Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2365/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılmasına və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılmasına və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(004)-6092/2018 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh “X11” MMC-yə qarşı iddiası qismən təmin edilməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilin X3 təhvil verilməsi və həmin mənzillə bağlı cavabdeh “X11” MMC-yə iddiaçıya münasibətdə maneələrin törədilməsi qadağan edilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı ASC-yə rəsmi şəkildə xx.xx.2020ci il tarixdə təqdim edilmişdir. Həmin qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9641/2021 saylı qətnaməsi ilə Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6092/2018 saylı qətnaməsi ləğv edilmiş və X2 iddiası rədd edilmişdir. Lakin ləğv edilmiş həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən həmin mənzil xx.xx.2019-cu il tarixli Aktla guya boş və təmirsiz vəziyyətdə X3 təhvil verilmişdir. Lakin, bundan öncə xx.xx.2018-ci il tarixli Aktla həmin mənzil İddiaçı ASC-yə təhvil verilmiş və Bank ora qapı qoyaraq, mühafizə altına almışdır. X2 xeyrinə çıxan Qətnamə icra edildiyindən icra işinə xitam verilmişdir. X5 həmin mənzili könüllü şəkildə Banka təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən Bank tərəfindən X3 qarşı iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə icraat zamanı Banka məlum olmuşdur ki, X5 həmin mənzili xx.xx.2019-cu il tarixli Mənzilin alqı-satqısına dair ilkin müqavilə əsasında xx.xx.2049-cu ilə kimi ora Çıxarış almaqla Cavabdeh satmağı öhdəsinə götürmüş və buna görə Notariusun depozit hesabı vasitəsilə 48150 manat pulu almışdır. Həmçinin mənzili Cavabdeh təhvil vermişdir. Bu səbəbdən hal-hazırda iddia tələbi ilə X1 qarşı iddia qaldırırıq və onun ailə üzvləri ilə mənzildən çıxarılmasını və mənzilin boşaldılmasını tələb edirik. Hesab edirik ki, X2 xeyrinə çıxmış qətnamə iddia tələblərinin təmin edilmiş hissəsində ləğv edildiyindən və iddia tələbləri rədd edildiyindən və 27 sentyabr 2018-ci il tarixli 2(004)-6092/2018 saylı qətnamə qəbul edilən vaxt artıq cavabdeh “X11” MMCnin Bakı şəhəri, Yasamal rayonu,YeniYasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m.dən ibarət olan 3 otaqlı 158 saylı mənzili Bakı Apellyasiya məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli Aktla İddiaçı ASC-yə təhvil verildiyindən, hal-hazırda orada yaşayan Cavabdeh ailə üzvləri ilə mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, İddiaçı ASC sözügedən mənzilə faktikisahiblik edərkən qanunsuz olaraq ora müdaxilə edilmişdir. Belə ki, Bank sözügedən mənzilin qapısını dəyişdirmiş və oranı mühafizə ilə təmin etmişdir. Cavabdeh isə bunları bildiyi halda oraya qanunsuz olaraq sahiblənmişdir. İddiaçı X5 cavabdeh “X11” MMC-dən 2012-ci ildən müqavilə ilə mənzil aldıqlarını iddia etmişdir. Amma İddiaçı tərəfindən sözügedən mənzil götürüldükdə oranın qapısı belə olmamışdır. İddiaçı ASC tərəfindən dəfələrlə əmlakın boşaldılması və təhvil verilməsi barədə edilmiş müraciətlərə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə bir vəziyyətdə Banka məxsus olan əmlaka qanunsuz sahiblik edən şəxslərin Banka məxsus əmlakdan Bankın iradəsinin ziddinə istifadə etməsini bankın qanuni sahib kimi qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9641/2021 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsi ləğv edilmiş və üçüncü şəxs İddiaçı ASC-nin şikayəti əsasında iddiaçı X2 cavabdeh “X11” MMC-yə qarşı ”mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2875/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, iddiaçı X2 cavabdeh “X11” MMC-yə qarşı ”mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9641/2021 saylı qətnaməsindən üçüncü şəxs Cavabdeh tərəfindən kasasiya şikayət verilsə də, şikayət təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(004)-398/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə İddiaçı ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə cavabdeh X3 qarşı “cavabdeh X2 onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılmasına və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli 2-1(103)-345/10 nömrəli qərardadına əsasən müəyyən edilir ki, hazırki mübahisənin predmeti olan mənzil İddiaçı ASC-nin sərəncamına verilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, hazırki mübahisə predmeti olan mənzil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli 2-1(103)-345/10 nömrəli qərardadının icrası ilə bağlı İddiaçı ASC-yə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh hazırda mübahisə predmeti olan mənzildə ailə üzvləri ilə birlikdə yaşaması mülki işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilmiş məhkəmə qərarları və digər sübutlara əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehin vəkilinin müdafiəs arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli 2-1(103)-345/10 nömrəli qərardadına əsasən verilmiş icra sənədi üzrə pulun icrası təmin edilməmiş, İddiaçı ASC tələbkar kimi öz hüququndan istifadə etməklə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh izah edilməlidir ki, ona vurulmuş zərərlə (iddia olunan) bağlı müvafiq cavabdehə (lər) qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, həmin mənzil boşaldılmaqla İddiaçı ASC-nə təhvil verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılmasına və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X11” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın, həmin mənzil boşaldılmaqla İddiaçı ASC-nə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2365/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2365/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver