlərinə vuralan dairəvi və üçkünc möhrlərin 2002-ci ildə fəaliyyət göstərən reyestr xidməti idarəsinə aid olması şübhə doğurmaqla yanaşı, tikilinin eskizi də onun istifadəsində olmuş inşa etdirdiyi tikiliyə uyğun deyil (istər görünüş, istərsə də ölçü baxımından). Dövlət reyestrindən də bildirilir ki, həmin sənədin arxivi, kökü yoxdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanı ilə təqdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na aid edilən sənədlər baxımından da iddia tərəfin təqdim etdiyi sənəd ona tələbində subyektiv hüquq əsasını vermir. Belə ki, istinad edilən sənəd, qaldırılan iddiada iddiaçının əmlak mülkiyyətçisi kimi tanınmasına əsas vermir. Subyektiv hüquqa görə: “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz” Şərh olunalardan çıxış edərək, ona və qeyrisinə qarşı, qaldırılmış iddianı əsassız, eləcə də başqasının hesabına varlanmaq niyyəti ilə qaldırılmış iddia hesab edir və ona görə də məhkəmədən rədd edilməsini xahiş edir. İddiaçının iddiasına əsas kimi göstərdiyi sənədi isə prokurorluğun araşdırılma predmeti hesab edir (saxta olduğuna iddialıdır). Daha sonra Cavabdeh1 Ağalı qızı AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, 2(004)-236/2025 №-li mülki iş olaraq məhkəmənin icraatında baxılan, İddiaçı cavabdeh ona və "xxxx" ASC-yə qarşı, “müqavilənin etibarsız hesab edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğuna dair əvvəlki etirazında münasibətini bildirmişdir. Həmin etiraza əlavə olaraq bildirmişdir ki, məhkəmə sorğlarına verilən cavablarla da müəyyən olunur ki, iddia tərəfin iddiasını əsaslandığı dırnaqarası texniki pasport həqiqi sənəd deyil və iddiaçının ona və qeyrisinə qarşı iddia tələbi yalnız saxta yollarla başqasının hesabına varlanmaq niyyəti güdür. İddiaçı onunla qohumluq əlaqəsində olan şəxs olduğu üçün, eləcə də o dövrlərdə əraziyə aid istismar sahəsində rəhbər vəzifədə çalışdığı üçün ondan qeyd edilən ərazidə tikililəri tikənə qədər yaşamağı üçün ona vaqon tipli qurulunu təşkil etməsini xahiş etmişdir və o da ona belə bir dəmirdən vaqon tipli qurulu əldə edə bilməyində köməklik edib və hətta həmin “vaqon”a görə pulunu da alıb. İndi isə heç bir əsas olmadan saxta yollarla əldə etdiyi saxta sənədə əsaslanmaqla ona məxsus tikililəri (hazırda şirkət tərəfindən dəyəri ona ödənilməklə sökülüb) özünün adına çıxmağa cəhd edir. Ona görə də bu qanunsuz və əsassız iddianın məhkəmədən rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, tam şəkildə mülkiyyət hüququ formalaşmışdır. Əgər ev sökülməsəydi, çıxarış ala bilərdi. O, 5000 manat pulu cavabdehdən almışdır. Əgər cavabdeh evi almışdırsa alqı-satqı müqaviləsi, ödənişlə bağlı qəbz və ya hadisə şahidi olmalı idi. Sənədin saxta olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Ağalı qızı iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı onun qohumudur. Həmin ərəfələr o, torpaq satışı ilə məşğul olurdu, həm də Yasamal MKİS-də Yasamalda MKİS-nin rəisi idi. O da torpaq almaq istəyirdi deyə ona müraciət etmişdir. İddiaçıya 20000 manat pul vermişdi, həmin vaxt boş torpaq sahəsi idi. 2005-ci ildən evi hissə-hissə özü tikmişdir. Daha sonra iddiaçıya 5000 manat pulu torpaq sahəsində olan vaqonun əvəzi olaraq vermişdir. Pulu iddiaçıya gec verməyinin səbəbi maddi imkanı olmadığı üçün olmuşdur. O, 20 ildən çox idi ki əziyyətlə tikdiyi evdə yaşamışdır. Əgər ev Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, həmin torpaq kənd təsərrüfatı təyinatlı ərazidir. İddiaçı MKİS-nin rəisi olub, həmin vaxt torpaq sahələrinin alış-satışı ilə məşğul olub. Həmçinin digər cavadeh Esmira xanımla da iddiaçı arasında qohumluq münasibəti olub. Hazırki sənəd saxta sənəddir. Əgər bələdiyyə torpağıdırsa iddiaçının müqaviləsi, İcra Hakimiyytinin torpağıdırsa onda sərəncam olmalıdır. Müqavilənin əsassız olması ilə bağlı hüquqi sənəd olmalıdır. Dövlət orqanlarına verilmiş sorğuların cavabından da görünür ki, həmin sənəd ümumiyyətlə arxivdə mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin xx.xx.2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Xarici Dairəvi yolun yanında yerləşən 2 saylı evin sahibi kimi İddiaçı qeyd edilmişdir. Texniki pasport vətəndaşın ərizəsinə və Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli məktubuna əsasən tərtib edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsinin Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 236 saylı, xx.xx.2002-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanda yaşayan X1 ərizə ilə Yasamal rayon Bələdiyyəsinə müraciət edərək «Qanlı göl» ərazisində 1975-ci il tarixindən təsərrüfat sahəsi kimi istifadə etdikləri 200 kv.m. torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün ona ayrılmasını xahiş etmişdir. Ərizəyə Yasamal rayon Bələdiyyəsində baxılmış və vətəndaş N.H.Səfərovanın mənzilməişət şəraiti araşdırılmışdır. N.H.Səfərovanın dörd nəfərdən ibarət ailəsi 16 kv.m. sahəsi olan bir otaqlı mənzildə yaşayırlar. 1985-ci ildən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsində durmuşlar. «Qanlı göl» ərazisində uzun müddət istifadə etdikləri torpaq sahəsinə baxış keçirilmişdir. Sahəsi 200 kv.m. olan torpaq sahəsində ölçüləri (3.5 x 4.9) metr olan köhnə tövlə binası mövcuddur. Göstərilən torpaq sahəsi mal-qara saxlamaq məqsədi ilə istifadə olunur. Həmin sahədə fərdi yaşayış evi tikmək üçün texniki imkanlar mövcuddur. Vətəndaş N.H.Səfərovanın mənzil-məişət şəraitini nəzərə alaraq, uzun müddət istifadə etdiyi 200 kv.m. torpaq sahəsini ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmasına razılıq verilmişdir. Ayrılması nəzərdə tutulan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə rəy verilməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin 33 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən Dövlət Daşınmaz Əmlakın Reyestr Xidmət İdarəsinin xx.xx.2002-ci il tarixində Xarici Dairəvi yol kənarında 2 saylı evə verilmiş texniki pasport İddiaçı adına tərtib olunmuşdur. - X3, X5, X2, X7 və X8 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli akta əsasən onlarla qonşuluqda yaşayan Cavabdeh1 Ağalı qızı həqiqətən də 18 ilə yaxın müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl qərb sahili adlanan ünvandakı 167A saylı fərdi tikilidə yaşayır və həmin tikili onun şəxsi vəsaiti hesabına tikilib və tikdiyi gündən də onun istifadəsindədir və orada yaşayır. - "xxxx" ASC ilə Cavabdeh1 Ağalı qızı arasında bağlanmış 204/2024 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Cəmiyyət” Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və Mülkiyyətçinin istifadəsində olan şərti nömrəsi “115” və faktiki sahəsi 53.79 m2 və 60 m2 evi söküntü üçün qəbul edərək, əvəzində 53.79 m2 evə 20% əlavə olunmaqla həmin ərazidə inşa olunan yaşayış kompleksində 13-cü binada, 2-ci blok, 12-ci mərtəbə, 167 saylı, 63.99 m2, 2 otaqlı mənzil və 27 000 AZN pul verilir. “Mülkiyyətçi" bu müqaviləyə əsasən istifadəsində olan yaşayış sahəsini müqavilə imzalanan andan etibarən 3 (üç) gün ərzində ev əşyalarını çıxmaq şərti ilə olduğu vəziyyətdə söküntü üçün “Cəmiyyət”ə təhvil verməyi (təhvil-təslim aktı ilə) bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.(Mənzilin hazır olması baradə “Cəmiyyət”in bildirişini aldığı vaxt). - “Azəriqaz” İstehsalat Birliyinin ******* saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən Qanlı gölün yanında yerləşən evin sahibi Cavabdeh1 Ağalı qızı qeyd olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 5 ünvanında yaşayan Cavabdeh1 qeyd edilən tarixdə "xxxx" ASC-yə elektrik enerjısinin istifadəsinə görə borcu yoxdur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 6 ünvanında yaşayan Məmmədovanın xx.xx.2024-cü il tarixinə sudan istifadə xidmətinə görə borcu yoxdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna cavab olaraq ünvanladığı 24 sentyabr 2024cü il tarixli məktubuna əsasən mülkiyyətə dair verilmiş texniki pasportlar fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 03 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən sorğuda qeyd olunan İddiaçı adına sözügedən ünvana dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna cavab olaraq ünvanladığı 27 avqust 2025-ci il tarixli məktubuna əsasən Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının (icra Hakimiyyəti və İcraiyyə Komitəsi) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir məlumat əldə etmək imkan xaricindədir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı 2 sentyabr 2025-ci il tarixli məktubuna əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfində verilən sənədlər (yaşayış evlərinin texniki pasportları) Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı 5 sentyabr 2025-ci il tarixli məktubuna əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol kənarında yerləşən 2 saylı evə dair texniki pasportun Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilib-verilməməsi, verildiyi halda həmin sənədin arxiv nüsxəsinin İcra Hakimiyyətinin arxivində olub-olmaması barədə məlumatlar Yasamal Rayon İcra Hakimiyyətində aşkar edilmədi. Eyni zamanda bildirmişlər ki, qaldırılan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasını məqsədəuyğun hesab etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqısatqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin ona məxsus olmağına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 03 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən sorğuda qeyd olunan İddiaçı adına sözügedən ünvana dair tərtib edilmiş texniki pasportun arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, tərəflərin izahatları ilə işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, 20 ilə yaxın müddətdir ki, Cavabdeh1 Ağalı qızı həmin ünvanda yaşamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi sənəd və iddia etdiyi fərdi yaşayış evinin nömrələri arasında fərqlər də vardır. Belə ki, iddiaçı təqdim etdiyi texniki pasport 2 saylı evə dair tərtib edildiyi halda, Cavabdeh1 Ağalı qızının yaşadığı və digər cavabdehlə bağlanılmış müqavilənin predmeti 115 saylı evə aiddir. Belə olan halda mübahisə predmeti olan tikilinin İddiaçı tərəfindən tikilməsi, ona məxsus olması qənaətinə gəlmək mümkün deyildir. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırki halda "xxxx" ASC ilə Cavabdeh1 Ağalı qızı arasında “söküntü ərazisində yeni inşa olunan binada mənzillə təmin olunma barədə bağlanmış” 06 avqust 2024-cü il tarixli müqavilənin etibarsız hesab ediməsi üçün əsas müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçının sözügedən evdə yaşaması, onun həmin fərdi yaşayış evinə istifadə hüququnun yarandığı müəyyən olunmadığından məhkəmə Cavabdeh1 Ağalı qızından iddiaçının xeyrinə 22000 manat kompensasiyanın verilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Ağalı qızı və "xxxx" ASC-yə qarşı 22000 manat məbləğində kompensasiyanın Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi; cavabdeh "xxxx" ASC ilə Cavabdeh1 arasında söküntü ərazisində yeni inşa olunan binada mənzilə təmin olunma barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; iddiaçının inşa olunan binada mənzillə təmin olunmasına dar yeni müqavilənin bağlanması öhdəliyinin cavabeh "xxxx" ASC-nin üzərinə qoyulması və s. tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə cavabdehlərin barəsində cinayət işinin başlanılması üçün müvafiq orqana məlumat verilməsi barədə xüsusi qərardad qəbul edilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, vəsatətdə qeyd olunanlar sübuta yetmədiyindən vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Ağalı qızı və "xxxx" ASC-yə qarşı 22000 manat məbləğində kompensasiyanın Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi; cavabdeh "xxxx" ASC ilə Cavabdeh1 arasında söküntü ərazisində yeni inşa olunan binada mənzilə təmin olunma barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; iddiaçının inşa olunan binada mənzillə təmin olunmasına dar yeni müqavilənin bağlanması öhdəliyinin cavabeh "xxxx" ASC-nin üzərinə qoyulması və s. tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-236/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-236/2025
11.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver