Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2459/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000(otuz beş min) manat pulun, habelə ödənilmiş 195 manat dövlət rüsumunun tutularaq iddiaçılara bərabər qaydada bölünməklə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin dəvəti ilə AZTV televiziya kanalında yayımlanan "xxxx" telefiziya müsabiqəsində xx.xx.2023-cü il tarixində iştirak etmişlər. Televiziya müsabiqəsinin şərtlərinə görə iddiaçılar-iştirakçılar sullara cavab verərək müsabiqənin əvvəlində onlara təqdim edilmiş 100000(bir yüz min) manatı bütövlükdə və ya özləri tərəfindən müəyyən edilən hissədə müsabiqənin sonunacan qorumağı bacarmalıdırlar. Qoruya bildikləri məbləğ isə onların mükafatı hesab edilir. xx.xx.2023-cü il tarixində qeyd edilən müsabiqədə iddiaçılar birgə iştirakçı qismində iştirak etmişlər və müsabiqənin şərtlərinə uyğun olaraq, yüzə yaxın tamaşının şahidliyi ilə 35000(otuz beş min) manatı müsabəqinin sonunda mükafat olaraq qazanmışlar. Tərəflər arasında olan müqaviləyə əsasən çəkiliş efirə getdikdən sonra cavabdeh iddiaçılara müştərək qaydada olmaqla müsabiqədə qazandıqları mükafatı verməli idi. "xxxx" müsabiqəsinin çəkilişi və efirə verilməsi arasında adətən 5-8 gün vaxt olmasına baxmayaraq, cavabdehlərin iştirak etdiyi çəkilişik efirə xx.xx.2024-cü il tarixə qədər gedəcəyi barədə çəkilişdən sonra məlumat verilmişdir. Müsabiqə efirə getmədiyi təqdirdə iddiaçılar dəfələrlə müsabiqənin efirə getməsi ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəf müxtəlif müxtəlif tarixlə deyərək müsabiqənin efirə gedəcəyi ilə bağlı yalan vədlər vermişlər. İddiaçıların nümayəndəsi və vəkili olaraq xx.xx.2024-cü il tarixində cavabdehə pretenziya məktubu ilə müraciət etdim. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edir ki, "iddiaçıların iştirak etdiyi müsabiqəyə dair çəkilişin yazıldığı sərt diskin zədələnməsi nəticəsində müsabiqə efirdə yayımlana bilməmişdir və tərəflər arasında imzalanmış müqavilənin 6-cı maddəsinə əsasən şounun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır, bu baxımdan iddiaçıların xx.xx.2023-cü il tarixli çəkilişləri üzrə hər hansı ödənişin edilməsi mümkün deyil." Cavabdehin qeyd edilən cavab məktubuna əsasən sorğu ilə cavabdehə müraciət etdim, cavabdeh isə xx.xx.2024-cü il tarixli ccavab məktubunda qeyd edir ki, iddiaçıların iştirak etdiyi müsabiqə üzrə çəkilişlərin yazıldığı sərt diskin zədələnməsi faktı xx.xx.2024-cü ildə müəyyən edilib və zədələnmənin yaranmasına səbəb enerji şəbəkəsində yaranmış problem olub." İddiaçıların qeyd edilən verilişdə iştirak etməsi və müsabiqə şərtlərinə uyğun mükafat qazanması işin mübahisəsiz faktiki hallarıdır. İşin mübahisə doğuran halı isə ondan ibarətdir ki, cavabdeh tərəf iddia edir ki, müsabiqənin çəkilişinin yazıldığı sərt diskin zədələnməsi nəticəsində efirə getməməsi tərəflər arasında olan müqavilənin 6-cı bəndinə uyğundur və bu səbəbdən iddiaçılara hər hansı uduş məbləği təqdim edilə bilməz.. Cavabdehin uduş məbləğini iddiaçılara təqdim etməsinə səbəb olan hal Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə qadağan edilən Hüquqdan sui-istifadədir və əsaslı hesab edilə bilməz. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin "xxxx" Televiziya Şousunda iştirakla əlaqədar QSC ilə iddiaçılar arasında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan şəxslər şounun xx.xx.2023-cü il tarixli çəkilişlərində iştirak etmişlər. Lakin həmin çəkilşin, habelə ondan sonra həyata keçirilən, digər oyunçuların da iştirak etdikləri 27 və 28 oktyabr tarixli çəkilişlərin olmaqla, 3 verilişin yazıldığı sərt diskin zədələnməsi oradakı məlumatların itirilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də şounun qeyd olunan çəkilişləri efirdə yayımlanmamışdır. Çəkilişlərin yazıldığı sərt diskin zədələnməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 QSC tərəfindən məlumat da verilib. Tərəflər arasında imzalanmış adıçəkilən müqavilənin 6-cı maddəsinə əsasən "xxxx" Televiziya Şousunun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır. Bu baxımdan da İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixli çəkilişləri üzrə hər hansı ödənişin edilməsi mümkün deyil. Bu baxımdan da hesab edir ki, hazırki iddia əsassızdır. İddiaçıların vəkilinin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubu cavalandırılaraq, "xxxx" Televiziya Şousunun çəkilişlərinin davam etdiyi, qeyd olunan problemin QSC-yə aid texniki daşıyıcıda ortaya çıxmasını nəzərə alaraq İddiaçı1 və İddiaçı2 razılıqları olduğu tədqirdə onların çəkilişlərdə yenidən iştirakları üçün QSC tərəfindən şərait yaratmağa hazır olunduğu bildirilmişdir. Eyni zamanada, vəkilin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, iddiaçıların iştirak etdikləri 27 və 28 oktyabr 2023-cü il tarixli çəkilişlərinin yazıldığı sərt diskin zədələnməsi faktı, 10 yanvar 2024-cü il tarixdə çəkilişlər üzrə verilişin hazırlanması zamanı müəyyən olunduğu, buna dair eyni tarixli akt tərtib edildiyi və həmin zədələnmənin səbəbinin enerji şəbəkəsində yaranmış problem olduğu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, tərəflər arasında imzalanmış adıçəkilən müqavilənin 6-cı maddəsinə əsasən "xxxx" Televiziya Şousunun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirmişdir ki, "xxxx" Televiziya Şousunun baş redaktorudur. Belə ki, 3 sezon üçün sualları o tərtib etmişdirm. Çəkiliş zamanı xüsusi bunkerdə əyləşmişdir. Suallar efirə gedərkən dəqiq, səliqəli yazılmağını yoxlamışdır. Hal-hazırda orada işləmir. Verişilin çəkildiyi gündən sonrakı gün Rövşən müəllim onları kabinetinə çağıraraq, məbləğin çox olduğunu bildirmiş, həmin məbləğin iddiaçılar tərəfindən udulmasına niyə imkan verilməsinin səbəbini soruşmuşdur. Verilişin əvvəlində sullar qovluqda hazır olmuşdur. Verilişin gedişatında prodüsserlər otağına daxil olaraq, sualları çətinləşdirməyini tələb etmişlər. Rövşən müəllim həmin məbləğdə pulu verə bilməyəcəcəyini bildirərək, verişilin efirə getməməsi ilə bağlı göstəriş vermişdir. O haqsızlığa dözməyərək həmin layihədən çıxmışdır. Diskin zədələndiyini eşitməmişdir. Nəticə etibarilə iddiaçılar 35000 manat pul udmuşlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 ilə Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iştirakçı AZTV-nin efirində nümayiş etdiriləcək “X9” Britaniya formatı əsasında hazırlanan “X6 şousunda bu müqavilənin şərtlərinə uyğun iştirak edəcək. AZTV şouda iştiraka görə iştirakçının haqqını müqavilənin şərtlərinə uyğun olaraq ödəyəcək. İş materiallarında olan İddiaçı2 ilə Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iştirakçı AZTV-nin efirində nümayiş etdiriləcək “X9” Britaniya formatı əsasında hazırlanan “X6 şousunda bu müqavilənin şərtlərinə uyğun iştirak edəcək. AZTV şouda iştiraka görə iştirakçının haqqını müqavilənin şərtlərinə uyğun olaraq ödəyəcək. İş materiallarında olan iddiaçıların nümayəndəsi və vəkili Vəkil "xxxx" QSC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 müraciət edərək bildirirlər ki, rəhbərlik etdiyiniz televiziya kanalında yayımlanan "xxxx" layihəsində iştirak ediblər və 35000 (otuz beş min) manat məbləğində pul uduşu qazanıblar. 2023-cü ilin Oktyabr ayında proqram baş tutsa da, müraciətçilərin qazandıqları uduş məbləği onlara təqdim edilməmişdir. Müraciət edən şəxslərin iddialarını təsdiq edən sübutlar və dəlillər mövcuddur. Qeyd edilən əmələ mənimsəmə cinayət əməli kimi hüquqi qiymət verilməsi üçün aidiyyatı hüquq mühafizə orqanına və əsassız varlanma kimi məhkəməyə müraciət etmadan mübahisənin dostcasına həll edilməsini təklif edir. Belə ki, məsələ dostcasına həll edilmədiyi təqdirdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən hüququn bərpa olunası zamanı müraciətçilər tərəfindən çəkilən xərclər, yəni hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş xərc 5660 manat, habelə AR-sı Mərkəzi bankının aylıq uçot faiz dərəcəsinə uyğun olaraq hesablanan faiz dərəcəsi də gecikdirilmiş aylara uyğun olaraq(oktyabr ayından hesablanmaqla) sizdən tələb ediləcək. İş materiallarında olan "xxxx" QSC-nin iddiaçıların nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx.xx.2024-cü il cavab məktubuna əsasən “Azərbaycan Televiziya va Radio Ventşien QSC-nin "X5 Şousunda iştirakla alaqedar QUC İddiaçı1 Cofar oğlu və İddiaçı2 arasında xx.xx.2023-cu il tarixli müqavilə bağlanıb. Qeyd olunan şəxslər şounun 25.10 2023-cu à tarixli çəkilişlərində iştirak ediblər. Lakin həmin çəkilşin, habelə ondan sonra həyata keçirilən 27 va 28 oktyabr tarixli çəkilişlər də daxil olmaqla üç verilişin yazıldığı sərt diskin zadalanmasi oradakı məlumatların itirilməsi ilə nəticələnib. Bu səbəbdən də şounun qeyd olunan çəkilişləri efirdə yayımlanmayıb. Çəkilişlərin yazıldığı sərt diskın zədələnməsi barədə İddiaçı1 və İddiaçı2 tərəfimizdən dəfərlərlə məlumat verilib. Tərəflər arasında imzalanmış adıçəkilən müqavilənin 6-cı maddəsinə asasan şounun buraxılışı hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır. Bu baxımdan da İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixli çəkilişləri üzrə hər hansı ödənişin edilməsi mümkün deyil. "xxxx" Televiziya Şousunun çəkilişləri davam edir. Qeyd olunan problemin QSC-yə aid texniki daşıyıcıda ortaya çıxmasını nəzərə alaraq, İddiaçı1 və İddiaçı2 razılıqları olduğu təqdirdə onların çəkilişlərdə yenidən iştiraklan üçün şərait yaratmağa hazırlar. İş materiallarında olan iddiaçıların nümayəndəsi və vəkili Vəkil "xxxx" QSC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 müraciəti ilə əlaqədər onlara ünvanladığı 20 İyun 2024-cü il tarixli məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bildirmişlər ki, adıçəkilən müraciətçilərin qatıldığı xx.xx.2023-cü il tarixli "xxxx" Televiziya Şousunun çəkilişi saxlanılan sərt disk zədələnib və oradakı məlumatlar itib. Xahiş edir ki, xx.xx.2023-cü il tarixli "xxxx" Televiziya Şousunun çəkilişi saxlanılan sərt diskin nə zaman, hansı şəraitdə, hansı məsul şəxsin(ad, soyad, ata adı göstərilməklə) hərəkətləri və ya hərəkətsizliyi nəticəsində zədələnməsi ilə bağlı ətraflı məlumatı bu sorğuya cavab olaraq təqdim etsinlər. İş materiallarında olan "xxxx" QSC-nin iddiaçıların nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx.xx.2024-cü il cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixli sorğunuza dair bildirilir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "X6 Şousunda İddiaçı1 və İddiaçı2 iştirak etdikləri 27 və 28 oktyabr 2023-cü il tarixli çəkilişlərinin yazıldığı sərt diskin zədələnməsi faktı, 10 yanvar 2024-cü il tarixində çəkilişlər üzrə verilişin hazırlanması zamanı müəyyən olunub və buna dair eyni tarixli akt tərtib edilib. Qeyd olunan zədələnmənin səbəbi enerji şəbəkəsində yaranmış problem olub. İş materiallarında olan "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin proqramlar direktorluğunun direktoru Emin Hüseynov , X1 direktoru Elnur Əlizadə, Musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Elnur Qədimov, STS kompleksinin rəis müavini Kamran Mərdalıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Düşən puliar" layihəsi üzrə 25 oktyabr, 26 oktyabr va 27 oktyabr 2023-ell il tarixlətində həyata keçirilən çəkilişlərdan 3 (üç) verilişin (İddiaçı2 və İddiaçı1, Elməddin Cəfərov və Fərda Xudaverdiyev, Azər Şabanov və Xəyalə Quliyeva) yazıldığı sərt diskin zədələnməsi oradakı məlumatların itirilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçılar qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçılar maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçılar tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar cavabdehin dəvəti ilə AZTV televiziya kanalında yayımlanan "xxxx" telefiziya müsabiqəsində xx.xx.2023-cü il tarixində iştirak etmişlər. Televiziya müsabiqəsinin şərtlərinə görə iddiaçılar-iştirakçılar sullara cavab verərək müsabiqənin əvvəlində onlara təqdim edilmiş 100000(bir yüz min) manatı bütövlükdə və ya özləri tərəfindən müəyyən edilən hissədə müsabiqənin sonunacan qorumağı bacarmalıdırlar. Qoruya bildikləri məbləğ isə onların mükafatı hesab edilir. xx.xx.2023-cü il tarixində qeyd edilən müsabiqədə iddiaçılar birgə iştirakçı qismində iştirak etmişlər və müsabiqənin şərtlərinə uyğun olaraq, yüzə yaxın tamaşının şahidliyi ilə 35000 (otuz beş min) manatı müsabəqinin sonunda mükafat olaraq qazanmışlar. Tərəflər arasında olan müqaviləyə əsasən çəkiliş efirə getdikdən sonra cavabdeh iddiaçılara müştərək qaydada olmaqla müsabiqədə qazandıqları mükafatı verməli idi. "xxxx" müsabiqəsinin çəkilişi və efirə verilməsi arasında adətən 5-8 gün vaxt olmasına baxmayaraq, cavabdehlərin iştirak etdiyi çəkilişik efirə xx.xx.2024-cü il tarixə qədər gedəcəyi barədə çəkilişdən sonra məlumat verilmişdir. Hazırda iddiaçılar cavabdehdən 35000(otuz beş min) manat pulun, habelə ödənilmiş 195 manat dövlət rüsumunun tutularaq iddiaçılara bərabər qaydada bölünməklə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və etiraz edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən cavabdeh tərəfindən onlara ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçılara maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, İddiaçı1 ilə Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında, həmçinin İddiaçı2 ilə Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrin 6-cı bəndinə əsasən Şouda 100000 manat məbləğində pul oynanılır. İştirakçı müəyyən məbləği udduğu halda (iştirakçının şounu tərk etdiyi mərhələdən asılı olaraq) həmin məbləğdə pul şounun efirə getdiyi gündən sonrakı 75 iş günü ərzində iştirakçının bank hesabına köçrüləcək. İştirakıçının çəkildiyi şou buraxılışı hansısa səbəbdən efira çıxmazsa uduş etibarsız sayılacaq. Göründüyü kimi, şou efirə çıxmamış, bu hal həm iddiaçıların nümayəndəsi və vəkili, həm də cavabdehin nümayəndəsi tərəfindən təsdiq olunur. İşin mübahisəsiz halıdır. Şou efirə çıxmadığı üçündə cavabdeh tərəf haqlı olaraq iddiaçılara uduş məbləğini həyata keçirmir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilənin 6-cı bəndində də göstərilmişdir ki, şou buraxılışı hansısa səbəbdən efira çıxmazsa uduş etibarsız sayılır.Bu səbəbdən də iddia rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin proqramlar direktorluğunun direktoru Emin Hüseynov , X1 direktoru Elnur Əlizadə, Musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Elnur Qədimov, STS kompleksinin rəis müavini Kamran Mərdalıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən "xxxx" telefiziya müsabiqəsində xx.xx.2023-cü iil tarixində həyata keçirilən çəkilişin verilişin (İddiaçı2 və İddiaçı1) yazıldığı sərt diskin zədələnməsi oradakı məlumatların itirilməsi ilə nəticələnmişdir. Bu səbəbdən də veriliŞ efirə getməmişdir. Göründüyü kimi, verilişin efirə getməməsinin səbəbi "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dən asılı olmamışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də həmin veriliş efirə gedərək oradan reytinq əldə etmək istəyərdi. Yəni, məhkəmə hesab edir ki, verilişinin efirə getməməsində hər hansı qərəzli münasibət olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2459/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2459/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver