Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2441/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X11 və X12 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras əmlakda payın müəyyən edilməsi və s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras əmlakda payın müəyyən edilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 30 avqust 2003-cü il tarixli 2-V-1- 122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və həmin şəhadətnamə əsasında Reyestr nömrəsi **********59-10301 olan daşınmaz əmlaka dair verilmiş Çıxarışa müvafiq düzəliş edilərək, həmin sənədlərə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində X4 vərəsəsi kimi İddiaçı payının olduğunun əlavə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası tərəfindən iddiaçının qardaşı X29 küçəsində yerləşən ayrıca ev alıb verdiyindən, ailədaxili şifahi razılaşmaya görə Hüseyn Cavid prospektindəki “ata yurdu” olan ev hər hansı rəsmiləşdirmə işləri aparılmadan iddiaçıya verilmişdir. 1995-ci ildə qardaşı Fərhad Kazımov müflisləşdiyindən, iddiaçı atasından miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən evini satmış, əldə edilmiş pula qardaşı üçün “Sovetski” adlandırılan ərazidən, özü üçün isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Lakin həmin vaxt o, xarici ölkəyə köçmək niyyətində olduğundan aldığı evləri X27 adına rəsmiləşdirmişdir. Lakin evləri qardaşının adına keçirdikdən sonra anası infarkt keçirmiş və iddiaçı anasını tək qoymamaq üçün xarici ölkəyə getməmiş və anası ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişdir. 1999-cu ildə qardaşı, 2005-ci ildə isə anası vəfat etmişdir. Həmin vaxtdan 30 ilə yaxın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində davamlı olaraq yaşayıb, heç vaxt evi tərk etməyib. X27 övladları və həyat yoldaşı isə bu müddət ərzində orada ümumiyyətlə yaşamayıblar və bununla bağlı ona heç vaxt müraciət etməyiblər. Yəni, hər kəs də iddiaçının həmin evin mülkiyyətçisi olaraq qəbul edib və onun bu hüququna hörmət edib, ona qarşı hər hansı ev tələbi ilə bağlı çıxış edən olmayıb. 2024cü ildə "xxxx"MMC və iddiaçının qardaşı arvadı Mirvari Kazımova iddiaçıya qarşı "Yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbi il əməhkəməyə müraciət ediblər. "xxxx" MMC iddiatələbini onunla əsaslandırıb ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov,Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 hatorpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayışvə qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasındayeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər birailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı iş üzrə birgə iddiaçılar "xxxx" və X8 arasında xx.xx.2023-cü il tarixdə K/148 saylı müqavilə bağlanılmışdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 414/2024 saylı xx.xx.2024-cüil tarixli qətnaməsi ilə "xxxx" MMC və Mirvari Kazımovanın İddiaçı qarşı iddia tələblərini təmin etməyib. Məhkəmə müəyyən edib ki, İddiaçı mübahisəli fərdi yaşayış evindən ən azından istifadə hüququ olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Lakin iddiaçının sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli fərdi yaşayış evindən başqa, adına hər hansı bir yaşayış sahəsi (ev, mənzil) olmasıda müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyac ıaradan qalxmamışdır. Daha sonra məhkəmə bildirib ki, İddiaçı evdən yalnız kompensasiya verilməsi yolu ilə və istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edilə bilərdi. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən heç bir tərəf şikayət verməyib və qətnamə qanuni qüvvəyə minib. Qeyd edilən məhkəmə prosesi zamanı iddiaçıya məlum olub ki, onun qardaşı arvadı Mirvari Kazımova iddiaçının faktiki mülkiyyətçisi olduğu və yaşadığı evə X27 vərəsəsi kimi 2003-cü ildə mülkiyyət hüququ əldə edib. İddiaçının bu faktdan xəbəri olmayıb və üstəlik vərəsəlik zamanı ciddi qanun pozuntusuna da yol verildiyini aşkar edib. Belə ki, onun qardaşı Fərhad Kazımov vəfat edərkən və Mirvari Kazımova evə mülkiyyət hüququ əldə edərkən qardaşının ailə üzvləri ilə yanaşı anaları X14 da sağ olub miras payı müəyyən edilən evdə yaşayıb. Belə ki, faktiki hallarda da qeyd etdiyimiz kimi iddiaçının anası 2005-ci ildə rəhmətə gedib. Lakin X27 vərəsələrinin dairəsi müəyyən edilərkən anasının vərəsəlik hüququ pozularaq ev üzərində ancaq vərəsələrdən qardaşı arvadı Mirvari Kazımovanın və qardaşı uşaqlarının payı müəyyən edilib. Bundan sonra İddiaçı anasının da rəsmi olaraq X27 adına olmuş əmlakda payının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılmasına başlayıb. Vəkil sorğusu əsasında müvafiq notariat işi əldə edilib. Vərəsəlik işinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi üzərində Fərhad Kazımovun mülkiyyət hüququ olub. Bu əmlak nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlakın ½ hissəsi üzərində Mirvari Kazımovanın payı olub. Beləliklə, vərəsəlik işinə əsasən, Fərhad Kazımovun ½ hissəsi 4 vərəsə arasında arvadı Mirvarı Kazımova və uşaqları arasında bölünüb. Buna dair 30 avqust 2003-cü il tarixli, 2V-1-122 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. Nəticədə, bu şəhadətnamə əsasında mülkiyyət hüququna dair verilmiş qeydiyyat vəsiqəsində və daha sonra alınmış X7 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 6/80 hissəsi üzərində, Kazım Kazımovun 1/80 hissəsi, Esmira Kazımovanın 1/80 hissəsi və Aslan Kazımovun 1/80 hissəsi üzərində mülkiyyət hüququ olduğu müəyyən edilib. Vərəsəlik işində payların nisbətindən görünür ki, əslində Fərhad Kazımovun əmlakında paylar müəyyən edilərkən, əmlak doğru olaraq 5 yerə bölünərək paylar müəyyən edilib. X41 vəfat edən zaman onun 1-ci dərəcədən 5 vərəsəsi olub –anası, arvadı və 3 uşağı. X33 digər vərəsələrinin adları və payları vərəsəlik işində və şəhadətnaməsində qeyd edilsə də, anası X4 adı vərəsəlik işində və şəhadətnamədə qeyd edilməyib. Yuxarıda qeyd edilənlərə əsasən, Fərhad Kazımovun əmlakı üzərində miras payların müəyyən edilməsinə dair verilmiş şəhadətnamədə və onun əsasında verilmiş Çıxarışda müvafiq düzəlişlər edilərək, Balaca Rzayevanın da ünvan 1 ünvanında 1/80 hissə paya malik olduğu və o, 2005-ci ildə vəfat etdiyindən və ona məxsus olan pay oğlu irsi transmissiya qaydasında İddiaçı tərəfindən qəbul edildiyindən, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1/80 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ olduğu müəyyən edilməlidir. İddiaçının qardaşı rəhmətə gedən zaman onun qanun üzrə birinci dərəcədən 5 vərəsəsi – anası, həyat yoldaşı və 3 uşağı olub. AR Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Beləliklə, göründüyü kimi, qardaşının 5 vərəsəsi olduğu üçün və onların payları bərabər olduğu üçün deməli, hər bir vərəsə 2003-cü ildə qardaşının əmlakından 1/5 hissə pay əldə edə bilərdi. X28 verilmiş Çıxarışdan və sorğuları əsasında notariusdan təqdim edilmiş sənədlərdən göründüyü kimi, pozuntuya yol verilərək, 1999-cu ildə rəhmətə getmiş Fərhad Kazımovun əmlakından paylar müəyyən edilərkən, anası Balaca Rzayevanın miras əmlakda payı müəyyən edilməyib. Ümumiyyətlə, vərəsəlik işindən görünür ki, Fərhad Kazımovun atasının ölüm şəhadətnaməsi vərəsəlik işinə əlavə edildiyi halda, anası Balaca Rzayevaya dair heç bir məlumat, sənəd, ərizə vərəsəlik iş materiallarında yoxdur. Halbuki, Fərhad Kazımov rəhmətə gedən zaman onun anası Balaca Rzayeva sağ olub və hətta miras pay müəyyən edilən evdə qeydiyyatda olmaqla yanaşı, həmin evdə İddiaçı ilə faktiki olaraq yaşayıb. Balaca Rzayeva 30 oktyabr 2005-ci ildə rəhmətə gedib. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Faktiki hallarda qeyd etdiyimiz kimi, Fərhad Kazımovun vərəsələrinin miras əmlakda payı müəyyən edilərkən, birinci dərəcə vərəsələrdən olan anası Balaca Rzayeva notarius tərəfindən çağırılmamışdır. Faktiki hallarda qeyd edildiyi kimi, vərəsəlik işində payların nisbətindən görünür ki, əslində Fərhad Kazımovun əmlakında paylar müəyyən edilərkən, əmlak doğru olaraq 5 yerə bölünərək paylar müəyyən edilib. X41 vəfat edən zaman onun 1-ci dərəcədən 5 vərəsəsi olub –anası, arvadı və 3 uşağı. X33 digər vərəsələrinin adları və payları vərəsəlik işində və şəhadətnaməsində qeyd edilsə də, anası X4 adı vərəsəlik işində qeyd edilməyib. Belə ki, Fərhad Kazımov ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsi üzərində mülkiyyət hüququna malik olub. Bu əmlak birgə nikah dövründə əldə ediliyindən həmin əmlakın ½ hissəsi üzərində Mirvari Kazımovanın mülkiyyət hüququ olub. Beləliklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/16 hissəsi Fərhad Kazmıva və 1/16 hissəsi isə Mirvari Kazımovaya məxsus olub. Qeyd etdiyimiz kimi, Fərhad Kazımov vəfat edərkən onun 1-ci dərəcədən 5 vərəsi olub. Deməli, onun mülkiyyətində olan 1/16 hissəsi 5 vərəsə arasında bölünməli idi. Bu bölünmə nəticəsində Fərhad Kazomov həmin əmlakdan 1/80 hissə, Esmira Kazımova 1/80 hissə, Kazım Kazımov 1/80 hissə, Mirvari Kazımova 6/80 (1/16 + 1/80) hissə və Balaca Rzayeva 1/80 hissə üzərində müəlkiyyət hüququ əldə etməli olub. Qeyd etdiyim kimi, vərəsəlik işində Fərhad Kazımovun anası Balaca Rzayevadan başqa digər vərəsələrin payları müəyyən edilərək yazılıb. X30 payı müəyyən edilsə də, adı vərəsəlik işində və şəhadətnaməsində qeyd edilməyib. Beləliklə, Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 30 avqust 2003-cü il tarixli 2-V-1-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə müvafiq düzəliş edilərək, X4 daünvan 1 ünvanında yerləşən əmlakda 1/80 hissə payı olduğu müəyyən edilməlidir. Balaca Rzayeva 2005-ci ildə vəfat etdiyindən və onun payı İddiaçı tərəfindən qəbul edildiyindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində irsi transmissiya qaydasında İddiaçı mülkiyyət hüququ olduğu müəyyən edilməlidir. Məhkəmə X8, X20, X21 və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı onlara qarşı iddiası əsassızdır, heç bir qanun pozuntusu olmayıb. Hər bir sənəd Azərbaycan Dövlət Notariat kontoru qaydaları əsasında həll olunub. Necə olur ki, 2005-ci ildə rəhmətə getmiş anası X14 onun adından hansı əsasla vərəsəlik hüququ istəyən İddiaçı anası tərəfindən heç bir etibarnamə, vəsiyyətnamə verilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin evdə uzun müddət yaşayış olmayıb. Əvvəldən qalan bütün kommunal xərclər onun tərəfindən 3500 (üç min beş yüz) manat olmaqla evin söküntüsü zamanı ödənilmişdir. Odur ki, Azərbaycan Respublikasının qanunlarına əsasən qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 iddia tələbinin rədd edilməsini xahiş edərək, izahatında bildirmişdir ki, ev sökülən zaman iddiaçıya məlumat verilib. Ev atası tərəfindən şəxsi vəsaiti hesabına alınıb. O, 1999-cu ildə vəfat edib və ev anasının adına rəsmiləşdirilib. Vərəsələr o, anası, bacısı və qardaşıdır. Bundan sonra isə tələb olunan sənədləri təqdim edərək evin çıxarışını adlarına rəsmiləşdirmişlər və vərəsəlik hüquqları müəyyən edilmişdir. Notariusa vərəsəlik hüquqlarını təsdiqlətmək üçün gedəndə iddiaçı tərəfindən evin onun adına rəsmiləşdirilməsi üçün sənədlərin təqdim olunduğu və onların xaricdə olduğu məlumatının verildiyini bildirildi. Notarius tərəfindən ev kiminsə adına rəsmiləşdirilməyib. Müəyyən müddət sonra müraciət edəndə notarius tərəfindən vərəsə olmaları bildirildi. Onlar da lazımi sənədləri notariusa təqdim etdilər və təsdiqləndi. Nənələri isə notariusa çağırılmadı və vərəsə kimi qeyd edilmədi. Həmin vaxtlar, evdə işıq, su kimi xidmətlər dayandırılıb. İddiaçı isə 1995-ci il tarixində Türkiyə Respublikasında yaşayırdı. Tikinti şirkəti ilə notarial qaydada müqavilə bağlamışlar. Həmin ərazi şirkətin mülkiyyətindədir. Tikinti işləri aparılır və qeydiyyat anasının adınadır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı qonşunun evində yaşayıb. Onlar isə həmin vaxtlar kirayədə qalırdılar. Evin şəraiti pis idi. Həyat yoldaşı vəfat etdikdən sonra ev onun adına keçdi və daha sonra da şirkət tərəfindən söküldü. Qayınanasının da harda yaşadığını bilmirdi. O, iddiaçı ilə birgə Türkiyəyə getmişdi. İddiaçını da həmin vaxt qeydiyyata salmışdılar. 2024-cü ildə "xxxx" MMC və o, iddiaçıya qarşı “Yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılmasıvə sökülməsi" tələbi ilə məhkəməyə müraciət etmişdilər. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı "xxxx" MMC ilə aralarında xx.xx.2023-cü il tarixdə K/148 saylı müqavilə bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cabdehlər Bakı şəhəri 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onlarım iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 161205 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ağ ciyər ödemi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1381 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 5 saylı notariat ofisində açılmış 2V-1-121;122 nömrəli vərəsəlik işində olan: Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 351851 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, bu barədə 1096 nömrəli akt qeydi tərtib edilmişdir. Ata qrafasında X22, ana qrafasında Rzayeva Balaca qeyd edilmişdir Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, X23 16 fevral 1956-cı ildə Bakı şəhərində anadan olmuş, bu barədə 492 nömrəli akt qeydi tərtib edilmişdir. Ata qrafasında X22, ana qrafasında Rzayeva Balaca qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ-ЖГ seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 06 iyul 1993-cü il tarixdə kəskin ürək-damar çatmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 914 nömrə ilə qeyd edilmişdir. Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı 030444 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 16 iyul 1999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 857 nömrə ilə qeyd edilmişdir Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 payda X13 adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 30/2273 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü ildə X2 adına mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində qeydə alınmışdır. Əmlakın digər mülkiyyətçiləri X23, X31, X45, X38, xxx Ağa Əlixas oğlu, xxx Yavər Əlixas oğlu, xxx Almas Əlixas qızıdır. X8 tərəfindən 5 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2003-cü il tarixli ərizədən görünür ki, o, 16 iyul 1999-cu ildə vəfat etmiş əri X9 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsin xahiş etmiş, ondan başqa X15, X20 və X21 adlı vərəsələrin olmasını ərizəsində qeyd etmişdir. xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X13 vərəsələri X8, X15, X20, X21 olmaqla, hər birinin miras əmlakdan 1/8 hissədə irs almaları qeyd olunmuş, miras əmlakın ünvan 1 ünvanında yerləşdiyi qeyd edilmişdir. Sözügedən miras əmlak mərhuma Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-121 nömrə ilə qeydə alınmış Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X1 qalmış arvadı X2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 1 ünvanında yerləşən 1/8 hissə mülk payıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçılar "xxxx" MMC və X2 cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbinə dair iddiası rədd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı və hazırki iş üzrə cavabdeh X2 mərhum həyat yoldaşı və digər cavabdehlər X5, X11, X12 mərhum ataları X23 qardaşdırlar. Sözügedən mübahisəli ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X13 adına qeydiyyata alınmışdır. X23 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X13 vəfatından sonra vərəsəlik işi açılmış, xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999cu il tarixdə vəfat etmiş X13 vərəsələri qismində arvadı X8 və uşaqları X15, X20, X21 tanınmış miras əmlak olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi qanun üzrə vərəsəlik qaydasında vərəsələr arasında bölünmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 129,5 kv.m ümumi sahəsi olan 5 otaq fərdi yaşayış evi 6/10 payda X2, 1/10 payda X5, 1/10 payda X11, 1/10 payda X12 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Bundan sonra "xxxx" MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8, X15, X20, X21 arasında xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi, yəni , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 6 ünvanında yerləşən birgə mülkiyyətçilərə (X8, X15, X20, X21) məxsus 1 otaqlı mənzilin bu müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 34,1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək 400 manat kirayə haqqı (bütün mülkiyyətçilərlə birlikdə) ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra sözügedən mülkiyyətçilər xx.xx.2024-cü il tarixdə ərizə ilə Layihəçiyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K/148 nömrəli müqavilənin 3.1-ci maddəsində göstərilmiş mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 2 ədəd 25 kv.m mənzillərin əvəzinə layihəçi tərəfindən ona 70000 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmiş, tərəflər K/148 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Sazişlə mülkiyyətçilərin sahiblik və istifadəsidə olan ümumi sahəsi 34,1 kv.m mənzilin əvəzinə mülkiyyətçilərə cəmi 70000 manat məbləğində kompensasiya verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8, X15, X20, X21 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən satıcılar ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 66500 manata almışdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X46 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-21319/2025 nömrəli, 23 may 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 7anı hazırda aşağıda sadalanan fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır: 1) X24-1/32 hissə; 2) xxx Almaz Əlixas qızı-4/32 hissə; 3) xxx Yavər Əlixas oğlu-4/32 hissə; 4) xxx Ağa Əlixas oğlu-4/32 hissə; 5) X16-4/32 hissə; 6) xxx X45-4/32 hissə; 7) X23-1/80 hissə; 8) xxx X38-4/32 hissə; 9) X6-1/32 hissə; 10)X37- 1/48 hissə; 11) X17-2/48 hissə; 12) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-9/80 hissə. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəmənin sorğusuna 3-52-13-12/2-310/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, X4 vəfat edənədək hansı ünvanda yaşaması barədə Yasamal Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyində hər-hansı bir məlumat mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.2-ci maddəsinə əsasən, Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 1274-cü maddəsinə əsasən, Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1281-ci maddəsinə əsasən, Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1300-cü maddəsinə əsasən, Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilərlər. Bu zaman yerində olmayan vərəsənin payı ayrılmalıdır. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan X23 16 iyul 1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı Fərhad Kazımovun qardaşı, X14 onun anası, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən X8 mərhumun arvadı, X20, X21 və X15 isə övladlarıdır. Miras qoyan Fərhad Kazımov vəfat edən zaman qanun üzrə birinci növbəli vərəsələri: anası X14, arvadı X8, övladları: X20, X21 və X18 idi. Mərhumun arvadı X8 5 saylı notariat ofisinə xx.xx.2003-cü il tarixdə ərizədən ünvanlayaraq 16 iyul 1999-cu ildə vəfat etmiş əri X9 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsin xahiş etmiş, ondan başqa X15, X20 və X21 adlı vərəsələrin olmasını ərizəsində qeyd etmişdir. xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999cu il tarixdə vəfat etmiş X13 vərəsələri X8, X15, X20, X21 olmaqla, hər birinin miras əmlakdan 1/8 hissədə irs almaları qeyd olunmuş, miras əmlakın ünvan 1 ünvanında yerləşdiyi qeyd edilmişdir. Sözügedən miras əmlak mərhuma Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. Mirasın açıldığı zaman X13 digər vərəsəsi onun anası X3 olmuş, lakin o notariat kontoruna miras əmlakın qəbulu barədə müraciət etmədiyindən ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Notariat ofisi tərəfindən X10 çatası pay mərhum Fərhad Kazımovun adında qalmaqla açıq saxlanılmışdır. X14 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı qardaşından miras qalmış əmlakda (mərhum anasına çatası paya dair) payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli qərarında qeyd olunur ki, “Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).” Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi miras qoyan öldükdən sonra vərəsəlik işi açılaraq onun qanuni vərəsələri arasında əmlaklara dair payları müəyyən edilməklə bölüşdürülmüş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında çıxarış verilmişdir. Lakin mirasın açıldığı zaman miras qoyanın qanuni vərəsəsi olan anası X3 olmasına baxmayaraq onun miras əmlakda payı müəyyən edilməmiş və ona qanun üzrə ona vərəsəlik hüququ şəhadətnaməsi verilməmişdir. X14 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, bundan sonra irsi transmissiya əsasında miras əmlaka pay hüququ onun vərərəsi İddiaçı keçmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X46 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-21319/2025 nömrəli, 23 may 2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, ünvan 7anı hazırda aşağıda sadalanan fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır: 1) X24-1/32 hissə; 2) xxx Almaz Əlixas qızı-4/32 hissə; 3) xxx Yavər Əlixas oğlu-4/32 hissə; 4) xxx Ağa Əlixas oğlu-4/32 hissə; 5) X16-4/32 hissə; 6) xxx X45-4/32 hissə; 7) X23-1/80 hissə; 8) xxx X38-4/32 hissə; 9) X6-1/32 hissə; 10)X37-1/48 hissə; 11) X17-2/48 hissə; 12) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-9/80 hissə. Göründüyü kimi notarius tərəfindən X10 çatası olan pay açıq saxlanılmışdır (X23-1/80 hissə). Beləliklə məhkəmə hesab edir ki, X14 miras qoyanın, yəni 10 iyul 1999-cu il tarixdə vəfat etmiş X13 vərəsəsi kimi tanınmalı, o, xx.xx.2005-ci ildə vəfat etdiyindən irsi transmissiya əsasında İddiaçı onun vərəsi kimi tanınmalı, fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməli və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşımaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi təmin edilməlidir. Bundan başqa məhkəmə miras əmlakın müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məxsus hissəsinə münasibətdə qeyd edir ki, onların hər birinin payı notariusda qanunvericiliyə uyğun qaydada bölünərək verilmiş və mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmış, daha sonra onlar özlərinə məxsus payı satmışlar. Hal-hazırda miras əmlakda onlara məxsus olan paylar mübahisələndirilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2005-ci ildə vəfat etmiş X14 10 iyul 1999-cu il tarixdə vəfat etmiş X13 vərəsəsi tanınmalı, İddiaçı xx.xx.2005ci ildə vəfat etmiş X4 vərəsəsi kimi tanınmalı, X9 miras qalmış Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməli, İddiaçı Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissədə miras payının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməli, İddiaçı Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşımaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. xx.xx.2005-ci ildə vəfat etmiş X14 10 iyul 1999-cu il tarixdə vəfat etmiş X13 vərəsəsi tanınsın. İddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş X4 vərəsəsi kimi tanınsın. X9 miras qalmış Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. İddiaçı Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissədə miras payının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilsin. İddiaçı Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşımaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X46nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2441/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2441/2025
24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver