Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2447/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X12 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “X7” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7” X11rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh X3 iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 16 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - cavabdeh X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqları və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım xərcləri qismində iddiaçı tərəfindən vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 iyun 2021-ci il tarixdən cavabdeh X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışmışdır. Onun əmək funksiyaları bilavasitə X3 Nizamnamə funksiyalarının icrası ilə bağlı olmuş və daimi xarakter daşımışdır. Beləliklə, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdikdə cavabdeh qurumun kadr məsələləri üzrə struktur bölməsi tərəfindən ona bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, onlarda əmək müqaviləsinin bu qaydada bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı hüquq bərabərliyinə əsaslanmayan şəraitdə və azad iradəsinə zidd olaraq hazırki işi itirməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Çünki, iddiaçı başa düşürdü ki, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyinə görə stabil iş yeri ilə təmin olunmaq hüququnu qətiyyətlə tələb etmiş olsa idi, işəgötürən tərəfindən ümumiyyətlə işlə təmin olunmayacaqdı. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyribərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən məcburiyyət qarşısında baş vermişdir. Beləliklə, AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3cü hissəsinin tələbinə zidd olaraqcavabdeh tərəflər arasında əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. İddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət etmiş, təklif cavabdeh tərəfindən cavablandırılmamış, Bakı 9 saylı Mediasiya təşkilatının 05 mart 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən 05 mart 2025-ci il tarixdə mediasiya prosesi başa çatmışdır. Bununla da, cavabdeh qurumun demək olar ki, bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq iddiaçıya qarşı işəgötürən tərəfindən ayrıseçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik olmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı X2 cavabdeh X1rşı “16 dekabr 2024-cü il tarixli 3-17-2/3-4-1784/2024 nömrəli əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” iddia tələbinə münasibətdə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ötən məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi ilə xitam verilmişdir. Bu isə başqa bir əsas yoxdursa qanunsuzdur. Eləcə də cavabdeh tərəf iddianın əsassız olmasına dair etirazında heç bir əsas göstərməmiş, sadəcə iddia müddətinin keçməsinə əsaslanmışdır. Bu isə o deməkdir ki, cavabdeh tərəf iddiaçının əsassız olaraq işdən azad edilməsini qəbul etmişdir. Bundan başqa cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini də əsassız hesab edirlər. Təqdim etdiyi sübutdan da görünür ki, onlar iddianı vaxtında, müddətlə bağlı qanunvericiliyə əməl etməklə vermişlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında bildirdi ki, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçıya ƏMAS vasitəsilə xəbərdarlıq edilib. Qeyd olunanlara əsasən iddia müddətini tətbiq edərək, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00261 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 PHŞ əmrin ləğvi, işə bərpa, məcburi işi buraxma müddəti üzrə qanunsuz olaraq işdən çıxarıldığı tarixdən bərpa olunacağı tarixədək əmək haqlarının və onun tərkib hissəsi olan bütöv növ ödənişlərin, habelə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s. tələblər üzrə xx.xx.2025-ci il tarixində, 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif 13 yanvar 2025-ci il tarixdə verilmişdir. - Əmək müqaviləsinə əsasən İddiaçı X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışır. - Əmək müqaviləsinə əsasən İddiaçı ilə “X7” publik hüquqi şəxsin işəgötürəni X8 sədri X5 arasında 16 iyun 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı X3 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən 6 (altı) ay müddətinə bağlanmışdır. - xx.xx.2021-ci il tarixli 6/16/2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 1-li razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış 6/16/2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 3-lü razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X3 Bakı X4 İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 2-li razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST vəzifəsinə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin dəyişiklik edilməsi barədə № 4-lü razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilərək, işçi əsas iş yeri üzrə X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST vəzifəsinə təyin edilmişdir. - X3 İdarə heyətinin sədri Sadiq Əliyevin X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan İddiaçı 3 dekabr 2024-cü il tarixli xəbərdarlıq bildirişinə əsasən, onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 arasında 16 iyun 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti 16 dekabr 2024-cü il tarixində qurtaracaq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hisssəsində göstərilən qaydaya uyğun olaraq onun əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam veriləcəkdir. - X3 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə 16 dekabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 16 iyun 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı ilə cavabdeh arasında 16 iyun 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı buna etirazını bildirəndə, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir və iddiaçı müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olaraq cavabdeh tərəflər arasında əmək müqaviləsinə və onun əlavə razılaşmalarına işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Hal-hazırda İddiaçı cavabdeh X3 iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 16 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - cavabdeh X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqları və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir, cavabdeh isə iddia müddətini tətbiq edərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla hər dəfə 6 ay olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlıişin hallarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləriarasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinəəməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlırazılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavəhalıkiminəzərdə tutula bilər. Bu hal üzrəəmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının,görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür.«Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquqbərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isəaçıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçıilə müddətli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, onun əmək müqaviləsinin müddətinin 6 ay olması ilə bağlı razılığı olmamışdır, demək ki onun 6 aylıq müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “X7” X14 İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-2/3-4- 1784/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (tərkib hissəsinə daxil olan ödənilşərlə birlikdə) hesablanaraq ödənilməlidir. Məhkəmə iddia tələbinin 350 (üç yüz əlli) manat hüquqi xidmətə görə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosuna hüquqi xidmətə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəkil orderinə əsasən “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosu tərəfindən EM-1326VK-13957/25 saylı müqaviləyə əsasən vəkil Nümayəndə1 hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh X7” X17 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 13 yanvar 2025-ci il tarixdə mediasiya təklifi göndərmiş, daha sonra 05 mart 2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyin tələbinə əsasən, iddia müddəti hazırki halda günlə deyil, 1 aylıq müddətlə müəyyən olunduğundan, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başladığından, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia ərizəsi AZEMİS vasitəsilə 1 aylıq iddia müddətinin sonuncu günündə - 10 mart 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, hazırki halda iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 379.1, 379.1.6-cı maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə Azərbaycan Respublikası Mülki Məcəllənin 379.1, 379.1.6-cı maddəsinə əsasən 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən, prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X7” X14 İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-2/3-4-1784/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı X3 Bakı X4 Sənədlərlə iş və inzibati şöbəsində DOST əlaqələndiricisi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı (tərkib hissəsinə daxil olan ödənilşərlə birlikdə) hesablanaraq ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh “X7” X17 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2447/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2447/2025
15.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver