Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2380/2023 21.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 16 yanvar 1971-ci ildə Ermənistan SSR-in Ararat rayonunun Xalisə kəndində anadan olmuş X15 barəsində olan vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən olunması və bərpa olunması; Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatının bərpa olunmasına uyğun olaraq X15 adına veriləcək yeni “Doğum haqqında şəhadətnamə”də «vətəndaş qrafasında X21, doğum tarixi- 16 yanvar 1971-ci il, doğum yeri- Ermənistan, Ararat rayonu, Xalisə kəndi, ata qrafasında X8, milliyətiazərbaycanlı, ana qrafasında X16, milliyəti-azərbaycanlı sözlərinin qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdə keçmiş Ermənistan SSR-in Ararat rayonunda anadan olmuş xx.xx.1971-ci il təvəllüdlü X21 ilə rəsmi qaydada ailə qurmuşdur. Həyat yoldaşı Habil Qasımov xx.xx.2014-cü il tarixdə avtoqəza nəticəsində böyük qardaşı X25 ilə birlikdə dünyasını dəyişmişdir. Hal-hazırda qaynanası Elmira Qasımova (həyat yoldaşının anası, uşaqlarının nənəsi) xüsusi mülkiyyətində olan daşınar və daşınmaz əmlaklardan bir hissəsini nəvələrinə, yəni onun uşaqlarına bağışlamaq istəyir. Lakin uşaqlarının onun nəvələri olması, mərhum həyat yoldaşı Habil Qasımovun anasının qaynanası Elmira Qasmova olmasını təsdiq edən doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Həmin şəhadətnamə Ermənistan SSR-də alındığından məlum hadisələrlə bağlı vətəndaşlıq vəziyyəti aktının bərpası məlum hadisələrlə əlaqədar mümkün deyildir. Bu səbəbdən də mərhum həyat yoldaşı X15 doğum haqqında şəhadətnaməsini təkrarən almaq üçün maraqlı şəxsə - Bakı şəhəri, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs müraciətinə xx.xx.2023-cü il tarixli, 3-16-5-8- 1194/15 saylı məktubla cavab verərək ərinin doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədləri təqdim edə bilməməyi səbəbindən xahişini təmin etməmiş və onun barəsində vətəndaşlıq aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsini tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək izahatında bildirmişdir ki, X21 xx.xx.1971-ci ildə Ermənistan SSR-in Ararat rayonunun Xalisə kəndində anadan olub. İndi o rayon Vedibasar adlanır. Onlar ailədə 3 bacı, 2 qardaş olublar. Orada yaşadıqları müddətdə sənədləri olub. Ərizəçi X21 ilə burada xx.xx.2002-ci il tarixdə ailə həyatı qurub və birlikdə Bakı şəhərində 2-ci Alatava qəsəbəsində yaşayıblar. Atası rəhmətə gedib, hal-hazırda anası orada yaşayır. Ərizəçi də həmin evə gəlin köçüb. 30 iyun 2014-cü il tarixində Habil Qasımov qardaşı və digər ailə üzvləri ilə birlikdə Goranboy rayonunda avtoqəzaya düşərək dünyasını dəyişiblər. Onların yaşadıqları ev Qasımov Habilin anası 1948-ci il təvəllüdlü X7 adına alınıb. Evi övladlarına, nəvələrinə bağışlamaq istəyib. Bağışlama etmək üçün Qasımov Habilin doğum haqqında şəhadətnaməsi tələb olunub. Şəhdətnamə olmadığından çətin vəziyyət yaranıb. X2 Habil Əziz oğlunun anasıdır. Qasımov Habilin atası ilə anasının nikahları var. xx.xx.1971-ci ildə Ermənistan SSR-in Ararat rayonunun Xalisə kəndinə anadan olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin alınması üçün maraqlı şəxsə müraciət olunub, maraqlı şəxs imtina verib və səbəb olaraq bərpa üçün zəruri olan sənədləri təqdim edə bilməməkləri qeyd olunub. Ona görə də X15 vətəndaşlıq vəziyyəti aktı qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən şahid X29 ifadəsində bildirmişdir ki, mərhum X21 onun doğma qardaşıdır. Ailədə 3 qardaş, 2 bacı olmuşlar. X1, anası X10r. X5 16 yanvar 1971-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuşdur. Qardaşları Habil və Faiq eyni gündə avtomobil qəzasında rəhmətə getmişlər. Məhkəmə iclasında dindirilən X12 ifadəsində bildirmişdir ki, mərhum X21 onun doğma qardaşıdır. Ailədə 3 qardaş, 2 bacı olmuşlar. İki qardaşı eyni gündə 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişmişdir. Anaları hal-hazırda yaşayır, ataları rəhmətə gedib. Mərhum X5 16 yanvar 1971-ci il tarixdə Ermənistan, Ararat rayonu, Xalisə kəndində anadan olmuşdur. X1, anası X10r. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: 435694 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 ilə X17 arasında xx.xx.1965-ci il tarixdə Ermənistan, Ararat rayonu qeydiyyat Şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Qasımova soyadı verilmişdir. 020675 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X21 ilə X4 arasında xx.xx.2002-ci il tarixdə İmişli rayon VVAQ Şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 355 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan AZE № 05450895 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 xx.xx.1971-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE № 03422646 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1948-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuşdur. AZ-İ № 675106 seriyalı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 620 nömrə ilə qeyd edilmişdir. AZ-İ № 133303 seriyalı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 173 nömrə ilə qeyd edilmişdir. 294369 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1969-cu il tarixdə Ermənistan, Ararat rayonu, Xalisə kəndində anadan olmuşdur. X3, anası X10r. 294366 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1976-cı il tarixdə Ermənistan, Ararat rayonu, Xalisə kəndində anadan olmuşdur. X3, anası X10r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 16 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında akt qeydində X15 atasının adı qrafasında – “X8”, anasının adı qrafasında – “X16” göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 16 yanvar 1971-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində X15 atasının adı qrafasında – “X8”, anasının adı qrafasında – “X16” göstərilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2380/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2380/2023
21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver