Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2401/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmiş əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən ləğv edilməsi və xx.xx.2020-ci il tarixi əmək müqaviləsinin ləğv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeyd aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış "Cavabdeh" MMC ilə onun arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən həmin cəmiyyətə Baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Lakin əmək müqaviləsi qeydiyyata alındıqdan sonra ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq cəmiyyət fəaliyyətini dayandırmış onun təsisçisi və direktoru olan X8 adlı şəxs isə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmişdir. Ona hər hansı əmək haqqı ödənilmədiyindən bir müddət sonra cəmiyyət ilə arasında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində müqavilənin xitam edilməsi mümkün olmamışdır. Belə ki, hüququ şəxsin qanuni təmsilçisi ölkə ərazisi tərk edərkən müvafiq gücləndirilmiş elektron imza sertifikatını da özü ilə aparmışdır. Hazırda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində əsas iş yeri qismində "Cavabdeh" MMC göstərildiyindən digər işəgötürənlərlə əmək müqaviləsi bağlamaq hüququndan faktik olaraq məhrum olmuşdur. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin ləğv edilməsinə dair qeydin aparılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən onun ilə "Cavabdeh" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmiş əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən ləğv edilməsi və xx.xx.2020-ci il tarixi əmək müqaviləsinin ləğv edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeyd aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia həcminin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun ilə "Cavabdeh" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən ləğv edilməsi və qətnamənin icrasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş my.gov.az sistemindən çıxarılmış vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinə (750 manat əmək haqqısı olmaqla) baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı cavabdeh «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş esmira.cabbarlı@migration.gov.az elektron poçt ünvanından mailto:alfiya5ster@gmail.comElektron ünvan elektron mail ünvanına ünvanlanmış məktubundan məlum olur ki, Pakistan İslam Respublikasının vətəndaşı X7 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasını tərk etmişdir. İş materiallarına əlavə edilmiş nizamnamənin surətindən məlum olur ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi Pakistan İslam Respublikasının vətəndaşı X3. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinə (750 manat əmək haqqısı olmaqla) baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan İddiaçı «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X6 xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən ərizəyə münasibət bildirilməmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə araşdırması zamanı, eyni zamanda, müəyyən olundu ki, «GATEWAY travel and Tourism» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X8 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasını tərk etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2401/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2401/2021
08.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver