Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2409/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X6nun xx.xx.1993-cü il tarixdə təsis edilmiş "Azərbaycan İnterneşnl X2" təsisçisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, "Azərbaycan İnterneşnl X5" mərhum X6 tərəfindən xx.xx.1993-cü il tarixdə təsis edilmişdir. X6 09 noyabr 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi onun oğlu kimi birinci növbə qanun üzrə vərəsəsidir. Hazırda "Azərbaycan İnterneşnl X5"nın mərhum atasına məxsus təsis payının miras əmlakı kimi qəbul edilməsində çətinliklə qarşılaşmışdır. Buna səbəb təsis sənədlərinin itməsi və Dövlət Vergi Xidmətində "Azərbaycan İnterneşnl X5"na dair məlumatlar olsa da, onun təsisçisinin kim olduğunun bilinməməsidir. Bu fakta dair onda hər hansı bir sənəd yoxdur. Mərhum atasında belə bir sənədin mövcud olub-olmaması, olsa belə hazırda həmin sənədin harada olmasını bilmir. "Azərbaycan İnterneşnl X2 təsis sənədlərinin itməsi barədə Bakı Xəbər qəzetində elan da vermişdir. Beləliklə mərhum atasının Azərbaycan İnterneşnl X2 təsisçisi olması faktının başqa cür təsdiq edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ № 519721 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2011ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1553 nömrə ilə qeyd edilmişdir. AZ-İ № 833801 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X6, anası X4r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən əldə edilmiş məlumatdan görünür ki, "Azərbaycan İnterneşnl X5" (VÖEN **********) 10 dekabr 1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi İddiaçıdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuya 03 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, "Azərbaycan İnterneşnl X5" (VÖEN **********) hüquqi şəxsinin dövlət qeydiyyat qovluğunda mövcud olan xx.xx.1993-cü il tarixli nizamnaməsində və Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli dövlət reyestrindən çıxarışda təsisçilər barədə məlumat aşkar edilməmişdir. Bundan başqa "Azərbaycan İnterneşnl X2 qeydiyyat qovluğunda mövcud təsis sənədlərinin surəti qoşmada məhkəməyə təqdim edilmişdir. Qoşmada olan 06 sentyabr 1969-cu il tarixli 1 nömrəli protokolun surətindən görünür ki, həmin tarixdə keçirilmiş yığıncaqda "Azərbaycan” X2 yaradılması, nizamnaməsinin qəbulu və təsdiqi, Assosiasiyanın yarılması ilə bağlı digər məsələlər Şura üzvləri tərəfindən müzakirə olunaraq qəbul olunmuşdur. Azərbaycan X5 Şurası 3 il müddətinə 27 üzvdən ibarət tərkibdə seçilməklə, X1 baş direktoru seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.1993-cü il tarixli qərarından çıxarışın surətindən görünür ki, Kollegiya tərəfindən "Azərbaycan İnterneşnl" X2 nizamnaməsinin qeydə alınması və onun rəsmi fəaliyyətinə icazə verilməsi qərara alınmışdır. "Azərbaycan” X2 Ümumi yığıncağının 08 aprel 1992-ci il tarixli 2 nömrəli protokolundan çıxarışdan görünür ki, Ümumi yığıncağın qərarı ilə "Azərbaycan” X2 üzvlərinin tərkibinin dəyişdirilmiş və əlavə edilmiş siyahısı təklif edilmiş redaksiyada təsdiq edilmişdir. "Azərbaycan İnterneşnl" X2 ümumi iclasının 19 sentyabr 2004-cü il tarixli protokolundan çıxarışdan görünür ki, Ümumi yığıncağın qərarı ilə "Azərbaycan İnterneşnl" X2 keçmiş yerləşdiyi və qeydiyyatda olan Nizami 96/12 ünvanının dəyişilməsi ilə əlaqədar, Assosiasiyanın Baş müdiri A.İddiaçı məxsus olan və daimi yaşadığı ünvan 1 ünvanı qəbul edilməsi, bununla əlaqədar Assosiasiyanın Nizamnaməsində müvafiq düzəlişlərin edilməsi və yeni hüquqi ünvanın ünvan 2lınması qərara alınmışdır. "Azərbaycan” X2 baş direktoru A.İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.1993-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində edilmiş dəyişikliklərlə əlaqədar olaraq 1989-cu il oktyabrın 6-da yaradılmış “Azərbaycan” X7 sənədlərini yenidən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə göndərirmişdir. SSRİ Nazirlər Şurasının 1988-ci il 2 dekabr tarixli 1405 nömrəli “Dövlət, kooperativ və digər ictimai müəssisələrin, birlik və təşkilatların xarici iqtisadi fəaliyyətinin daha da inkişaf etdirilməsi haqqında” qərarına uyğun olaraq “Azərbaycan” X12 1969-cu il sentyabrın 26-da SSRİ X10 Nazirliyi ilə razılaşdırılaraq birlik, müəssisə və təşkilatların nümayəndələrinin təsis yığıncağı tərəfindən yaradılmışdır. İlkin olaraq “Azərbaycan” X12 27 noyabr 1969-cu il tarixli AC- 2401/93 nömrəli X10 İştirakçılarının Dövlət Reyestrinə daxil edilmişdir. Sonra müəyyən edilmiş qaydada 04786865 nömrəli OKPO kodunun sonuncu düzəlişi ilə 1 fevral 1991-ci il və 20 iyul 1992-ci il tarixlərində yenidən dövlət qeydiyyatına alınmışdır. Yuxarıda deyilənlərə əsaslanaraq, Nizamnaməyə edilən dəyişiklik və əlavələri nəzərə alaraq, “Azərbaycan” X9 müəyyən edilmiş qaydada yenidən dövlət qeydiyyatından keçirilməsi xahiş edilmişdir. Məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə müəyyən olunmuşdur ki, "Azərbaycan İnterneşnl" X5 ərizəçinin mərhum X6 tərəfindən təsis edilmiş və xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Assosiasiya adından bütün rəsmi yazışmalar baş direktor kimi X13 tərəfindən aparılmışdır. Hal-hazırda Assosiasiyanın qanuni təmsilçisi İddiaçıdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Assosiasianın təsisçisi barədə məlumat aşkar edilmədiyindən ərizəçi qeyd edilən fakta dair məlumatı başqa qaydada əldə edə bilməmişdir. Bu səbəbdən "Azərbaycan İnterneşnl" X2 mərhum atasına məxsus təsis payının miras əmlak kimi qəbul edilməsində çətinliklə üzləşmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmə araşdırması zamanı mərhum X8 "Azərbaycan İnterneşnl" X2 təsisçisi olması iş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan İnterneşnl X5”nın (VÖEN:**********) təsisçisi olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 307-311, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan İnterneşnl X5”nın (VÖEN:**********) təsisçisi olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2409/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2409/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver