Məhkəmə qərarları › İş №e-2(004)-2445/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2445/2023

09.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2445/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X29 nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X24rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X24rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X4” X29 xx.xx.2023-cü il tarixli, 118-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X4” X35 Yeni doğulmuşların patologiyası şöbəsində şöbə müdiri vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 700 (yeddi yüz) manat məbləğində pulun, mediasiya üçün ödənilən 50 (əlli) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Kübra Fərəcova adına X1” Pulmonologiya elmi bölməsinin 1,0 ştat vahidi kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, xx.xx.2020-ci ildə Yenidoğulmuş uşaqların patologiyası şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra, xx.xx.2020-ci il tarixdən etibarən isə Yenidoğulmuş uşaqların patologiya şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə həmin vəzifədən azad edilmiş və həmin tarixdə yenidən həmin vəzifəyə qəbul edilmişdir. Həmin dövrfə qurum dəyişdirilməsi səbəbindən Səhiyyə Nazirliyindən TƏBİB-ə keçirilən zaman köhnə qurumdakı işdən azad edilərək prosedur qaydası olaraq yeni quruma işə daxil olmaq zərurəti yaranmışdır. Belə ki, sözügedən prosedur Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Kübra Fərəcova adına X4” X39 əvvəllər AR Səhiyyə Nazirliyinin nəzdində olmuş, sonradan isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 nəzdinə keçməsi səbəbi ilə həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə çalışdığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X2 direktoru X17 tərəfindən ona qısa məzmunda işdən azad olunmasına dair əmr elan olunmuş, işdən azad olunmasına dair əmr ona təqdim edilməmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X2 rəhbərliyinə əmrin təqdim edilməsi barədə sorğu verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X3 X29 xx.xx.2023-cü il tarixli, 154 nömrəli cavab məktubuna əsasən, İddiaçı K.Fərəcova adına X4 Publik Hüquqi şəxsdə şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olması bildirilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Kübra Fərəcova adına X1 baş həkimin və direktorun təşəbbüsü ilə Həmkarlar İttifaqının iştirakı ilə iclas təşkil olunmuşdur. Həmin 69 nəfərdən ibarət olan geniş iclasda İnstitutun aidiyyatı olmayan şöbələrinin həkimləri iştirak etmiş, lakin həmin iclasda İddiaçı və onun hüquqlarını təmsil edən digər X5 (onun hüquqlarını təmsil etməsini təsdiq edən sənədin – orderin və etibarnamənin olmasına baxmayaraq) iştiraklarına özünü hüquqşünas kimi təqdim edən şəxs Ziya Qəmbərov tərəfindən maneə törədilərək icazə verilməmiş və kobud şəkildə iclası tərk etmələri bildirilmişdir. Halbuki, onlarda olan şifahi məlumata əsasən, orada onun fəaliyyəti və tibb bacıları ilə olan münasibətləri barədə müzakirələrin olunması nəzərdə tutulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda aidiyyatı olmayan şəxslərdən başqa Kübra Fərəcova adına X2 baş həkimi və direktoruda iştirak etmişlər. Halbuki, qeyd olunan iclasda yalnız İddiaçı və onun nümayəndəsi, digər tərəfdən şöbə müdirləri və işçilər arasında olan anlaşılmazlıqlar müzakirə olunmalı idi. xx.xx.2023-cü il tarixdə yeni bir məzmunda sorğu verilərək İddiaçı onun işdən azad olunmasına dair əmrin qısa məzmunda şifahi qaydada elan olunmasına baxmayaraq sorğuya cavabda İddiaçı K.Fərəcova adına X4 X35də şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsi qüvvədə olması bildirilməsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. Belə ki, ona xx.xx.2023-cü il tarixdə elan olunmuş əmrlə cavab məktubu arasında ziddiyyətli məqamlar yaranmışdır. Həmin sorğuya K.Fərəcova adına X4 Publik Hüquqişəxsi tərəfindən bugünədək cavab verilməmiş və yalnız sorğu verildikdən bir müddət sonra xx.xx.2023-cü il tarixdən ona çalışdığı İnstituta çağırılaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bildirilmiş və əmr şəxsən təqdim edilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinə sorğu verilərək kobud şəkildə pozulmuş hüquqlarını bərpa etməkləri və yol verilən pozuntularla bağlı onlar tərəfindən müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli əmrlə tanış olarkən müəyyən edilmişdir ki, onun tutduğu vəzifədən azad olunması və əmək müqaviləsinin xitam verilməsinə səbəb və əsas olaraq Komissiyanın xx.xx.2023-cü il tarixli arayışı və İnstitutun HİK-nin xx.xx.2023-cü il tarixli iclas protokolun olması qeyd edilmişdir. Bununla bağlı K.Fərəcova adına X2 rəhbərliyinə sorğu verilmiş və həmin sənədlərin təqdim olunması xahiş edilmişdir. Lakin bugünədək sözügedən sənədləri əldə etmək mümkün olmamışdır. Beləliklə, onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun işdən azad olunmasına dair əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilsə də, konkret olaraq hansı öhdəliklərini icra etməməsi açıqlanmamış və ona şifahi olaraq bildirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Belə ki, o, işlədiyi dövr ərzində çalışdığı kollektivlə, həmçinin əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı heç bir problemi olmamışdır. Lakin son zamanlar, rəhbərliyin göstərdiyi təzyiq nəticəsində iş kollektivində iddiaçıya qarşı aqressiv və qərəzli münasibətlər sərgilənmişdir. Bunun nəticəsində də, xx.xx.2023-cü il tarixdə onun çalışdığı vəzifədən azad olunmasına dair əmr imzalanmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, sözügedən xx.xx.2023-cü il tarixli, 118-K saylı əmr qanunsuz və əsassızdır. Bu səbəbdən də, qeyd olunan əmr ləğv edilməlidir. Belə ki, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində əks olunmuş halların dəqiq olaraq hansının yerinə yetirilməməsinə görə işdən azad olunması qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə onu qanunsuz olaraq Ağayeva Xalidə əvəz edirdi. Bu halı həmin dövr ərzində Ağayeva Xalidənin imzaladığı epikrizlərdən də müşahidə etmək olar. Beləliklə, onun hüquqlarının kobud şəkildə pozulması mənəvi stress və sarsıntı keçirməsinə səbəb olmuşdur. Hətta işlədiyi dövrdə mehriban kollektivdə işləyən həkim və tibb bacıları belə rəhbərliyinin təzyiqi və ona qarşı qərəzli münasibəti nəticəsində artıq onunla ünsiyyəti kəsmiş vəziyyətinə gəlib çıxmışlar. Bundan başqa, onun İnstitutda işlədiyi dövrdə çalışdığı İnstitutun direktoru X6 Qəhrəmanova ilə əlaqə saxlamaqla öz ərizəsi əsasında onun işdən çıxmasını təklif etmişdir, lakin o, buna razı olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 06 mart 2023-cü il tarixinə qədər ona qarşı olan təzyiqlər, 06 mart 2023-cü il tarixindən sonra da daha da şiddətlənmişdir. X23 Komitəsinin iclasında ona psixoloji şiddət də göstərilmişdir. O, 06 mart 2023-cü il tarixindən sonra heç bir epikrizi imzalamamış, heç bir epikrizi imzalamaqdan da imtina etməmişdir. Bu məsələ onu çox narahat etmiş, dəfələrlə işdə olmağına baxmayaraq, digər şəxsin epikrizləri imzalaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir. Onun səhər konfranslarına gecikmə və ya iştirak etməmək halları olmamışdır. Bunu feys kontrol sistemi ilə sübut edə bilər. Həmkarlar İttifaqı Komitəsinin üzvləri yeni rəhbərliyin gəlməsi ilə dəyişdirilmiş, Həmkarlar İttifaqı Komitəsinin sədri yeni rəhbərlik tərəfindən təyin edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin əvvəlki sədri onun barəsində heç bir rəsmi, yazılı şikayət olmadığını bildirmişdir. Audioyazının qeydə alındığı iclasın 06 mart 2023-cü il tarixə aid olmasını audioyazıda İddiaçı 06 mart 2023-cü il tarixindən işdən azad edilir deyilməsi ilə sübut edilir. 06 mart 2023-cü il tarixli əmr ona təqdim edilməmişdir, lakin bütün vəzifə səlahiyyətləri əlindən alınmışdır. Audioyazını iclasda açıq şəkildə telefonu ilə qeydə almış və həmin audioyazıda audioyazını qeydə aldığını elan etdiyi öz əksini tapmışdır. Əmək müqaviləsini özü imzalamışdır. Əmək müqaviləsi üzrə şöbə müdiri kimi vəzifələri ilə tanışdır və əmək funksiyalarının nədən ibarət olduğunu bilir. Fəaliyyəti ilə bağlı aparılmış araşdırma dair arayışla tanış deyildir. Həmkarlar İttifaqı Komitəsinin iclasından vəkili çıxarıldığından, o da onunla birlikdə çıxmışdır. Vəkilinin Həmkarlar İttifaqı Komitəsinin iclasından çıxarılma səbəbini bilmir. Son haqq-hesabda 29 mart 2023-cü il tarixə qədər olan əmək haqqını da almışdır. Ona fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayış təqdim edilməmişdir və izahat verməkdən də imtina etməmişdir. O, 06 mart 2023-cü il tarixli əmrin mətninin elan edildiyi iclasda şəxsən iştirak etmişdir. Həmin iclas hər gün keçirilən 5 dəqiqəlik səhər iclasıdır. Həmin iclaslarda şöbə müdirləri iştirak edirlər və xəstələr, ümumi məlumatlar müzakirə olunur. Həmkarlar İttifaqı Komitəsinin iclasında isə onların şöbəsinin bütün həkimləri, institutun hüquqşünası, vəkili, direktoru, reanimasiya şöbəsinin həkimləri, pulmonologiya şöbəsinin həkimləri, pediatriya şöbəsinin həkimləri, tibb bacıları iştirak edirdilər. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində gecikmələrlə bağlı isə bildirir ki, həmişə işə vaxtında gəlib-getmişdir. Gecikmələr olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 06 mart 2023-cü il tarixindən sonra iddiaçını rəsmi olaraq işdən kənarlaşdırmışlar. Həmin tarixdən etibarən epikrizləri Xalidə Ağayeva adlı şəxs imzalamışdır. Xalidə Ağayevanın iddiaçının yerinə təyin edilməsi ilə bağlı əmr təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi qeyd edir ki, iddiaçı işə gəlmədiyinə görə epikrizləri imzalmaq digər şəxsə həvalə edilmişdir. Digər tərəfdən qeyd edir ki, iddiaçı hansı epikrizləri imzalmaqdan imtina etmişdirsə, Xalidə Ağayeva həmin epikrizləri imzalayırdı. Dinlənilən audioyazıda cavabdeh təşkilatın rəhbəri iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin tarixini səsləndirərək əmri elan edir. O, həmin əmrin təqdim edilməsi ilə bağlı iki dəfə cavabdeh təşkilata rəsmi olaraq müraciət etmiş, lakin həmin əmrin surəti onlara təqdim edilməmişdir. İddiaçı arayış və aktla tanış edilməli və izahatı alınmalı idi. Cavabdeh təşkilatın şöbə müdirləri hədə-qorxu ilə öz vəzifələrindən azad edilmişlər. Digər şöbə müdirlərinin onlara hədə-qorxu gəlinərək işdən azad edilməsinin sübutu yeni rəhbərin təyin edilən kimi onların öz xahişi ilə ərizə yazaraq işdən azad edilmələridir. Əgər onlar kütləvi surətdə öz xahişləri ilə işdən azad edilmələri barədə ərizə yazmışlarsa, hesab edir ki, onlara hədə-qorxu gəlinmişdir. Cavabdeh təşkilatda şöbə müdiri Səriyyə Quliyevaya təzyiqlə bağlı sosial şəbəkədə yerləşdirilmiş məlumatı məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı öz xahişi ilə şöbə müdiri vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazmaqdan imtina etmişdir. İddiaçının fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayışda qeyd edilən pozuntuların heç biri ilə razı deyildirlər. Həmin arayışla iddiaçı tanış edilməmiş və arayışla bağlı onun izahatı alınmamışdır. Mübahisələndirilən əmri 29 mart 2023-cü il tarixində almışlar. Hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X29 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia əsassızdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə göstərilir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetimədiyinə görə işdən azad edilir. İddiaçı özü də bildirdi ki, əmək müqaviləsi üzrə şöbə müdiri kimi vəzifələri ilə tanışdır. İddiaçının rəhbəri olduğu şöbənin işçiləri tərəfindən direktora müraciətdə iddiaçının şöbədə yol verdiyi qanunsuzluqlar, əmək müqaviləsindən kənar hərəkətlər və digər pozuntular barədə araşdırılma aparılması xahiş edilmişdir. İşəgötürənin müvafiq əmri ilə iddiaçının fəaliyyətinin araşdırılması ilə bağlı komissiya yaradılmış, həmin komissiyaya iddiaçının fəaliyyətinin araşdırılması və arayış təqdim edilməsi tapşırılmışdır. Həmin komissiyanın 15 bənddən ibarət arayış iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyini, pozduğunu sübut edir. Arayış işəgötürənə təqdim edildikdən sonra əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən arayışın müzakirə olunması, eyni zamanda iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi Həmkarlar İttifaqı Komitəsinin müzakirəsinə verilmişdir. Həmkarlar İttifaqı Komitəsinin iclasına iddiaçı da dəvət edilmiş, iddiaçı nümayəndəsi ilə birlikdə iclasa gəlmiş, nümayəndənin etibarnaməsində Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak səlahiyyəti nəzərdə tutulmadığından nümayəndə iclasdan kənarlaşdırılmışdır. İddiaçı özü də müzakirədə iştirak etməmişdir. Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 5 saylı protokolundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. Daha sonra, 28 mart 2023-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə xx.xx.2023-cü il tarixində işdən azad edilmişdir. İddiaçı həmin əmrlə tanış olmuş, ona son haqq-hesab verilmişdir. Buna görə hesab edir ki, iddia əsassız və qanunsuzdur. Həmçinin, cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, epikrizlər gün ərzində imzalana bilər. Hansı epikrizlərdə Xalidə Ağayevanın imzası vardırsa, iddiaçı həmin epikrizləri imzalamaqdan imtina etmişdir. 04 mart 2023-cü il tarixdə olan müraciətlə bağlı iddiaçının izahatının alınmamasının səbəbi odur ki, müraciət komissiyanın araşdırmasından sonra arayış tərtib edildikdən sonra arayış iddiaçıya təqdim edilmiş, iddiaçı izahat verməkdən imtina etmişdir. Müraciətlə bağlı iddiaçı ilə şifahi şəkildə söhbətlər aparılmışdır. 06 mart 2023-cü il tarixində iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin olmasını şübhə altına alırlar. 06 mart 2023-cü il tarixində iddiaçının işdən azad edilməsi barədə əmr mövcud deyil. Əmr yazılı şəkildə tərtib edilməlidir. İnstitutun direktoru ölkə xaricində olduğundan həmin audioyazı ilə tanış ola bilməmişdir. Onlar ümumiyyətlə həmin disklərdə olan audioyazıları sübut kimi qəbul etmirlər. İddiaçıdan gecikmələrlə bağlı izahat alınmamasının səbəbi iddiaçıya intizam tənbehinin verilməsinin nəzərdə tutulmaması olmuşdur. İddiaçının gecikmələri ilə bağlı sənədlərin təqdim edilməsi ilə bağlı bildirmişdir ki, həmin məsələni araşdırıb məlumat verə bilər. İddiaçı həmin aktı mübahisələndirməmişdir. Xəstə epikrizlərinin imzalamaq səlahiyyətlərinin Xalidə Ağayevaya ötürülməsi ilə bağlı əmr yoxdur, xidməti məktub vardır. Əmrə ehtiyac yoxdur. Dinlədiyi audioyazıda əmrin elan edilməsi ilə bağlı bildirir ki, hətta belə bir əmr elan olunmuş olsaydı belə, nə qədər ki, həmin əmr yazılı tərtib edilməmişdir, onun heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının epikrizləri imzalamaqdan imtina etməsi ilə bağlı ondan izahat alınmaması və inzibati tənbeh verilməməsinin səbəbi ilə bağlı bildirir ki, bu, işəgötürənin hüququdur. Bundan başqa, cavabdehin nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının müxtəlif vaxtlarda gecikmələri ilə bağlı yalnız bir akt tərtib edilmişdir. İddiaçının gecikmələrlə bağlı bağlı iddiaçıya xəbərdarlıq edilməmiş, töhmət verilməmiş, ondan şifahi izahat alınmışdır. Xəstələr xəstəxanadan çıxanda onlara xəstəlik tarixçəsinə dair epikriz verilməlidir. Həmin epikrizdə müalicə həkiminin, müalicə aparılan şöbə müdirinin, baş həkimin imzası olmalıdır. İddiaçının fəaliyyəti ilə bağlı aparılmış araşdırma ilə bağlı arayışla tanış olması üçün iddiaçı dəvət edilmiş, izahat verməkdən imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Əlavə olaraq, cavabdehin nümayəndəsi şəxsin nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Qanunverici işəgötürən qarşısında alternativ qayda müəyyən etmişdir. Onlar sadə fromadan istifadə etmişlər. Şöbə işçiləri kollektiv şəkildə müraciət etmişlər. Onun əsasında həmin müracətin araşdırılması məqsədi ilə komissiya yaradılmış, həmin komissiya arayış hazırlamış, həmin arayış Həmkarlar İttifaqı Komitəsinin iclasında müzakirəyə çıxarılmış və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. Daha sonra, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr verilmişdir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmiş, iddiaçı nümayəndəsi ilə birlikdə iclasa gəlmiş, nümayəndənin etibarnaməsində Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak səlahiyyəti nəzərdə tutulmadığından nümayəndə iclasa buraxılmamışdır, iddiaçı buna görə həmin iclasda iştirak etməmişdir. Bu protokolda öz əskini tapmışdır. AR Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçinin azad edilməsinin hansı hallara səbəb olması ilə bağlı bildirmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, pozduğuna görə işdən çıxarılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X18 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, AR Əmək Məcəlləsinin 71ci maddəsinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçinin azad edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Lakin, hazırki mübahisələndirilən əmrdən görünür ki, işçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “K. Fərəcova adına X4” X29 28 mart 2023-cü il tarixli, 118K nömrəli əmrinə əsasən, "Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında" komissiyanının 14 mart 2023-cü il tarixli arayışına, X11 Komitəsinin 17 mart 2023-cü il tarixli iclasının protokoluna əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, Yenidoğulmuşların patologiyası şöbəsinin şöbə müdiri İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 29 mart 2023-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “K. Fərəcova adına X4” X29 direktoru X14 institutun həkimləri X.Abbaslı, G.Məmmədova, D.Atakişiyeva, T.Məmmədova, N.Cəfərova, G.Muxtarova , A.Manafova, A.Əliyeva, N.Hüseynova, Ağayeva Xalidə, Orucova Xalidə, Rəhimova Nailə, Əşrəfova Könül, N.Məmmədova, Səidə Quliyeva, kiçik elmi işçi Sevinc Mehdiyeva, elmi katib Sevinc Nəsirova, elmi işçi A.Məmmədova tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdə qeyd edilmişdir ki, Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı işlədiyi 2 il müddətində həkim deontologiyasına uyğun olmayan hərəkətləri (istər kollektiv əməkdaşları, istərsə də xəstələrlə) ilə onların iş şəraitini ağırlaşdıraraq dözülməz vəziyyətə gətirmişdir. Odur ki, kollektivin fikrini nəzərə alaraq onları bu cür insanla istənilən vəziyyətdə olan münasibətdən uzaqlaşdırılması xahiş edilmişdir. İş materiallarında olan “K.Y.Fərəcova adına X4” X29 06 mart 2023-cü il tarixli əmrinə əsasən, K.Y.Fərəcova adına X2 Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması məqsədilə komissiya (kommissiyanın sədri: direktorun elmi işlər üzrə müavini Nailə Rəhimova və komissiyanın üzvləri: elmi katib Sevinc Nəsirova və böyük elmi işçi Adilə Hacıyevadan ibarət tərkibdə) yaradılmış və komissiyaya 07 mart 2023-cü il tarixindən 3 (üç) iş günü müddətində yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X4 X29 “İnstitutun xx.xx.2023-cü il tarixli,78 K saylı əmrinə (Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında ) dəyişikliklər edilməsi haqqında” 10 mart 2023-cü il tarixli 93/1 K saylı əmrinə əsasən, İnstitutun xx.xx.2023-cü il tarixli,78 K saylı əmri ilə yaradılmış komissiyanın sədri Nailə Rəhimovanın xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidməti ezamiyyətdə olduğunu nəzərə alaraq 78K saylı, xx.xx.2023-cü il tarixli əmrin 2-ci bəndinin aşağıdakı redaktədə- “Komissiyaya tapşırılsın ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə olan müddətə Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciəti araşdırılaraq, mövcud vəziyyət qiymətləndirilsin və nəticəsi barədə arayış təqdim edilsin” verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına X2 “Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması haqqında” komissiyanın arayışına əsasən, “Yenidoğulmuşların patologiyası” şöbəsinin kollektivinin şöbənin müdiri İddiaçı barəsində şikayət məzmunlu müraciətinə əsasən İnstitut direktorunun xx.xx.2023cü il tarixli 78 K saylı əmri ilə yaradılmış komissiya tərəfindən araşdırma aparılmış və aşağıdakı nöqsanlar aşkar edilmişdir:

1. İddiaçı xx.xx.2007-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. 5 il müddətində məktəb həkimi, daha sonra 2 saylı Bakı Baza Tibb Kollecində müəllim, xx.xx.2019-cu ildən isə K.Y.Fərəcova adına X2 pulmonologiya elmi bölməsinin kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci ildən “Yenidoğulmuş uşaqların patologiyası” şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi, şöbə müdiri təyin olunana qədər əmək fəaliyyəti müddətində neonatoloq kimi (yəni, yenidoğulmuşlarla iş təcrübəsi olmadan) heç bir fəaliyyəti və iş təcrübəsi olmamışdır.

2. İddiaçı şöbə müdiri kimi işlədiyi müddətdə həkim deontologiyasına uyğun olmayan hərəkətləri ilə kollektivin iş şəraitini pisləşdirmiş, xəstələrə keyfiyyətli tibbi yardım göstərilməsi üzrə şöbənin işini təmin edə bilməmişdir ki, bu da araşdırılma zamanı komissiya tərəfindən aşkar edilmiş aşağıdakı nöqsanlarla sübut edilir;

3. Şöbə müdiri işlədiyi müddətdə şöbənin fəaliyyəti barədə heç bir klinik hesabat (illik) təqdim etməmiş, hesabatın müzakirəsi aparılmamışdır.

4. İTS və İnnovasiya şöbəsinin məlumatlarına əsasən, şöbə müdiri kimi fəaliyyət göstərdiyi 2021 -2022-ci illər ərzində YDPŞ-də 12 həkimin və 8 elmi işçinin xəstələrin müalicəsi ilə məşğul olmasına baxmayaraq, şöbəyə qəbul edilən xəstələrin 30-50-%-nin müalicə həkimi şəxsən özü olmuş (məsələn, 2021-ci ilin aprel ayında daxil olan 50 xəstədən 34 xəstə, may ayında 59 xəstədən 39 xəstə və s.) və bununla da həkimlərin xəstələrlə iş bölgüsündə qeyri-mütənasiblik və ayrı-seçkilik yaratmışdır ki, bu da şöbə əməkdaşlarının mütləq əksəriyyətinin haqlı olaraq ciddi narazılığına səbəb olmuşdur:

5. Müalicə həkimi olduğu xəstələrin tibbi kartalarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xəstələrin klinik diaqnozları əsaslandırılmamış (x/t 9889, 8535, 5807, 10187), qeyri-rasional antibiotikoterapiya (x/t 8667, 5807, 6229) və müalicə aparılmış, göstəriş olmadığı halda xəstələrə əsassız fototerapiya olunmuşdur (x/t 8839, 8535, 8613, 9326). Apardığı xəstəlik tarixlərini araşdırılarkən peşəkarlığının aşağı səviyyədə olması faktı öz təsdiqini tapmışdır. (Buna dair konkret faktlar bu arayışa əlavə edilir.);

6. İddiaçı şöbə müdiri kimi fəaliyyət göstərdiyi müddətdə şöbədə təşkil olunan klinik baxışlar ixtisaslaşmış, elmi dərəcəsi olan professor və dosentləri kənarlaşdıraraq, elmi dərəcəsi olmayan və müsabiqə ilə bir ildən az müddətlə işləyən, şifahi sorğu əsasında, müxtəlif elmi dərəcəsi və təcrübəsi olmayan Pulmonogiya elmi bölməsinin kiçik elmi işçisi Rzayeva Raminə və ARİTŞ-nin həkimi Şıxəliyev Elşad tərəfindən aparılmış və bu baxışlar tibbi kartda öz əksini tapmamışdır. Hətta, bu həkimlər digər şöbələrdə fəaliyyət göstərməklərinə baxmayaraq, YDPŞ-də stasionar xəstələrin müalicəsi ilə məşğul olmuşlar və xəstəlik tarixlərində apardığları konsultasiyaları yazılı şəkildə qeydə almayıb, imza ilə təsdiq etməmişlər. (Qanuni olaraq hər bir rəsmi konsultant xəstə barədə olan tövsiyələrini xəstəlik tarixində yazılı şəkildə qeyd etdikdən sonra imza ilə təsdiq etməlidir. Bu konsultasiyalar heç bir xəstəlik tarixlərində qeyd olunmamış, şifahi xarakter daşımışdır.);

7. Tibbi kartaların araşdırılması zamanı məlum olmuşdur ki, xəstələr profil üzrə yerləşdirilməmiş, vəziyyətləri düzgün qiymətləndirilməmiş, bu da xəstələrin ağırlaşaraq ARİTŞnə köçürülməsinə və hətta ölümünə (xəstə Şükürov, x/t Nə 741) səbəb olmuşdur. Şöbənin üç sanitar qovşağı olan palatalarını öz xəstələri və şəxsi mənafeyi üçün istifadə edərək, qeyriqanuni ödəniş alıb (Bu fakt bəzi həkimlər tərəfindən öz təsdiqini tapa bilər); 8.Xəstələrin müalicəsində həkimləri qeyri-rasional antibakterial terapiya aparmağa məcbur etmişdir. Razılaşmayanları rəhbərlik ilə hədələmişdir (konkret faktlar var);

9. Yeni rəhbərliyin fəaliyyəti dövründə institutun rəhbər işçilərinin iştirakı ilə keçirilən səhər konfranslarında iştirak etməmişdir;

10. İYDPŞ kollektivi ilə söhbət aparılarkən məlum olmuşdur ki, şöbə müdiri İddiaçı oz vəzifə səlahiyyətlərinə aid olan xəstələrin koordinasiyasını təsərrüfat bacısı Nəsibə Abliyevaya həvalə etmişdir. Təsərrüfat bacısı da bundan sui-istifadə edərək və maddi maraq güdərək xəstələrə müxtəlif şərait yaratmış, hətta həkimlərə belə müxtəlif göstərişlər vermişdir. Nəsibə Abliyeva həkimlərin xəbəri olmadan belə xəstələrlə əlaqə yaradaraq onlar tərəfindən tibb bacılarına, xadimələrə və şöbə müdirinə (müxtəlif məbləğlərdə) “rüşvət” verilməsini təşkil etmişdir, bu faktla bağlı xəstələr dəfələrlə öz həkimlərinə şikayətlər etmişdir. Şöbə müdirinə həkimlər tərəfindən bu işçi haqqında dəfələrlə şikayət olunmasına baxmayaraq İddiaçı bu iradlara məhəl qoymamış və cavab olaraq bildirmişdir ki, bu şəxs olmasa şöbəni idarə edə bilməz. (xəstə Rəhimli Timucin (xx.xx.2023-ci il tarixli, 309 saylı xəstəlik tarixi Yanvar 2023-cü il tarixində YDUP şöbəsində yatıb. Xəstə “Pediatriya” şöbəsində təkrar müalicə alır və indiyənədək Nəsibə Abliyevaya pul verməsi barədə rəhbərliyə şifahi şikayət etmişdir.x/t 2650);

11. İTS üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində aparılmış monitorinq əsasında da bu faktlar əsasında İddiaçı töhmət, Abliyeva İNəsibəyə xəbərdarlıq verilmişdir. İddiaçı tərəfindən bu intizam tənbehindən heç bir nəticə çıxarılmayıb və şöbənin işində heç bir dönüş yaradılmayıb. Hətta təsərrüfat bacısı N.Abliyevanın digər şöbəyə 1 aylıq rotasiya olunmasına baxmayaraq, şöbə müdirinin xahişi və tələbi ilə həmin müddət ərzində YDPŞ-ya qayıdaraq yenə öz əməllərini davam etdirmişdir.

12. İddiaçı vəzifəsindən istifadə edərək Yenidoğulmuşlarm patologiyası şöbəsində epidemioloji rejimi pozaraq ambulator xəstələrin şöbədə qəbulu ilə məşğul olmuşdur (ambulator kart № 1081734, tarix xx.xx.2023)

13. ETPİ -nin baş tibb bacısı tərəfindən şöbədə gəzinti zamanı (xx.xx.2023-cü il tarixində saat 12.00-12.20-dək olan müddətdə) müəyyən edilmişdir ki, şöbə müdiri və təsərrüfat bacısı heç kimə xəbərdarlıq etmədən (şöbənin böyük tibb bacısı A.Yusifova və həkimlər G.Hüseynova, D.Atakişiyeva, N.Cəfərova, X.Abbasimin şahidliyi ilə buna dair akt tərtib edilmişdir) iş vaxtında şöbəni tərk edərək iş rejimini pozmuşlar.

14. Komissiya tərəfindən xx.xx.2023-cü il tarixində şöbəyə baxış keçirilərkən İddiaçı şöbə miidiri otağında (bu otaq şöbəyə daxil olan və köçürülən xəstələrin qəbulu üçün nəzərdə tutulur) 2 saylı Bakı Baza Tibb kollecinin 1-ci kurs 594-cü qrup tələbələrinə dərs keçdiyi aşkarlanmışdır.

15. İddiaçı Azərbaycan Tibb Universitetinin bazası olan K.Fərəcova adına Elmi - X7, o cümlədən Yenidoğulmuşların patologiyası şöbəsində 4-cü, 5-ci və 6-cı kurslara yenidoğulmuşlara aid olan təcrübi tsiklinin tədris prosesini pozaraq tələbələrinin “-1” mərtəbəsindən şöbəyə 2 nəfərdən artıq daxil olmasına (müəllimlər ilə birgə) qadağa qoyaraq universitetin və kafedra rəhbərliyinin danışıqlarına məhəl qoymadan (bu barədə bazada fəaliyyət göstərən bütün kafedra əməkdaşları bu faktı təsdiq edə bilər, iki il ərzində baza da olan kafedra əməkdaşları bu rejimə uyğun tədris aparmışlar) tədris prosesini ciddi şəkildə pozmuş və ATU-da “Pediatriya" üzrə təhsil alan rezidentlərin bu bazada fəaliyyətinə (ETPİ-nin keçmiş direktori ilə birgə) son qoymuş, onları ETPİ-dən tam uzaqlaşdırılmışdır. Bu qayda həmçinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və İ. M. Secenov Universitetinin Bakı filialında təhsil alan tələbələlərinə də tətbiq edilmişdir. 2 nömrəli Bakı Baza Tibb Kollecinin məktubunda, ETPİ-nin əmrində (məktub 05/9377 saylı, xx.xx.2023-cü il tarixli; İnstitutun 15 L saylı, xx.xx.2023-cü il arixli əmri) həmin qrupun göstərilməməsinə baxmayaraq, İddiaçı özü ilə təcrübi məşğələyə ehtiyac olmayan 1-ci kurs tələbələrini say məhdudiyyəti olmadan sərbəst şəkildə şöbəyə qaldıraraq istədiyi şəraiti təmin etmişdir. Bu faktı kafedra məkdaşları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X3 X29 direktoru Lətif Zeyniyevə müalicə işlər üzrə direktor müavini A.Poluxova tərəfindən ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, Yenidoğulmuşlararın patologiyası şöbəsində müalicə alan uşaqların valideynlərinin müraciəti ilə onlara epikrizlərin verilməsində çətinlik yaranmışdır. Şöbənin müdiri İddiaçı İnstitutun səhər konfranslarında müəyyən tarixlərdə gecikmiş, bəzi tarixlərdə isə iştirak etməmişdir. Səhər saatlarında şöbədən evə yazılan xəstələrin epikrizlərinə şöbə müdiri kimi qol çəkilməsi vacib olduğundan, bunu əsas tutaraq həmin şöbədən evə gedən xəstələrin epikrizlərinə qol çəkməsi zərurəti yaranmışdır. Bunun əsasında həmin şöbə üzrə xəstələrin epikrizlərinin imza edilməsi səlahiyyəti müvəqqəti olaraq, lakin 1 aydan artıq olmamaq şərtilə şöbənin həkimi X.Ağayevaya həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X3 X39 tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə verilmiş epikrizlərdən görünür ki, şöbə müdiri qrafasında Xalidə Ağayeva adlı şəxs imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına X3 X29 xx.xx.2023-cü il tarixli, 154 nömrəli məktubunda iddiaçının vəkilinin xx.xx.2023-cü il tarixli məktubuna cavab olaraq İddiaçı K.Fərəcova adına X4 Publik Hüquqi şəxsdə şöbə müdiri vəzifəsində əmək funksiyalarının icrasına davam etməsi, onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olması bildirilmişdir. İş materiallarında olan baş həkim Aynur Poluxova, İnsan resursları şöbəsinin şöbə müdiri Vəfa Məmmədova və HİK sədri Nərgiz Babayeva tərəfindən tərtib edilmiş 20 mart 2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, “Yenidoğulmuşların patologiyası” şöbəsinin əməkdaşlarının şöbənin şöbə müdiri İddiaçı barəsində şikayət xarakterli müraciətini araşdırmış komissiyanın arayışı barədə "Yenidoğulmuşların patologiyası” şöbəsinin şöbə müdiri İddiaçı səbəbini göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan K.Fərəcova adına X2 direktoru X13 X11 Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, Yenidoğulmuşların patologiyası şöbəsinin işçiləri tərəfindən şöbə müdiri İddiaçı barəsində təqdim edilmiş şikayət əsasında 78 K saylı, xx.xx.2023-cü il tarixində komissiya yaradılmış və məsələni araşdırıb hesabatını təqdim etmişdir. Odur ki, bu məsələni həmkarlar ittifaqının ümumi yığıncağının iclasının müzakirəsinə çıxarılması və İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olmasına münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X35 Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 17 mart 2023-cü il tarixli 5 nömrəli protokolundan görünür ki, gündəlikdə məsələ Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək cəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi barədə İnstitutun direktorunun xx.xx.2023-cü il tarixli təqdimatının, ona əlavə edilmiş müraciətin və arayışın müzakirəsi olmaqla Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağı keçirilmiş və Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı xx.xx.2023-cü il (30 dəqiqə), xx.xx.2023-cü il (40 dəqiqə) və xx.xx.2023-cü il (40 dəqiqə) tarixlərində İnstitutun səhər konfranslara gecikmiş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində səhər konfranslarda iştirak etməmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X30 Ərazi Bölmələrini İdarəetmə Birliyi K.Fərəcova adına X4 üzrə X29 06 aprel 2022-ci il tarixli 81L nömrəli əmrdən çıxarışdan görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi aparılmış monitorinq əsasında əmək intizamında yol verdiyi nöqsanlara görə İddiaçı töhmət növündə intizam təhbehi verilməsi əmr edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. İddiaçı cavabdeh təşkilatda şöbə müdiri olaraq işləyirdi. O, isə həmin təşkilatda mühafizəçi olaraq işləyirdi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməmək üçün öz xahişi ilə 01 aprel 2023-cü il tarixdə ərizə yazaraq işdən çıxmışdır. Lakin, həmin təşkilata bir də gəlməyəcəyinə dair ərizə yazmaqdan imtina etdiyi üçün əmək kitabçası ona təqdim edilmirdi. 06 mart 2023-cü il tarixində iddiaçının işdən çıxarılması ilə bağlı mühafizə rəisi onlara məlumat vermişdir. 06 mart 2023-cü il tarixindən qabaq iddiaçının işdən çıxarılacağı ilə bağlı şayiələr yayılmışdı. İddiaçının mühafizə rəisi ilə tabeçilik əlaqələri yoxdur. Mühafizə rəisi 06 mart 2023-cü il tarixində iddiaçının işdən çıxarılması ilə bağlı əmrin surətini onlara göstərməmişdir. Əsas girişdən sağ tərəfdə onların otağı, solda isə qəbul şöbəsidir. Mühafizəçilərdən bir nəfər qəbul şöbəsində, bir nəfər isə inzibati şöbədə dayanır. Problem olanda onlar hamısı həmin problem olan şöbəyə gedirdilər. Orada giriş-çıxış barmaq izləri ilə aparılır. Gecikmələri müdiriyyət özü müəyyən edir. Həkimlər üçün iş vaxtı saat 9-da başlayır. İddiaçı həmişə vaxtında işə gəlib-getmişdir. İddiaçı 06 mart 2023-cü il tarixdən sonra həkim kimi gəlib-gedirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. İddiaçı vəzifəsindən qeyri-qanuni azad edilməsi ilə bağlı şayiələr yayılmışdı. Daha sonra iclas keçirildi və ona işdən azad edilməsi bildirildi. İddiaçının işdən çıxarılması 5 dəqiqəlik iclasda elan olunmuşdur. Özü 01 aprel 2023-cü il tarixdə işdən çıxmışdır. İşə gecikən və işə gəlməyən şəxslər barəsində məlumat vermək, işə gecikən şəxslərin qapıda saxlanılaraq bu barədə rəhbərliyə məlumat vermək, xüsusi aparat vasitəsi ilə şəxsin gecikdiyini sübut etmək və ya bu barədə akt tərtib etmək onun səlahiyyətinə daxil deyil. İddiaçının nə zaman işdən çıxarıldığını xatırlamır. İiddiaçının binaya buraxılmaması ilə bağlı onlara göstəriş verilməmişdir. Hər hansı işçinin gecikməsi ilə bağlı məlumat yayılırdı. İddiaçının işə gecikməsi barədə məlumat eşitməmişdir. İşçilərin gecikməsini kitabxanada bilirlər. Onlar işçilərin gecikib-gecikmədiyini bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, iddiaçı Yeni doğulmuşların patologiyası şöbəsinin şöbə müdiri vəzifəsində işləmişdir. Onlar 5 nəfər olmaqla mühafizə ximdətindən işdən çıxarılmışlar. Belə ki, onları bezdirdiklərindən işdən çıxmalı olmuşlar. O, həmin təşkilatda 2 il 3 ay mühafizəçi olaraq işləmişdir və 2023-cü ilin aprel ayında işdən çıxmışdır. Əmək kitabçaları onlara yalnız, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdən sonra verilmişdir. İşdən qovulan işçinin işə buraxılmaması ilə bağlı onlara tədbir görmək tapşırılmışdı. Gülşən xanımın işdən çıxarılması ilə bağlı işə buraxılmaması barədə növbə rəisi tapşırıq vermişdir. İclas keçirəndə o və mühafizə rəisi dəhlizdə idilər. Bir işçi xanım onlara yaxınlaşaraq konfrans zalından kənar bir şəxsi çıxartmaq lazım olduğunu bildirmişdir. Həmin vaxt Gülşən xanım orada deyildi, artıq işdən azad edilmişdi. Gülşən xanımın işdən azad edilməsi ilə bağlı iclas keçirilmişdi. Konkret olaraq Gülşən xanımın binaya buraxılmaması ilə bağlı bizə göstəriş verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. 1 il 8 ay həmin təşkilatda mühafizəçi kimi işləmişdir. 2023-cü ilin mart ayının sonu işdən çıxmışdır. İddiaçı 5 və ya 6 mart tarixində işdən çıxarılmışdır. İddiaçının işdən çıxarılmasını eşitmişdir. İşçilər işə gəldikdə barmaq izləri və feys kontroldan keçirdilər. İş materiallarında olan 26 mart 2023-cü il tarixli 20451 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 83 nömrəli müqavilə əsasında “Vəkil və Partnyorları” Vəkil bürosunun hesabına 500 manat ödənilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli 100 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə “Vəkil və Partnyorları” Vəkil bürosunun hesabına 200 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan diskdə əks edilmiş səs yazısına qulaq asılmış və müəyyən edilmişdir ki, “5 dəqiqəlik” iclasda Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı öz vəzifə öhdəliyini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, əmək fəaliyyəti zamanı yol verdiyi ciddi nöqsanlar və hüququ pozuntuları nəticəsində müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçinin istifadə etmədiyi məzuniyyət günlərinin və son haqq hesabının qanunvericiliyə uyğun olaraq hesablanması və ödənilməsinin maliyyə depertamentinə həvalə edilməsi onun yerinə 1 həftə müddətinə Xalidə Ağayeva təyin olunması barədə əmr elan edilmişdir. Bundan sonra, İddiaçı tərəfindən danışığın qeydə alınması bildirilərək, əmrin ona təqdim edilməsini xahiş edilmiş və ona əmrin təqdim ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan diskdə əks edilmiş telefon danışığına qulaq asılmış və müəyyən edilmişdir ki, İddiaçı Kübra Fərəcova adına X2 direktoru X14 zəng edərək, şöbədə olduğunu bildirmiş və əmrin ona təqdim edilməsini xahiş etmişdir. X17 isə əmrin təhvil-təslimdən sonra veriləcəyini bildirmiş, İddiaçı əmr ona verilməyincə təhvil-təslim olmayacağını bildirkdə isə ona hər şeyin qanunauyğun həll ediləcəyini bildirmişdir. Həmçinin, İddiaçı ondan xahiş etiyini, bu barədə danışdıqlarını bildirmiş və nəyə görə ərizə yazmadığını soruşmuşdur. İddiaçı isə qeyri-qanuni ərizə yazmalı olmadığını və hüquqlarını müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən,. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə, əvvəla mübahisələndirilən əmrin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi 28 mart 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə baxmayaraq, əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verdildiyi göstərilsə də, əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyi və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) göstərilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini və işçinin təqsirli davranışının nədə ifadə olunması (nədən ibarət olmasını) qeyd etməmiş, işçilərin müraciətinə əsasın yaradılan komissiyanın arayışı ilə iddiaçının şöbə müdiri kimi əmək müqaviləsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyini, vəzifə öhdəliklərini pozduğunu sübut etdiyini bildirmişdir. Kommissiyanın arayışında isə komissiya tərəfindən araşdırma nəticəsində iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlar sadalansa da, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə arayışda onun tərtib edildiyi tarix göstərilməmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl iddiaçının izahatı alınmamış, həmçinin iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sənəd də təqdim edilməmişdir. Halbuki. əmək qanunvericiliyinin tələbinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 20 mart 2023-cü il tarixli akt isə qeyri-iş günündə baş həkim Aynur Poluxova, İnsan resursları şöbəsinin şöbə müdiri Vəfa Məmmədova və HİK sədri Nərgiz Babayeva tərəfindən tərtib edilmiş və həmin şəxslər işəgötürən statusuna malik şəxslər olmamaqla işçidən yazılı izahatın verilməsini tələb edə bilməzlər. Həmçinin, məhkəmə tərəfindən iddiaçı tərəfdən təqdim edilmiş diskdə əks edilmiş səs yazısına və telefon danışığı qulaq asılmış və müəyyən edilmişdir, iddiaçının işdən azad edilməsinə dair yazılı əmr cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, hələ xx.xx.2023-cü il tarixdə “5 dəqiqəlik” iclasda Yenidoğulmuşların patologiyası şöbəsinin müdiri İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi, hətta onu əvəz edən digər şəxsin təyin edilməsi barədə əmr elan edilmişdir. Yalnız bundan sonra K.Y.Fərəcova adına X2 Yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılması məqsədilə komissiya yaradılmış, yenidoğulmuşların patologiyası şöbəsinin əməkdaşlarının müraciətinin araşdırılaraq, mövcud vəziyyətin qiymətləndirilməsi və nəticəsi barədə müvafiq arayışın təqdim edilməsi tapşırılmış, daha sonra iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatına təqdimat verilmişdir. Həmçinin, telefon danışığına əsasən müəyyən edilmişdir ki, İnstitutunun direktoru X6 Qəhrəmanovaya bu barədə danışdıqlarını bildirərərk, nəyə görə işdən azad edilmə barədə ərizə yazmadığını soruşmuşdur. Bütün qeyd edilənlər işəgötürən tərəfindən iddiaçıya qərəzli münasibəti və onun barəsində işdən azad edilmə barədə əmrin qanunvericiliyin tələbini pozmaqla qəbul edildiyini göstərir. Cavabdehin nümayəndəsi ümumiyyətlə disklərdə olan audioyazıları sübut kimi qəbul etmədiklərini bildirsə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək, disklərdə əks edilmiş səs yazılardan birinin digər şəxslərin iştirakı ilə keçirilən iclasda əmrin elan edilməsini, digərinin isə işçi ilə işəgötürən arasında telefon danışığını əks etdirməklə əmək mübahisəsinin birbaşa əlaqədar tərəfləri (işçi ilə işəgötürənin rəhbəri) arasında olan danışıqları əks etdirdiyindən sübut kimi qəbul edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçının müxtəlif vaxtlarda iclaslara gecikməsi və ya gəlməməsi barədə akt təqdim etmişdir. İddiaçının israrla işə və iclaslara vaxtında gəldiyini qeyd etməsinə, bu halı təsdiq edən şahidlərin məhkəmə iclasında iştirakını təmin edtməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən aktda qeyd edilən halları təsdiq edən sübutlar, eləcə də iddiaçının inzibati binaya giriş-çıxış məlumatları təqdim edilməmişdir. Həmçinin, iddiaçının gecikdiyi iddia edildiyi hər gün üçün ayrıca akt tərtib edilməmiş, bu barədə ondan izahat alınmamış və ona xəbərdarlıq edilməmişdir. Cavabdehin nümayəndəsi bunu iddiaçıya intizam tənbehinin verilməsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Belə olduğu təqdirdə, bu hal daha ağır intizam tənbehi olan əmək müqaviləsinə xitam verilməsi üçün də əsas olmamalıdır. Bundan başqa, iş materiallarından görünür ki, akt yalnız işçinin azad edildiyi gün tərtib edilmişdir. Bu da aktın doğruluğunu şübhə altına alır. Həmçinin, iddiaçının gecikdiyi iddia edildiyi günlərin əksəriyyəti ona işdən azad edilməsi barədə əmrin elan edildiyi xx.xx.2023cü il tarixdən sonraya aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X29 118 K nömrəli, 28 mart 2023-cü il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi işə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğundan, təmin olunmalı və xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X39 tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 700 manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 700 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 700 manat məbləğində vəkil xidməti xərci cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X27 iddiaçının xeyrinə tutulmalıdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X29 118 K nömrəli, 28 mart 2023-cü il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X39 tərəfindən İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “K. Fərəcova adına X4” X28 hüquqi yardıma görə ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim:Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar