Məhkəmə qərarları › İş №e-2(004)-2459/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2459/2024

11.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2459/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktının və xx.xx.2024-cü il tarixli N001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” Əmrin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar yanvar ayı üzrə əmək haqqından tutulmuş 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə tutduğu hüquqşünas vəzifəsinə bərpa edilməklə, eyni məbləğdə əmək haqqı müəyyən edilməklə müddətsiz əmək müqaviləsinin bağlanılmasının təmin edilməsi; Cavabdeh tərəflər arasındakı əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçıya ödəməli olduğu son haqq-hesabın və istifadə edilməmiş 10 məzuniyyət gününün ödənilməmiş hissəsinin, yəni 57,56 manat pulun tutularaq ona ödənilməsi; Cavabdeh təqsiri ucbatından yaranmış 2 aylıq boşdayanma vaxtı ilə bağlı 2 aylıq əmək haqqı – 1200 manat pulun iddiaçıya ödənilməsi; Cavabdehndən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş – 61 manat pulun tutularaq iddiaçıya ödənilməsi; Qətnamə tam icra olunanadək hər gecikdirilmiş gün üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən gecikdirilən məbləğin 1 faizi məbləğində cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktının və xx.xx.2024-cü il tarixli N001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” Əmrin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar yanvar ayı üzrə əmək haqqından tutulmuş 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə tutduğu hüquqşünas vəzifəsinə bərpa edilməklə, eyni məbləğdə əmək haqqı müəyyən edilməklə müddətsiz əmək müqaviləsinin bağlanılmasının təmin edilməsi; Cavabdeh tərəflər arasındakı əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçıya ödəməli olduğu son haqq-hesabın və istifadə edilməmiş 10 məzuniyyət gününün ödənilməmiş hissəsinin, yəni 57,56 manat pulun tutularaq ona ödənilməsi; Cavabdeh təqsiri ucbatından yaranmış 3 aylıq boşdayanma vaxtı ilə bağlı 3 aylıq əmək haqqı – 1800 manat pulun iddiaçıya ödənilməsi; Cavabdehndən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş – 61 manat pulun tutularaq iddiaçıya ödənilməsi; Qətnamə tam icra olunan günədək hər gecikdirilmiş gün üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən gecikdirilən məbləğin 1 faizi məbləğində cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktının və xx.xx.2024-cü il tarixli N001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” Əmrin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar yanvar ayı üzrə əmək haqqından tutulmuş 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə tutduğu hüquqşünas vəzifəsinə bərpa edilməklə, eyni məbləğdə əmək haqqı müəyyən edilməklə müddətsiz əmək müqaviləsinin bağlanılmasının təmin edilməsi; Cavabdeh tərəflər arasındakı əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçıya ödəməli olduğu son haqq-hesabın və istifadə edilməmiş 10 məzuniyyət gününün ödənilməmiş hissəsinin, yəni 57,56 manat pulun tutularaq ona ödənilməsi; Cavabdeh təqsiri ucbatından yaranmış məcburi işburaxma müddəti ilə bağlı əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi; Cavabdehndən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş – 61 manat pulun tutularaq iddiaçıya ödənilməsi; Qətnamə tam icra olunan günədək hər gecikdirilmiş gün üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən gecikdirilən məbləğin 1 faizi məbləğində cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmrinin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi; Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı əmrin ləğv edilməsi iddiaçının eyni məbləğdə əmək haqqı ilə hüquqşünas vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi; Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 61 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 01 oktyabr 2023-cü il tarixində Cavabdehndə hüquqşünas vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Cavabdehin hüquqi adından da bəlli olduğu kimi Cəmiyyət yerli və xarici hüquqi və fiziki şəxslər üçün konsaltinq xidməti göstərir. Xidmətin göstərilməsi ilə əlaqədar mütəmadi olaraq notariat orqanlarına müraciət etməli olurlar. Bu cür müraciətlərdən birini də 20 dekabr 2023-cü il tarixində etmişlər. Belə ki, Cəmiyyətin qanuni təmsilçisi – baş direktoru X4 qeyd olunan tarixdə ünvan 1 ünvanında yerləşən 23 saylı Notariat Ofisinə yaxınlaşmalı olduğunu və müştəri üçün “Təsis payının alqı-satqı müqaviləsi”ni bağlamalı olduğunu bildirmişdir. Cavabdehin hüquqi ünvanı Yasamal rayonu ərazisində olsa da, faktiki olaraq ünvan 2 ünvanında fəaliyyət göstərir. Həm cavabdehin ünvanı ilə notariat ofisinin arasındakı məsafənin uzaq olması, həm də tıxac səbəbindən notariata nəzərdə tutulan vaxtdan gec çatmışdır. Gecikməyinə baxmayaraq, müqavilə elə həmin gün imzalanmışdır. Müqavilə bağlansa da, rəhbərlik tərəfindən şifahi qaydada ona cərimə tətbiqi olunacağı və əmək haqqından tutulma ediləcəyi bildirilmişdir. Daha sonra dekabr ayının əmək haqqı karta köçürüldüyü zaman hər hansı bir tutulma edilməmişdir. Bu səbəbdən də məsələnin artıq unudulduğunu və bir daha baş vermiş halın müzakirə edilməyəcəyini düşünsə də, işəgötürən tərəfindən yanvar ayının əmək haqqı fevral ayının 6-da köçürüldüyü zaman əmək haqqından 30 manat tutulma edilmişdir. Belə ki, müqavilə üzrə əmək haqqı 600 manat olsa da, yanvar ayı üzrə 570 manat əmək haqqı almışdır. Bununla əlaqədar baş direktora müraciət etmiş və tutulmanın səbəbini aydınlaşdırmağa çalışmışdır. Səbəbi bildiyini söyləmiş, o da bunun notariat ofisinə gecikməyi ilə bağlı olduğunu anlamışdır. İşəgötürənə dekabr ayında baş vermiş hadisə ilə əlaqədar fevral ayında köçürülmüş yanvar ayının əmək haqqısından tutulma edilməsinin nə məntiqi, nə də hüquqi çərçivəyə sığmamasını, təxminən 50 gün əvvəl baş vermiş hala görə cərimənin tətbiq edilməsinin absurd olmasını bildirsə də, dediklərinə məhəl qoymamışdır. Tutulmanın hüquqazidd olduğunu və X5 Xidmətinə şikayət edəcəyinə dair məlumat vermiş, lakin o, buna heç bir əhəmiyyət verməmişdir. Bundan əlavə, 06 fevral 2024-cü il tarixində ərizə ilə Cəmiyyətə müraciət edərək 06 mart 2024-cü il tarixindən öz xahişi ilə tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsini istəmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixində mobil telefon vasitəsilə X5 Xidmətinə şikayətlə müraciət etmişdir. Xidmətə etdiyi müraciət 3-17-5/1-Z-5113/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Şikayətində işəgötürən tərəfindən əmək haqqıdan tutulma aparıldığı zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin – “İntizam tənbehinin verilməsi qaydaları”nın pozulduğunu demişdir. İşəgötürən tərəfindən əmək haqqıdan tutulma aparılmazdan əvvəl ona yazılı izahatın verilməsi üçün müraciət olunmayıb və yaxud da tərəfindən yazılı izahatın verilməsindən imtina edilməsi ilə bağlı hal olmayıb. Bununla yanaşı, intizam tənbehinin tətbiqi zamanı 187-ci maddənin 2-ci bəndinin də tələbləri pozulmuşdur. Daha əvvəl də bildirdiyi kimi intizam tənbehinin tətbiqi üçün əsas kimi göstərilmiş hadisə 20 dekabr 2023-cü il tarixində baş vermişdir. Əmək haqqı isə 06 fevral 2024-cü il tarixində köçürülüb. Sözdə əmək pozuntusunun aşkar edildiyi gündən 1 aydan artıq müddət keçdikdən sonra cərimə edilmişdir. Bununla da işəgötürən tərəfindən daha bir pozuntuya yol verilmişdir. Son olaraq, Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 189.3-cü və 205.1-ci maddəsinin müddəaları pozulmuşdur: İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Cəmiyyət tərəfindən əmək haqqından tutulma edildiyi zaman heç bir əmr tərtib olunmamışdır. Elə bu səbəbdən də o hər hansı əmrlə tanış edilməmiş və əmrin surətini əldə edə bilməmişdir. İşəgötürən yalnız şifahi qaydada cərimə tətbiq olunacağını bildirmiş və əmək haqqıdan tutulmanı həyata keçirmişdir. 09 fevral 2024-cü il tarixində isə MMC tərəfindən “İntizam tənbehi barədə” Akt və N001/1223 saylı “İntizam tənbehinin verilməsi haqqında” Əmr verilmişdir. Əmrdə AR ƏM-nin 186.2-ci maddəsi nəzərə alınaraq 30 manat cərimənin tutulması qətiləşdirilmişdir. Başqa sözlə, əvvəlcə 06 fevral 2024-cü il tarixində intizam tənbehi, yəni əmək haqqından 30 manat tutulma icra edilmiş, fevral ayının 9-da isə cəriməni hüquqi baxımdan əsaslandırmaq məqsədi ilə Aktla Əmr verilmiş və hər birinin 1 (bir) nüsxəsi işçiyə təqdim olunmuşdur. Halbuki ilk öncə Aktla Əmr tərtib olunmalı, o, Akt və Əmrlə tanış edilməli, hər iki sənədin bir nüsxəsini əldə etməli və yalnız bütün bu sadaladıqları baş verdikdən sonra intizam tənbehinə məruz qalmalı idi. Eyni zamanda verilmiş Əmrdə işinə məsuliyyətsiz yanaşmağı səbəbindən şirkətə həm maddi, həm də mənəvi ziyan vurduğu bildirilsə də, maddi və ya mənəvi ziyanın nədən ibarət olmağına dair məlumat verilməmişdir. Vurulduğu iddia olunan maddi və mənəvi ziyanın məzmununun qeyri-müəyyən olmağı səbəbindən cərimənin hansı əsasla və hansı səbəbdən 30 manat şəklində təyin edilməsi də bəlli deyil. Əlavə olaraq qeyd etməlidir ki, Cəmiyyətin baş direktoru Sübhan Namazov tərəfindən 09 fevral tarixində 1 saylı daha bir Əmr verilmişdir. Verilmiş Əmrlə xx.xx.2024-cü il tarixindən Cəmiyyətlə bağladığı əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü (AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi), yəni tərəfindən yazılmış 06 fevral 2024cü il tarixli işdən çıxma ərizəsi əsasında xitam verilmişdir. Hərçənd ki, yazdığı ərizədə işdən çıxma tarixi kimi 09 fevral deyil, 06 mart təsbit edilmişdir. Bununla da işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, işəgötürənin işçinin işdən çıxma ərizəsinə istinad etməklə verdiyi “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdə “İntizam tənbehinin verilməsi haqqında” Əmrə dair məlumat göstərməsi işəgötürənin işçidən qisas almaq motivinin olmasına dəlalət edir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdə “İntizam tənbehinin verilməsi haqqında” Əmrin tarixinin 22 dekabr 2023-cü il şəklində qeyd olunması isə (Əmrin özündə yazılma tarixi kimi xx.xx.2024-cü il müəyyən olunub) işəgötürənin səriştəsiz və qeyri-peşəkar olduğunu sübuta yetirir. Xitam Əmrində müəssisədə işlədiyi dövr, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü tarixinə qədər istifadə edilməmiş 10 məzuniyyət günü nəzərə alınmaqla son haqq-hesabın qanunericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi təsbit edilmişdir. Hesablamalara əsasən fevral ayında çalışdığı 6 iş günü və Cəmiyyətdə çalışdığı bütün dövr üzrə 10 məzuniyyət gününə görə işəgötürən tərəfindən ona 382,56 manat ödənilməli olduğu qət edilmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixində şirkət tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Bununla da Cavabdeh MMC tərəfindən AR ƏM-nin 172.4- cü maddəsinin şərtləri pozulmuşdur. 12 fevral 2024-cü il tarixində 08 fevral 2024-cü il tarixli 3-17-5/1-Z- 5113/2024 saylı müraciəti ilə bağlı 5 saylı Bakı DOST Mərkəzində yazılı izahat vermiş və yuxarıdakı halları bir daha qeyd etmişdir. Müraciəti ilə bağlı X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış, işəgötürən Cavabdeh MMC tərəfindən AR ƏM-nin tələblərinin pozulduğu aşkar edilmişdir. Müəyyən edilmiş hüquq pozuntuları ilə əlaqədar olaraq Xidmət tərəfindən ona 01 aprel 2024-cü il tarixli 3-17-5/2-A-17971/2024 saylı məktubla məlumat verilmişdir. Məktubda qeyd olunur ki, X5 Xidmətinin Bakı şəhər idarəsinin 13 mart 2024-cü il tarixli 3-17-5/2N-14357/2024 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində son haqq hesabının yenidən düzgün hesablayaraq ödənilməsi, həmçinin əmək müqaviləmə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 01 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər idarəsinə məlumat verilməsinə dair tələb qoyulmuşdur. Məlumat üçün bildirir ki, işəgötürən yalnız Müfəttişlik tərəfindən inzibati xəta haqqında protokol yazıldıqdan və cərimə tətbiq olunduqdan sonra nəzərdə tutulmuş son haqq-hesabın bir qismini, yəni 325 manat məbləği ödəmişdir. Məbləğin qalan hissəsinin ödənilməsi və digər pozuntuların aradan qaldırılması ilə əlaqədar isə bu günə qədər hər hansı əməli tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən əmək haqqından tutulma aparılmamışdan əvvəl onun izahatı alınmamışdır. Tutulma 06 fevral 2024-cü il tarixdə həyata keçirilmişdir. İnzibati tənbeh verilməsi barədə əmr 09 fevral 2024-cü il tarixində verilmişdir. 06 fevral 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmişdir. Cavabdeh tərəfindən 30 günlük xəbərdarlıq müddəti gözlənilməmiş və 09 fevral 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət etdikdən sonra, davranışında işə laqeyd münasibət göstərməsi müşahidə edilmişdir. Onun hərəkətləri kollektivin digər üzvlərinə neqativ təsir göstərmişdir. Rəhbərlik tərəfindən iddiaçının əmək karyerasının korlanmaması üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməməsi qərara alınmışdır. İşçinin yol verdiyi kobud pozuntularla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. 07 fevral 2024-cü il tarixli akt və qərarla bağlı bildirmək istəyir ki, o, həmin sənədlərin tərtib edilməsində iştirak etməmişdir. Onların hansı səbəbdən qeyri-iş günündə tərtib edilməsi ilə bağlı suala cavab verə bilmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2023cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə hüquqşünas vəzifəsində xx.xx.2023-cü il tarixindən işə başlamışdır. İş materiallarında olan X2 ilə Lzenka Sıarheı arasında bağlanmış 20 dekabr 2023-cü il tarixli Təsis payının alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı iştirakı ilə bağlanmış və imzalanmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Cavabdeh ilə bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən öz xahişi ilə xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin hüquqşünası, İddiaçı işinə məsuliyyətsiz yanaşaraq, müəssisənin rəhbərliyinə düzgün olmayan məlumatlar təqdim etmiş, şirkətə həm maddi, həm mənəvi ziyan vurmuşdur. Bununla bağlı İddiaçı şifahi xəbərdarlıq verilmiş və 30 manat məbləğində cərimə tətbiq ediləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı akta imza etməklə xx.xx.2024-cü il tarixdə tanış olmuş və öz etirazına dair qeydlərini yazılı şəkildə akta qeyd etmişdir. İş materiallarında olan Cavabdeh 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmrindən görünür ki, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktına əsasən müəssisənin hüquqşünası İddiaçı 30 manat məbləğində cərimə edilməsi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə cərimənin 2024-cü ilin yanvar ayı üzrə əmək haqqından tutulması əmr edilmişdir. İddiaçı akta imza etməklə xx.xx.2024-cü il tarixdə tanış olmuş və öz etirazına dair qeydlərini yazılı şəkildə akta qeyd etmişdir. İş materiallarında olan Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmrindən görünür ki, hüquqşünas vəzifəsində işləyən İddiaçı haqqında 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmr və işdən çıxma barədə onun ərizəsi nəzərə alınaraq hüquqşünas vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 10 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə Şöbəsinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli haqq-hesab vərəqindən görünür ki, işçi İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 10 məzuniyyət günü üzrə 382,56 manat məbləğində son haqq-hesabın ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 61 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01 aprel 2024cü il tarixli məktubda qeyd edilmişdir ki, tərəfindən təqdim olunmuş sənədlərdən, eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəflərindən baxış keçirilərkən onun yanvar ayı üzrə əmək haqqından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin birinci hissəsinin tələbləri pozularaq işəgötürənin müvafiq xx.xx.2024-cü il tarixli əmrindən öncə xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində dəymiş ziyana görə vəsaitin tutulduğu, xx.xx.2024-cü il tarixli işdənçıxma ərizəsinə əsasən ƏM-nin 69cu maddəsinin tələbləri pozularaq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verildiyi, eyni zamanda xitamla əlaqədar elektron informasiya sistemində mövcud olan 01 nömrəli əmrdə istifadə edilməmiş 10 məzuniyyət gününə görə nəzərdə tutulan kompensasiyanın ödənilmədiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq Cavabdeh MMC-nin işəgötürəni barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN1931994 nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən X5 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-n-14357/2024 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMC-nin rəhbərliyinə 30 gün müddətində son haqq-hesabını düzgün hesablayaraq ödənilməsi, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əmrin ləğv edilərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Cavabdeh MMC-nin “Əmək funksiyası və fəaliyyəti ilə əlaqədar araşdırma haqqında” xx.xx.2023-cü il tarixli, K 04 nömrəli Əmrində qeyd edilmişdir ki, müəssisənin hüquqşünası İddiaçı, xx.xx.2023-cü il tarixində rəhbərliyə səhv məlumat təqdim etmişdir və daha öncə də oxşar hadisələr və pozuntular yşanmışdır. Şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərərək, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozması və işində verdiyi digər nöqsanları müəyyən etmək üçün əmək fəaliyyətinin yoxlanılması ilə əlaqədar işçinin əmək funksiyaları və fəaliyyətinə dair araşdırma aparılsın. İş materiallarında olan Cavabdeh MMC-nin “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” xx.xx.2024-cü il tarixli, 01 nömrəli Aktında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində cəmiyyətin hüquqşünası İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair şəxsi ərizəsini təqdim etmişdir. Lakin təqdim etdikdən sonra əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və öz həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin “İşçinin yazılı izahat yazmaqdan imtina etməsi haqqında” xx.xx.2023-cü il tarixli, 01 nömrəli Aktında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində müəssisənin hüquqşünası İddiaçı, ondan xx.xx.2023-cü il tarixində müəssisənin rəhbərinə yalan məlumat verdiyinə dair şifahi şəkildə yazılı surətdə izahat verməsi tələb edilmiş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İddiaçı müəssisədaxili intizam qaydalarını pozması, özünün əmək funksiyasını və müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq qiymətləndirilir, lakin işçinin gələcək iş fəaliyyəti və xx.xx.2024-cü il tarixli işdən azad olma ərizəsi də nəzərə alınaraq humanitar yanaşma göstərilərək öz vəzifəsindən vaxtından əvvəl azad edilsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə hüquqşünas vəzifəsində xx.xx.2023-cü il tarixindən işə başlamışdır. İddiaçı Cavabdeh direktoruna xx.xx.2024-cü il tarixli ərizə ünvanlamaqla onun Cavabdeh ilə bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən öz xahişi ilə xitam verilməsi xahiş olunmuşdur. Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktına əsasən Cavabdeh MMCnin hüquqşünası, İddiaçı işinə məsuliyyətsiz yanaşaraq, müəssisənin rəhbərliyinə düzgün olmayan məlumatlar təqdim etməsi, şirkətə həm maddi, həm mənəvi ziyan vurması ilə bağlı ona şifahi xəbərdarlıq verilmiş və 30 manat məbləğində cərimə tətbiq ediləcəyi barədə məlumatlandırılmışdır. Həmin akt əsasında X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 fevral 2024cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmr verməklə İddiaçı 30 manat məbləğində cərimə edilməsi əmr edilmişdir. İntizam tənbehi, yəni əmək haqqından 30 manat tutulma isə 06 fevral 2024-cü il tarixində icra edilmişdir. Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmrinə əsasən hüquqşünas vəzifəsində işləyən İddiaçı haqqında 09 fevral 2024cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmr və işdən çıxma barədə onun ərizəsi nəzərə alınaraq hüquqşünas vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 10 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə Şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Hazırda İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmrinin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi; Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı əmrin ləğv edilməsi iddiaçının eyni məbləğdə əmək haqqı ilə hüquqşünas vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi; Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 61 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən:

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmrinin ləğv edilməsi, əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh “İntizam tənbehi barədə” Aktı 09 fevral 2024-cü il tarixində tərtib edilmiş və həmin akt əsasında da 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmr verilərək İddiaçı 30 manat məbləğində cərimə edilməsi, cərimənin 2024-cü ilin yanvar ayı üzrə əmək haqqından tutulması əmr edilmişdir. Lakin iş materiallarında olan sübutlara nəzər yetirilsə, İddiaçı yanvar ayı üzrə əmək haqqından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin birinci hissəsinin tələbləri pozularaq işəgötürənin müvafiq xx.xx.2024-cü il tarixli əmrindən öncə xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində cərimənin tutulduğunu müəyyən etmək olur. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işçiyə intizam tənbehinin tətbiq edilməsi ilə bağlı nəzərdə tutulmuş normaları baxımından İddiaçı tətbiq edilmiş intizam tənbehi nəzərdən keçirilsə, görmək olur ki, işəgötürən tərəfindən qanunvericiliyin bir sıra tələbi pozulmuşdur. Belə ki, intizam tənbehi işəgötürənin əmri olmadan tətbiq edilmiş, işçi cərimə olunduqdan 3 gün sonra intizam tənbehi ilə bağlı əmr verilmişdir. Bununla yanaşı, işçinin xx.xx.2024-cü il tarixdə 30 manat məbləğində cərimə olmasına səbəb olan pozuntunun nədən ibarət olması birbaşa olaraq heç bir sənəddə göstərilməmişdir. Cavabdeh MMC-nin “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” xx.xx.2024-cü il tarixli, 01 nömrəli Aktında, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli Qərarında isə xx.xx.2024-cü il tarixində cəmiyyətin hüquqşünası İddiaçı öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair şəxsi ərizəsini təqdim etdiyi, lakin təqdim etdikdən sonra əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və öz həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Göründüyü kimi Cavabdeh MMCnin “İşçinin iş yerində öz həmkarlarına və müdiriyyətə qarşı aqressiv davranışı haqqında” 01 nömrəli Aktı xx.xx.2024-cü il tarixində qeyr-iş günündə tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə isə hakimin məhkəmə iclasında hakimin həmin aktın hansı səbəbdən qeyri-iş günündə tərtib edilməsi ilə bağlı sualına cavab verə bilməmişdir. xx.xx.2024-cü il tarixində baş verdiyini iddia etdiyi pozuntuya görə qeyri-iş günündə işçiyə qarşı belə bir aktların, qərarların tərtib olunması işçiyə olan qərəzli münasibətin göstəricisidir. Qeyd edilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmrinə nəzər yetirdikdə görünür ki, müvafiq intizam tənbehi xx.xx.2023-cü il tarixində müəssisənin hüquqşünası İddiaçı işinə məsuliyyətsiz yanaşaraq müəssisənin rəhbərliyinə düzgün olmayan məlumatlar təqdim etməsi, şirkətə həm maddi, həm də mənəvi ziyan vurulması ilə əlaqədar olaraq verilmişdir. AR ƏM-nin 187.2-ci maddəsində qeyd edilmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin işəgötürən qanunvericiliyin qeyd edilən normasını pozaraq, qeyd etdiyi intizam xətası baş verdiyi gündən bir aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixində baş vermiş intizam xətasına görə xx.xx.2024-cü il tarixində intizam tənbehi vermişdir. Bu baxımdan Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmri ləğv edilməli və əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 (otuz) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh 09 fevral 2024-cü il tarixli 1 saylı əmrin ləğv edilməsi iddiaçının eyni məbləğdə əmək haqqı ilə hüquqşünas vəzifəsinə bərpa edilməsi; məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh tərəfindən İddiaçı ödənilməsi” hissəsinə də münasibət bildirərək qeyd edir ki, bu hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh direktoruna ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən də görünür ki, o, Cavabdeh ilə bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən öz xahişi ilə xitam verilməsi xahiş etmişdir. Buna baxmayaraq, işəgötürən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri xx.xx.2024-cü il tarixində vermişdir. Qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq xəbərdarlıq müddətinin bitməsini gözləməmişdir. Cavabdeh xəbərdarlıq müddətini gözləməmisinin səbəbi kimi işçinin xx.xx.2024-cü il tarixində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə təqdim etdikdən sonra əmək vəzifələrini kobud şəkildə pozaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını keyfiyyətsiz və tam yerinə yetirməməklə yanaşı müdiriyyət və öz həmkarları ilə aqressiv davranaraq şirkətin iş mühitinə, işçi heyətinə mənfi təsir göstərməsi ilə əlaqələndirmiş və Cavabdeh MMC qeyri-iş günündə tərtib etdiyi xx.xx.2024-cü il tarixli Qərarında qeyd etmişdir ki, İddiaçı müəssisədaxili intizam qaydalarını pozması, özünün əmək funksiyasını və müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması AR ƏM-nin 70ci maddəsinin ç bəndinə uyğun olaraq qiymətləndirilir, lakin işçinin gələcək iş fəaliyyəti və xx.xx.2024-cü il tarixli işdən azad olma ərizəsi də nəzərə alınaraq humanitar yanaşma göstərilərək öz vəzifəsindən vaxtından əvvəl azad edilsin. Məhkəmə bununla bağlı qeyd edir ki, 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu baxımdan işəgötürən əgər işçinin əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verirsə, digər əsaslara istinad edib işçinin öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələbləri poza bilməz. Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmrindən də görünür ki, hüquqşünas vəzifəsində işləyən İddiaçı haqqında 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmr və işdən çıxma barədə onun ərizəsi nəzərə alınaraq hüquqşünas vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Öz ərizəsi əsasında işdən çıxarılan işçi barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə ”İntizam tənbehinin verilməsi haqqında” əmrin əsas kimi göstərilməsi yolverilməz hesab edilməlidir. Bu baxımdan məhkəmə AR ƏM-nin 300.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, habelə 09 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 61 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi” hissəində də qanuni və əsaslıdır, bu baxımdan məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmri ləğv edilməli və əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 (otuz) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilməli, Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, 09 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilməli, Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 61 (altmış bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 09 fevral 2024-cü il tarixli “İntizam tənbehi barədə” Aktı və 09 fevral 2024-cü il tarixli, N001/1223 saylı ”İntizam tənbehinin verilməsi haqqında” əmri ləğv edilsin və əmrin verilməsi ilə əlaqədar İddiaçı əmək haqqından tutulmuş 30 (otuz) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Cavabdeh 09 fevral 2024-cü il tarixli 01 saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. 09 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. Cavabdehndən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 61 (altmış bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar