Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2486/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X30, X64, X19 cəlb edilməklə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X45, X38, X20, X87, X76, X46, X47, X39, X21, X17, X31, X55 cəlb edilməklə Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X30, X64, X19 xx.xx.2023-cü il tarixdə birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəvəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələr verərək İddiaçı, həmçinin X30, X64, X8 Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Belə ki, mübahisə predmeti olan yaşayış sahəsini o, evin sahibi Cavabdeh 2001-ci il tarixdə almış və ailə üvzləri ilə birlikdə həmin ünvana qeydiyyata düşmüşlər. Lakin həmin evə dair cavabdehin adına çıxarış olmadığından ona 1976-cı ilin mart ayında tərtib edilmiş Azərbaycan SSR Kommunal Təsərüffat Nazirliyinin X13 Bürosunun texniki pasportunun surətini təqdim etmişdir. Son vaxtlar işləmək məqsədi ilə başqa rayona getmişdir və geri qayıtdığı zaman həmin ünvanda bir daha yaşaya bilməmişdir. Mübahisəli evə yaşamaq onun hüququ olmasına baxmayaraq məhdudlaşdırılmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, hal-hazırda həmin evdə o, arvadı X30, övladları X64 və X19 olmaqla dörd nəfər qeydiyyatdadır, qızı isə ailə həyatı qurduğuna görə həmin ünvandan qeydiyyatdan çıxmışdır. Göstərilənlərə əsasən hesab edir ki, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi müəyyən edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbi onunla əsaslandırılmışdır ki, bu mülki iş üzrə baxılan mübahisə hazırkı iddia üzrə şəxslərin də hüquq və vəzifələri, hüquqi mənafe və maraqları ilə bağlıdır. Belə ki, onlar hazırkı mülki iş üzrə İddiaçı ailə üzvləridir, sonuncu ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar və orda qeydiyyatdadırlar. Ona görə də mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, onlar ünvan 2 ünvanına köçürülməlidirlər. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh 2001-ci il tarixdə almışdır. Sonuncu həmin evə dair 1976-cı ilin mart ayında tərtib edilmiş Azərbaycan SSR Kommunal Təsurüffat Nazirliyinin X13 Bürosunun texniki pasportunun surətini təqdim etmişdir. Bundan sonra onlar həmin ünvana köçüb, orada yaşamağa başlamışlar, habelə, X19 və X64 həmin ünvana baxan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən həqiqi hərbi xidmətə aparılmışlar. Hazırda onlar və mülki iş üzrə İddiaçıla birgə həmin ünvanda qeydiyyatdadırlar. Onların ailə üzvləri olan qızıları isə ailə həyatı qurduğuna görə həmin ünvandan qeydiyyatdan çıxmışdır. İddiaçı işləmək məqsədi ilə ailə üzvləri ilə birlikdə başqa rayona getmişdir. Onlar geri qayıtdığı zaman həmin ünvanda bir daha yaşaya bilməmişlər. Hazırda orada yaşamaq onların hüquqlarıdır. Lakin onların yaşamaq hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi-vəkili Nümayəndə iddia ərizələrini müdafiə edərək izahatında bildirir ki, İddiaçı 2001-ci ildə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin bir otaqdan ibarət yaşayış sahəsini Cavabdeh şifahi razılaşmaya əsasən 17.000 (on yeddi min) manat pul müqabilində almışdır. Lakin razılaşmaya əsasən yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin vaxtı fərdi yaşayış evi texniki pasport əsasında Cavabdeh babası mərhum Qəndəli Məlikovun adına olmuşdur. Belə ki, həmin evlə bağlı 1976-cı ildə verilmiş Azərbaycan SSR Kommunal Təsərüffat Nazirliyinin X13 Bürosunun verdiyi texniki pasportda ünvan ünvan 3rünür ki, Cavabdeh qeyd olunan əmlakı faktiki olaraq vərəsə kimi qəbul edərək, sahiblik etməsinə baxmayaraq mülkiyyət hüququnu reyestrdə qeydiyyata aldırmamışdır. İddiaçı isə 2001-ci ildən uzun müddət ərzində ailə üzvləri ilə birlikdə həmin ünvanda cavabdehdən aldıqları birotaqlı evdə yaşamışlar. Hətta iddiaçının övladı müstəqil tələb irəli sürən üçüncü şəxslərdən biri olan Nicat Vəlicanlı məhz həmin evdə anadan olmuşdur. Bundan başqa iddiaçının iki oğlan övladı hər ikisi həmin ünvan üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmışlar. Hazırki məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən şəxslər yaşayış yeri üzrə texniki yanlışlıqla “Əjdər Xanbabayev küçəsi ev 1A (köhnə Şevçenko küçəsi, ev 1A)” ünvanında qeydiyyatda olmalarına baxmayaraq, onlar faktiki olaraq “Əjdər Xanbabayev küçəsi ev 1 (köhnə Şevçenko küçəsi, ev 1)” ünvanında yaşamaqla orada yerləşən bir otaqlı yaşayış sahəsinə münasibətdə istifadə hüquqları vardır. Ona görə də iddia ərizələrinə dəqiqləşdirmə verilərək onların “Əjdər Xanbabayev küçəsi ev 1” ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, “Əjdər Xanbabayev küçəsi ev 1” ünvanında yeddi ayrı-ayrı girişi olan tikililər vardır, tikililər 5,8 sot sahədən ibarət həyətdə yerləşir, həyətə daxil olduqda həmin tikililərdən yerləşmə vəziyyətinə görə üçüncü tikili olan bir otaqlı yaşayış sahəsi iddiaçı və onun ailə üvzlərinə məxsusdur. Yerli baxışda həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh özü də Əjdər Xanbabayev küçəsi, ev 1A ünvanında qeydiyyatda olmasına baxmayaraq ev 1 ünvanında yaşayır. Qeyd olunan fərdi yaşayış evində hazırda Cavabdeh və onun ailə üzvlərindən başqa heç kim yaşamır. Hətta həmin ünvanda kommunal xidmətlə bağlı müqavilə və sayğaclar hamısı Cavabdeh adına rəsmiləşdirilmişdir. Əvvəllər digər tikililərdə cavabdehin qohumları da yaşamışlar. Fərdi yaşayış evi onun faktiki sahibləri arasında natura qaydasında bölünməmişdir. Cavabdehin orada yaşayan qohumları da iddiaçının və ailə üvzlərinin 3-cü tikilidə yaşamalarını görmüş, lakin buna dair heç bir etirazları olmamışdır. Ona görə hesab edir ki, Cavabdeh tərəfindən faktiki olaraq onun sahibliyində olan 3-cü tikilinin 2001-ci ildə iddiaçıya satılmasıyla digər şəxslərin hüququ pozulmamış, əgər belə bir hal olsaydı hazıradək buna dair etiraz verilərdi. Məhkəmənin sorğusuna əsasən AR DİN-nin BPQMİ-dən verilmiş məktub və siyahıdan isə müəyyən edilir ki, həmin ünvanda bir çox şəxslər pasport qeydiyyatındadır, lakin orada faktiki olaraq yaşayan Cavabdeh və onun ailə üzvləridir. Hesab edir ki, iddiaçının və ailə üzvlərinin oraya köçürülməsi gələcəkdə hər hansı şəxsin hüququna toxunmayacaqdır. Cavabdeh isə iddianı etiraf edir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən nümayəndə əlavə olaraq bildirmişdir ki, məhkəmə araşdırmasından sonra onlara məlum olmuşdur ki, iddiaçının qeydiyyatı eyni küçədə yerləşən X22 mülkiyyətində olan “ev 1 A” ünvanı olmasına baxmayaraq, iddiaçının həmin evin mülkiyyətçisi ilə heç bir əlaqəsi yoxdur və onlar faktiki olaraq “Ev 1” ünvanındakı, cavabdehin faktiki sahiblik etdiyi tikilidə yaşamışdır. X22 mülkiyyətində olan “ev 1 A” ünvanı ilə Cavabdeh sahibliyində olan “ev 1” ünvanı arasında 3-4 metr məsafə vardır, həmin ünvanların giriş qapıları və həyətləri tamamilə ayrı-ayrı olmaqla fərqlidir. X22 mülkiyyətində olan evin ümumiyyətlə həyəti yoxdur, evin qapısı birbaşa küçəyə açılır. Cavabdeh sahibliyində olan “ev 1” ünvanının isə həyəti var və həyətdən daxil olduqda 7 ədəd ayrı-ayrı giriş qapıları olan bir-birinə bitişik evlər yerləşir. Onda olan məlumata görə həmin tikililərdə əvvəllər 3-4 ailə, Cavabdeh özü, onun qohumları Elmira Babayeva, Rüstəm Babayev və onların ailə üzvləri yaşamışdır. Hazırda isə yalnız Cavabdeh və onun ailə üzvləri yaşayır. Digərləri isə müxtəlif yerlərə köçmüş, onların köçmələrinin səbəbi isə yeni ünvanda ev almaları ilə bağlı olmuşdur. Məhkəmə baxışı zamanı isə şahid ifadəsindən, eləcə də işin digər faktiki hallarından məlum olur ki, mülkiyyətçi kimi qeydiyyatda qalan mərhum babadan miras qalmış mübahisəli evi cavabdehin atası Məmmədəli Məlikov, ondan qalmış mirası isə Cavabdeh faktiki olaraq qəbul etmişdir. Tərəfindən verilmiş sorğuya əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavab məktubundan da görünür ki, Əjdər Xanbabayev küçəsi ev 1 ünvanı olan ərazidə söküntü, tikinti, köçürülmə, yenidənqurma işlərinin aparılması barədə hər hansı məlumat dövlət reyestrinə daxil edilməmişdir, komitəyə bununla bağlı hər hansı bir müraciət daxil olmamışdır. Həmçinin, məhkəməyə təqdim etdiyi 64 saylı MKİS-nin arayışından da görünür ki, həmin ünvanda Cavabdeh və onun ailəsindən başqa digər şəxs yaşamır. İddiaçı özü isə qeydiyyata düşdüyü tarixdən orada yaşamağa başlamış, bir neçə il sonra isə işi ilə bağlı başqa yerə köçdüyündən yaşayış sahəsi nəzarətsiz qalmışdır. Məhkəmə baxışı zamanı, eləcə də yerli baxış zamanı isə cavabdeh özü də etiraf etmişdir ki, ona məxsus evə bitişik olan bir otaqlı yaşayış sahəsini, yəni 3-cü tikilini 20 il öncə İddiaçı pul müqabilində satmış və hazırda iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə köçürülməsinə etiraz etmir. Hazırki iddia tələbinin verilməsinə isə səbəb o olmuşdur ki, iddiaçı həkim olduğu üçün işi ilə əlaqədar rayona getmək məcburiyyətində qalmış, qayıdarkən isə artıq Şükür onu evə buraxmamış və aralarında narazılıq olmuşdur. İddiaçı isə digər yaşayış sahəsində kirayə qalmaq məcburiyyətində qalmışdır. Cavabdehə, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X45, X38, X20, X87, X76, X46, X47, X39, X21, X17, X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib cavabdehin və adları sadalanan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X55 izahatında bildirir ki, iddia ərizələri ilə tanış olmuşdur. Cavabdeh onun dayısı oğludur. Onun iddia tələbinə etirazı yoxdur. Belə ki, onun anası Tubnisə mübahisəli evin mülkiyyətçisi olmuş mərhum X14 qızıdır. İddia olunan əmlak onun anasının ata yurdu olmuşdur. Anasıgil uşaq vaxtı orada doğulub böyümüş, daha sonra isə ailə quraraq Yasamal rayonunda yerləşən digər ünvana köçmüşdür. Onun hazırda iddia ərizələrində göstərilən evə dair heç bir iddiası yoxdur. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, anasının iki qardaşı qeyd olunan ünvanda yaşamışlar ki, orada yaşayan dayılarından biri hazırki iş üzrə Cavabdeh atası Məmmədəli Məlikov, digəri isə Hüseyn Məlikovdur. Həmçinin onda olan məlumata görə Məmmədəli dayısının uşaqları da orada yaşamışdır. Dayısı arvadının qardaşıgil də həmin həyətdə olmuşdur. Onun qeyd olunan qohumları ilə sıx əlaqələri, hətta mübahisəli evə gediş-gəlişi olmamışdır. Buna görə də Cavabdeh kiməsə ev satması barədə məlumatı olmamışdır. Hazırkı iddia tələbi onun hüquqlarına toxunmadığından, heç bir etirazı yoxdur. Hətta onda olan məlumata görə yaxın qohumları olan bacı və qardaşının da həmin yaşayış sahəsinə dair iddiaları yoxdur. Yaxın günlərin birində hansısa məclisdə olarkən qohumlar arasında gedən söhbətlərdən eşitmişdir ki, təxminən 10-15 il müddət ərzində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi həyətdəki tikililərdə 4 ailə yaşamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizələrinin təmin edilməsinə etiraz etmir. Belə ki, o, babasından onlara miras qalmış fərdi yaşayış evinin həyətində yerləşən 7 tikilidən, öz sahibliyində olan bir otaqdan ibarət 3-cü tikilini İddiaçı şifahi razılaşma əsasında satmışdır. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirir ki, fərdi yaşayış evi babası Qəndəli Məlikovun mülkiyyətində olmuş, evin həyətində yan-yana yerləşən 7 tikili mövcuddur, həmin tikililərdə onun ailə üzvlərindən başqa 3 ailə yaşamışdır. Hazırda isə yalnız o, özü və ailə üzvləri yaşayır. Əlavə olaraq bildirir ki, babası Qəndəlinin 3 övladı olmuş, atası-Məmmədəli, əmisi Hüseyn və bibisi Tubnisə. Atası Məmmədəlinin 6 övladı olmuş, o, özü, bacıları-Bəyim Nəzərova, Südabə Rəhimova, Zemfira Salahova, qardaşları-Arif və Şəmsi Məlikovlar. Atası və qardaşı Arif Məlikov vəfat etmişdir. Bacı-qardaşlarından yalnız Arif qeyd olunan ünvanda yerləşən tikililərdə faktiki olaraq yaşamış, Arifin vəfatından sonra isə onun ailə üzvləri: arvadı-X76, övladları Nemət və Məmmədəli Məlikovlar faktiki olaraq yaşamağa davam etmişlər. Qeyd olunan ünvanda faktiki yaşayan 3-cü ailə isə əmisi Hüseynin qızı Elmiranın ailəsi olmuşdur. Elmiranın əri vəfat etdikdən sonra bir övladı X40 ilə birlikdə tikililərin birində yaşamağa davam etmişdir. Qeyd olunan ünvanda faktiki yaşayan 4-cü ailə isə iddiaçının ailəsi olmuşdur. Bundan başqa ünvanda xeyli sayda şəxslərin qeydiyyatının olmasına baxmayaraq faktiki sadaladığı şəxslərdən başqa heç kim yaşamamışdır. Bibisi Tubnisənin ailə üzvlərindən heç kəs orada ümumiyyətlə yaşamamışdır. Həmin fərdi yaşayış evi onlara babasından miras qalmış, onun iddiaçıya satdığı sahə ona aid olduğundan digər qohumları tərəfindən buna dair hər hansı etiraz olmamışdır. O, digər şəxslərin hüquqlarına toxunmadan ona məxsus bir otaqlı yaşayış sahəsini iddiaçıya satmışdır. İddiaçı isə bir müddət yaşadıqdan sonra oradan köçüb getmişdir. Mübahisəli evlə bağlı kommunal xidmətlərə dair bütün müqavilələr isə onun adına rəsmiləşdirilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndə-vəkilinin vəsatətinə əsasən şahid qismində dindirilmiş, daha sonra məhkəmənin öz təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X31 ifadəsində bildirmişdir ki, o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Qəndəli Məlikovun nəvəsi, mülkiyyətçinin övladı Məmmədəli Məlikovun qızı və Cavabdeh isə bacısıdır. O, ailə qurduqdan sonra mübahisəli evdən köçmüş və hazırda ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Mübahisəli fərdi yaşayış evi bir neçə tikilidən ibarət olmaqla orada faktiki olaraq 4 ailə, yəni qardaşları Şükür və Arif Məlikovlar, əmisi qızı X47 və İddiaçı ailə üzvləri ilə birlikdə yaşamışlar. Daha sonra İddiaçı həmin ünvandan övladı anadan olandan sonra köçmüşdür. Zauru əsasən qardaşı Şükür tanımış, qardaşı Şükürün evin tərkibinə daxil olan tikilini ona satmasını eşidib bilmiş, lakin həmin tikilinin Şükür tərəfindən hansı məbləğə Zaura satılması barədə məlumatı yoxdur. Belə ki, onun hazırki mübahisəli evə münasibətdə hər hansı iddiası yoxdur. Verilən suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, babası Qəndəlinin 3 övladı olmuş, atası-Məmmədəli, əmisi Hüseyn və bibisi Tubnisə. Qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə babası Qəndəlinin adına olmuş və onun ölümündən sonra evlə ilə bağlı vərəsəlik işi açılmamışdır. Babası Qəndəlinin övladlardan ən böyüyü atası Məmmədəli Məlikov olmuşdur ki, onun anasının vəfatından sonra babası ikinci dəfə ailə həyata qurmuş, ikinci nikahdan onun övladları Hüseyn və Tubnisə doğulmuşdur. Onların hər üçü vəfat etmişdir. Babası Qəndəlinin ölümündən sonra mübahisəli evdə atası yaşamış, həmin vaxt əmisi Hüseyn və bibisi Tubnisə ayrı-ayrı evlərdə yaşamışlar, onlar arasında vərəsəliklə bağlı mübahisə olmamış, onların babasına münasibətdə faktiki əldə etdiyi əmlakdan pay verilməsi ilə bağlı etirazları olmamışdır. Atası Məmmədəlinin 6 övladı olmuş, o, özü, bacıları - Südabə Rəhimova və Zemfira Salahova, qardaşları-Şükür, Arif və Şəmsi Məlikovlar. Atası və qardaşı Arif vəfat etmişdir. Digər bacı-qardaşı sağ olmaqla hər biri öz ailə üzvləri ilə birlikdə başqa ünvanlarda yaşayırlar. Bacı-qardaşlarından yalnız Arif və Şükür qeyd olunan ünvanda yerləşən tikililərdə faktiki olaraq yaşamış, Arifin vəfatından sonra isə onun ailə üzvləri: arvadı-X76, övladları Nemət və Məmmədəli Məlikovlar faktiki olaraq həmin evdə yaşamağa davam etmişlər. Şükürün özü ilə yanaşı onun ailə üzvlərindən arvadı və üç övladı həmin ünvanda faktiki olaraq yaşamışdır. Qeyd olunan ünvanda faktiki yaşayan 3-cü ailə isə qeyd etdiyi kimi əmisi Hüseynin qızı Elmiranın ailəsi olmuşdur. Ümumiyyətlə əmisi X23 da 6 övladı olmuş: oğlanları-Adıgözəl, Sabir, Məlik və Qəndəli Məlikovlar, qızları - Babayeva Elmira və Qəhrəmanova Esmira. Əmisi uşaqlarından Babayeva Elmira, Qəhrəmanova Esmira və Məlikov Qəndəli sağdır, digərləri isə ölmüşdür. Onlardan yalnız Babayeva Elmira əri vəfat etdikdən sonra tək övladı X38 ilə birlikdə mübahisəli evin tərkibinə daxil olan tikililərin birində faktiki olaraq yaşamağa davam etmişdir. Bibisi Tubnisənin də dörd övladı olmuş, lakin onlardan heç kim mübahisəli fərdi yaşayış evində yaşamamışlar. Mübahisəli evə daxil olan tikililərin birində faktiki olaraq yaşamış 4-cü ailə isə iddiaçı Zaurun ailəsi olmuşdur. X3 da əvvəl həmin ünvanda yaşamış, sonradan isə oğlu ilə söz-söhbəti olduğu üçün oradan çıxıb getmişdir. Əmisi qızı Elmira Babayevanın əri öldükdən sonra, 2 fiziki qüsurlu uşağı olduğu üçün atası ona həmin həyətdə 1 otaq vermişdir ki, orada yaşasın. Elmiranın həmin övladlarından biri isə ölmüşdür. O, həmçinin iddiaçı Zaurun iddia ərizəsində göstərilən ünvana köçürülməsinə etiraz etmir. Hesab edir ki, mərhum qardaşı Arifin ailə üzvlərinin də belə bir etirazı yoxdur. Çünki digərləri bilməsə də o bilir ki, Şükür oranı Zaura satmışdır. Evin hansı əsasla satılmasını isə bilmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X31 məhkəmə yazılı ərizə təqdim edərək iddiaçı, eləcə də onun ailə üzvləri olan müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli evə yəni Əjdər Xanbabayev küçəsi ev 1 ünvanına köçürülməsinə və iddia tələblərinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X38 və X21 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar iddiaçı, eləcə də onun ailə üzvləri olan müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli evə yəni Əjdər Xanbabayev küçəsi ev 1 ünvanına köçürülməsinə və iddia tələblərinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan - AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Şevçenko küçəsinin adı dəyişdirilərək Əjdər Xanbabayev küçəsi adlandırılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, 1a saylı fərdi yaşayış evi X22 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Şevçenko küçəsi, 1 saylı fərdi yaşayış evlərinə dair X12 adına tərtib edilmiş 1992-ci il tarixli, X9 adına tərtib edilmiş 1975-ci il tarixli, X15 adına tərtib edilmiş 1975-ci il tarixli texniki pasportlar mövcuddur. Həmin məktuba əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin ******* nömrəli reyestrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, ünvan 13 saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə X22 adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyatdan keçmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X13 Bürosu tərəfindən 1976-cı ilin mart ayında verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X14 mülkiyyətindədir. Müvafiq sənəddən həmçinin müəyyən edilir ki, X14 adı rus dilində əlyazma ilə “Меликов ГандАли Адкезал оглу” kimi qeyd edilmişdir. İş materiallarında olan müvafiq sənədlərdən göründüyü kimi, mülkiyyətçinin adı müxtəlif göstərilmişdir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda mülkiyyətçisinin adı X5 göstərilmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikasının Əhalisinin Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş dövlət reyestrindən çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, X33 barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində hər hansı məlumat aşkarlanmamışdır. Lakin işin faktiki halları və müvafiq sənədlərin təhlili ona dəlalət edir ki, həmin sənədlər eyni şəxsə məxsusdur. - AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixə olan hesabat üzrə ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barəsində məlumatların siyahısından müəyyən edilir ki, Əjdər Xanbabayev küçəsi ev 1A ünvanında Cavabdeh, eyni zamanda İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 Nicat Zaur oğlu və X4 Xanbabayev küçəsi ev 1A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin müəyyən edilir ki, mübahisəli evdə faktiki olaraq yaşayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 Xanbabayev küçəsi ev 1A ünvanında qeydiyyatda olmasına baxmayaraq onunla birgə yaşayan oğlu X6 Xanbabayev küçəsi ev 1 ünvanında qeydiyyatdadır. Bundan başqa mübahisəli evdə faktiki olaraq yaşayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X76 və X24 Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında qeydiyyatda olması müəyyən edilsə də, onlarla birgə yaşayan X56 Əjdər Xanbabayev küçəsi ev 1 və ya 1A ünvanlarına qeydiyyatı aşkar edilmədi. Eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərdən X25 və X10 Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında qeydiyyatda olması müəyyən edilsə də, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərdən X39, X21, X17, X31, X29 Əjdər Xanbabayev küçəsi ev 1 və ya 1A ünvanlarına qeydiyyatı aşkar edilmədi. Yuxarıda qeyd olunan məlumatlar “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə mövcud olan şəxsiyyət vəsiqələrinə dair məlumatlara dair alt sistemində sorğulandıqda öz təsdiqini tapmışdır. Göstərilənlərlə yanaşı mülki işə cəlb edilməmiş cavabdehin ailə tərkibinə daxil olan X78, X79 və X48 Əjdər Xanbabayev küçəsi ev 1A ünvanında, onlarla birgə yaşayan cavabdehin arvadı X11 isə fərqli ünvanda, yəni Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında, eləcə də cavabdehin digər qohumları X41, X34, X35 Əjdər Xanbabayev küçəsi ev 1A ünvanında, X65 isə Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında qeydiyyatda olmaları müəyyən edilir. - 64 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan isə müəyyən edilir ki, Cavabdeh və onun ailə tərkibinə daxil olan arvadı X26, övladları X78, X79 və X80 Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında faktiki olaraq yaşayırlar. - məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanları ayrı-ayrılıqda yerləşməklə hər birinin ayrıca girişi vardır. Baxış zamanı Əjdər Xanbabayev küçəsi 1A ünvanının giriş qapısı bağlı olduğundan orada yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmamışdır. Həmçinin yerli baxış zamanı tərəflərin, eləcə də cavabdehin özünün verdikləri izahatlar əsasında müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi ünvan 8 ünvana əsas küçədən dar dəhliz vasitəsilə giriş qapısından həyətə daxil olduqd, eyni həyətdə birbirinə bitişik vəziyyət olmaqla hər birinin giriş qapısı ayrı olan yeddi ədəd tikilinin olması müşahidə edildi. Belə ki, dəhliz vasitəsi ilə ümumi həyətə daxil olduqda qapı ilə üzbəüz 1ci tikili yerləşir. 1-ci tikili 2 otaqlıdır, təmirsizdir, yaşayış isə yoxdur. 1-ci tikili ilə üzbəüz qapıdan sol tərəfdə isə 2-ci tikili yerləşir. 2-ci tikili 1 otaqdan ibarətdir. 2-ci tikili dağıdılmış vəziyyətdədir, damı yoxdur, yaşayışa tam yararsızdır. 2-ci tikili ilə üzbəüz 3-cü tikili yerləşir. Tərəflərin bildirdiyinə əsasən iddia tələblərində köçürülməsi istənilən tikili həmin 3-cü tikilidir. 3-cü tikili 1 otaq və 1 mətbəxdən ibarət olmaqla köhnə təmirlidir, lakin yaşayış üçün yararlı vəziyyətdədir. 3-cü tikilinin iç-içə yerləşən otaqlardan 1-ci otaq mətbəx, 2-ci otaq isə yaşayış otağıdır. 3-cü tikili ilə üzbəüz tərəfdə 2-ci tikilinin yanında 4-cü tikili yerləşir. 4-cü tikili dağıdılmış vəziyyətdədir, damı yoxdur, yaşayışa tam yararsızdır. Tərəflərin bildirdiyinə əsasən 4-cü tikilidə Məlikov Arifin ailəsi yaşamışdır. Üzü 3-cü tikiliyə baxdıqda 3-cü tikilinin sol tərəfində 5-ci tikili yerləşir. Tərəflərin bildirdiyinə əsasən 5-ci tikilidə Salahova Zemfira yaşamışdır. 5-ci tikili dağıdılmış vəziyyətdədir, damı yoxdur, yaşayışa tam yararsızdır. 1 otaq və 1 mətbəxdən ibarətdir. Üzü 5-ci tikiliyə baxdıqda sol tərəfdə 6-cı tikili yerləşir. Cavabdeh bildirdiyinə əsasən 6-cı tikilidə ailəsi ilə birlikdə özü yaşayır. 6-cı tikili 2 mərtəbədən ibarətdir. Yaşayışa yararlıdır və 4 otaqlıdır. Hazırda yaşayış vardır. Üzü 6-cı tikiliyə baxdıqda sol tərəfdə 7-ci tikili yerləşir. 7-ci tikili dağıdılmış vəziyyətdədir, damı yoxdur, yaşayışa tam yararsızdır və 3 otaqdan ibarətdir. Həmçinin yerli baxış zamanı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin köçürülmələrini tələb etdikləri 3-cü tikilidə geyim əşyalarının yığılması üçün nəzərdə tutulmuş dolab(şkaf), yorğan-döşək və s yaşayış üçün zəruri olan məişət əşyalarının mövcud olması aşkar edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisə predmetinə daxil olan fərdi yaşayış evi ünvan 9 ünvanında yerləşməklə, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər həmin ünvanda yerləşən 3-cü tikiliyə köçürülməsini tələb edir, həmin 3-cü tikili isə yaşayış üçün yararlı vəziyyətdədir və hazırda boş olmaqla orada yaşayış yoxdur. - Məhkəmənin sorğusuna əsasən AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikasının Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş əhalinin dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, X14 övladları X42, X49 və X27 olmuşdur. Onlardan: 1. X42, onun əri X88, övladları X98, X66, X67, X89, X90 vəfat etmiş və yalnız övladı X68 hazırda sağdır. 2. X49, onun övladlarından X43 və X50 vəfat etmiş, övladı X45 isə hazırda sağdır. 3. X27, onun övladları X36, və X51 vəfat etmiş, övladı Cavabdeh isə hazırda sağdır. Qeyd olunan məlumatlar iş materialları ilə əlaqəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, Xidmət tərəfindən məlumatlar məhkəməyə tam şəkildə təqdim edilməsi təmin edilməmişdir. Lakin məhkəmə tərəflərin izahatlarında verdiyi məlumatları və iş materiallarını nəzərə alaraq öz təşəbbüsü ilə hazırki mübahisənin gələcəkdə hüquqlarına toxuna biləcək şəxsləri, yəni X45, X38, X20, X87, X76, X46, X47, X39, X21, X17, X31, X44 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. - AR Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən isə müəyyən edilir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X33, X28, X49 və X16 əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı müəyyən edilməmişdir. -məhkəməyə sübut olaraq təqdim edilmiş “Azəriqaz” İB tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 021250 nömrəli aktdan; "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2000ci il tarixli 054035 nömrəli və xx.xx.2001-ci il tarixli 035120 nömrəli, İxtisaslaşmış Sanitariya-Təmizlik və Kommunal Xidmətlər idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 336146 nömrəli və xx.xx.2009-cu il tarixli 338987 nömrəli “məişət tullantılarının daşınması üçün” mədaxil qəbzlərindən; "xxxx" MMC tərəfindən 2009-2013-cü illər ərzində verilmiş müxtəlif tarixli ödəniş qəbzlərindən; "xxxx" ASC tərəfindən 2006-2008, 2011, 2013-2014 illər ərzində verilmiş müxtəlif tarixli bildirişlərdən; "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş bildirişdən və həmin cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə su, elektrik və qaz təchizatı ilə bağlı, eləcə də yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr abonent Cavabdeh adına rəsmiləşdirilməklə, onun adına sayğaclar quraşdırılmış, poçt ünvanı onun adına qeydiyyata alınmışdır. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi ev 1 ünvanında söküntü-tikinti, köçürülmə və yenidənqurma işlərinin aparılmasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi 1976-cı ildə cavabdehin babası Məlikov Qəndəli (Qaidəli, Qəndali) Adıgözəl oğlunun adına qeydiyyata alınmaqla onun mülkiyyətində olmasına dair 1976-cı ilin mart ayında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X13 Bürosu tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” verilmişdir. Sonradan inzibati rayonun və küçənin adı dəyişdirilərək Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi adlandırılmışdır. Hazırda mübahisə predmeti olan ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ vərəsələr tərəfindən dövlət reyestrində qeydiyyata alınmamış və hər hansı vərəsə tərəfindən vərəsəlik işi açılmamışdır. Lakin işin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh fərdi yaşayış evinin bir hissəsinə faktiki olaraq uzun illər ərzində etirazsız sahiblik etmişdir. Onun faktiki sahibliyində olan və ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin tərkibinə daxil olan tikililər isə yaşayış üçün istifadəyə yararlı vəziyyətdədir. Hazırda iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər qeyd olunan ünvandakı fərdi yaşayış evinin Cavabdeh faktiki sahibliyində olan 3 saylı tikilisinin iddiaçıya satıldığını bildirərək həmin evə köçürülmələrini xahiş edirlər. Cavabdeh isə iddianı etiraf edərək iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin yaşayış evinə köçürülməsinə etirazının olmadığını bildirir. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mübahisə predmeti olan ünvanda bir neçə özbaşına tikilinin yerləşməsi, həmçinin küçənin adının sonradan dəyişdirilməsi və rəsmi sənədin olmaması səbəbindən iddiaçı ilk olaraq iddia ərizəsində ünvan 13 ünvanında yerləşən yaşayış evinə köçürülməyi tələb etmişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 13 deyil, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 ünvanında köçürülməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra yerli baxış zamanı və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin X22 mülkiyyətində olması, hazırda orada yaşaması və iddiaçının faktiki olaraq iddia etdi yaşayış sahəsinin isə Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində yerləşən 1 saylı evin 3 saylı tikilisi olduğunu müəyyən edilmişdir. Hazırda İddiaçı 2001-ci ildə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin bir otaqdan ibarət 3 saylı yaşayış sahəsini Cavabdeh şifahi razılaşmaya əsasən 17.000 (on yeddi min) manat pul müqabilində almasını, lakin razılaşmaya əsasən aralarında yazılı alqı-satqı müqaviləsi bağlanmadığını iddia edir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə həmin evin bir hissəsinin ona babasından miras qaldığını bidirmiş, iddianı etiraf edərək həmin evi iddiaçıya satdığını qəbul etmişdir. Eləcə də, məhkəmə baxışı zamanı tərəflərin və şahidlərin izahatları ilə təsdiq edilir ki, iddiaçı və onun ailə üzvləri olan müstəqil tələb irəli sürən üçüncü şəxslər qeyd olunan fərdi yaşayış evində yaşayan 4 ailədən biri olmuşdur. Onlar fərdi yaşayış evinin 3 saylı tikilisinə uzun müddət sahiblik etməklə faktiki olaraq yaşamışlar. Yuxarıda göstərilənlərdən müəyyən edildiyi kimi, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin həmin yaşayış evinə köüçürülmələrinə dair cavabdehlə aralarında hazırda mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı isə cavabdehlə yanaşı, X14 digər vərəsələri və hazırkı mübahisəni marağına toxunacağı müəyyən və güman edilən digər şəxslər müəyyən edilərək iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, onlara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat göndərilmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X55 və X31 mübahisə predmeti olan yaşayış sahəsinə hər hansı iddialarnın olmadığını bildirmiş, eləcə də X38 və X21 ərizə ilə müraciət edərək iddia tələblərinin təmin edilməsinə etirazının olmadığını bildirmişlər. Məhkəmə, işin hallarını, cavabdehin etirafını, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını və şahid ifadəsini nəzərə alaraq hesab edir ki, iddiaçı və onun ailə üzvləri olan müstəqil tələb irəli sürən üçüncü şəxslərin ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 3 saylı tikilisinə dair istifadə hüququnun olması işin mübahisəsiz halı kimi müəyyən olunduğundan onlar qeyd olunan evə köçürülməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki halda iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halları aşkar edilmədiyindən məhkəmə tərəfindən qəbul edilməlidir. İddiaçının tələb və etirazlarının əsaslandırdığı faktları cavabdehin etiraf etməsi isə onu bu faktları sübut etmə vəzifəsindən azad edir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər isə iddiaçının ailə üzvləri olmaqla tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərabycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Reslikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında da göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilməli, X30, X64, X19 Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən müvafiq rüsumlar hər bir iddia üzrə iddiaçıya və müstəqil tələb irəli sürən şəxslərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası təmin edilsin. X30, X64, X19 Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumları hər bir iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2486/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2486/2023
31.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver