Məhkəmə qərarları › İş №e-2(004)-2480/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2480/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2480/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməyi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməyinə yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 50 manat mediasiya və 50 manat dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cu il tarixdə anadan olmuş Babayev Mikayıİ Rauf oğlunun onun himayəsində qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Sonradan “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbi ilə məhkəməyə müraciət olunmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli yekun qətnaməsi ilə Yasamal rayonu, N.Nərimanov pr., bina 125, mənzil 11 və **-UJ-*** dövlət qeydiyyat nişanlı, “Nissan Teana” markalı avtomobil üzərində ½ mülkiyyət hüququ tanınmış, həmçinin Yasamal rayon M.Əliye kçüəsi 468/472-ci məhələdə yerləşən 16 mərtəbəli yaşayış evinin yaxınlığında olan 9 saylı qaraja da payları ½ hissədə müəyyən edilmişdir. Mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışı alınmışdır. Hazırda mənzil, avtomobil və qaraj ərinin istifadəsindədir və onu onların istifadəsinə vermir. Məhkəmə qərarının və DƏDRX tərəfindən rəsmi şəkildə hüquqlarının tanındığına baxmayaraq ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə daxil olmağının cavabdeh tərəfindən qarşısı alınır. Belə ki, sözügedən mənzil binada yerləşir və yalnız bir giriş qapısı mövcuddur. Onun da açarları cavabdehdədi. Onu vermir, cavabdeh tərəfindən onun mənzilə daxil olmağına müxtəlif yollarla maneələr yaradılır. Bununla da cavabdeh tərəfindən qanunvericiliyə zidd olan mülkiyyət hüquqlarının kobud şəkildə pozuntusuna yol verilmiş, mülkiyyətində olan əmlak üzərində mövcud olan hüquqlarının (sahiblik, istifadə və sərəncam) həyata keçirilməsinə maneələr yaradılmışdır. Göstərilənlərə əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməyi təmin edilməli, cavabdeh tərəfindən mənzilə köçürülməyi ilə əlaqədar maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 11 saylı mənzilinin, “Nissan-Teana” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 468/472-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evinin ətrafında tikilən 9 nömrəli qarajın üzərində 2/3 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7000/2017 saylı, 10 noyabr 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 11 saylı mənzilinin, “Nissan-Teana” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 468/472-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evinin ətrafında tikilmiş 9 nömrəli qaraja dair İddiaçı və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-12918/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7000/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilərək birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 11 saylı mənzilinin, “Nissan-Teana” markalı, **-UJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınsın. Birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 468/472-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evinin ətrafında tikilmiş 9 nömrəli qaraja dair İddiaçı və Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdən ½ hissədə Cavabdeh və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdən ½ hissədə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7000/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 11 saylı mənzilinin, “Nissan-Teana” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 (ikidə bir) hissəsinə İddiaçı, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 468/472-ci məhəllədə inşa edilən 16 mərtəbəli yaşayış evinin ətrafında tikilmiş 9 nömrəli qaraja dair İddiaçı və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürmə və maneələrin aradan qaldırılmasını xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməli, Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməyinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat pul və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülsün. Cavabdeh tərəfindən onun ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə köçürülməyinə yaradılan maneələr aradan qaldırılsın. Mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat pul və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar